Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə54/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   82

 
216 
təcrübənin öyrənilməsi çox vacibdir. Bir halda ki, hər 
bir milli vəznin daxili metroritmik xüsusiyyətləri həmin 
xalqın  ədəbiyyatında  vəznlərarası  qarşılıqlı  daxili 
zənginləşmədə  bu  və  ya  başqa  şəkildə  iştirak  edir, 
deməli, bu xüsusiyyətlərə də diqqətli yanaşmaq lazım 
gəlir. 
     Bildiyimiz  kimi,  Xəlil  ibn-Əhməd  Əruz  poetikasını 
uzun və qısa, aşıq və qapalı hecalara tətbiq olunan 8 
“fel”  derivatının  əsasında  yaratmışdır.  Onu  da  qeyd 
edək ki, Xəlilin özü heç vaxt uzun-qısa heca anlayışını 
işlətməmişdir. Bunu o, həcmcə bir hecadan altı hecaya 
qədər olan təfilələr vasitəsilə ifadə etmişdir. Təfilələrin 
hissələri  əruzun  rüknləri  əsasında  aydınlaşdırılır. 
Səbəb,  vətət  və  fasilə  adlandırılan  bu  rüknlər  8  əsli 
təfiləni  təşkil  edir.  Ə.Cəfər  yazır:  “fə`Ulün,    fA`ilün, 
məfA`İlün,  fA`ilAtün,  müstəf`  ilün,  müfA`ələtün, 
mütəfA`ilün, məf` UlAtü. Əruzun əsasını təşkil edən bu 
əsli 
təfilələrin 
zihaflar 
yolu 
ilə 
dəyişilməsi 
nəticəsində...  70-ə  qədər  təfilə  düzəlir.  Bunların 
qəliblərdə  dördər,  üçər,  ikişər  olaraq,  müxtəlif 
şəkillərdə düzülüşündən əruz vəzninin bütün bəhrləri 
və  onların  növləri  və  növ  variantları  əmələ  gəlir.” 
(Ə.Cəfər.  Göst.  əsər.  Səh.:  50).  Bu  “fel”  sözünün    8 
derivatından zihaflar (yəni onlara  7 hərf :  a, t, s, `, f, l, 
m, n, u, i  artırmaqla və ya onları  əksiltməklə  ritmik 
hissə  yaradan    təfilə  təşkil    edilmişdir.      Bu  əsli    və 


 
217 
törəmə (zihaflı) təfilələr əsasında,  Əkrəm Cəfərə görə, 
Azərbayacan əruzunun 12 bəhri və onun cəm halda  92 
növü,  266  variantı    yaradılmışdır.  Bunlar  da  76  qəlib 
üzrə formalaşaraq, ayrı-ayrılıqda  müxtəlif  klassik  şeir 
nümunəsinin 
ümummisra 
metroritmik 
konstruksiyasını  təşkil  edirlər.  Qəlib-  misra  ölçüsü 
vahidi, təfilə isə misradaxili ritmik vahid kimi çıxış edir. 
Elə buradaca qeyd edək ki, ərəb dilinin flektiv təbiətinə 
xas olan “fel”və onun derivatları (əsli təfilələri), habelə 
dolaşıq  xüsusiyyətləri  ilə  bütün  ərəb  zihafları  indiki 
dövrümüzdə milli klassik şeirimizin nə izahında, nə də 
yaradıcılıq  təcrübəsində  heç  bir  əhəmiyyətə  malik 
deyildir.  Bu  süni  amillər  Əruz  şeiri  üçün  yalnız  tarixi 
poetika baxımından az-çox bir məna daşıya bilər. Əruz 
vəzninin  şeir  təcrübəsi    və  tədqiqi  üçün  öyrənilməsi 
bütün 
bu 
qeyri-milli 
ritmik 
konstruksiyaların 
sadələşdirilməsinə və terminoloji aparatının tamamilə 
milliləşdirilməsinə bu gün böyük ehtiyac vardır. 
    Əruzşünaslığın  verdiyi  məlumatlar  deməyə  əsas 
verir ki, klassik şeirin bu qədər geniş və zəngin ritmik 
imkanları  onun  Yazılı  ədəbiyyatımızda  900  iillik 
hegemonluğunu  yaratmışdır.  Buraya  ayrı-ayrı  klassik 
şairlərimizin  də  dühasını,  ideya-bədii  məziyyətlərini 
əlavə etmək lazımdır. 
    Lakin  verlibr  sənəti  sahəsində  də  yeni  tarix 
başlanandan  Uolt  Uitmen,  Pablo  Neruda,  Nazim 


 
218 
Hikmət, Lorka,  Rəsul Rza, Neman,  Mayakovski, Fazil 
Hüsnü Dağlarca... kimi onlarca müqtədir sənətkarları 
olmuşdur.  Və bundan sonra da olacaqdır. 
    Hər  bir  şeir  vəzni  zamanla  öz  bədii  imkanlarını 
artırmaq istiqamətində irəliyə doğru təkamüldə olur. 
Bu  mənada,  Əruzun  öz-özünü  ritmometrik  planda 
daim  zənginləşdirmək  üçün  metrik  təkmilləşməyə 
məruz qalması eynilə digər vəznlərin də hər birinə xas 
ümumi keyfiyyətdir.  Lakin unutmaq lazım deyil ki, bu 
zənginləşmə  hər  bir  vəznin  öz  daxili  imkanları 
çərçivəsində  mümkündür.  Deyək  ki,  heca  vəznində 
yazan  şair  heç  bir  halda  Sözü  əruzda  olduğu  kimi 
içindən bölüb müxtəlif ritmik qrupa daxil edə bilməz. 
Onu  bu  qaydanı  pozaraq  baş  metrik  prinsipə  xilaf 
çıxması heç vaxt “zənginləşmə”yarada bilməz. Bunun 
sadə  bir  adı  var:  vəzn  pozuntusu.  Bu  cür  hal  eynilə 
əruzda  yazarkən  eyni  şeirin  (deyək  ki,  Qəzəlin) 
müxtəlif misralarında müxtəlif qəlib şəkli işlədən şair 
üçün  də  eyni  səhvdir.  Bu  cür  vəzni  tələbləri  pozmaq 
heç  vaxt  yenilikdən  xəbər  verməz.  Azad  şeir 
poetikasında 
bütün 
vəznlərin 
ritmometrik 
ünsürlərindən  azad  şəkildə  istifadəetmək,  heç  də 
verlibri  hibridləşdirmək  demək  deyil.  Verlibrin  ritmik 
xüsusiyyətlərini  sonrakı  fəsilimizdə  geniş  izah 
edəcəyik.  Hələlik    bir  mətləbi  qəti  olaraq  bilmək 
lazımdır  ki,  Azərbaycan  ədəbiyyatçünaslığında  bir 


 
219 
dəfəlik  qəbul  etməliyik  ki,  hər  bir  şeir  vəzninin 
ədəbiyyatda meydana çıxması muxtar bir hadisədir,  o, 
öz  xüsusi  qanunauyğunluqları  ilə  “yaşamağa” 
məcburdur,    o  cümlədən    verlibr  də    hibrid  bir  vəzn 
deyil, milli poeziyamızda əlahiddə metrik sistemdir. 
   Azad  şeirin  poetik  təsvir  və  ifadə  imkanları  digər  
vəznlərlə  müqayisədə  daha  genişdir.  Verlibrin 
kanonizasiyası  digər  metrik  siistemlərlə  müqayisədə 
kəskin  qadağanlar,  məhudlaşdırmalardan  azaddır. 
Lakin bir çoxlarının düşündükləri kimi heç də tamamilə 
azad  deyil.  Azad  şeirin  metroritmik  tərtibatında 
qabaqcadan hazırlanmış (əruz qəlibləri, təfilələri və ya 
heca vəzninə aid daxili və zahiri ölçülər (konkret bənd 
quruluşu,  misra daxili bölgü,  müəyyən qafiyə  sistemi 
və s.) demək olar yox dərəcəsindədir. Bu, verlibrin özəl 
metrik  xüsusiyyətidir.  Amma  burada  bir  ciddi 
diqqətdən  yayınmamamlı  bir  Qızıl  qayda  var:    bu 
şeirdə  ifadə  edilmiş  hər  bir  poetik  fikrin,  hər  bir 
emosional halın, hiss və həyacanın öz ritmi, öz xüsusi 
ahəngi vardır. Velibrin ümumi ritmi ola bilmız. Heç bir 
insan təbii halında söylədiyi fikirlərə görə eyni ruhi halı 
yaşamır.  Fikirlər  ona  görə  fərqlidir  ki,  fərqli  məna  və 
məzmunlar  daşıyırlar.  Deməli,  onlar  ayrı-ayrılıqda 
fərqli ritm və ahəng ilə də deyilir. Yalnız verlibr insan 
düşüncəsinin    bu  təbii  ritmik  halını  öz  xüsusiyyətilə 
poetik bir dillə qoruyub saxlamağa qadirdir. Verlib hər 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə