Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə58/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   82

 
232 
“Strofı”şeirinin  əsasında  belə  bir  hümanist  nəticə 
çıxarır: “Zapolnyayemıy list – eto tot mir, kotorıy tvorit 
poet  i  v  kotorom  on  svoboden.”/  “Yazılmış  vərəq- 
şairin  öz  yaratdığı  və  orada  azad  olduğu  bir 
dünyadır.”(səh.-746). 
     Dilşünas  poetika  nəzəriyyəçiləri  arasında  vəzn  və 
ritmin  poetik  normalarının  yalnız  dil  hadisəsi, 
linqvistik  faktorlarla  izahı  halları  geniş  yayılıb. 
Araşdırmaçıların əksəriyyəti unudur ki, dildə ritm və 
vəzn  bir-biri  ilə  dialektik  vəhdət  təşkil  edən 
anlayışlardır.  Əks-təqdirdə  azad  şeirin    “verlibr  şeir 
vəzni”  kimi  araşdırılması  absurd  səslənərdi. 
Akademik Ağamusa Axundov  çox haqlı olaraq, “ritmin 
öz-özlüyündə  vəzni  inkar  etmədiyini”göstərirdi. 
(A.Axundov. Şeir sənəti və dil. Bakı-1980. Yazıçı. Səh.: 
55). Lakin alimin dilçilikdə geniş yayılmış ritm və vəzn 
problemlərini  yalnız  dil  normaları  üzrə  izah  etmək 
cəhdi    Şeirşünaslığın  ümumi  problemlərini    dolaşığa 
salan  təmayüllərdən  biri  olmuşdur.  Şeir  vəznlərinə 
ayrıca  ədəbi-nəzəri  yanaşma  olmadan,  onları 
ədəbiyyatşünaslığın  xüsusi  bir  elmi  sahəsi    kimi  də 
araşdırmağa dəyməz. Şeir vəznləri və ritm Poetikanın 
mühüm  bir  sahəsi  olaraq,  dilçilikdən  əvvəl  əsasən 
ədəbiyyatşünaslığın  qədim  tədqiqat  mövzusudur.  O, 
dilçilik  üçün  aralıq  sahə  yerini  tutur.  Bunun 
unudulması ədəbiyyatşünaslığı dilçiliyin yedəyinə salır, 
nəticədə  Poetikanın  ritm  və  metrika  kimi  vacib 
problemlərinin araşdırılması dar bir dalana düşür... 
     Azərbaycan ədəbiyyatşünaslığının mogikanlarından 
biri, Universitet müəllimim, akademik Əkbər Ağayevin 


 
233 
aşağıdakı  fikri  xüsusi  maraq  doğurur:  “Vəzn  və 
qafiyənin  yaranması  poetikada  tarixi  hadisədir,  eyni 
zamanda    vəzn  və  qafiyə  sistemi  normativ 
kataqoriyadır,  insan  tərəfindən  yaradılan,  düzəldilən 
və şeir dilinə tətbiq olunan normadır; vəzn dillərə görə 
yaranmır,  düzəldilmir,  hazır  norma  və  poetik  qayda 
kimi alınır və müxtəlif dillərin təbii imkanlarına uyğun 
surəttdə  tətbiq  olunur.(Ə.Ağayev.  Göst.  əsər. 
Azərbaycan  jur.1974-cü  il.  №  1.  Səh.-195).  Bu  fikrin 
doğrulanması  üçün  Ümumtürk  ədəbiyyatşünaslığının 
ilk  sanballı  siması  Mahmud  Kaşqarinin  (1008-1105) 
1072-ci  ilin  25  yanvarında  başlayıb,  1074-cü  ulin  10 
fevralında tamamladığı və 1075-ci ilin aprelində xəlifə 
əl-Müqədiyə  hədiyyə  verdiyi  “Divani  lüğət  ət-Türk” 
ensiklopedik əsərinin bəzi vacib məziyyətlərinə nəzər 
yetirək.  Bildiyimiz  kimi,  Ümumtürk  ədəbiyyatının  ilk 
Əruz vəznli bədii əsəri  mütəqarib bəhrinin “fə` Ulün 
fə`  Ulün  fə`  Ulün    fə`  ül  (fə`Ul)”  ölçüsündə  Yusif  Xas 
Hacib Balasaqunlunun (1017-1077) 6645 beytdən, 124 
beytlik  üç  Qəsidədən  və  173  bayatıdan  (dördlükdən) 
ibarət  tərtibatda  yazdığı  “Qutadqu  Bilik”  (1069-cu  il)  
poemasıdır.  Daha  bir  neçə  əsr  sonra  Yusifin  ardınca 
gedərək, Əhməd Yuqnəki (XII əsr) “Utbət əl-həqayiq” 
poemasını,  Əhməd  Yasəvi  (?-1166)  “Divani-hikmət” 
adlı  ürfani  mənzuməsinin  bir  hissəsindəki  şeirləri  və  
Bürhanəddin  oğlu  Nasir  Rabğuzi  “Qısas  əl-ənbiyə-i 
Rabğuzi”  (1310)    mənqəbələrini  Əruz  vəzninin 
kanonları  üzrə  yazdılar.  M.Kaşqari  ilə  Yusif 
Balasaqunlunun  hər  ikisinin  yaratdıqları    dahiyanə 
ortaq  Türk  abidələrinin  Sovet  dövrü  Azərbaycanında 


 
234 
nəşrinin gerçəkləşməməsinə baxmayaraq, çox xoşdur 
ki,  bu  mühüm  əsərlər  Azərbaycanın  yeni  İstiqlal 
çağında  Türkiyə  Cümhuriyyətinin  eks-prezidenti 
Süleyman Dəmirəlin maddi-mənəvi dəstəyi sayəsində 
2006-cı ildə 1000 nüsxə ilə ölkəmizdə də, nəhayət,  işıq 
üzü  gördü...  Akademik  Ə.Ağayevin  fikrinə  haqq 
qazandırmaq  üçün    bu  iki  əsərin  nəzəri  vəzn  və  şeir 
praktikası  baxımından  bir-birinə  qarşılıqlı  təsiri 
məsələsinin  aydınlaşdırılması  çox  lazımdır.“Divani 
lüğət  ət-Türk”ilk    ümumtürk  ensiklopediyası  1000  il 
bundan  əvvəlki  türklüyün  bütün  xüsusiyyətlərini 
özündə  ehtiva  edən  nadir  xəzinədir.  Burada  
Ümumtürk  dünyasına  aid  dil,  ədəbiyyat,  tarix, 
coğrafiya,  mədəniyyət,  iqtisadiyyat,  milli  mənəvi 
dəyərlər,  psixologiya,  düyagörüşü,  həyat  tərzi,  adət-
ənənə, ailə, qohumluq, qonşuluq, sosial münasibətlər, 
geyim,  silah,  mətbəx,  oyunlar,  əyləncələr  və  s. 
məsələlər  öz    əksini  tapmışdır.  Qərbi  Avropanın 
maarifçi ensiklopedistlərini 7 əsr qabaqlayan bu əsər 
öyrədici-maarifçi  pansofik  xarakteri  ilə  bizim  eranın 
nadir qlobal hadisəsidir. Yeni eranın, miladi dövrünün 
Ümumtürk  mədəniyyəti  Orxan-Yenisey  mədəniyyəti 
ilə birgə daha 4 möhtəşəm fundamentin: “Kitabi-Dədə 
Qorqud”, “Manas”, “Qutadqu Bilik” və “Divani lüğıt ət- 
Türk”in üzərində yüksəlmişdir. Bu fakt imkan verir ki, 
Türk əski şeir poetikasının da eramızdan əvvəllərə aid 
kanonik  nəzəri  bünövrəsinin  olduğunu  təxmin  edək. 
Çin qədim Tan sülaləsini əvəzləmiş  antitürk şovinist U 
sülaləsinin  hakimiyyəti  dövründə  bütün  ümumtürk 


 
235 
mədəniyyətinin ələ keçən hər bir əsərinin amansızlıqla 
məhv edildiyi məlumdur.  
    “Divani  lüğət  ət-Türk”  əsəri  4  cilddən  ibarətdir. 
Divanda 9.000-dən artıq söz vardır. Mahmud Kaşqari 
bu lüğəti Xəlil ibn-Əhmədin “fel” və onun  əlavəsi olan 
samitlərdən  xüsusi derivatlar kimi yaratdığı 2,3,4,5,6,.. 
10 hərfli qrupların sistemi üzrə tərtib etmişdir. Bu fakt 
ilk dahi türkoloqun Əruz kanonlarını Türk dilinə necə 
tətbiq  etdiyini  göstərir.Və  nəticə  etibarı  ilə  həmin 
nəzəri  təməl  “Qutadqu  Bilik”  və  digər  əsərlər    üçün 
metroritmik yol açmışdır. Professor Əkrəm Cəfər yazır: 
“XI    əsrdə  türk  dilləri  ilə  əruzun  qarşılaşması  elmi-
nəzəri  planda  olmuşdur.  Bunu  da  biz  Mahmud 
Kaşğarinin “Divani-lüğət-it-türk”ündə ərəb qrammatik 
formullarının və eyni zamanda əruz vəzni təfilələrinin 
geniş  mənada  türk  dili  sözlərinə  tətbiq  edilməsində, 
türkcə sözlərin ərəb təfilələri ilə ölçülməsində, onların 
fonetik 
çərçivəsinin 
təfilələr 
vasitəsilə 
müəyyənləşdirilməsində  görürük.  Ərəb  əlifbasında 
qısa səslilərin ifadəsi üçün hərflərin olmaması sözlərin 
necə  tələffüz  edilməsini  anlamaq,  xüsusən  türkdilli 
xalqlar  üçün  mümkün  olmayan  qədər  çətindir. 
Mahmud  Kaşğari bu  çətinliyi  asanlaşdırmağın  yolunu 
tapdı.  O,  sözləri  ifadəsi  müəyyən  olan  təfilələrlə 
qəliblədi, fonetik  quruluşlarını  aydınlaşdırdı.  Bununla 
da daha XI əsrdə türk dilləri ilə əruz vəzni arasındakı 
münasibət və mütaqibət məsələsi əsasən həll edilmiş 
oldu.”(Ə.Cəfər. Göst. əsər. Səh.: 47). 
     Bizim  eradan  əvvəl  V-IV  əsrdən  başlayan  “İssık” 
abidələrinin içərisində əski türk dili və ədəbi faktı kimi 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə