Namiq Atabəyli Azad şeir və onun poetikası


saatların əqrəblərində çırpınan zaman



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə64/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   82

 
256 
saatların əqrəblərində çırpınan zaman 
ayın gğrünməyən tərəfində əsən mosmor  
ruzgarla  
pozulacaq ruhumuzun göy üzünə çəkdiyi  
cizgilər 
bilirəm artıq zamanın gerçək üzünü gizlədir  
bizdən 
baxdığımız güzgülər. 
           (
  Adil Mirseyid. Metaforik mənzərələr silsiləsi.  
             Azərbaycan şeiri antologiyası. Alatoran. Bakı-2013.  
                Səh: 141
 ) 
 
4.
 
Bəzən böyük şəhərlərə 
hansısa xatirələrin ardınca gedirsən. 
Gedirsən ki, görəsən 
bizim taleyimiz tək daha nələr dəyişib! 
(Fərid Hüseyn. “Bir də heç vaxt”kitabı.”İstanbulda” 
şeiri. ATV-“Parlaq imzalar” nəşriyyatı, Bakı-2016,  
səh: 22 ) 
        Bu  dörd  müxtəlif  şair  və  dörd  müxtəlif  şeirin 
deyim  tərzi  eynidir.  Çünki  onların  hamısındakı  ritm 
təhkiyə  ritmidir.  Bu  cür  poeziyanın  nəsr  şeiri  kimi  
adlandırılması  rus  filiologiyası  üçün  adi  hal  alsa  da,  
bizim Azad şeir təsnifatımızdakı “nəsr ritmli növ”kimi 
qiymətləndirdiyimiz  belə  şeirlərin  hələlik  xüsusi 
tədqiqatlara ehtiyacı vardır. 
     Bu tədqiqatın  azad  şeir  sahəsində  Ümumi poetika 
kimi  hazırlanması  bu  vəzn  üzrə    ayrı-ayrı  “növ”    və 
“janrlar”üzrə 
bütün 
incəlikləri 
araşdırmağımızı 
imkansız  edir.  Əminəm  ki,  bu  işə  də  vaxtını  sərf 
edənlər tapılacaqdır. 


 
257 
    Lakin 
 
bir 
məsələni 
xüsusi 
vurğulamaq 
məcburiyyətindəyəm.  Modern  poeziyanın  bu  cəhəti  
heç 
vaxt 
unudulmamalıdır. 
Müasir 
rus 
verlibrşünaslığının  ən  ünlü  simalarında  biri  sayılan 
Vladimir  Buriç  (1942-1994)    Azad  şeirin  digər 
vəznlərdən əsas ritmik fərqlənməsi kimi “paralelizmlər” 
nəzəriyyəsindən 
daha 
çox, 
“seqmentasiya” 
nəzəriyyəsinə  üstünlük  verirdi.    Sintaktik  quruluşun 
seqmentiv parçalanması və ya nəsrani cümlə sintaksisi 
vahidi  kimi  birləşdirilməsi  nəticəsi  olaraq,  istənilən 
Azad  şeir  nəzmdən  nəsrə,  istənilən  mətn  nəsrdən 
nəzmə çevrilə bilər.  
     Bu  mülahizələrdən  çıxış  edərsək,  məlumdur  ki, 
Verlibrin poetikası heç vaxt elmi dəyər qazana bilməz. 
Buriçə görə, velibrin ən yüksək təcəssümü poeziyadır. 
Heç bir saxta çərçivəyə sığmayan Verlibr nəzm ilə nəsr 
arasında  keçid  mərhələsi  sayılır.  Əlbəttə,  bu 
mülahizələrdə  Azad  şeir  açıq-aşkar  prozaik  nitq 
bötövlüyünün    pozuntusu  hesab  edilməsə  də,  o, 
dolayısı  ilə  xüsusi  nəzm  intonasiyalı  nəsr  nümunəsi  
sayılır. Biz bunu əsla qəbul etmirik. 
    Lakin o da doğrudur ki, Verlibrin kanonizasiyası bu 
mənada  tamamilə  Azad xarakterlidir.  Odur  ki,  biz  bu 
kanonların  ümumi  cizgilərini  nə  qədər  elmi-nəzəri 
ciddi-cəhdlə  cızsaq  da,  onun  tam  mənzərəsinə  heç 
vaxt  gedib  çıxa  biməyəcəyik.  Bunu  da  azad  şeirin 
nəzəriyyəçiləri ciddi yadda saxlamalıdırlar. 
     Azad  şeir  nümunələri  içərisində   hələ  əski  şeirdən 
bəri  geniş  yayılmış  ritm  ünsürlərindən  biri  onun  bəzi 
nümunələrinin  həm  daxili,  həm  də  zahiri  struktur 


 
258 
ritmini 
təşkil 
edən 
təkrirlərdir. 
Ümumi 
ədəbiyyatşünaslıqda  epifora  kimi  tanıdığımız  bu 
leksik-ritmik  ünsürün  Verlibr  sistemində  bir  çox  janr 
xüsusiyyətli növləşmədə kanonik yeri vardır. Kamil Vəli 
Nərimanoğlunun  “Kitabi-Dədə  Qorqud”dan  gətirdiyi 
nümunəyə  münasibəti  pralelizmlər  nəzəriyyəsi 
baxımından maraq doğurur:  
       “Qara eşək başına üyən ursan qatır olmaz, 
         Qaravaşa don geydiirsən, qadın olmaz. 
Komponentlərin əvvəlində  gələn tamamlıqlardan biri 
təyinlə,  biri  isə  təyinsiz  işləndiyindən  bu  nümunəni 
yarımçıq paralelizmə aid edirik.” (Göst. əsər, səh.: 57). 
Burada sintaktik paralelizmlər nəzəriyyəsi alimin fikrini 
o  qədər  məşğul  etmişdir  ki,  misra/sətir  başlarındakı 
“qara  eşək”  və  “qarabaş”ön  qafiyələnmə  ünsürü 
nəzərdən  qaçırılmışdır.    Bu  kimi  əski  şeir  ritmik 
ünsürləri Azad şeirin ritmik konstruksiyasında mühüm 
yer tutur. İstər “siqmentaziyalar,”istər azad yamb (və 
s.),  təfilə,  təqti  ünsürləri,  istərsə  də  sintaktik 
paralelizmlər 
verlibr 
poetikasının 
ritmoloji 
arxitekturasında köməkçi ünsürlər kimi yer tutur.  
    Prof.Dr. Nizami Cəfərov “Türk xalqları  ədəbiyyatı. 
Qədim 
dövr”(I 
cild, 
Çaşıoğlu. 
Bakı-2006) 
müntəxabatına maraqlı izahatlar yazmışdır. Maraqlı 
görünən  cəhətlərdən  biri  bu  kitabda  Qədim  türk 
buddist  əsərlərinin  “şeir”  kimi  təqdimatı  olduğu 
halda,  “Orxon-Yenisey”  kitabələrinin  “nəsr”  kimi 
təqdim edilməsidir. (səh.: 147-186).  
   Bu  cür  dağınıq  halların  yaranmasınının  əsl  səbəbi, 
zənnimizcə,  kitab  tərtibatçılarının    xətası  deyil,  milli 


 
259 
ədəbiyyatşünaslığımızda  əski  ədəbi  nümunələrimizə 
bədii kataqorial münasibətdə (ədəbi növ, janr, ritmik-
metroloji  təyinat,  yazılma  tarixi  və  s    üzrə)  hələ  də  
sürən  qeyri-müəyyənliyi  göstərmək  daha  düzgün 
olardı.  
    Aşağıda  həmin  kitabdan    Pratyaya  Şiriyə  aid 
“İlahə”dən bir parçanı misal gətirirəm:  
 I.  “Enqəyü öz işləqü işin ertürü tükədip 
  Enq kinintə nirvan bulğu oğrakığ turqurmış 
  Edqün barmış ıduklarığ emgəkliqlər üçün 
Ertə öküş kalp, öd özə sərqürü tudalım. 
Öz bakşımız, öqün tuymış öşəlliksiz ərninq, 
Önqrə, amtı, kin-üç ödki tözkərinçzizlərinq 
Öngin-öngin paramıtlığ yollarça yorıyu 
Ödrədinqü, ervişləriq ödkünüp alalım.” 
   (Göst. kitab, I cild, səh.: 124) 
İndi də “Qədim türk nəsri”kimi təqdim edilmiş “Orxon-
Yenisey” kitabələrindən bir parçaya diqqət yetirək: 
  II. “Yuğçı, sığıtçı kıtan, tatabı bodunım başlayu Udar 
senqün  kelti.  Tabğaç  kağanta  İsyi  Likən  kəlti,  bir 
tümən  ağı,  altun,    kümüş  kərqəksiz  kelürti.  Tüpür 
kağanta Bölön kəlti.”(Səh.: 164). 
  Daha bir örnək də bu cildə daxil edilmiş “Kitabi-Dədə 
Qorqud”un  bir boyundan aşağıdakı parçaya baxaq: 
     III.“Anlar dəxi bu dünyaya gəldi, keçdi. 
            Karvan kibi qondı, köçdi. 
            Anları dəxi əcəl aldı, yer gizlədi, 
            Fani dünya yenə qaldı...”(səh.: 218). 
 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə