Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə55/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   82

 
220 
şeydən  öncə  bir  şeir  sənətidir.  Şeirin  həansı  vəzndə 
olmasından  asılı  olmayaraq,  mütləq  bir  şəkildə 
müəyyən  şərtilikləri  olmalıdır.  Bu  şərtiliklər  içində 
başda  gələn  cəhət  Verlibrin  ritmik  tərtibində  dilin 
sintaktik  paralelizmlərinin  metrik  zərurətidir.  XX  əsr 
Qərb  modenizminin  müəllifləri  müxtəlif  fikir 
cərəyanları 
(simvolizm, 
futurizm, 
sürrealizm, 
absraksionizm  və  s.)  ilə  pərdələnərək,  Azad  şeirin 
zəngin metrik imkanlarına nə isə mistik bir mahiyyət, 
qeyri-adilik 
verərək, 
 
ədəbiyyatda 
hər 
cür“məzmunsuzluğu”  xüsusi  bədii  məziyyət  kimi 
nümayiş  etdirmək  istədilər.  Nihilizmin  xüsusi  tipi 
olan  bu  hərəkat  insanın  ictimai  həyatda  fəal 
mövqedən geri çəkilməsinə hesablanmışdı. Biz azad 
şeirin korifeylərinin (N.Hikmət, V.Moyokovski, R.Rza, 
Pablo  Neruda)  yaradıcılığında  əksinə  həyata  fəal 
əməli  və  fikri  müdaxilənin  şahidi  olduq.  Bir  şeir 
vəzninin  ədəbiyyatdakı  əsas  funksiyası  onun  bədii 
fikirləri,  ideya  və  qayələri,  estetik  məramları  gözəl 
ifadəsindən  ibarətdir.  Gözəllik  insan  düşüncəsinin 
olduğu  yerdə  nəzərə  çarpa  bilər.  İnsanın  özünü 
düşüncədən  əqidəli  şəkildə  məhrum  etdiyi  yerdə 
poeziya  yoxdur.  Homerin,  Yulluq  Təkinin,  Hafizin, 
Götenin, 
Puşkinin, 
Bayronun, 
Bəxtiyar 
Vahabzadənin...  fikir  də  düşüncələrindən  kənarda 
onların  poeziyası  nə  anlam  daşıya  bilər?  Poeziya 


 
221 
insanlığın  xüsusi  bir  aləmi  olaraq,  yalnız  həqiqətlə 
cilalanmış cəsarətli bədii fikirlər səltənətidir. 
    Verlibrin  bir vəzn kimi qəbul edilməsi onun üzərinə 
əlavə  fuksiyalar  yükləyənlərə  qarşı  ən  düzgün 
mövqedir. Polimetrik xüsusiyyəti onu yeni-yeni musiqi 
janrları üçün də yararlılı edir. Azad şeirin geniş metrik 
xüsusiyyətləri bədii fikrin əsas leytmotivi üzərinə xeyli 
əlavə poetik yarımfikirlər, ekspressivliyi artıran üslubi 
keyfiyyətlər, təsvir və ifadə vasitələri artırmağa imkan 
verir.  Buna  görə,  Azad  şeir  poetikasında  işlənən 
terminoloji  aparata  makro  və  mikro  misralar,  verlibr 
bəndi, 
bütöv 
mətn 
mühiti, 
ritmik-sintaktik 
paralelizmlər,  ön  qafiyələnmə,  alliterasiya,  assonans, 
daxili  ritmik  konstruksiya,  daxili  fikri  ekspressiya, 
zahiriritmik  konstruksiya ,  tərtibat effektləri, poetik 
təhkiyə  dili,  bədii  assosiasiya  və  s.  işlək  terminlərin 
daxil edilməsi lazımdır. Azad şeirdə ifadə edilən hər bir 
poetik fikrin öz ritmi, öz ahəng sistemi, öz emosional 
tonu olmaqla bərabər, həmçinin ümumi bir vəzn ritmi 
də  mövcuddur.  Bu  letmotiv  xətt  üzərində  əsasən 
bütün sintaktik paralelliyin ümumi ideya runu dayanır. 
Məsələn,  Rəsul  Rzanən  “Lenin”  poemasının  ritmik 
leytmotivi  ilə  onun“Rənglər”silsiləsinin  ritmik  tonu 
əsla  bir  yüksəklikdə  və  tezlikdə deyildir.  Bu,  verlibrin 
digər şeir vəznlərindən fərqli əsas xüsusiyyətlərindən 
biridir. Əgər əruzun rəməl bəhrinin eyni bir növündə 


 
222 
iki  fərqli  Qəzəli  ucadan  oxusaq,  onların  ritm  və  ton 
səviyyəsi,  demək  olar  ki,  eyni  olacaqdır.  Lakin  bunu 
verlibr  haqqında  söyləmək  əsla  mümkün  deyil. 
Velibriistisnasız olaraq, bütün dünya dillərində XX-XXI 
əsrlərin  aparıcı  şeir  sisteminə  çevirən  amillərdən  biri 
də  elə  budur.  Azad  şeirin  bütün  dünya  xalqlarının 
dillərinə tətbiq imkanı vardır. Lakin bunu digər vəznlər, 
məsələn, antik, tonik, tonik-sillabik və ya əruz vəznləri 
haqqında 
deyə 
bilmərik... 
Belə 
poliritmik 
xüsusiyyətləri  verlibri  digər  vəznlərdən    təqribən 
klassik  muğamla  simfonik  muğam  arasındakı  fərqlər 
qədər ayırır.  
    İstedadlı  şairimiz  Əli  Kərimin  “Tənhalıq  boşluq 
deyil”şeirini bütün mətni ilə örnək gətirirəm: 
                      Tənhalıq boşluq deyil— 
                      Səni gözləyən varsa; 
                      Doludur ümid günəşilə, 
                      Həsrət ayparasıyla, 
                      Kövrək qəmin alatoranıyla... 
                      Doludur Braziliya stadionu kimi 
                      Şıltaq nazla, 
                      Dəli ümidsizliklə, 
                      Janna d` Ark kimi qəhrəman ümidlə. 
Verlibrin vəzn problemi ətrafında ilk sözə Avrasiyanın 
XX  əsr  ən  nəhəng ədəbiyyat  nəzəriyyəçilərindən  biri, 
görkəmli  rus  alimi,  məşhur  “Tarixi  poetika”  kitabının 


 
223 
müəllifi  A.N.Veselovskidən başlamaq istərdim. Ölməz 
ədəbiyyatşünas  “Tarixi  poetika”  əsərinin  ilk  fəslini 
“Qədim  poeziyanın  sinkretizmi  və  poetik  növlərin 
differensiyasının 
başlanğıcı” 
adlandırmışdır. 
A.Veselovskiyə    görə,  Qədim ədəbiyyat əski  sinkretik 
poeziyanın  ilk  başlanğıcı  olaraq,  kollektiv  rəqs 
mahnılarından    qaynaqlanır.  Kollektiv  rəqs  mahnıları 
olan xoreylərdə ilk ədəbi janrların bütün əsas ünsürləri 
–  lirik,  epik,  dramatik  olmaqla-sinkretik  halda  birgə 
mövcud  olmuşdur.  Bunlar  zamanla  ayrılıb,  müstəqil 
növlərə çevrilmiş, lakin heç vaxt tamamilə bir-birindən 
kəskinliklə  təcrid  olmamışlar.  Ədəbi  növlərin  janr 
müxtəlifliyi  içində  lirik,  epik  və  dramatik  ünsürlər 
həmişə öz izlərini qoruyub saxlaya bilmişdir. Sinkretik 
ədəbi növdən ilk ayrılan növ Lirikadır.  Aedlər (böyük 
həcmli süjet və mahnıların yaradıcıları və ifaçıları) və 
raspodlar (bu süjet və mətnləri Baş qəhrəmanın və ya 
müəyyən  bir  Hadisənin  ətrafında  dövrəyə  salan 
müğənnilər) nə qədər ciddi müqavimət göstərsələr də, 
uzun illik Sinkretik növün müxtəlif növlərə ayrılmasına 
əngəl ola bilmədilər. Xorun rəhbəri- Korifey mərasim 
nəğmələrinin  ilk  ifaçısı  idi.  Sonradan  Aktyor  da 
səhnəyə çıxdı və Korifey ilə sərbəst dialoqa girdi. Esxil 
ikinci, Sofokl üçüncü aktyoru səhnəyə çıxardı. Evripidin 
faciələrindən,  Aristofanın  komediyalarından  etibarən  


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə