65
www.aliyevheritage.org
dığımız Qara dəniz təşəbbüsü dayanmaz bir prosesdir. Onu saxlamaq mümkün
deyildir. Pis xəbər isə odur ki, bu dəfə NATO-nun genişləndirilməsinin birinci
və ikinci raundundan daha çətin olacaqdır. Amma bizim mənəvi strateji və si-
yasi məsuliyyətimiz və borcumuz var. Bunu həyata keçirməliyik. Bu təşəbbüsü
dostlarımızla başlamışıq. Dostlarımızın hamısının adını çəkmək mümkün
olmadı. Onların adları bu kitabçada çəkilibdir, hamısına minnətdarlığımı
bildirirəm. Daha geniş Qara dəniz regionu haqqında danışarkən, söhbət iki
tərəfl i yoldan gedir. Bu, Avropanın birləşməsinin növbəti addımıdır və bundan
sonra gələn, lakin hələ tamamlanmayan məsələ də Rusiyanın cəlb olunmasıdır
və Qərblə inteqrasiyasıdır. Rusiya bu məsələyə cəlb olunmayana qədər, Rusiya
Qərbə inteqrasiyada bizimlə birlikdə olacağını dərk etməyənə qədər işimizi
tamamlanmış hesab edə bilmərik. Sonrakı addım daha geniş Yaxın Şərqdir. Bu
regionda uğurlu olsaq, sabitliyə nail olsaq, bu sabitliyi daha geniş əraziyə yaya
bilərik. Türkiyənin fundamental əhəmiyyəti var. Əminəm ki, Avropa Birliyi
Türkiyəyə yaşıl işıq yandıracaqdır. Türkiyənin Avropa Birliyinə cəlb olunması
ilə bizim də işimiz asanlaşacaqdır. Üçüncüsü, Ukraynanın böyük əhəmiyyəti
var. Zənnimcə, gələcək illərdə Ukrayna Avropa Birliyinə və NATO-ya bu
gün düşünüldüyündən daha çox yaxınlaşacaqdır. GUÖAM, Qara Dəniz İq-
tisadi Əməkdaşlıq Təşkilatı və Cənubi Qafqaz əməkdaşlığı arasında əlaqələr
intensivləşməlidir. Düşünürəm ki, mövcud strukturlardan istifadə etmək,
əlaqələri genişləndirmək lazımdır. Moldovadakı qardaşlarımız isə bizə arxa-
yın ola bilərlər. Biz Moldovanı Cənubi Avropa əməkdaşlığına cəlb etmək üçün
əlimizdən gələni edəcəyik. Azərbaycan öz sərvətləri ilə və strateji əhəmiyyəti
ilə məlumdur. Bizim Gürcüstana yardım etmək kimi mənəvi borcumuz var.
Çünki Gürcüstanın dondurulmuş münaqişələrinin həll olunması ümumi ma-
rağa xidmət edir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
66
www.aliyevheritage.org
Mətbuat konfransının aparıcısı:
- Xanımlar və cənablar!
Hər vaxtınız xeyir. Marşall Fondunun təşkil etdiyi bu görüşdə Prezi-
dent Əliyevin mətbuat konfransına xoş gəlmisiniz. Bizi gözlədiyinizə görə
minnətdaram. Məlum olduğu kimi, Prezidentin ölkəsi Azərbaycanda və
ümumiyyətlə, regionda canlanma hiss olunur. Azərbaycan sürətlə inkişaf
edən dinamik dövlətə çevrilmişdir. İndi dünyada Azərbaycana böyük maraq
var. Ona görə də sualların müxtəlifl iyi məndə təəccüb doğurmaz. Buyurun,
suallarınızı verin.
Sual: Cənab Prezident, Türkiyəyə səfəriniz zamanı demişdiniz ki, ölkəniz
Şimali Kipr Türk Cümhuriyyətini tanıyacaqdır. Amma hələ ki, bu yönümdə
addım atılmayıbdır. İkinci sualım, Şimali Kipr Türk Cümhuriyyətinə bu
yaxınlarda səfər etmək planınız varmı?
Cavab: Mənim mövqeyim və Azərbaycanın bu mövzu ilə bağlı mövqeyi
dəfələrlə rəsmi qaydada elan olunubdur. Qəzetlərdə dərc edilib, televiziyada
yayımlanıbdır. Amma mövzuya maraq o qədər böyükdür ki, jurnalistlər eyni
sualı dönə-dönə təkrarlayır və həmişə də eyni cavabı alırlar. Azərbaycanın
rəsmi mövqeyi mənim Türkiyəyə səfərim zamanı Türkiyə mətbuat
nümayəndələri ilə söhbətimdə bildirilibdir. Ondan sonra mənim bəyanatım
və Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı olubdur. Rəsmi mövqe belə idi və
belə olaraq qalır. Məlum olduğu kimi, mövqe referendumdan əvvəl bildirilib-
dir və deyilirdi ki, əgər referendumdan sonra bir tərəf “hə”, digər tərəf “yox”
deyərsə, dünyada yeni şərait yaranacaqdır. Bu yeni şəraitdə BMT, beynəlxalq
ictimaiyyət problemə münasibətlərində dəyişiklik etməli olacaqdır. Mövzu ilə
bağlı mövqelərində dəyişiklik etməli olacaqlar və bu dəyişikliklər edilərkən,
Azərbaycan bu beynəlxalq səylərə qoşulan ilk ölkələr sırasında olacaqdır. Elə
bilirəm ki, bunu başa düşmək bir o qədər də çətin deyildir. Xüsusilə də nəzərə
alsaq ki, bu mövqe bir neçə dəfə təkrar olunubdur.
Sual: Cənab Prezident, bu gün konfransda çıxışınız zamanı dediniz ki, Avro-
pa Birliyinin Qarabağ münaqişəsi ilə bağlı daha fəal olmasını istərdiniz. ATƏT-
in ata bilmədiyi hansı addımları Avropa Birliyindən gözləyirsiniz?
Cavab: Mən çıxışımda dedim ki, biz mandatla bağlı dəyişiklik etmək
istəmirik. ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı mandatı var
və münaqişənin sülh yolu ilə həll olunmasında səylərini davam etdirir. Mən
26 iyun 2004-cü il
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin mətbuat konfransı – İstanbul
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
67
www.aliyevheritage.org
dedim ki, beynəlxalq birliyin prosesə daha geniş cəlb olunmasını istərdik.
Burada Avropa Birliyi də, Avropa Şurası da, digər beynəlxalq təşkilatlar da
nəzərdə tutulur. Artıq bu yönümdə atılan addımları görürük. Avropa Şurası
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edir, möv-
zu ilə bağlı məruzə hazırlanıbdır. Avropa Birliyi Cənubi Qafqaza xüsusi
nümayəndəsini təyin edibdir. Onun regiona səfərləri zamanı Ermənistan-
Azərbaycan münaqişəsi müzakirə olunur. Biz beynəlxalq birliyin daha geniş
iştirakını istəyirik. Biz istəyirik ki, beynəlxalq ictimaiyyət həqiqətlə, reallıqla
tanış olsun.
Erməni təbliğatı uzun illər boyu şəraiti onlara sərf edən tərzdə qələmə verir-
di. Beynəlxalq ictimaiyyətə yalançı faktlar verilirdi. Bu gün şərait dəyişibdir. Bu
gün dünya bilir ki, Ermənistan təcavüzkardır, işğalçıdır. Azərbaycan əraziləri
işğal altındadır. Mən elə bilirəm ki, Avropa Birliyinin və digər beynəlxalq
təşkilatların rolu çox güclü ola bilər. Onlar prosesə təsir də edə bilərlər, sülh
əldə olunduqdan sonra proqramlar da təklif oluna bilər və gələcək müzakirələr
də yer ala bilər.
Sual: Siz Avropa Birliyinin daha fəal iştirakını görmək istədiyinizi bildirdiniz.
Qarabağ mövzusunu NATO-nun gündəliyinə çıxarmağı planlaşdırırsınızmı?
Cavab: Mənim Brüsselə - həm Avropa Birliyinə, həm də NATO-ya səfərim
zamanı məsələ müzakirə olunubdur. Bu məsələ bütün səviyyələrdə müzakirə
edilibdir. Elə bilirəm ki, bu cür müzakirələrin olması problemi bütün tərəfl ərin
anlaması üçün vacibdir. Amma, əlbətt ə ki, ATƏT-in Minsk qrupu sülh danışıqları
çərçivəsində bu məsələ ilə məşğuldur. Biz hələ də ümidliyik ki, bu danışıqlar
nəticə verəcəkdir.
Bəzən belə görüntü yaradılır ki, güzəştlər olmalıdır. Güzəştlər, əlbətt ə ki,
danışıqların əsas elementlərindəndir. Bu da o halda mümkün olur ki, hər iki
tərəf güzəşt etsin. Azərbaycan Ermənistana məxsus olan heç bir şeyi özündə
saxlamır ki, güzəştə də getsin. Bizim ərazi bütövlüyümüz isə güzəşt möv-
zusu ola bilməz. Ona görə də bizim tərəfdən güzəşt haqqında söhbət gedərsə,
güzəştimiz yalnız təhlükəsizlik təminatı ola bilər. Biz heç zaman Dağlıq
Qarabağın müstəqil olmasına, yaxud da Ermənistanın bir hissəsi olmasına
razılıq verə bilmərik və bu mövqeyimiz dəyişməzdir.
Sual: Cənab Əliyev, Siz Azərbaycanın Avratlantik strukturlarına inteqrasiya
imkanlarını real surətdə necə qiymətləndirirsiniz?
İkinci sual, bu, Sizə Rusiya ilə qarşılıqlı münasibətlərdə mane olmurmu?
Cavab: Azərbaycan Avratlantik strukturlarına fəal inteqrasiya edir.
Biz “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçısıyıq. “Sülh naminə
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Dostları ilə paylaş: |