Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə43/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   82

 
171 
                Bakı-2017, səh.: 147) 
     Əmir Pəhləvanın “Rəsul Rza”adlı  özgür şeirindəki ritmik 
təkrarlar  onun  azad  şeirin  poetikasına  vaqif  olduğunu  
aydın göstərir. Burada bədii fikrin ritmikası həm fonik, həm 
sintaktik, həm də konstruktiv sistemlərdə şeirin texnikası ilə 
yüksək  ustalıqla  uzlaşdırılmışdır.  Əminəm  ki,  Ə.Pəhləvan  
hər  ikimizin    Universitet  müəllimimiz  olmuş  görkəmli 
türkoloq-alim  Kamil  Vəli  Nərimanoğlunun  “Azərbaycan 
dilinin poetik sintaksisi” əsərini  diqqətlə oxuyub  öyrənmiş 
və şeirdə tətbiq etmişdir. 
    Nəsirdə  (həm  də  nəzmdə)  roman  ən  qədim 
janrlardan  biridir.  Roman  janrında  məzmunca  
müxtəliflik  həmişə  olub:  eşq  mövzuları,  müxtəlif 
macəralar-  cəngavərlik,  səyahət,  avantüra,    maarifçi, 
intibah,  sentimental,  tənqidi  realist  ,  bioqrafik  və  s. 
Müasir dövrdə bu mənzərə daha da zənginləşib. Lakin 
bu heç kəsə haqq vermir ki, yazıçıya nəyi necə və hansı 
mövzuda yazmaq barədə dərs versin. Belə naqis şeylər 
20-30-cu  və  60-80-ci  illərin  ədəbiyyatşünaslığında 
geniş yayılmış “xəstəliklərdən” biri idi. Bu cür halların 
ilk 
yayıldığı 
dönəmlərdə 
 
görkəmli 
sovet 
ədəbiyyatşünaslarında  professor    M.Rəfilinin  o  dövr 
üçün  çox  aktual  səslənən  “Sərbəst  şeir  haqqında  ilk 
söz” məqaləsi dərc edildi. Tənqidçi yazırdı: “Biz yeni, 
böyük beynəlmiləl bir ədəbiyyat yolunda mücadiləyə 
başlamışıq.  Biz  üzümüzü  Füzulilərə,  Nəsimilərə, 
Vaqiflərə,  Mirzə  Fətəlilərə,  Hüseyn  Cavidlərə  doğru 


 
172 
deyil,  Verxarnlara,  Uitmenlərə,  Jül  Ronerlərə, 
Mayakovskilərə  və  bütün  dünya  klassiklərinə  doğru 
çeviririk
.”(M.Rəfili:  Gülən  adam.    Göst.  Məqalə,  Maarif  işçisi. 
Bakı-1929. № 1. Səh: 75-76).
 M.Rəfili öz səhvini sonradan 
dərk  etdi,  rədd  etdiyi  adıçəkilən  klassiklərdən  biri 
haqqında-  M.F.Axundov  barədə  hələ  heç  kimsənin 
indiyəcən  yaza  bilmədiyi  gözəl  bir  tədqiqat  əsərini  – 
monoqrafiyanı yazdı. 
     Görkəmli  ədəbiyyatşünas,  müəllimim  professor 
Əkbər  Ağayev  Azərbaycan  şeirinin  20-70-ci  illərini 
əhatə  edən  “Azərbaycan  sovet  poeziyası”  adlı 
monoqrafiyasında  Azad  şeirin    yeni  dövrünü 
səciyyələndirərkən yazırdı: “Nə Mikayıl Rəfili, nə Rəsul 
Rza,  nə  Süleyman  Rüstəm,  nə  Səməd  Vurğun,  nə  də 
başqaları 20-ci illərdə və ya 30-cu illərdə sərbəst şeir 
yazarkən 
bu 
formanın 
poeziyamızın 
qədim 
təcrübəsindəki  müəyyən  elementlərlə  səsləşdiyini, 
yəni  sərbəstliyin  həm  vəzndə,  həm  də  şeir  dilinin 
sintaksis  quruluşu  və  poetik  şəklində  vaxtı  ilə  Qədim 
Türkdilli  şeirdə  təzahür  etmiş  olduğunu,  onun 
qalıqlarının və izlərinin “Dədə Qorqud”dan başlayaraq 
həm yazılı, həm də şifahi xalq şeirində (məsələn, atalar 
sözləri,  yanıltmaclar,  bəzi  xalq  mahnıları  və  sairədə-
N.F.)  uzun  müddət  nəzərə  gətirməmişlər,  bu  yeni 
meylin milli poeziyada hər hansı bir şəkildə kökü olub 


 
173 
olmadığı  ilə  məşğul  olmamışlar
.”(Göst.əsər.  Azərbaycan 
jurnalı, Bakı-1974. № 3. Səh.: 186
). 
    Ədəbiyyatşünasların  öz  arasında  da  bu  dövrdən 
etibarən gələcək “nəsillərə” yadigar qalan bir xəstəlik 
geniş  yayılmışdı.  Onların  əksəriyyəti  ciddi-cəhdlə  şeir 
vəznləri 
arasında 
doğmalıq-yadlıq 
yaratmağa 
çalışırdılar. Bu mənada, guya Əruz vəzni və Azad şeir 
dilimizə yad, Heca vəzni isə doğma milli vəznimiz idi. 
Bu  vulqar  yanaşma  ədəbiyyatın  inkişafına  vurulmuş 
ağır      zərbələrdən  biri  oldu.  Məhz  bu  səbəbdən 
Azərbaycan  klassik  şeirinin  XXI  əsrə  uzanan  minillik 
yolu  müəyyən  zaman  intervallarında  ağır  kəsintilərə 
məruz  qaldı.  Əliağa  Vahid  kimi  klassik  şairin 
ədəbiyyatımızdakı  böyük  yeri  onun  Hitler,  faşizm  və 
mollalar  əleyhinə  yazdığı  həcvlərdən  ibarət  hesab 
edildi. 
Vahidin 
klassik 
şeir 
yaradıcılığı 
ədəbiyyatşünaslıqda  öz  elmi  dəyərini  heç  vaxt 
layiqincə almadı... 
     “Xalq  şeiri  forması”  kimi  yalnız  sillabik  şeiri  (heca 
vəznini) nəzərdə tutanların vulqar baxışları hən Əruzu 
,  həm  də  Əski  Türk  verlibrini  bilməməklərindən  irəli 
gəlirdi. 
Xalq 
dastanlarındakı 
ustadnamələrin, 
müxəmməs və müstəzadların böyük əksəriyyəti Şifahi 
Xalq ədəbiyyatının bir qolu sayılan Aşıq ədəbiyyatında 
milli  Əruz  vəznli  şeirimizin  bədii  parçaları  deyilmi?! 
“Kitabi-Dədə Qorqud” eposunun, demək olar ki, bütün 


 
174 
poetik  parçaları 
əsasən  Azad  şeirin  klassik 
örnəkləridir...  Bunları  xalqa  yad  vəznlər  kimi  necə 
qəbul etmək olar?!. 
     Vəzn  yaradıcılığını  ədəbiyyat  nəzəriyyəsindən  bəlli 
olan ayrı-ayrı dühaların müxtəlif  Poetika kitabları ilə 
qarışdırmaq  olmaz.    Nəzəri  poetikanın  ilk  sanballı 
örnəyi yunan filosofu Aristotelin (Ərəstunun-e.ə. 384-
322) adı ilə bağlıdır. Ərəstunun “Poetika”sından sonra 
ədəbiyyatda  kanonizasiya  xarakterli  daha  neçə-neçə 
poetikalar  zühur  etmişdir.  Məsələn,  Qədim  Romada 
Horatsinin (e.ə. 65-8-ci illər) “Pizonlara məktub” kimi 
daha çox məşhur olan “Poeziya sənəti” taktatı, XV-XVI 
əsrlərin  coğrafi  kəşflərindən  ilhamlanmış  Qərb 
dünyasında  İntibah  ədəbiyyatını  kanonlaşdıran  C. 
Trissino, T.Tasso, L.Kastelvetronun poetika təlimatları, 
Skaligerin  “Poetika”sı,    nəhayət,  N.Bualonun  (1636-
1711)“Poeziya  sənəti”  əsəri  və  s.  hələ  bu  fəaliyyətin 
nöqtəsi olmadı. XVIII əsrin Maarifçilik hərəkatından III 
min 
illiyin 
çağdaş 
postmodernizminə 
qədər 
ədəbiyyata nəzəri baxışlar yenilənməkdə davam etmiş 
və  etməkdə  davam  edir.  Lakin  ədəbiyyatda  poetik 
vəznlərin  ümumi  sayı  məhduddur.  Azərbaycan 
şeirində  onun  sayı  üçdür:    əruz,  heca,  azad  şeir 
(verlibr).  Ümumi  poetika  kitablarında  isə  bu  say  bir 
qədər  fərqlidir.  Dünya  ədəbiyyatı  tarixində  ümumi 
şəkildə  aşağıdakı  şeir  vəznləri  tanınır:  antik,  tonik 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə