68
www.aliyevheritage.org
tərəfdaşlıq” proqramından sonra Azərbaycanla fərdi fəaliyyət proqramı
çərçivəsində işbirliyi nəzərdə tutulur. Daha dərin
inteqrasiya siyasətimiz
davam etdiriləcəkdir. Əlbətt ə ki, həll olunmamış münaqişə, Ermənistanla
Azərbaycan arasında problemin mövcudluğu ciddi problemdir. Bizim
beynəlxalq təşkilatlarla münasibətlərimizdə çətinliklər doğurur. Ümid
edirəm ki, münaqişə həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa
olunacaqdır.
Rusiya ilə münasibətlərdə Azərbaycanın heç bir problemi yoxdur. Bi-
zim bütün istiqamətlərdə - siyasi, iqtisadi və mədəni sahələrdə çox yaxşı
əməkdaşlığımız vardır. Bizim aramızda həll edilməmiş problemlər yox-
dur. Siyasi dialoqumuzun səviyyəsi çox yüksəkdir və hər iki ölkənin
mənafelərinə uyğundur.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
69
www.aliyevheritage.org
Cənab baş katib! Hörmətli həmkarlar!
Xanımlar və cənablar!
Mən bu sammitdə iştirak etməyimdən məmnunam və inanıram ki, sammi-
tin işi Alyansın inkişaf etməsinə güclü təkan verəcəkdir.
Mən yeni NATO üzvlərini təbrik edirəm. Onların NATO üzvlüyü meyar-
larına uyğun gəlmək üzrə səyləri məntiqi nəticəyə çatmışdır. Mən əminəm
ki, NATO-nun ən böyük genişlənməsi ümumilikdə Avratlantik məkanının
sülh, təhlükəsizlik və azadlıq sərhədlərinin daha da genişlənməsinə töhfə
verəcəkdir.
1994-cü ildən Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramında fəal işti-
rak edir. NATO ilə bizim ikitərəfl i əlaqələrimiz çox uğurla inkişaf edir.
"Fərdi tərəfdaşlıq fəaliyyəti" planında iştirakımız Azərbaycanın NATO ilə
işbirliyində vacib dönüş nöqtəsidir və bizim təhlükəsizlik siyasətimizin inkişa-
fına nəzərəçarpacaq töhfə verəcəkdir. Azərbaycanın on ildən bəri həyata keçir-
diyi Avropaya və Avratlantik strukturlarına inteqrasiya
siyasəti bundan sonra
da davam etdiriləcəkdir. Biz əminik ki, bu inteqrasiya regionumuza daha çox
təhlükəsizlik, insanlarımıza fi ravanlıq gətirəcəkdir.
Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq yalnız bəyanatlarla deyil, prak-
tiki addımlarla sübuta yetirmişdir. Biz siyasi iradəmizi ifadə edərək, həm də
ümumi məqsədimiz olan NATO-nun sülhü dəstəkləyən əməliyyatlarına qo-
şulmağa hazır olduğumuzu bildirdik. Bu gün bizim sülhməramlılar NATO və
tərəfdaş dövlətlərin hərbçiləri ilə birlikdə dünyanın
müxtəlif bölgələrində sülh
və təhlükəsizliyə töhfələrini əsirgəmirlər.
Birləşmiş Ştatlara 11 sentyabr hücumlarından sonra Azərbaycan antiterror
koalisiyasına qoşulan ölkələrin ilk cərgəsində durdu. Bu gün bizim ölkəmiz
terrora qarşı qlobal savaşa öz əməli töhfəsini verməkdədir.
Erməni terroruna məruz qalmış bir ölkə kimi (32 terror aktı nəticəsində 2
mindən çox adam həlak olmuşdur), biz yaxşı anlayırıq ki, yalnız beynəlxalq
ictimaiyyətin ümumi səyləri ilə bu bəlaya qarşı səmərəli mübarizə aparmaq
mümkündür.
Ermənistanın on ildən artıq davam edən təcavüzü nəticəsində Azərbaycan
ərazilərinin 20 faizi işğal olunmuşdur ki,
bu da bizim regionun sülh və
sabitliyinə ən böyük təhlükələrdən biridir. Ermənistanın təcavüzü və apar-
dığı etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və
29 iyun 2004-cü il
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin NATO-nun İstanbul sammitində çıxışı
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
70
www.aliyevheritage.org
köçkünə çevrilmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 digər rayonu
işğal altındadır. Ölkəmizin ərazi bütövlüyü pozulubdur. Ermənistan hərbi
birləşmələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən
BMT-nin dörd qətnaməsinə Ermənistan hələ də məhəl qoymur. Ermənistan
və Azərbaycan arasında on ildən artıq davam edən sülh danışıqları indiyədək
heç bir nəticə verməyibdir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini
güzəştə getməyəcəkdir.
Dağlıq Qarabağ Cənubi Qafqazda sülhə və sabitliyə daimi
təhlükə yaradan
qanunsuz və nəzarətsiz ərazidir.
Biz ümid edirik ki, sammitin nəticələri Avratlantik məkanına və onun qon-
şuluğunda olan ərazilərə daha çox təhlükəsizlik və sabitlik gətirə bilmək im-
kanlarımızı artıracaqdır.
Sağ olun.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
71
www.aliyevheritage.org
İlk növbədə, mən Parlament Assambleyasının işində iştirak üçün
göndərdiyiniz dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki,
hazırda Assambleyada müzakirə olunan məsələlər
Cənubi Qafqaz regionunda
təhlükəsizlik, davamlı inkişaf və regional əməkdaşlıq üçün olduqca vacibdir.
Bütün bunlar bir-birilə bağlı olan məsələlərdir.
Cənubi Qafqaz ölkəsi olan Azərbaycan regionda təhlükəsizlik tədbirlərinə,
sülh və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İtt ifaqının
sərhədlərinin Cənubi Qafqaz regionuna yaxınlaşması ilə yanaşı, əlbətt ə
ki, təmasların qurulması, əməkdaşlığın aparılması və yaxşı qonşuluğun
saxlanılması ilə bağlı yeni yanaşmalar, çağdaş fi kirlər gündəliyimizdə çox
mühüm yer tutur.
Avratlantik inteqrasiyaya dair siyasətə gəldikdə, Azərbaycan böyük
irəliləyişə nail olmuşdur. Bizim NATO ilə tərəfdaşlığımız sürətlə irəliləyir.
Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramının ən fəal üzvüdür. İki il əvvəl
mən NATO-nun baş katibinə "Fərdi tərəfdaşlığın fəaliyyət planını"
təqdim
etmişəm. Biz əməkdaşlığın səviyyəsindən çox razıyıq və ümid edirik ki, birgə
işlərimiz gələcəkdə uğurla davam edəcəkdir.
Cənubi Qafqazda siyasi və iqtisadi inkişaf, eləcə də enerji təhlükəsizliyi kimi
məsələlər bir-birilə sıx bağlıdır. Bu gün Xəzərin böyük enerji ehtiyatları və artıq
mövcud olan nəqliyyat marşrutları ilə regionun oynadığı rol, təbii ki, artacaqdır.
Burada söhbət nəinki regional, o cümlədən qlobal miqyaslı məsələlərdən gedir.
Son on il ərzində Azərbaycanın siyasi və iqtisadi inkişafı onu göstərir ki, ölkə
uğurla irəliləyir. Siyasi islahatların həyata keçirilməsi
möhkəm iqtisadi əsaslara
söykənir. Çünki biz ölkə inkişafının həmin iki əsas elementini bir-birindən
ayıra bilmərik. Belə olmasa, biz davamlı inkişafa nail ola bilməyəcəyik.
Azərbaycanda cəmiyyətin demokratikləşməsi prosesi, siyasi islahatlar, si-
yasi təsisatların möhkəmləndirilməsi və eyni zamanda, liberal islahatlar, ba-
zar iqtisadiyyatı prinsipləri və iqtisadi nailiyyətlər
kimi vəzifələr bizim daim
diqqət mərkəzimizdədir. Biz bütün istiqamətlərdə müsbət nəticələri müşahidə
edirik. İqtisadiyyatımız sürətlə inkişaf edir. Ötən il ərzində ÜDM-in artımı 26
faiz olmuşdur. Cari ilin dörd ayı ərzində bu rəqəm təxminən 40 faiz, sənaye
istehsalının artımı isə təqribən 50 faiz təşkil etmişdir. Son iki il yarım ərzində
Azərbaycan Prezidenti İlham Əliyevin NATO
Parlament Assambleyasının yaz sessiyasında
çıxışı – Paris
30 may 2006-cı il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL