Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə56/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

 
224 
artıq  Xor  bədii sənətdə, sinkretik keçmişdən gələn öz 
lirik hegomoniyasını tamamilə itirdi. 
    Heç şübhəsiz, bəşəriyyət tarixinin ilk Şagirdlərindən 
(Qədim  Şumer,  Misir,  Çin  və  Hindistandan)  sonra 
ortaya  çıxmış  ilk  Müəllimimiz  sayılan  Antik 
Yunanıstanın  nəhəng  şifahi  xalq  epopeyaları  kimi 
ortaya çıxardığı “İlliada” və “Odisseya”əsərləri bəşərin 
mənəvi    mədəniyyətinin  inkişafında  irəliyə  doğru 
atılmış  ən  iri  addım  sayılmalıdır.  Miladdan  öncə  VII 
əsrin  əvvəllərindən  Qədim  Yunanıstanın  ilk  Quldarlıq 
cəmiyyəti  formalaşır.  Eramızdan  iki  əsr  əvvəl  isə  bu 
quruluş  bir  daha  Qədim  Romada  da  qərarlaşaraq, 
miladın VI əsrinə kimi sürür. Şərq anoloqları haqqında 
danışmaq istəmirəm. “İlliada” və “Odisseya” daha çox 
Quldarlıqdan  əvvəlki  yunan  təfəkkürünün  məhsulu 
olmuşdur.  Burada  verilən  Troya-Mikena  savaşları  da 
azadlığı  ilə  qürurlanan  insanların  arasında  getmişdir. 
Onun səbəbi və sügeti isə “Eşq”üzərində qurulmuşdur. 
Parislə Afroditanın məhəbbəti bu bədii savaş sügetinin 
indiyəcən  yaşamasına  və  minilliklərə  ötürülməsinə 
gətirib  çıxarmışdır.  Deməli,  hər  iki  əsər  epik  olduğu 
qədər  də  lirik  vüsətə  malikdir.  Onun  ilk  mahnı 
örnəklərini, heç şübhəsiz, qədim cəngavərlər: axeylər 
və  troyalılar  Troya  divarlarının  yanında  oxumuşlar. 
Təsadüfi deyil ki, Homerdən sonra, qədim yunan şairi 
Hesiod  da  Homerin  nəğmələri  ruhunda  iki  poema 


 
225 
yazdı:  “Teoqeniya”  və  “Əməklər  və  Günlər”.  Bu 
əsərlərin  hər  ikisində  ilk  böyük  “Allahların”-  Uran  və 
Kronosun  ədalətsizliyi  və  kobudluğuna  qarşı  üsyan 
edib,  onu  devirən  Zevs  və  onun  yeni  səma  iqtidarı 
tərənnüm  edilmişdir.  Zevs  hakimiyyətə  Ədalət 
(Femida)  və  onun  sevgilisi  Müdriklik  (Metida) 
hesabına  gəlir.  Bu  Zevs  “İlliada”dakı  Zevs  deyil,  həm 
insanlığın, həm də allahların ali Başçısıdır. O, dünyada 
haqqı  pozulanların  köməyinə  gəlir,  Yerdə  və  Göydə 
ədaləti bərpa edir... 
     Lirika  insanlığın  azadlıq,  ədalət,  dövlətçilik,  eşq  və 
qəhrəmanlıq  duyğularından  heç  vaxt  ayrı  bir  aləm 
olmamışdır. Əski türk şeirinin yazarlarından biri Yollıq 
Tekindir.  O, Bilgə xaqanın tapşırığı ilə 731-ci ildə döyüş 
yarasından 
həlak 
olmuş 
Gültəkinin 
şərəfinə“Gültəkin”(735)  abidəsi  kimi  tanıdığımız  Daş 
bitiyi/kitabı “yazır”.   Bədii və azadlıq ruhu etibarı  ilə 
Yolluk Tekin ilə miladdan əvvəl V-IV əsrlərdə Yunan xor 
lirikasının  ilk  nümunələrini  yaradan  Pindar  arasında 
heç  bir  fərq  gözə  dəymir.  Pindarın  epinikilərindəki 
(Zəfər  nəğmələrindəki)  ruh  Yolluk  Tekinin  türk 
qəhrəmanlığı barədə öyküləri ilə tam-tamına eynidir. 
Spartalı 
Tirteyin 
etoloji 
məzmunlu 
ictimai 
elegiyalarında  daha  çox  Sparta  dövlət  quruluşu  vəsf 
edilmişdir. 
Bu 
xüsusiyyət 
əski 
Türk 
verlibr 


 
226 
nümunələrinin    bütün  məzmununa  xas  bir 
məziyyətdir. 
    Miladdan  öncə    V  əsrdə  yunan  demokratiyasının 
başında  Perikli  görürük.  Mənim  qəti  qənaətimcə, 
miladın  552-ci  ilində  Tümen  (Bumın)  xaqan 
tərəfindən  yaradılmış  ilk  Türk  xaqanlığı  da  bütün 
parametrləri ilə türk demokratiyasının ilk nümunəsi 
idi.  Quldarlıq  xarakterində  deyildi.  Avrasiya  azadlıq 
ruhunun daşıyıcısı olan idarəçilik sistemi və azad bir 
insan  cəmiyyəti  kimi  onu  yalnız  ABŞ-ın    ilk  azadlıq 
savaşlarının başında durmuş  general C.Vaşinqtonun 
dövri  ilə  müqayisə  etmək  olar.  Amerikanların  öz 
ingilis keçmişinə qarşı bu şanlı savaşı ilə Türklərin öz 
əski  Çin  əsarətinə  qarşı  barışmaz  mübarizəsi 
tamamilə səsləşir
    ABŞ  istiqlaliyyəti  Uolt  Uitmeni,  Ümumtürk 
istiqlalçılığı Yulluk Tekini doğurmuşdur.  
   Ümumtürk  yazılı  ədəbiyyatının  ilk  lirik  şairi  uyğur 
Apriçur  Tigin  hesab  edilir.  Öz  tarixi  Azadlıq  ruhuna 
Apriçur qədər bağlı olmadan, bu Qızıl sözü başqa kim 
və necə söyləyə bilərdi: “Tanrım, Alpım (qəhrəmanım), 
Begrəqim  (Bayrağım/Bəy  rəngim  )  gövhərdən  daha 
üstündür!..” 
    Verlibrin  poetik xüsusiyyətlərinə diqqət yetirərkən, 
XX əsr dünya estetik fikrinin giqantlarından sayılan rus 
filosofu 
Yuri 
Borevin 
aşağıdakı 
fikri 
yadda 


 
227 
saxlanılmalıdır:“Əsərdə  ideyalar  və  bədii  reallığı 
yaradan plastik obrazlar birləşdirilir. Dünyanın əsərdə 
canlandırılan  bədii  konsepsiyası  həmin  dünyanın 
müəyyən    ideya-emasional  dəyərləndirmə  sahəsində 
mövcud  olan  ideya-emosional  sistemindən  və 
“plastik” lövhəsindən hasil olur.” (Yuri Borev. Estetika. 
Bakı-1980.  Gənclik  nəşr.  Səh.:  157).  Qəti  əminəm  ki, 
bütün bədii ədəiyyatlarda olduğu kimi, şeir sahəsində 
də  bədii  məzmun  ilə  şeir  texnikası  arasında  “ideya-
emosional 
sistemlərdən” 
və 
 
“plastik 
lövhələrdən”hasil olan poetik bağlılıq vardır. Çünki hər 
bir    “plastik  lövhə”  və    “ideya-emosional  sistem” 
konkret  bədii  strukturda    gerçəkləşdirilir.    Verlibr 
şeirində də konkret ritmik konfiqurasiyalarla ötürülən 
bədii  fikir  və  qayələr  dəyişkən  bədii  məcazlar, 
metaforalar,  müqyisələr,  metonimiya,  assosiasiya  və 
s.  vasitələrə  bədii  metroritmik  kanonların  tətbiqi 
sayəsində ümumi bir poetik aləm yaradır: bu aləmdə 
müəyyən təsvir-təhkiyə, tərənnüm və inkar, idilliya və 
satirik  münasibətlər,  fəlsəfi-estetik  görüşlər,  habelə  
konkret  bədii  məzmun  qazanmış  mövzular  müəyyən 
bədii  təhlil  və  sintez  süzgəcindən  keçirilərək,  sənət 
əsəri statusu alır.  
 
 
 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə