Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə61/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

 
244 
perspektivdə  “janrlaşmaya”uyğun  gələn  müəyyən 
fərq  təyinatlarının  üzə  çıxarılacağı    şübhəsizdir.  Bu 
sahədə  ən  çox  nəzəri  çəkən  modernist  poeziya 
cərəyanları içərisində sürrealist, abstraksionist, kubist, 
futurist və s. şeirlərin tanınmasıdır. Əlbəttə, forma və 
məzmunun  dialektikasını  nəzərə  almadan,  deyək  ki, 
Rəsul Rza ilə Qiyam Apollinerinin verlibr yaradıcılığını 
əsla  bir-birindən  heç  bir  fərdi  üslubiyyət  və  poetik 
xüsusiyyətləri ilə seçib ayırmaq mümkün olmazdı.  
     Bu  mövzu,  düşünürəm  ki,  poetikanın  həmin 
məsələlərə  ədəbi-nəzəri  yanaşmasından  daha  çox, 
fəlsəfi-estetik  yönümlü  başqa  bir  konseptual 
tədqiqatın sahəsidir.  
 Aşağıda M.Füzulidən və S.Vurğundan gətirdiyimiz iki 
müxtəlif 
şeirin 
vəzni-ritmik 
xüsusiyyətlərinə 
müqayisə üçün nəzər yetirək: 
 
1.       Vəh nə qamət/  nə qiyamət,/ bu nə şaxi-/ güli-
tərdir?/ 
 Nə  bəladır/  nəzər  əhli/-nə,  nə  xoşməd/  -di-
nəzərdir?//  
(M.Füzuli) 
 
   Beytin metrik ölçüsü  belədir: 
 
   fAilAtün   fəilAtün   fəilAtün    fəilAtün 
   fəilAtün   fəilAtün   fəilAtün    fəilAtün 
 
Bu  beyt  Azərbaycan  əruzunun  Rəməl  bəhrinin  IV 
növündədir. 
 


 
245 
2.  Mən  görürəm/  Qoca  Şərqin/  övladları/ 
oyanmışdır,// 
 Dəlik-deşik/ 
bayraqların/ 
rəngi 
qana/ 
boyanmışdır.//
(S.Vurğun) 
 
Beytin metrik ölçüsü  belədir: 
 
  4 +4 + 4+4 
 4 +4 + 4+4 
     Bu  şeir  parçası  yuxarıdakı  beytlə    eyni  olaraq  hər 
misrada  16 heca sayına malikdir. Lakin onların ritmik 
səsləşməsi  belə  nə  qədər  bir-birinə  yaxın  olsa  da, 
aralarında çox böyük vəzn fərqi vardır. Füzuli bu Qəzəli 
əruzda,  Vurğun  isə  şeirini  Heca  vəznində  yazmışlar. 
Füzulinin  bu  Qəzəldəki  bütün  ritmik  sistemi  Rəməl 
təfiləsi  üzrə  qurulub.  Amma  Səməd  Vurğunun 
misralarında nə eyni sözün əruza xas iç bölünməsi, nə 
də sona kimi Rəməl ritminin hifz olunduğunu görürük. 
Məsələn,  S.Vurğunun  1-ci  misrasındakı  ilk  iki  sözün 
ölçüsü Əruzun rəməl təfiləsi ilə eynidir, lakin onlardan 
sonra  gələn  iki  sözün  ölçüsü  Həzəc  təfiləsinə  uyğun 
gəlir.  Əlbəttə,  bu  iki  fərqli  şeir  ölçülərini  bir-birinin 
kanonik  pozuntusu  kimi  nümunə  gətirmək  fikrimiz 
yoxdur. Sadəcə olaraq, iki mükəmməl poetik örnəyin 
metroritmik müqayisəsini əyani canlandırmaq istərdik. 
Göründüyü kimi nə eyni heca sayı, nə eyni bölgü sayı 
bu  şeirlərin  metrik  səciyyəsini  düzgün  ayırd  etməyə 
hələ  imkan vermir. Deməli, şeirlərin fərqli vəzn və ritm 
sistemlərinin  mükəmməl  aydınlaşdırılması  və  təhlilə 
cəlb edilməsi çox zəruri məsələlərdən biridir. Təəssüf 


 
246 
etmək lazımdır ki, ali, orta və ixtisas məktəbləri üçün 
yazılmış filoloji dərsliklərdə Azərbaycan şeirinin təhlil 
və  izahında  əsərlərin  vəzn  və  ritm  xüsusiyyətlərinə 
toxunulmur. Bu da şairin sənətkarlıq xüsusiyyətlərinin 
düzgün və tam elmi təhlilinə xələl gətirir. 
    Vəznşünaslıqda  həllini  gözləyən  problemlərin 
mürəkkəbliyi  Azad  şeir  sisteminin  elmi  şərhini  daha 
çətin bir vəziyyətə salmışdır. Çünki həm əruz, həm də 
heca  vəznlərinin  ritmik  ünsürlərinin  iştirak  etdiyi 
Verlibr    nümunələri  üçün  metroritmik  təyinatda  ən 
vacib 
ünsürün 
nələr 
olduğunu 
dəqiq 
müəyyənləşdirmədən 
verlibrşünaslığın 
elmi 
nəzəriyyəsini işləyib hazırlamaq absurddur.  
     Müəyyən 
xüsusi 
cəhətlər 
vardır 
ki, 
bu 
verlibrşünaslıqda  şeirin  vəzn  və  ritm  xüsusiyyətlərini 
müəyyənləşdirməkdə  vacib  oriyentr  ola  bilər.  Bunlar 
azad  şeirin  daxili  ritmik  sistemi,  forma  xüsusiyyəti, 
qafiyə  sistemi,  bədii  məzmun  cəhətləri,  janrlaşma 
meyli  və  sairədən  ibarətdir.  Aşağıda  bu  cəhətləri 
nəzərə  alaraq,  Azad  şeirin  ilk  növləşmə  sistemini 
təqdim edirik. 
 
I.
 
Azad şeirin zahiri forma-şəkil üzrə  
növləri: 
1.1
 
Nəsr tərtibli növ. (bu cür şeirlərə,  
            əsasən, Uolt Uitmenin, bir çox amerikalı  
                  şairlərin yaradıcılıqında təsadüf edilir. ) 
            1.2. Dalğa tərtibli növ. (Rəsul Rzadan  
               başlayaraq, bu növ Azərbaycan  
                şeirində geniş yayılmışdır.) 


 
247 
            1.3. Həndəsi (kvadrat, kub və s.) tərtibli 
                növ. (bu növün ilk yardıcısı şeirimizdə  
               Mikayıl Rəfili olmuşdur). 
     1.4. Rəsm tərtibli növ. (bu forma  
         şeirimizdə Ərəb əlifbasına aid xəttatlıq  
           ənənəsi   kimi yaşamaqdadır). 
            1.5. Qeyri-müəyyən tərtibli növ. 
 
             II. Verlibr ritminin leyt-ünsürü  
                  baxımından növləri: 
2.1.   Azad heca təqtili növ. 
                    2.2.  Azad əruz təfiləli növ. 
                    2.3.   Qarışıq ritmli növ. 
                    2.4.Nəsr ritmli növ (mənsur şeir və s.) 
2.5
 
 Qafiyəli,  qafiyəsiz    (disrifmik  şeir, 
yəni ağ şeir)  və qarışıq qafiyəli növ. 
                  2.6. Disstopik (təqti, bənd və s. daxili  
                        ritmik ünsürsüz) növ. 
2.7.
 
Fonik, 
leksik, 
sintaktik  paralelist,  strofik  və  ya 
siqmentik  ritm  ünsürlərindən  hər 
hansı birinin prioritetliyi üzrə növ. 
 
                  III.   Verlibrin məzmun xüsusiyyətli  
                       növləri: 
 
                        3.1.Lirik (tərənnüm) məzmunlu növ. 
                       3.2. Epik təsvir məzmunlu növ. 
                3.3. Dramatik növ. 
                3.4.Xüsusi təbiət təsvirli növ. 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə