Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə62/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   82

 
248 
                      3.5. Psixoloji növ.  
                     3.6.Fəlsəfi növ. 
               3.7.    Ədəbi cərəyan təmayüllü növ   
                  (sürrealist, abstraksionist, realist,   
                   avanqardist,  simvolist və s.). 
              3.8.Məzmunsuz-mücərrəd növ. 
                    3.9.   Assosiativ növ. 
 
                IV. Verlibrin janr xüsusiyyətli növləri: 
4. 1.   Şeir-verlibr. 
4.2.   Poema-verlibr. 
4.3.   Roman-verlibr. 
  4. 4.   Dramaturji verlibr. 
4. 5.   Hekayə-verlibr. 
4.6.   Nəğmə-verlibr. 
4. 7.   Traktat-verlibr. 
4.  8.   Qarışıq janrlı verlibr. 
4. 9.   Qeyri-müəyyən yanrlı verlibr.       
 
             V.  Tarixi verlibr növləri:   
            5.1.  Əski Türk yazılı ədəbiyyatında verlibr  
(Orxon-Yenisey şeiri, İssık şeiri, Etrusk- 
Troya şeiri və s.) 
5.2. Azərbaycan folklor verlibri. (“Kitabi- 
Dədə Qorqud”şeirləri və s.) 
5.3. İltisaqi dil mətnli qədim abidələrin  
verlibr sistemli Sinkretik növü. 
 
 VI.  Modernist-estetik forma və məzmun  
təmayüllü verlibr növləri: 


 
249 
6.1. Simvolist azad şeir. 
6.2.  Futurist azad şeir. 
             6.3.Sürrealist və dadaist azad şeir. 
             6.4.Abstraksionist azad şeir. 
             6.5.Sosrealist azad şeir. 
              6.6.Ekzistensional azad şeir. 
              6.7.İmajist azad şeir. 
              6.8.Kubist azad şeir və s... 
     Azad  şeirin növ differensiyası üçün tərtib etdiyimiz 
bu  təsnifat  təqribi  xarakterlidir.  Belə  bir  elmi-nəzəri 
materialın    yoxluğu  üzündən  biz  məcburi  bir  addım 
atmağı  lazım bildik.  Bu təqribi  növ təsnifatı  olmadan 
Azad  şeirin  ritmik  xüsusiyyətlərinin  elmi  izahı  qeyri-
mümkündür.  Lakin  dinamik  şeir  sistemi  sayılan 
Verlibrin inkişafı gedişində bu təsnifatın getdikcə daha 
da  təkmilləşərək  zənginləəcəyinə  heç  bir  şübhəmiz 
yoxdur.  Odur  ki,  bu  təsnifatın  həm  yaradıcılıq 
təcrübəsi, həm də elmi baxımdan uzun müddət faydalı 
olacağını zənn edirəm. 
    Tarixi  verlibr  növləri  üzrə  təqiqatlar  içərisində 
keşmiş Universitet müəllimim, görkəmli linqvopoetik, 
türkoloq-alim 
Kamil 
Vəli 
Nərimanoğlunun 
“Azərbaycan dilinin poetik sintaksisi”(Bakı-1981. BDU 
nəşriyyatı)  kitabı  az  saylı  dəyərli  elmi  mənbələrdən 
biridir. K.V.Nərimanoğlu çox haqlı olaraq, milli folklor 
verlibrimizin aparıcı ritmik ünsürlərinin bu gün  çağdaş 
verlibr  və  qeyri-verlibr  şeir    təcrübəmizdə  geniş 
istifadə  edildiyini  göstərir.  Müasir  ş
e
irimizin  yüksək 
novatorluğu  və  ektravaqant  xüsusiyyətləri  arxasında 


 
250 
dolayısı  ilə  folklorumuzun  qədim  şanlı  metroritmik 
ənənələri  durmuşdur.  Alim  yazır:  “Hər  şeydən  əvvəl 
onu qeyd edək ki,  “DQ” (“Kitabi-Dədə Qorqud”- N.F.)    
boyları  türk dillərində şeirin təşəkkülünün ilk dövrünü 
təmsil  etmir.  Ona  görə  ki,  “DQ”-da  hazır  şəkildə 
istifadə  edilən    atalar  sözləri    bütün  prinsiplərlə 
türkdilli  xalqların  ilk  şeir  örnəkləridir.”(Göst.  əsər. 
Səh.:-24).  Elə oradaca Kamil müəllim qeyd edir ki, “biz 
şeir  anlayışını  qədim  dövrün  poetik  sisteminə  uyğun 
götürürük.”  Hörmətli  türkoloqun  tərəddüdünə  şərik 
çıxmadan,  demək  istəyirik  ki,  həmin  “qədim  dövrün 
poetik sisteminə uyğun götürülən anlayışı” bu gün biz 
isə çağdaş verlibrimizin sisteminə də uyğun bilirik...  
     Aşağıda 
“Kitabi-Dədə 
Qorqud”dastanımızdan 
götürülən 
və 
müstəqil 
atalar 
sözlərimizdən 
gətirdiyimiz nümunələrə diqqət yetirək. Onlarda əski 
şeirin  əsas  ritmik  ünsürlərinin-  alliterasiya  və 
assonansların sabit yer tutması təsadüfi deyildir. 
  “Kitabi-Dədə Qorqud”dan: 
1.
 
Adam içməz acı sular sızınca sızmasa, yey. 
                    (ç-z-c-s-s-z-c-s-z-s). 
2.
 
Əcəl vədə irməyincə kimsə ölməz. 
              (ə-ə-ə-ə-i-ə-i-ə-i-ə--ö-ə)  
3.
 
Yana-yana qarlar yağsa, yaza qalmaz.
 
               (y-y-.-.-y-y-...) və ya: (a-a-a-a-a-a-a-a-
a-a-a-a)
 
    (Kitabi-Dədə  Qorqud.  Bakı-1978.  Gənclik.  Səh.:-15, 
14, 15). 
 
 
       Müstəqil “Atalar sözü”ndən: 


 
251 
1.
 
Yaxşı şeylərin yolu tapdaq olar. 
                (y-y-y)    
                (Atalar sözü. Bakı-1981. Yazıçı. Səh.: 105). 
 
      “Kitabi-Dədə Qorqud”dan. Səh.:14, 15 
         1.  Ulaşıban sular daşsa,  
                             Dəniz dolmaz. 
                   ( s-s) 
                   ( z-z) 
        2.  Qaravaşa don geyirsən, 
                            qadın olmaz. 
                     (q-d-s-) 
                     (q-d-z) 
Nümunələrə fikir verin. Ilk dörd nümunədə alliterasiya 
və  assonanslar  ritmi  aydınca  nəzərə  çarpır.  Son  iki 
nümunədə isə bənd (strofik) xarakterli ritmik ünsürlər 
var. Bu xüsusatlar çağdaş verlibrin də bəzi növlərində 
aparıcı ritmik ünsürlərdir. 
    Nümunələri  davam  etrirək.  Müstəqil  “Atalar 
sözü”ndən, (səh.: 104, 104, 105): 
                          1.  Yaxşı elə yaxşıdır, 
                                          çalış yamanı yaxşı elə. 
                                  (y-y və şı-şı) 
                                  (y-y və ş..ı-şı) 
                           2.   Yaxşı yaxşılığın deyilir, 
                              yaman nəyin deyilir? 
                                    (y-y-y və ya şı-şı) 
                                     (y-y-y) 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə