Nazim Eminov


Bazarın  mənfəətliliyinin təhlili



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

26 
Bazarın  mənfəətliliyinin təhlili.  Hər bir müəssisə  və  təsərrüfat rəhbəri bazar fəaliyyətində 
istehlakçıların kənd təsərrüfatı və ərzaq məhsullarına tələblərinin dolğun ödənilməsi ilə yanaşı, həm 
d
ə  geniş  təkrar  istehsalın  həyata keçirilməsi üçün kifayət qədər mənfəət  əldə  edilməsini  qarşıya 
m
əqsəd qoyur. 
Amerika  iqtisadçısı  Maykl  Porterə  görə, bu və  ya digər sahənin (və  yaxud  bazarın) 
c
əlbediciliyini (və yaxud cəlbedici olmamasını), eyni zamanda onun mənfəətli (və yaxud mənfəətli 
olmamasını)  beş  amilin  və  yaxud qüvvənin təsiri  şərtləndirir.  Onlara  aşağıdakılar  aiddir:  bazarda 
f
əaliyyət göstərən (mövcud) müəssisələr; alıcıların bazar mövqeyi; malgöndərənlərin bazar mövqeyi; 
əvəzedici məhsulları  bazara  təklif edən müəssisələrin  meydana  çıxma  təhlükəsi; bazara yeni 
iştirakçıların daxilolma təhlükəsi.  
Yuxarıda  sadalanan  amillərin və  yaxud qüvvələrin müəssisənin bazar fəaliyyətinə  təsiri 

əyyənləşdirildikdən sonra həmin fəaliyyətin səmərəli olub-olmayacağı haqqında qənaətə gəlmək 
mümkün olur. M
əsələn, ölkəmizdə  ərzaq  bazarının  qida  məhsulları  seqmentində  sadalanan 
qüvv
ələrin həmin sahədə  fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə  təsiri hiss olunmayacaq 
s
əviyyədədir.  Belə  ki, qida sənayesi müəssisələri bazara təklif etdikləri məhsulları  istehsal  etmək 
üçün xammal 
əldə etmək baxımından çətinliklərlə qarşılaşmır (xammal göndərən rolunda çıxış edən 
k
ənd təsərrüfatı  məhsulları  istehsalçılarının  bazar  mövqeyi  zəifdir), ölkəmizdə  konsyumerizm 
h
ərəkatı  zəif  inkişaf  etmişdir  (istehlakçıların  qida  məhsullarına  qarşı  tələbkarlığı  aşağıdır),  qida 
m
əhsullarının  əvəzedicilərinin bazar təklif  olunma  ehtimalı  azdır  və  s. Sadalanan bu və  başqa 
s
əbəblərdən ölkəmizin qida sənayesində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan 
keçmiş subyektlərin sayı son illər dəfələrlə artmışdır. Ərzaq bazarının bu seqmentindən fərqli olaraq,  
bilavasit
ə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan subyektlərin bazar fəaliyyəti daha 
risklidir. Bel
ə  ki, kənd təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  müəssisə  və  təsərrüfatlar 
istehsal prosesi üçün lazım gələn xammal və materialların əldə edilməsində kifayət qədər çətinliklərlə 
qarşılaşırlar  ki,  bu  da  bəzən  onların  bazar fəaliyyətinin zərərlə  başa  gəlməsi ilə  nəticələnir. 
İstehsalçıların    bu  sahədə  qarşılaşdıqları  çətinliyinin  aradan  qaldırılması    üçün  əlaqədar dövlət 
strukturları  tərəfindən  kənd təsərrüfatı  məhsulları  istehsalçılarına  istehsal  prosesində  lazım  gələn 
maddi-
texniki  resursların  qiymətləri tənzimlənir. Bütün bu məsələlər kənd təsərrüfatı  və  ərzaq 
m
əhsullarının    istehsalı  ilə  məşğul  olan    müəssisə  və  təsərrüfat rəhbərləri  tərəfindən bazar 
f
əaliyyətinin həyata keçirilməsi zamanı nəzərə alınmalıdır. 
M
əsrəflərin strukturu. Bazarda fəaliyyəti üçün tələb olunan məsrəflərin  strukturu  haqqında 
bilgil
ərə  malikolma həmin bazar üzrə  müəssisənin müvəffəqiyyətli fəaliyyətinə  təsir edən amilləri 

əyyənləşdirməyə  imkan verir. Müəssisənin bazar fəaliyyəti üzrə  müvəffəqiyyətinin  əsas amillərini 

əyyənləşdirmək üçün isə,  istehlakçılar  üçün    dəyərin  yaradılması  zəncirinin (marketinq həm də 
istehlakçı üçün dəyərin yaradılması prosesi kimi izah edilir) təhlilinə ehtiyac yaranır. Bu təhlil nəticəsində  
d
əyərin  yaradılması  prosesinin  ayrı-ayrı  mərhələlərində  tələb olunan xərcləri müəyyənləşdirmək, daha 
çox x
ərc tələb edilən mərhələdə xərclərin səviyyəsinin optimallaşdırılmasına nail olmaq və beləliklə də, 
r
əqabət üstünlüyü qazanmaq  mümkün olur. 
B
əzən  əlavə  edilmiş  dəyərin  əsas hisəssinin    yaradıldığı  mərhələdə  məsrəflər üzrə  üstünlüyün 
əldə  edilməsi mümkün olmur. Belə  ki, bəzi  növ  xammallar  istehsalçının  əsas məsrəfləri (məsələn, 
çör
əkbişirmə  müəssisələri  üçün  un)  rolunu  oynayırsa  və  həmin  xammalları  münasib  qiymətə  əldə 
etm
ək mümkündürsə, onda məsrəf amilinə müəssisəyə rəqabət mübarizəsində müvəffəqiyyət gətirən 
amil  kimi  baxmaq  doğru  deyil.  Bununla  belə, dəyərin  yaradılması  zəncirində  hazır  məhsulun 
istehsalına çəkilən xərclərin mərhələlər üzrə müəyyənləşdirilməsi və daha çox xərc tələb edən mərhə-
l
ələrdə xərclərin azldılması üzrə tədbirlərin işlənib hazırlanması çox vacibdir. 
Bazarın  öyrənilməsi  zamanı  məsrəflərin strukturunun təhlil edilməsinə  başqa  yanaşma  təcrübə 
əyrisi üzrə effektin əldə edilməsinin mümkünlüyünü müəyyənləşdirməkdən ibarətdir. Müəssisə özü  
üçün konkret biznes üzr
ə  təcrübənin  artırılması  sayəsində  məsrəflər üzrə  dayanıqlı  üstünlüyə  nail 
olmanın yollarını müəyyənləşdirə  bilər. Təcrübənin artırılması sayəsində azaldılması mümkün olan 
sabit x
ərc maddələri müəyyənləşdirilə  və  bu yolla müəssisənin bazar fəaliyyətinin səmərəliliyi 
yüks
əldilməsi üzrə tədbirlər işlənib hazırlana və reallaşdırıla bilər. 


27 
Bölüşdürmə və satış sistemi. Səmərəli bölüşdürmə kanalının mövcudluğu  müəssisə və təsərrüfatların 
bazara 
əlyetərliliyini  müəyyənləşdirən  amillərdən  biridir.  Bu  baxımdan,  bazarın  təhlili  zamanı 
m
əhsulların  bölüşdürülməsi və  satış  sisteminin  öyrənilməsinə  xüsusi fikir verilməlidir. Bazar  nə 
q
ədər cəlbedici olsa da,  müəssisə və təsərrüfatların həmin bazar üzrə məhsulları  bölüşdürmə və satış 
sistemi yoxdursa, onda h
əmin bazar üzrə  həmin müəssisə və təsərrüfatların  fəaliyyətinin perspektivi 
d
ə  yoxdur. Məhsulların  bölüşdürülməsi sistemi öyrənilən  zaman  hansı  alternativ  bölüşdürmə 
kanalının  mövcud  olduğu  müəyyənləşdirilməli, bu kanallarda nə  kimi dəyişikliklərin  baş  verdiyi 
aşkara çıxarılmalı, bu və ya digər kanaldan istifadə zamanı kanal iştirakçılarından kimin mövqeyinin 
güclü olduğu və hansı yeni kanalın meydana gəldiyi aydınlaşdırılmalıdır.  
M
əhsulların  bölüşdürülməsi və  satış  kanallarının  təhlili və  həmin  kanallarda  baş  verən 
d
əyişikliklərin müəyyənləşdirilməsi bazar fəaliyyəti üçün əsas müvəffəqiyyət amillərinin və 
bütövlükd
ə  bazarın fəaliyyətinin başa düşülməsi baxımından çox vacibdir. 
K
ənd  təsərrüfatı  və  ərzaq  məhsulları    üzrə  tələblərə  cavab verən    bölüşdürmə  və  satış 
şəbəkəsinin  mövcud  olması  həmin məhsulları  istehsal  edən müəssisə  və  təsərrüfatların  bazar 
mövqel
ərinin güclənməsinə, konkret məhsul seqmentlərinin müəssisə və təsərrüfatlar üzrə perspektiv 
əhəmiyyət kəsb etməsinə  gətirib  çıxarır.  Bazarın  tutumunun  böyük,  həmin bazar üzrə  məhsulların 
bölüşdürülməsi və  satış  sisteminin  zəif  inkişaf  etməsi isə  istehsalçıların  bazara  çıxışının 
ç
ətinləşməsinə  və  deməli,  konkret  bazarın  müəssisə  və  təsərrüfatların  inkişafı  baxımından 
perspektivinin azalmasına gətirib çıxarır.  
Bu v
ə  ya digər  müəssisənin öz məhsullarının  satış  kanalına  nəzarət etməsi isə  həmin 

əssisənin  inkişafı  üçün  çox  böyük  perspektivlər  yaradır.  Ölkəmizdə  heyvandarlıq  məhsulları 
baz
arının,  o  cümlədən onun süd və  süd məhsulları  seqmentinin tutumunun kifayət qədər böyük 
olmasına baxmayaraq, həmin məhsulların bölgələrdə istehsalı ilə məşğul olan çoxsaylı müəssisələr 
bazar mövqel
ərinin gücləndirilməsi  baxımından  problemlərlə  qarşılaşırlar. Bu müəssisələrdən biri 
Ağstafa  rayonunda  fəaliyyət göstərən “Ceyrançöl MMC”–dir. Sözügedən  müəssisədə  bütün 
standartlara cavab ver
ən süd və  süd məhsulları  -  qatıq,  pendir,  xama,  dovğa,  kəsmik, ayran və  s. 
istehsal olunur. Mü
əssisə sadalanan məhsulları istehsal etmək üçün  özünün xammal bazasını inkişaf 
etdirm
əyə  (geriyə  inteqrasiya)  müvəffəq  olmuşdur.  Belə  ki, müəssisənin südə  ehtiyacını  ödəmək 
üçün onun t
ərkib hissəsi  kimi    hüquqi  şəxs  statusuna  malik  olmayan  heyvandarlıq  kompleksi 
f
əaliyyət göstərir. Bu bölmədən alınan süd hesabına dərin emaldan keçmiş heyvandarlıq məhsulları 
istehsal olunub bazara t
əklif edilir. Müəssisənin özünün kənd təsərrüfatı  sahəsini  inkişaf  etdirməsi 
onun bazara t
əklif  etdiyi  heyvandarlıq  məhsullarının  maya  dəyərinin müəyyən qədər  azalmasına 
g
ətirib çıxarmışdır. Bu müəssisə əvvəllər xammala olan ehtiyacını ödəmək üçün xammalın (südün) 
ayrı-ayrı rayonlardan və bölgələrdən tədarükünü təşkil edirdi və bu, həmin müəssisəyə kifayət qədər 
başa  gəlirdi. Belə  ki,  xammalın  dəyərinin  yüksəlməsi ondan istehsal olunan məhsulların  da 
qiym
ətlərinin yüksəlişinə və müəssisənin məhsullarının rəqabətqabiliyyətliliyinin azalmasına gətirib 
çıxarırdı. Xammal bazasının qismən də olsa inkişafı, müəssisənin marketinq fəaliyyətində meydana 
çıxan probleminin müəyyən qədər aradan götürülməsi ilə nəticələnmişdir. Lakin bu müəssisənin satış 
kanalında  mövqeyinin  zəif  olması  onun  vasitəçilərdən  güclü  asılılığını  hələ  də  saxlayır.  Belə  ki, 

əssisədə  hər kq-nın  maya  dəyəri təqribən  3  manata  başa  gələn pendir vasitəçilərin köməyi ilə 
satılır  ki,  bu  da  sonradan  həmin miqdarda məhsulun  istehlakçı  üçün  qiymətinin 6 manata qədər 
bahalaşmasına gətirib çıxarır. İstehsalçının satış kanalına nəzarət edə bilməməsi onun külli miqdarda 
g
əlir itirməsinə və inkişafının ləngiməsinə gətirib çıxarır. Süd məhsulları bazarının tutumunun böyük 
olmasına baxmayaraq, həmin məhsulları  bölgələrdə istehsal edən və bilvasitə satış kanalına nəzarət 
ed
ən bilməyən  çoxsaylı  müəssisələr mövcuddur. Bu müəssisələr tərəfindən  satış  kanalına  nəzarət 
edilm
əsi  -  onların  özlərinin  satış  mağazalarına  sahib  olmaları  (birbaşa  satış  kanalı)    süd  və  süd 
m
əhsullarının müəyyən qədər ucuzlaşmasına və yerli müəssisələrin bazar mövqelərinin güclənməsinə 
g
ətirib çıxara bilər. 
Bazarın  inkişaf  meyli.  Müəssisənin  xarici marketinq mühitinin təhlilinin  ən mühüm 
istiqam
ətlərindən biri bazarın inkişaf meylinin təhlilidir. Bazarın inkişaf meylinin təhlili prosesində 
sah
ədə  hansı  dəyişikliklər  baş  verdiyi  və  bu dəyişikliklərin nə  dərəcədə  əhəmiyyətli  olduğu 

əyyənləşdirilməlidir.  Bu aspektdə  təhlil  müəssisə  və  təsərrüfatların  bazar fəaliyyətinin 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə