Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə35/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   82

 
138 
“arasında”  nəzərini  çəkən  ictimai  vəziyyət:  kasıblıq 
vəziyyətində  yaşayan  “xanımların”  insanlıq  dramı 
təsvir edilir. Həmin gəncə nə üçün Sergey Yesenin kimi 
yazmadığını  sormaq  nə  qədər  qəbahətdirsə,  onun 
misralarına  kimlərin  isə  qənaətlərinə  görə  “şeir” 
deməmək  də  eyni  rəzalətdir.  Poeziya  nə  sifariş 
sahəsidir,  nə  də  “Qanunçuluq aktı”.   Digər  iki  gəncin 
Alik ilə Həsən əl-Mətruşinin poetik düşüncələrində isə 
adi bir insanın təbii azadlıqlara olan səmimi bağlantısı 
açıq-aşkar  hiss  edilir.  Alik  özünə  qarşı  ictimai 
“qanunların”  necə  görünmək  tələbini  unudub,  ona 
özünün  necə  olduğunu  danışır.  Omanlı  Həsən  əl-
Mətruşi  isə  konstitusiyaların  köhnəlib  yararsız  hala 
düşməsi  üzündən  onlara  məhəl  qoymadığını  ifadə 
etmişdir. Qanunlar kimlər üçün silah, kimlər üçün də 
dəyişikliyə məruz qalan adi cəmiyyət prosesləridir... 
    Daha  bir  özgür  şeir  nümunəsini  təqdim  edirəm. 
Çağdaş  farsdilli  poeziyanın  ən  müqtədirlərindən 
sayılan Firidun Müşirinin “Sükut fəryadları” (tərcümə 
Məhəmməd Nurinindir) şeirinə diqqət yetirək: 
Səbrlə, təmkinlə və ağır-ağır 
dəniz oxuyurdu, dəniz yatırdı: 
“Yuxuda deyiləm, mən yatmamışam! 
Bataqlıq deyiləm mən, 
olsam da sakit, aram! 
Bir gün hayqırıb qırsam bu zənciri kökündən, 
Onda aydın olar ki, su deyiləm,  
                                                odam mən!” 
    (Dünya ədəbiyyatı seriyası, № 1 (08), Bakı-2016,  
    İran ədəbiyyatı. Bədii Tərcümə və Ədəbi əlaqələr 
     Mərkəzinin nəşri. Səh: 176 ) 


 
139 
Çağdaş  insanın  qəlbindəki  hissləri  732-ci  ilin  Daş 
kitabəsi  ilə  müqayisə  etmək  fikrindən  uzağam.  Lakin 
demək  istəyirəm  ki,  canlı  İnsan  qəlbinin  döyündüyü 
yerlərdə  həmişə  lirika  olub  və  olacaq.    Onun  heç  bir 
fərqi yoxdur: bu qəlb bir Xaqanınmı, ya sıradan bir adi 
adamın  qəlbidir.  Ən  əsası  odur  ki,  Göytürk 
xaqanlarının  qəlbini  dilləndirən  milli  istiqlal  və 
hürriyyət  lirikası  ilə  XXI  əsr  Cənubi  və  Şimali  Azəri 
insanının qəlbindəki hürriyyət və azadlıq eşqi eyni  bir 
şeydir. 
 
     İstər  732-ci  ildə    Bitik  Taşa  həkk  edilmiş  Gül  Tigin 
abidəsindəki  Azadlıq  ruhu  iləaşıb  daşan    poetik 
fikirlərdə, istər günümüzdə “Kasıb komalardan qalxan 
tüstülər”ə  şeir  yazan  adi  bir  Azəri  gəncinin 
misralarında, istərsə dəİrandakı qardaşımızın “dənizi” 
atəşə görmək istəyən şairin özgür poeziyasında sanki 
XIX-XX  əsrlərdəki  klassik    Respublikanizmin“inqilabçı-
demokratik” ab-havası duyulur. Min ildən çox bizdən 
əvvəlki  bir  cəmiyyətdə  Azadlığa  bu  qədər  qövmi 
bağlılıq,  bu  qədər  aşırı  vətənpərvərlik  və  istiqlalçılıq 
haradandır?!  Bu istiqlalçılıq və insan haqqına bağlılıq 
bizim  ədəbiyyatımızadakı  “irsi  kodların”pozulmaz 
izləri  deyilmi?!.  Bunun  cavabını  yalnız  Avrasiya 
insanının  tarixi  özəlliyində  və  köləliyə  qarşı  elliklə 
barışmazlığında  görmək  lazımdır.  Klassik  quldarlıq 
sistemlərini  Avrasiya  tarixinə  müncər  etmək  bu 
xalqların azad keçmişinə ideoloji ləkə yaxmaqdır...
 
 
 
 


 
140 
                                 
   I Fəsil 
                Azad şeir və vəzn problemi 
 
     Verlibrin  vəzn  problemi  ətrafında  fikrimi    ilk  öncə 
Avrasiyanın 
XX 
əsr 
ən 
nəhəng 
ədəbiyyat 
nəzəriyyəçilərindən  biri,  görkəmli  rus  alimi,  məşhur 
“Tarixi  poetika”  kitabının  müəllifi    A.N.Veselovski  ilə  
əsaslandırmaq    istərdim.  Ölməz  ədəbiyyatşünas 
“Tarixi 
poetika” 
(Leninqrad-1940, 
Qostlitizdat) 
əsərinin  ilk  fəslini  “Qədim  poeziyanın  sinkretizmi  və 
poetik 
növlərin 
differensiyasının 
başlanğıcı” 
adlandırmışdır. A.Veselovskiyə  görə, qədim ədəbiyyat 
əski sinkretik poeziyanın ilk başlanğıcı olaraq, kollektiv 
rəqs  mahnılarından    qaynaqlanır.  Kollektiv  rəqs 
mahnıları  olan  xoreylərdə  ilk  ədəbi  janrların  bütün 
əsas ünsürləri – lirik, epik, dramatik olmaqla sinkretik 
halda birgə mövcud olmuşdur. Bunlar zamanla ayrılıb, 
müstəqil növlərə çevrilmiş, lakin heç vaxt bir-birindən 
tamamilə  təcrid  olunmamışlar.  Çağımızdakı  roman-
poemalar,  lirik-epik  balladalar,  poetik  pyeslər  və  s. 
kimi...  Ədəbi  növlərin  janr  müxtəlifliyi  içində  də 
onların hər birinə ayrı-ayrılıqda xas  olan  lirik, epik və 
ya  dramatik  xüsusiyyətlər  həmişə    müəyyən  izlərini 
qoruyub saxlaya bilmişdir. Sinkretik növdən ilk ayrılan 
ədəbi  növ  Lirikadır.    Aedlər  (böyük  həcmli  süjet  və 
mahnıların  yaradıcıları  və  ifaçıları)  və  raspodlar  (bu 


 
141 
süjet və mətnləri Baş qəhrəmanın və ya müəyyən bir 
Hadisənin  ətrafında  dövrəyə  salan  müğənnilər)  nə 
qədər ciddi müqavimət göstərsələr də, tarixi Sinkretik 
növün  müxtəlif  ədəbi  növlərə  ayrılmasına  əngəl  ola 
bilmədilər. 
Xorun 
rəhbəri- 
Korifey 
mərasim 
nəğmələrinin  ilk  ifaçısı  idi.  Sonradan  Aktyor  da 
səhnəyə çıxdı və Korifey ilə sərbəst dialoqa girdi. Esxil 
ikinci, Sofokl üçüncü aktyoru səhnəyə çıxardı. Evripidin 
faciələrindən,  Aristofanın  komediyalarından  etibarən 
artıq Xor bədii sənətdə, sinkretik keçmişdən gələn öz 
hegomoniyasını tamamilə itirdi... 
   Verlibrin  daxili  ahəng  ünsürləri  və  metrik-ritmik 
ehtiyatları  içində  də  sinkretik  növün  izləri  yaşayır. 
Əslində,  verlibr  öz  folklor  şəkili  etibarı  ilə  sinkretik 
janrlara  daha  çox  bağlıdır.  Azərbaycan  folklorundakı 
əmək  nəğmələri,  bir  çox  mərasim  nəğmələri  ,  xalq 
mahnılıarının mətnləri və s. bu cəhətdən dediklərimizə 
əyani sübutdur.  
    Lirik şeirin Türk ictimai şüurundakı yerini miladdan 
öncə  119-cu  ildə  aşağıdakı  misraları  yazmış  bir  Hun 
şairinin  Azadlıq  ehtirası  ilə  dolu  şeirində  də  görmək 
olar.  Şeirin  orjinalı  əlimizdə  olmadığından  onun 
tərcüməsini təqdim edirəm: 
 
         Yençişan dağlarını itirdik, 
             Qadınlarımızın gözəlliyini aldılar. 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə