Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə59/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   82

 
236 
nadir nümunələrdən biri olan Gümüş cam üzərindəki 
yazı mətninin poetik konstruksiyası tam-tamına qədim 
Türk verlibri nümunəsidir.  
                “Ağa sana oçuk 
                Bez çök bukun içrə azuk..” 
         (Elməddin Əlibəyzadə. Azərbaycan xalqının mənəvi  
          mədəniyyət tarixi. Bakı-1998. Gənclik. Səh.: 290). 
 
Çağdaş dillə: 
 
Ağam (qardaşım), sən bu qəbirdə (oçuqda) rahat yat. 
Düşmənimiz  diz  çökdü.  Başçımız  ölsə  də,  rifahımız 
pozulmadı. 
 
    2500-3000  il  bizdən  əvvəl  təmiz  bir  türkcədə 
yazılmış bu nadir şeirdə “s-z”, “k” və s. samitlərin bir-
biri ilə ritmik ahəng yaratması “Su sənəyi suda sınar” 
atalar sözümüzün poetik sistemi ilə eyni olduğu qədər: 
“Sallana-sallana  gələn  Salatın”  aşıq  şeirimizin 
hecadaxili ritmik ahəngi ilə necə də uzlaşır. Bu qədər 
uzunillik  tarixə  malik,  uzunəsrlik  ənənəsini  hifz  edə 
bilən bir şeir sisteminin nəzəri-kanonik əsaslarının heç 
bir  vaxt  yaradılmadığını  iddia  etmək  elm-nəzəri 
düşüncədən çox, ideoloji qaragüruhçuluqdur. 
    Diqqətəlayiq  haldır  ki,  əski  türk  şeirimizin  ritmik 
vasitələrindən çağdaş şairlərimizin əksəriyyəti  hələ də 
bacarıqla istifadə etməkdə davam edirlər: 
Dərd dərddir, 
Deyil daş-divar. 
Dərdin də  
öz dərdi var. 


 
237 
Dərdin dərdlərini 
Dərd duyar, 
Dərd aparar. 
(Qəşəm Çıraqlı. Dərdin də öz dərdi var. “Şeir də  güzgü kimidir” 
kitabı. 3 saylı Bakı mətbəəsi. 2016. Səh: 161) 
     Gördüyümüz kimi, Qəşəm Çıraqlı şeirdə “d” səsini 
21  dəfə  işlədərək,  ondakı  ritmik  ifadəliyi  daha  da 
artırmağa nail olmuşdur. Eyni poetik texnika Qəşəmin 
digər şeirlərində də açıq nəzərə çarpır. Məsələn, onun 
Ərdoğan- qeyrətinə alqış”şeirindən ilk  bədii cümləyə, 
yəni 6 misraya baxaq: 
Ərdoğan- 
Ər doğulan, 
Nər doğulan 
Bir türk övladı, 
Türkün dayağı, 
Türkün polad qanadı. 
              (Qəşəm Çıraqlı. Ərdoğan- qeyrətinə alqış”şeiri.  
               “Şeir də güzgü kimidir” kitabı. 3 saylı Bakı 
                mətbəəsi. 2016.Səh: 192) 
Bu  şeir  parçasında  da  “d”,“t”və  “r”səslərinin 
alliterasiyası  ritmik  ahəngin  əsas  ünsürü  olaraq  çıxış 
edir. 
     Ağamusa  Axundov  filologiyamızda  əski  şeir 
ənənələrinin tarixi və müasirliyi haqqında bu cür elmi 
mülahizələrə qarşı çıxaraq, linqvistik nöqteyi-nəzərini 
Əkbər  Ağayevə  tuşlayıb  yazır:  “Əlbəttə,  belə 
mülahizəni dəqiq hesab etmək olmaz. Müəyyən bir dil 
materialı (hansı dil olursa-olsun ) olmadan vəzn nəyin 
əsasında  “insan  tərəfindən  yaradılan,  düzəldilən  və 
şeir 
dilinə 
tətbiq 
olunan 
norma” 
ola 


 
238 
bilər? ”(A.Axundov. Şeir sənəti və dil. Bakı-1980. Yazıçı. 
Səh.: 
55). 
Dildə 
səs 
ritmi 
bütün 
dillərin 
özünəməxsusluü  keyfiyyətidir.  Çünki  prinsipcə  canlı 
insanın ağzında səssiz dil yoxdur. 
    Alimlərin  çəkişməsini  bir  tərəfə  qoyaraq,    Türk 
verlibr  sənətinin  kanonizasiya  imkanları  və  tarixi 
şərtləri  haqqında  düşünmək  daha    faydalıdır.  Yazı 
əsaslı kanonikləşmə müəyyən mətnlərin müəllifliyinin  
Allaha  aid  edilməsi    səbəbindən  ilk  peyğəmbərlik 
şərtləri  içində  mümkün  olmuşdur.  İlk  kanonik  mətn 
anlayışı  bizim  eradan  əvvəl  Musa  peyğəmbərin 
təqdimat-kitabı  kimi  meydana  çıxan  Tövrata  şərhlər 
yazan yəhudi ravvinlərin tərəfindən elan edildi. Kəlam 
sistemi  Allaha  aid  edilən  normativ  söz  ehkamını 
meydana  çıxardı.  Qurani-kərimin  mətnlərinin  qədim 
Ərəb  şeir  sistemi  sayılan  Səcc  üzərində  qurulduğu 
məlumdur.  Bu  şeirin  daxili  ritmi  alliterativ-assonativ 
ahəng  sistemindən  ibarətdir.  Allah  mətnlərinin 
dəuişilməzliyi  onun  kanonizasiyasının  ilk  şərtidir. 
Beləliklə,  həqiqi  şairlərin  bütün  tarix  boyu  dövrün 
hakim  ideologiyasına  oppozisiya  kimi  ortaya  çıxması 
hər  şeydən  əvvəl  Kanonik  mütləqiyyətə  qarşı 
alternativin  nəticəsidir.  Hətta  XX  əsrin  ən  böyük 
diktatorların biri sayılan Mussolini 30- cu illərdə İspan 
şairi F.Q.Lorkanı öldürmədiyini bəyan etməkdən uzun 
müddət  geri  çəkilmədi.  Mussolini  öz  xarizmasına 
dayanaraq  deyirdi  ki,  əgər  şair  öldürmək  lazımdırsa, 
onda onların hamısını məhv etmək gərəkdir. 
    Qədim ədəbi dillərin ailəsinə daxil olan Türk dilinin 
ilk  poetik  vəzn  kanonizasiyası  verlibr  sisteminə  bağlı 


 
239 
olmuşdur. Bu bizdə heç bir şübhə doğurmur. Lirika (ilk 
sinkretik  sənət)    nəğmədən  başlamışdır.    O,  ilk  öncə 
fərdin monoloqunda doğub, kollektiv xorun ifadəsinə 
çevrilmişdir. Deməli, ilk yazıya alınmış nəğmə ilk şeirin 
özüdür.  “Kitabi-Dədə  Qorqud”dastanlarının  baş 
nəğməkarı  Dədə  Qorquddur.  O  hardadır,  Qopuzu  da 
yanındadır.  Kitablaşmış  bu  əsərə  kanonik  mətn  kimi 
baxmamaq  imkansızdır. Amma onun hələ bir dastan, 
yəni nəğmə sistemi olduğu da nəzərdən qaçmamalıdır. 
Bibliyada  Davud  peyğəmbərin  nəğmələri  ənənəvi 
nəsrdən  seçilmir.  Amma  heç  kəs  onların  poetik  
mahiyyətini  inkar  etmir.  Osmanl  xəlifələrinin  dəstəyi 
ilə Quran mətnləri əsasında yaradılmış dini nəğmələrin 
oxunduğu məlumdur. Kanondan şeirə dönüşün tarixi 
əsası  şeirdən  kanona  keçiddən  ibarət  olmuşdur. 
Deməli,  şeirin  kanonizasiyası  ilk  öncə  ideoloji-dini 
tələb və məcburiyyətlərin nəticəsi olmuşdur. İki nəzəri 
baxış  ortaya  çıxır:  Türk  şeiri  ya  aşırı  dini-ideoloji  və 
rəsmi  məcburiyyət  dövrünü  heç  vaxt  yaşamamış,  o 
səbəbdən onun talmudçular, aristotelçilər, əruzçular, 
bualoçu-klassistlər...  kimi  kanonçuları  olmamıdır.  Ya 
da belə bir tarix amansız işğal və etnik-irqi düşmənçilik 
səbəbindən  tamamilə  silinib  getmişdir.  Bu  ehtimalın 
hər ikisi mümkündür. Amma Türk azad şeir sisteminin 
min illərlə sürüb gələn oturuşmuş bir vəzn sisteminə, 
ritmik xüsusiyyətlərə malik olduğu şəksiz-şübhəsizdir. 
Məsələyə  bu  baxımdan  yanaşmadan  verlibrin  vəzni 
kimi  ritmik  xüsusiyyətlərinin  də    sistem  analizi  əsla 
mümkün deyil.  


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə