Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

28 
dayanıqlılığı və davamlılığı baxımdan strateji əhəmiyyət kəsb edir. Bazarın inkişaf meyli haqqında 
h
ərtərəfli təsəvvürə  malik  olmaq    üçün  istehlakçıların,  rəqiblərin və  başqa  bazar  subyektlərinin 
t
əhlilinin nəticələrinin ümumiləşdirilməsinə  ehtiyac olur. 
Əsas müvəffəqiyyət amilləri.  Bazarın  təhlilinin  ən mühüm nəticəsi bazarda fəaliyyət göstərən 
strateji qruplara m
ənfəətli fəaliyyəti təmin edə biləcək  əsas amilləri müəyyənləşdirməkdən ibarətdir.  
Qeyd ed
ək ki, bu və ya digər müəssisə bazarda fəaliyyət göstərən rəqibi ilə müqayisədə əlverişli 
mövqey
ə malik olmaq  üçün aktivlərə və kompetensiyalara (səriştə və bacarıqlara) malik olmalıdır. 
Bu aktivl
ər və kompetensiyalar iki növə ayrılır. Onlardan birincisi, ilk növbədə, zəruri olan strateji 
aktivl
ər və kompetensiyalardır. Bazarda fəaliyyət göstərən bütün rəqiblərin “sərvəti” olan bu aktivlər 
v
ə  kompetensiyalar rəqabət üstünlüyünü təmin etməsə  də,  onların  mövcud  olmaması  müəssisənin 
z
əif tərəflərinə  çevrilə  bilir.  İkinci  qrup,  aktiv  və  kompetensiyalar rəqiblərin aktiv və 
kompetensiyalarından  üstün  olmaqla  müəssisənin  strateji  gücünü  formalaşdırır.  Bu  aktiv  və 
kompetensiyalar mü
əssisə üçün rəqabət mübarizəsində üstünlüyün təmin edilməsi üçün əsas rolunu 
oynayır.  
Onu da qeyd ed
ək ki, müəssisənin bazar fəaliyyəti üzrə əsas müvəffəqiyyət amilləri təhlil edilən  
zaman h
əm bu gün, həm də  gələcəkdə  əsas rol oynaya biləcək aktiv və  kompetensiyalar 
d
əqiqləşdirilməlidir. 
Qida m
əhsulları  bazarının    konkret    seqmentinə  məhsul təklif edən  və  biri-birinə  rəqib olan 

əssisələrdən daha üstün aktivlərə və kompetensiyalara malik müəssisənin maliyyə göstəricilərinin 
s
əviyyəsi daha yüksək olur. Bütün hallarda rəqabət mübarizəsində dayanıqlı üstünlüyə malik olmaq 
ist
əyən hər bir müəssisə  bazar fəaliyyəti üzrə  müvəffəqiyyətin  əsas amillərinin  formalaşdırılması 
probleminin h
əllinə  ciddi fikir verməlidir.  Bazarın  marketinq  təhlili  zamanı  nəinki  əsas müvəf-
f
əqiyyət amillərinin müəyyənləşdirilməsi, eyni zamanda yeni amillərin  meydana  çıxmasının 
izl
ənilməsi də  çox vacibdir. Bir çox müəssisələrin sonradan bazar fəaliyyətlərinin səmərəliliyinin 
azalması, hətta onların bazarı  tərk etmələri həmin müəssisələrin  əsaslandıqları əsas müvəffəqiyyət 
amill
ərinin dəyişməsi və onların öz əhəmiyyətini itirməsi ilə əlaqədar olmuşdur.  
 
ƏDƏBİYYAT 
 
1.  Az
ərbaycanın  ərzaq  balansları(statistik  məcmuə), DSK, 2016. 2.  Ev təsərrüfatları  büdcəsi, 
DSK, 2016. 3. 
Арман  Дейан.  Изучение  рынка.  Санкт-Петербург,  Издательский  дом  «Нева», 
2003. 4. 
Беляевский И.К. Маркетинговое исследование. М., 2002. 
 
Основные направления маркетингового анализа рынка 
сельскохозяйственой и продовлоственной продукции. 
 
Хейирхабаров  Исмаил Махмуд оглы 
 
РЕЗЮМЕ 
 
В  статье  определены  основные  направления  маркетингового  исследования  рынка 
сельскохозяйственной  и  продовольственной  продукции.  Даны  научно-обоснованные 
предложения по повышению эффэктивности рыночной деятельности предприятий и хозяйств 
функционирующих в агропромышленной сфере. 
Ключевые слова: маркетинговый анализ, рыночная деятельность, стратегический анализ 
рынка, оперативный анализ рынка, емкость рынка.  
 
Analysis of the key trends in the marketing of 
agricultural and food products market 
 
Kheyirkhabarov Ismail Mahmud 
 


29 
SUMMARY 
 
The article analyzes the main trends in the marketing of agricultural and food products market 
determined. Agriculture and food production company and improve the efficiency of farms on the 
market were scientifically based proposals. 
Key words: marketing analysis, market activity, market, strategic analysis, and tactical analysis 
of the market, the market capacity. 
 
 
 
 


30 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 105-110 
 
UOT: 339.138;658.5 
 
QİDA SƏNAYESİ MÜƏSSİSƏLƏRİNDƏ MARKETİNQİ İDARƏETMƏ 
STRUKTURLARININ FORMALAŞDIRILMASI MƏSƏLƏLƏRİ 
 
Qasımov Ə.İ. 
Az.DİU-nun “Marketinq” kafedrasının  
baş müəllimi 
 
XÜLASƏ 
 
Məqalədə  qida  sənayesi  müəssisələrində  marketinqi  idarəetmə  strukturlarının  təşkili  ilə  bağlı 
məsələlər işıqlandırılmışdır. Daxili və xarici  mühit amilləri nəzərə alınmaqla, müəssisələrdə adekvat 
marketinqi  idarəetmə  strukturlarının  formalaşdırılmasına    dair    elmi  əsaslandırılmış  təkliflər 
verilmişdir. 
Açar  sözlər:  qida  sənayesi,    qida  məhsulları  bazarı,  marketinq  konsepsiyaları,    marketinq 
idarəetmə,  marketinqin təşkilati strukturları. 
 
Son  illər  qida  sənayesində  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmanın  cəlbediciliyi  artmaqda 
davam  edir.  Dünya  bazarında  qida  məhsullarının  qiymətlərinin  fasiləsiz  yüksəlişi  bu  sahədə 
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayının və qida məhsullarının istehsalı ilə məşğul 
olan  müəssisələrin  yaradılmasına  investisiya  yatırımlarının  çoxalmasına  gətirib  çıxarmışdır.  Bütün 
bunlar  həm  də  ölkəmizin  qida  sənayesi  üzrə  müşahidə  edilir.  Belə  ki,  aşağıdakı  cədvəlin 
məlumatlarından göründüyü kimi, 2011-ci illə müqayisədə qida sənayesində sahibkarlıq fəaliyyəti ilə 
məşğul olmaq üçün qeydiyyata alınmış sahibkarların sayı 2270 nəfərdən 4290 nəfərə qədər və yaxud 
1,9 dəfə, ölkədə istehsal olunmuş sənaye məhsulunda qida sənayesinin payı 1,5 %-dən 4,3%-ə qədər 
və  yaxud    2,8%    bənd,  əsas  kapitala  investisiyalar  isə  46,5  milyon  manatdan  63,6  milyon  manata 
qədər və yaxud 36,8%  artmışdır (cədvəl 1). 
Cədvəl 1.  
Qida  məhsullarının istehsalı ilə məşğul olan  müəssisələrin işinin əsas göstəriciləri 
 
 
2011 
2012 
2013 
2014 
2015 
2016 
Fəaliyyət göstərən müəssisələrin sayı, cəmi 
396 
427 
439 
389 
382 
391 
dövl
ət 
16 
17 
17 
18 
18 
16 
qeyri-
dövlət 
380 
410 
422 
371 
364 
375 
Sənaye fəaliyyəti ilə məşğul olmaq üçün 
qeydiyyata alınmış sahibkarların sayı, nəfər 
2270 
3170 
3353 
3752 
4079 
4290 
Sənaye məhsulunun(işlərin, 
xidmətlərin)dəyəri, müvafiq illərin cari 
qiymətləri ilə, milyon manat 
2108 
2575 
2516 
2597 
2547 
3257 
Ölkədə istehsal olunmuş sənaye məhsulunda 
sənayenin payı, % 
1,5 
1,5 
1,7 
2,0 
2,5 
4,3 
Ölkə sənayesinin qeyri-dövlət sektorunda 
sahənin qeyri-dövlət sektorunun payı, % 
7,5 
9,3 
9,1 
10,2 
12,6 
12,5 
İşçilərin orta siyahı sayı, min nəfər 
14,6 
17,0 
18,8 
20,6 
18,8 
18,8 
İlin sonuna əsas fondların mövcudluğu, 
milyon manat 
786,5 
856,4 
796,9 
857,7 
884,2 
910,4 
Əsas kapitala investisiyalar, milyon manat 
46,5 
75,3 
160,8 
92,4 
87,9 
63,6 
Mənbə: Cədvəl Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən müəllif tərəfindən tərtib edilmişdir. 
Hazırda  ölkəmizdə  istehsal  olunan  qida  məhsullarının  əhəmiyyətli  hissəsi  qeyri-dövlət 
sektorunda  – 
daha  doğrusu,  sahibkarlar  tərəfindən  istehsal  edilir  və  sənayenin  qeyri-dövlət 
sektorunda q
ida sənayesinin payı artmaqda davam edir/şəkil 1/.  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə