244
perspektivdə “janrlaşmaya”uyğun gələn müəyyən
fərq təyinatlarının üzə çıxarılacağı şübhəsizdir. Bu
sahədə ən çox nəzəri çəkən modernist poeziya
cərəyanları içərisində sürrealist, abstraksionist, kubist,
futurist və s. şeirlərin tanınmasıdır. Əlbəttə, forma və
məzmunun dialektikasını nəzərə almadan, deyək ki,
Rəsul Rza ilə Qiyam Apollinerinin verlibr yaradıcılığını
əsla bir-birindən heç bir fərdi üslubiyyət və poetik
xüsusiyyətləri ilə seçib ayırmaq mümkün olmazdı.
Bu mövzu, düşünürəm ki, poetikanın həmin
məsələlərə ədəbi-nəzəri yanaşmasından daha çox,
fəlsəfi-estetik yönümlü başqa bir konseptual
tədqiqatın sahəsidir.
Aşağıda M.Füzulidən və S.Vurğundan gətirdiyimiz iki
müxtəlif
şeirin
vəzni-ritmik
xüsusiyyətlərinə
müqayisə üçün nəzər yetirək:
1. Vəh nə qamət/ nə qiyamət,/ bu nə şaxi-/ güli-
tərdir?/
Nə bəladır/ nəzər əhli/-nə, nə xoşməd/ -di-
nəzərdir?//
(M.Füzuli)
Beytin metrik ölçüsü belədir:
fAilAtün fəilAtün fəilAtün fəilAtün
fəilAtün fəilAtün fəilAtün fəilAtün
Bu beyt Azərbaycan əruzunun Rəməl bəhrinin IV
növündədir.
245
2. Mən görürəm/ Qoca Şərqin/ övladları/
oyanmışdır,//
Dəlik-deşik/
bayraqların/
rəngi
qana/
boyanmışdır.//
(S.Vurğun)
Beytin metrik ölçüsü belədir:
4 +4 + 4+4
4 +4 + 4+4
Bu şeir parçası yuxarıdakı beytlə eyni olaraq hər
misrada 16 heca sayına malikdir. Lakin onların ritmik
səsləşməsi belə nə qədər bir-birinə yaxın olsa da,
aralarında çox böyük vəzn fərqi vardır. Füzuli bu Qəzəli
əruzda, Vurğun isə şeirini Heca vəznində yazmışlar.
Füzulinin bu Qəzəldəki bütün ritmik sistemi Rəməl
təfiləsi üzrə qurulub. Amma Səməd Vurğunun
misralarında nə eyni sözün əruza xas iç bölünməsi, nə
də sona kimi Rəməl ritminin hifz olunduğunu görürük.
Məsələn, S.Vurğunun 1-ci misrasındakı ilk iki sözün
ölçüsü Əruzun rəməl təfiləsi ilə eynidir, lakin onlardan
sonra gələn iki sözün ölçüsü Həzəc təfiləsinə uyğun
gəlir. Əlbəttə, bu iki fərqli şeir ölçülərini bir-birinin
kanonik pozuntusu kimi nümunə gətirmək fikrimiz
yoxdur. Sadəcə olaraq, iki mükəmməl poetik örnəyin
metroritmik müqayisəsini əyani canlandırmaq istərdik.
Göründüyü kimi nə eyni heca sayı, nə eyni bölgü sayı
bu şeirlərin metrik səciyyəsini düzgün ayırd etməyə
hələ imkan vermir. Deməli, şeirlərin fərqli vəzn və ritm
sistemlərinin mükəmməl aydınlaşdırılması və təhlilə
cəlb edilməsi çox zəruri məsələlərdən biridir. Təəssüf
246
etmək lazımdır ki, ali, orta və ixtisas məktəbləri üçün
yazılmış filoloji dərsliklərdə Azərbaycan şeirinin təhlil
və izahında əsərlərin vəzn və ritm xüsusiyyətlərinə
toxunulmur. Bu da şairin sənətkarlıq xüsusiyyətlərinin
düzgün və tam elmi təhlilinə xələl gətirir.
Vəznşünaslıqda həllini gözləyən problemlərin
mürəkkəbliyi Azad şeir sisteminin elmi şərhini daha
çətin bir vəziyyətə salmışdır. Çünki həm əruz, həm də
heca vəznlərinin ritmik ünsürlərinin iştirak etdiyi
Verlibr nümunələri üçün metroritmik təyinatda ən
vacib
ünsürün
nələr
olduğunu
dəqiq
müəyyənləşdirmədən
verlibrşünaslığın
elmi
nəzəriyyəsini işləyib hazırlamaq absurddur.
Müəyyən
xüsusi
cəhətlər
vardır
ki,
bu
verlibrşünaslıqda şeirin vəzn və ritm xüsusiyyətlərini
müəyyənləşdirməkdə vacib oriyentr ola bilər. Bunlar
azad şeirin daxili ritmik sistemi, forma xüsusiyyəti,
qafiyə sistemi, bədii məzmun cəhətləri, janrlaşma
meyli və sairədən ibarətdir. Aşağıda bu cəhətləri
nəzərə alaraq, Azad şeirin ilk növləşmə sistemini
təqdim edirik.
I.
Azad şeirin zahiri forma-şəkil üzrə
növləri:
1.1
Nəsr tərtibli növ. (bu cür şeirlərə,
əsasən, Uolt Uitmenin, bir çox amerikalı
şairlərin yaradıcılıqında təsadüf edilir. )
1.2. Dalğa tərtibli növ. (Rəsul Rzadan
başlayaraq, bu növ Azərbaycan
şeirində geniş yayılmışdır.)
247
1.3. Həndəsi (kvadrat, kub və s.) tərtibli
növ. (bu növün ilk yardıcısı şeirimizdə
Mikayıl Rəfili olmuşdur).
1.4. Rəsm tərtibli növ. (bu forma
şeirimizdə Ərəb əlifbasına aid xəttatlıq
ənənəsi kimi yaşamaqdadır).
1.5. Qeyri-müəyyən tərtibli növ.
II. Verlibr ritminin leyt-ünsürü
baxımından növləri:
2.1. Azad heca təqtili növ.
2.2. Azad əruz təfiləli növ.
2.3. Qarışıq ritmli növ.
2.4.Nəsr ritmli növ (mənsur şeir və s.)
2.5
Qafiyəli, qafiyəsiz (disrifmik şeir,
yəni ağ şeir) və qarışıq qafiyəli növ.
2.6. Disstopik (təqti, bənd və s. daxili
ritmik ünsürsüz) növ.
2.7.
Fonik,
leksik,
sintaktik paralelist, strofik və ya
siqmentik ritm ünsürlərindən hər
hansı birinin prioritetliyi üzrə növ.
III. Verlibrin məzmun xüsusiyyətli
növləri:
3.1.Lirik (tərənnüm) məzmunlu növ.
3.2. Epik təsvir məzmunlu növ.
3.3. Dramatik növ.
3.4.Xüsusi təbiət təsvirli növ.
Dostları ilə paylaş: |