Namiq Atabəyli Azad şeir və onun poetikası


Sılanşan yaylasını itirdik



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə36/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   82

 
142 
              Sılanşan yaylasını itirdik, 
         Heyvanlarımızı bəsləyəcək yeri aldılar...  
 
     Hun adı ilə tarix meydanına ayaq atmış Türklərin Çin 
qaynaqlarından  eşidilən  bu  qəmlə  dolu  elegiyasında 
Vətənin  işğal  altındakı  dağları  onun  qadınlarının 
gözəlliyi ilə müqayisə edilmişdir. İstilaçının doğma bir 
hun  yaylasına  yiyələnməsi  ilə  Türk  iqtisadi  həyatın 
əsası  olan  heyvandarlığın  məhvinə  yol  açıldığı 
göstərilmişdir. Bu misralar Türklərə  mali-iqtisadi xeyir 
vermək  istəməməsi  səbəbindən  süd  məhsulundan 
tamamilə imtina etmiş qədim çinlinin (-Lev Qumulyov) 
əsl şovinist və istilaçı antitürk simasını aydın ifadə edir. 
Bu  misralar  eyni  zamanda  Avrasiyanın  türklər 
tərəfindən 
hansı 
Zorun 
qarşısında 
qorunub 
saxlanmasının bədii-tarixi  təcəssümüdür.  
     Buraya qədər demək istədiyim odur ki, Azad şeirin 
və ilk verlibr vəzninin Avrasiya azadlıq dünyasının tarixi  
bədii düşüncə şəkili olduğuna qətiyyən heç bir şübhə 
yeri    olmasın.  Qədim  Türk  şeirinin  nə  qədər 
“realist”görüntüsü olsa da, onun dilinin lirik səciyyəsi 
heç bir gözdən yayınmır. 
    Rus  sovet  ədəbiyyatşünaslığının  ən  böyük  şeir 
nəzəriyyəçilərindən biri sayılan B.V.Tomaşevski “Stix i 
yazık”kitabında  (Moskva-1959,  “Qoslitizdat”)  yazır: 
“Yestyestvennaya 
forma 
orqanizovannoy 


 
143 
çelobeçeskoy  reçi  yest  proza”(səh:-10).  Yəni:  
“Mütəşəkkil  insan  nitqinin  təbii  forması  nəsrdir”. 
Əlbəttə,  bunu  qəbul  etməmək  olmaz.  Amma  tarixi 
təcrübə  sübut  edir  ki,  insan  nitqinin  və  şüurunun 
incəsənətə doğru atdığı ilk addımı nəzmdir. Bu nəzm 
isə 
ilk 
mərhələsində 
məhz 
lirik 
xarakterdə 
olmuşdur.Odur  ki,  dilimizdə  “şair”,  “şüur”  və  “şeir” 
sözlərinin eyniköklülüyü təsadüfi deyildir. 
    Ədəbiyyatşünaslıqda  müxtəlif  vəznlər  ilə  əlaqədar 
bir sıra ənənəvi yanlış qənaətlər vardır. Bunlardan biri 
Heca  vəzninin  Azərbaycan,  o  cümlədən  ümumtürk  
şeirinə  “doğma”,    digər  vəznlərin  isə“yad”  hesab 
edilməsidir.  Bu  məsələ  milli  tarixi  poetikada  ən  az 
öyrənilmiş 
sahədir. 
Əski 
Türk 
ədəbiyyatının 
səhifələrinə,  əsasən,  ötən  minilliyin  ortalarından 
etibarən daxil olmuş  Heca vəznli nümunələrdə Azad 
şeir  ilə  paralel,  yaxud  ondan  qabağa  belə  gedib  çıxa 
biləcək  anoxronizmlə  qarşılaşırıq.  Bu  hal  Azad  şeir 
poetikasının əsas ideyasını vurub“meydandan çıxarır”.  
Bizim fikrimizcə, məhz verlibr şeiri əski Türk və bütün 
Avrasiya poetik təfəkkürünün ilk ifadəsi olmuşdur. Elə 
isə  ilk  minilliyin  ilk  orta  çağındakı  Heca  vəznli  şeir 
nümunələrinin  mövcudluğu  hansı  tarixi  səbəb  və 
şərtlərlə bağlıdır? Burada ilk diqqəti çəkən fakt həmin 
şeirlərin,  əsasən,  dini-ideoloji  xarakterdə  olmasıdır. 
Əruzun  Türk  şeirinə  keçidi  İslamla  necə  bağlıdırsa, 


 
144 
Heca  vəznli  şeir  sisteminin  də  bu  ədəbiyyata  gəlişi 
müxtəlif  atəşpərəst-pəhləvi,  maniçi,  buddist,  habelə 
hind-sanskrit dilli dini-mistik poeziyanın təsiri ilə bağlı 
olmuşdur.  
    Mən görkəmli rus alimi Y. M.Lotmanın nitqin tipoloji 
pillələr üzrə inkişafı haqqında aşağıdakı maraqlı fikrinə 
haqq  qazandırıram:  “Sadədən  mürəkkəbə  doğru  
tipoloji  nərdivanda  janrların  yerləşməsi    belədir: 
danışıq    nitqi-mahnı-mətn+motiv-“klassik  poeziya”- 
bədii  nəsr”.  (Y.M.Lotman.  “Şairlər  və  şeirlər 
haqqında”/ 
“O 
poetax 

poezii”kitabı”Sankt-
Peterburq-1999,  “İskusstvo-SPB,  səh:-35-36).  Lakin 
bununla  belə  alim  doğru  olaraq  xüsusi  olaraq  qeyd 
edir:  “Stixotvereniue-  slojno  postroyennıy  struktur”/ 
“Şeir – mürəkkəb quruluşlu strukturdur”.(Bax.: Həmin 
əsər, səh.-48). 
    Y.M.Lotmanın 
poetik 
mətnin 
analizi 
üzrə 
tədqiqatları  ümumi  ədəbiyyatşünaslıq  üçün  əvəzsiz 
töhfədir. Alimin “Şairlər poeziya haqqında”kitabından 
onun “Ritm şeirin struktur əsası kimi”, “Ritm və vəzn”, 
“Qafiyə    problemi”  və  d.  yarımmövzularda  orijinal 
düşüncələr  az  deyildir.  “Ritm  və  vəzn”  bölümündə 
Lotman belə yazır: “Ta qədimdən ritmik təkrarlar rus 
şeirinin  əsas  əlamətlərindən  biri  kimi  nəzərdə 
tutulur”(Bax:  Göst.  əsər,  səh.-  55).  Doğrudan  da 
Lomonosovun apardığı islahatlardan sonra, vurğulu və 


 
145 
vurğusuz hecaların bir-birini izləməsi mətnin şeir kimi 
qəbul edilməsində zəruri şərt sayılmağa başladı. Lakin 
XX əsrin əvvəllərində dahi rus yazıçısı Andrey Belı şeir 
poetikasının Lomonosov sxeminə qarşı çıxaraq, şeirdə 
bu  tip  ahəngdarlığın  tam  gözlənilməsinin  təcrübəyə 
uyğunsuzluğunu 
sübut 
etdi. 
A.Belının 
“Simvolizm”(1909)  toplusunda  bunun  örnəklərini 
verdi. Artıq XIX əsr rus şeirində təkcə yambın bir təqtisi 
üzrə  63,  7    faiz  Lomonosov  sxemindən  kənarlaşma 
meyli  özünü    göstərmişdi...  Lotman  haqlı    nəticə 
çıxararaq  yazır:  “Ritmometrik  struktur-  vurğulu  və 
vurğusuz  hecalar  bölgüsünün  daxili  ziddiyyətlərdən 
məhrum  sxemi,  əlahiddə  sistemi  deyildir,  əksinə  
strukturun  müxtəlif  tipləri  arasındakı  gərginlik, 
münaqişədir.”((Y.M.Lotman. 
“Şairlər 
və 
şeirlər 
haqqında”/  “O  poetax  i  poezii”kitabı”  Sankt-
Peterburq-1999,  “İskusstvo-SPB”səh.  67).    Nəhayət, 
mənə  bu  dahi  filoloqun  daha  bir  nəzəri  fikri  çox 
diqqətəlayiq  göründü:  “Qayda  olmayan  yerdə  qayda 
pozuntusu 
da 
ola 
bilməz,.. 
söhbətin 
bədii 
ədəbiyyatdan,  insan  davranışından  və  ya  hər  hansı 
səsli mətndən getməyindən asılı olmayaraq...  Hər bir 
halda bizim şüurumuzda müəyyən tarixi epoxada bədii 
mətnlər yaradılmasının müəyyən müəyyən norması da 
iştirak edəcəkdir”(Bax, Göst  əsər, səh.-122).  Deməli, 
istənilən halda, dövrü, poetik sistemləri, tarixi tələbləri 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə