Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə53/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   82

 
212 
    Müasir  lirik  şeirin  böyük  ustadı  Yisif  Nəğməkarın 
poeziyasında  da  xeyli  belə  nümunələr  diiqəti özünə 
çəkir.  Lakin  Yusif  müəllimin  ilk  baxışda  dağınıq 
görünən bu şeiri Azad şeir olmaqdan uzaqdır. Çünki 
Heca vəznli şeirin bu əvəzsiz ustadı sərbəst tərtibata 
baxmayaraq  sillabik  şeir  sistemindən  çıxmamışdır. 
Burada  şeirin  “heca”  mahiyyəti  çox  cüzi  istisna  ilə  
sabit heca misralarından ibarət olmağındadır: 
                          Mən inadam, 
                          Yanar odam. 
                          Yanma desən, yanacağam, 
                          Unut desən,  
                          Hər vaxt səni anacağam. 
Gəlmə desən, gələcəyəm, 
Görmə desən, görəcəyəm. 
Sevmə desən, sevəcəyəm. 
Görmək- inad, 
Sevmək- inad, 
Bir məqsədə yetmək- inad. 
İnad- uca bir zirvəyə 
Uçmaq üçün qanadımdır. 
Hər qələbəm, hər zəfərim  
                          Elə mənim inadımdır. 
    Göründüyü  kimi,    şeirdə  hecaya  xas  4+4  bölgüsünə 
sonacan 
riayət 
olunmuşdur. 
Diqqətlə 
fikir 
verdikdə,aydın  olur  ki,  şair  qafiyə  sistemində  xeyli 


 
213 
sərbəstliyə  yol  versədə,  şeirdə  misralararası  qoşa   
qafiyələnməni daim saxlamışdır. Bundan başqa, şeirdə 
daxili bölgü (4+4) ardıcıl gözlənilib, misraların 8-lik heca 
bərabərliyi  əsasən  qorunub  ki,  bu da  onu  Heca  vəznli 
şeir kimi qəbul etməyə bizi məcbur edir. 
    Azad şeir sənətində də digər bədii əsərlərə xas xeyli 
xüsusiyyətlər  vardır.  Verlibr  poemasındakı  süjetlilik, 
epik,  lirik  və  dramatik  təsvirlər,  oxşar  bədii  ifadə  və 
təsvir vasitələri və s. Amma bunların heç biri onun vəzn 
təyinatında  aparıcı  yer  tutmadığından,    vəznşünaslıq 
baxımından bizim üçün də əhəmiyyətsizdir. 
     Bununla  demək  istəyirəm  ki,  hər  bir  vəznin 
ritmometrik sistemi yalnız onun öz daxili xüsusiyyətləri 
əsasında  şərh  edilməlidir.  Vəznşünas  hər  bir  vəznin 
əsas  cəhətini,  yəni  özəl  ritmometrik  sistemini 
müəyyələşdirməyi  bacarmalıdır.  Əks-  təqdirdə  onun 
bütün mülahizələri havadan asılı qalacaqdır. 
    Əruz  vəzninin  milli  ədəbiyyatşünaslığımızda  ətraflı 
öyrənilməsi tarixi  çox qədimdir. Bu sahədə hələ prof. 
Əkrəm  Cəfərə  qədər  xeyli  tədqiqatçılarımız  baş 
yormuşlar:  Əhməd  Həmdi  Şirvani,  Abdulla  Qutqaşınlı, 
H.Ə.Qayıbov,  Rəşid  bəy  Əfəndizadə  və  b...    Bütün 
bunlara  baxmayaraq,  Azərbaycan  milli  əruzunu  elmi 
zirvəyə yalnız dahi şairimiz Hüseyn Cavidin tələbəsi və 
bizim  müəllimimiz  olmuş  prof.  Əkrəm  Cəfər  gətirib 
çıxarmışdır. 
    Heca vəznli həm şifahi, həm də yazılı ədəbiyyatın janr 
və  şəkil  xüsusiyyətləri,  daxili  bölgü,  ritm  və  qafiyə 


 
214 
sistemi və s. də ədəbiyyat nəzəriyyəçilərimiz tərəfindən 
yüksək 
səviyyədə 
tədqiq 
edilmişdir. 
Lakin 
unudulmuşdur ki, Azərbaycan ədəbiyyatşünaslığı üçün 
milli verlibr poetikasının düzgün işlənib hazırlanması da 
Heca  və  Əruzda  olduğu  kimi  davamlı  araşdırmaların 
aparılmasını vacib edir.  
    Etiraf  etməliyik  ki,  vəznşünaslıqda  ən  mükəmməl 
öyrənilmiş  sahə  Əruz  vəznidir.  Əziz  müəllimimiz 
Əkrəm  Cəfərin  apardığı  araşdırmalar  nəticəsində 
bəlli  olmuşdur  ki,  dahi  şairimiz  Məhəmməd  Füzuli  
milli əruzumuzun 10 bəhrində (24 növ üzrə), Nəsimi 
9 bəhrdə (19 növ üzrə), Xətai 4 bəhrdə (7 növ üzrə), 
Kişvəri 5 bəhrdə (12 növ üzrə) yazıb yaratmışdır. Bəhr 
zənginliyinə  malik  Füzuliyə  qədər  ona  7  müqtədir 
klassik  şairimiz  yol  açmışdır:  İ.Həsənoğlu,  Nasir 
Bakuvi  Şirvani,  Qazi  Bürhanəddin,  Həbibi,    Kişvəri, 
İ.Nəsimi,  Xətai.    M.Füzuli  yaradıcılığını  dərindən 
araşdıran  Ə.Cəfər  müəyyənləşdirmişdir  ki,  dahi 
sənətkarımız  öz  ömrü  ərzində  ana  dilimizdə  324 
qəzəl, 42 qəsidə, 43 qitə, 2 tərkibbənd, 3 tərcibənd, 5 
mürəbbe,  3  müxəmməs,  2  təxmis,  1  təsdis,  2 
minacat,  1  mərsiyə,  1  mənzumə,  38  müəmma,  1 
hədisi-ərbəin,  3  poema  (“Leyli  və  Məcnun”, 
“Meyvələrin söhbəti”, “Bəngü Badə”), dibaçə içrə 12 
şeir parçası, habelə “Şikayətnamə”içrə 7 şeir parçası, 
Qazi  Əlaəddinə  məktubda  3  şeir  parçası    yazmışdır. 
Bundan  əlavə,  onun  “Həqiqət-üs-  süəda”  tarixi 


 
215 
povestində  də  539  mənzum  paçadan  552-si  doğma 
Azəri  türkcəsindədir.  Əkrəm  müəllimin  vəfatından 
sonra  oğlu  Sokrat  tərəfindən  nəşr  edilmiş  son  elmi 
kitabı  “...Yandım  avazeyi-eşqinlə  sənin”  (Bakı-2010, 
Çaşıoğlu)  adlanır.  Bu  əsərdə  də  Ə.Cəfər  Füzulinin 
bütün 10 bəhrlik Əruz irsini vəznşünaslıq baxımından 
tam  şəkildə  tədqiqata  cəlb  etmişdir.  Ədəbi 
ictimaiyyət içində dolaşan yanlış mülahizələrdən biri 
də  Əruzun  dilimizə  yad  sistem  olması  haqqında 
uydurmalardır.  Ə.Cəfər  sübut  etdi  ki,  milli 
Azərbaycan  əruzu  heç  də  767-ci  ildə  Əbu 
Əbbdürrəhman  Xəlil  ibn  Əhməd  əl-Fərahidi  əl-Bəsri 
(VIII  əsr)  tərəfindən  yaradılmış  Ərəb  əruzu  deyildir. 
Bu  M.Füzuli  kimi  neçə-neçə  dahi  Azərbaycan 
klassiklərinin  ilhamla  dolu  yaradıcılıq  zəhmətinin 
nəticəsidir.  Milli  əruzumuzun  milli  klassikamız 
əsasında sistemli elmi-nəzəri təhlili üzərində yaranmış 
milli  əruzşünaslığımızın  banisi  isə  şəriksiz  olaraq, 
ləyaqətli  bir  Universitet  müəllimimiz  olmuş  Əkrəm 
Cəfərdir.    Əkrəm  müəllimin  mükəmməl  “Əruzun 
nəzəri əsasları və Azərbaycan əruzu” (Elm, Bakı-1977) 
kitabında  ən  önəmli  məziyyətlərdən  biri    onun  digər 
beş  xalqın-  ərəb,  fars,  tacik,  türk  və  özbək    xalqının 
klassik 
əruz 
şeiri 
ilə 
müqayisədə 
işlənib 
hazırlanmasıdır. 
Verlibr 
poetikasının 
işlənməsi 
yolunda  çətinliyin  ortaya  çıxarılması  üçün  bu 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə