Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

24 
 
 
Bazarın tutumu həm də mikro səviyyədə müəyyənləşdirilə bilər. Belə ki, hər bir müəssisə bu və 
ya dig
ər bazarda sata  biləcəyi məhsulun həcmini hesablamaqla öz bazarının tutumu və bazar payı 
haqqında məlumatlara malik ola bilər. Müəssisənin  ticarət assosiasiyalarının məlumatlarına müraciət 
etm
əklə rəqiblərin bazar  fəaliyyəti və bazarların coğrafiyası haqqında da məlumatlar əldə etməsi də 
mümkündür. Mü
əssisəni  maraqlandıran  məhsulların  satışı    haqqında  məlumatları  həm də  açıq 
maliyy
ə hesabatlarından, müştərilərdən və başqa bazar iştirakçılarından da əldə etmək olar.  
Onu da qeyd ed
ək  ki,  istehlakçıların  sorğuları  əsasında  müəssisənin  bazarının,    həcminin 
qiym
ətləndirilməsi və istehlakın səviyyəsinin proqnozlaşdırılması da mümkündür, lakin bu yanaşma 
daha çox 
əməktutumludur və daha çox  məsrəflər tələb edir. 
Aqrar-s
ənaye  sferasında  fəaliyyət göstərən müəssisə  və  təsərrüfatların  bazar  fəaliyyətinin 
s
əmərəliliyinin təmin  olunması  baxımından  bazarın  tutumuna  təsir edən amillərin öyrənilməsi də 
mühüm 
əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının tutumuna təsir göstərən 
ən mühüm amillərə  aşağıdakıları  aid  etmək olar: əhalinin  sayı;  əhalinin pul gəlirləri; qiymətlərin 
s
əviyyəsi; satış infrastrukturunun inkişafı; milli adət və ənənələr; gəlirlərin əhali təbəqələri arasında 
bölüşdürülməsinin xarakteri və s. 
Yuxarıda sadalanan amillər əsas götürülməklə bazarın tutumu modelləşdirilə -bazarın  tutumu ilə 
ona t
əsir edən amillər  arasında  asılılığın  reqressiya  tənliyi müəyyən edilə  bilər. Bu məqsədlə 
aşağıdakı  cədvəldə  ərzaq  bazarının  dəyər ifadəsində  tutumu (alkoqolsuz içkilər və  evdənkənar 
qidalanma n
əzərə  alınmadan)  müəyyənləşdirilmiş,  həmin  bazarın  tutumuna  təsir edən  ən mühüm 
amill
ər kimi əhalinin sayı, onun pul gəlirləri, eyni zamanda  bu amillər əsasında sözügedən bazarın 
reqressiya t
ənliyi əsasında  hesablanan tutumunun kəmiyyəti göstərilmişdir (cədvəl 3).  
 
 
 
C
ədvəl 3. 
Ərzaq bazarının tutumunun və onun dəyişməsinə təsir göstərən bəzi amillərin dinamikası  
 
İllər 
Ərzaq bazarının 
tutumu, mln man. 
Əhalinin sayı, min 
n
əfər (X
1

Əhalinin pul 
g
əlirləri, mln 
manat (X
2

Ərzaq bazarının 
hesablanan tutumu, 
mln man. 
2001 
2113 
8114,3 
2833,5 
1835,4 
2002 
2427,9 
8191,4 
3519,0 
2320,6 
2003 
2629,6 
8269,2 
3731,1 
2780,3 
2004 
2995,7 
8349,1 
4157,9 
3265,5 
2005 
3618,9 
8447,4 
6528,1 
3977,5 
2006 
4269,7 
8553,1 
7636,2 
4653,3 
2007 
5074,9 
8666,1 
9161,8 
5397,0 
2008 
6869,4 
8779,9 
11473,6 
6194,3 


25 
2009 
7324 
8897,0 
13345,5 
6983,2 
2010 
7676,8 
8997,6 
15569,4 
7699,3 
2011 
9009 
9111,1 
18149,3 
8511,7 
2012 
9674,7 
9235,1 
21155,8 
9411,0 
2013 
10307,1 
9356,5 
24106,1 
10291,8 
2014 
10872,1 
9477,1 
26156,8 
11111,9 
2015 
11442,5 
9593,0 
27685,4 
11872,4 
*  - 
Ərzaq  bazarınıın  dəyər ifadəsində  tutumu və  əhalinin pul gəlirləri ev təsərrüfatının  tədqiqinin 
n
əticələrinə əsasən müəllif tərəfindən hesablanmışdır.  
 
Yuxarıdakı  cədvəlin məlumatlarına  əsasən  ərzaq  bazarının  tutumu  ilə  ona təsir edən amillər  
arasındakı asılılığın Microsoft Excel - də həllindən alınan  reqressiya tənliyi  aşağıdakı kimidir:  
Y= - 44904,6 + 5,738394X

+ 0,062436X
2

Burada:   Y- 
ərzaq bazarının dəyər ifadəsində tutumudur
                X


əhalinin sayıdır; 
               X


əhalinin pul gəlirləridir. 
b2 
b1 
b0 
0,062436 
5,738394 
-44904,6 
0,090554 
1,630313 
13183,27 
0,989056 
375,8723 
#Н/Д 
542,2387 
12 
#Н/Д 
1,53E+08 
1695360 
#Н/Д 
 
Reqressiya t
ənliyində  hər dəfə X
1
  v
ə X

-  nin c
ədvəldəki qiymətlərini yerinə  yazsaq,  həmin 
t
ənlik  əsasında  ərzaq  bazarının  hesablanan  tutumunu  alarıq.  Həm  yuxarıdakı  cədvəlin 
m
əlumatlarından, həm də aşağıdakı şəkildən göründüyü kimi ölkə əhalisinin ərzaq məhsullarının əldə 
edilm
əsinə çəkdiyi xərc ilə onun reqressiya tənliyi əsasında hesablanan tutumu arasındakı fərq çox 
azdır. Bunu, eyni zamanda Fişer kriteriyasının aldığı böyük qiymət (F=542,2387) də təsdiqləyir. Bu, 
onu göst
ərir ki, model proqnozlaşdırma üçün yüksək dəqiqliyə malikdir. 
Ərzaq bazarının tutumu, əslində, yuxarıdakı cədvəldə göstərildiyindən daha çoxdur. Çünki qeyd 
etdiyimiz kimi, bazarın dəyər ifadəsində tutumunda əhalinin evdənkənar qidalanması (inkişaf etmiş 
ölk
ələrdə bu, əhalinin ərzaq məhsullarının əldə edilməsini çəkdiyi xərcin 20% - ni təşkil edir) daxil 
edilm
əmişdir.    
Bazarın artım tempiBazarın və onun ən mühüm seqmentlərinin tutumunun  qiymətləndirilməsi 
il
ə  yanaşı,  onun  artım  tempinin  (gələcəkdə  bazarda  satışın  mümkün  ola  biləcək həcminin  satışın 
əvvəlki dövrdə  həcminə  nisbətinin faizlərlə  ifadəsi) öyrənilməsi də  mühüm  əhəmiyyət kəsb edir. 
Artım  tempi  yüksək olan bazarlarda müəssisənin  bazar  payının  artmadığı  hallarda  belə  onun  
m
ənfəətinin artımı üçün imkanlar mövcud ola bilir. Bu baxımdan müəssisə və təsərrüfatlar tərəfindən 
k
ənd təsərrüfatı və ərzaq məhsulları bazarının bu və ya digər seqmentinin artım tempinin öyrənilməsi 
mühüm 
əhəmiyyət kəsb edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə