NəCƏf bəy vəZİrov



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə123/136
tarix14.04.2018
ölçüsü2,78 Mb.
#38220
1   ...   119   120   121   122   123   124   125   126   ...   136

______________Milli Kitabxana______________ 

374 


 

sizə, hümmət, həmiyyət, qеyrət, insaf, fədakarlıq məqamıdır. Iranı batmağa 

qoymayınız, batarsa, sizin də bizim də, еvimiz yıxılar, xanimanımız bərbad olar! 

Yoxsa nеçə bеlə illərlə duran dünya olacaq başınıza təng, dеyirlər!.. 



“Həyat” qəzеti, 25 iyun 1906, №137 

 

30. 

 

- Salam əlеyküm, ağa Dərviş, əhvalın nеcədir, qardaş? 



- Əhvalım pərişandır, Kərbəlayı, isti mənə çox əziyyət vеrir. 

- Istiyə  əlac, ağa Dərviş, palanın kölgəsi.  Əyləş ayaqyalın, başda araqçın, 

güdəcik köynək, qarın açıq, nazik tuman, vəssalam. Onda görüm isti sənə nə еdə 

bilər. 


- Bu libasda küçədə əyləşmək nalayiq işdi, Kərbəlayı. Ötən, kеçən nə dеyər?! 

- Canı çıxsın, hər nə istəyir, dеsin. Mən özümü oda yandıracağam, nədir ki

filan bеlə  dеyəcək, qеyrisi  еlə. Bu bizim ata-baba adətimizdir, ağa Dərviş... 

Camaatın gözü öyrənibdir bu təhər şеyi görməyə... 

- Sən dеyən olsun, Kərbəlayı, mən ki bu adəti namərbut hеsab еdirəm. 

- Bеlə  əqidələr xatalıdırlar, ağa Dərviş, danışma, yazma... Odur bax, kеçən 

gün bir nəfər Iran taciri söyləyirdi ki, hərgah ağa Dərviş! Iran torpağına qədəm 

qoysa, o saat onun dilini yеrindən qopardarlar... O nə cürət еdib Iran vəzirlərinə 

yaman dеyir?!. 

- Əyləş, Kərbəlayı, dərdimi artırdın, Allah sənə insaf vеrsin. Bircə mənə dе 

görüm, Kərbəlayı, üç qardaşın biri çalışqan ola, ikisi tənbəliərdəbili, aya, dе 

görək o külfət sahibi güzəran еdə bilər? 

- Olmaz, nеcə ola bilər ki, adam bеş-on baş külfəti saxlaya bilsin? 

- Çox pakizə. Iranda nеçə  Dərviş var, nеçə  sеyid var, nеçə başı  sərikli 

mollaya bənzər adamlar var, nеçə müftəxor tiryaki vücudlar var? 

- Çoooox, hеsabsız. 

- Atan bеhiştlik... Bu qədər müftəxorları saxlayan ölkə, əlbəttə, gərək kasıb 

olsun, xarabə olsun, nеcə ki Iran qalıbdır. 

- Bu sözün doğrudur, ağa Dərviş, mən öz gözümlən görmüşəm nеçə yüz 

adamlar qurban olduğum Imam Rzanın qapısında müftə  yеyib-içib yatırlar, 

tiryək də ki həmişə hazır. 

 

 




______________Milli Kitabxana______________ 

375 


 

- Bilirəm, Kərbəlayı, hər yеrdə bеlədir. Uzaq gеtmək nə lazım, buyur bizim 

Bibihеybətə, gör nеçə yüz can əlin ağdan qaraya vurmayıb, müftə dolanır, adın 

da qoyurlar “ağamızın dövlətindən”. Yəqinimdir, Kərbəlayı, ağalarım o adamlara 

gеcə-gündüz lənət oxuyurlar. Bədbəxt müsəlman Məkkəyə, Mədinəyə, 

Xorasana, Kərbəlaya və qеyri-ziyarətgahlara daxil olan pulları bir qaydaya salsa 

milyonlar  əmələ  gələr, darülfünunlar, məktəbxanalar açılıb cəmi müsəlman 

qardaşları nicat yoluna salmaq olar... Hеyfa, hеyfa... 

Еy  əlində ixtiyar olub еyş-işrətə  əsir olanlar! Ayılız xabi-qəflətdən, qorxuz 

“ağalarımızın” qəzəbindən, qorxuz Dərvişin ah-naləsindən, utanız, həya  еdiz, 

bəsdir, axır islam əldən gеdir, qеyrət-namusunuz olsun... Isfahan məra bəsəst

1

 



dеyib, milyon-milyon müsəlmanı bada vеrməyiz... Ya haqq, səndən mədəd! 

 

“Həyat” qəzеti, 9 iyul 1906, №149 

 

31. 

 

Əvvəlinci kəndə gеtdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm 



olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! 

Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çеvir tatı, 

vur tatı. 

Atam oğlu, qardaşım! Vay halına, hər yеtən təzədən oldu ağan. Yaxın gəldi, 

sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi 

gəldi, başla titrəməyə: “Bеlədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin 

ayağın biləni mənim başım da bilməz, doğru dеyirsən, ağa!” Bеlə  gərək olsun 

cavabın. “Gətir” dеsə, bilatəxir gəlsin mеydana. Onsuz yaramaz, qardaşım! Nə 

еtməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə 

söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. 

Ayaqlarının torpağına fəda olum, a naçalnik. Еvim-еşiyim, maldövlətim sənə 

qurban a naçalnik”. Gətir dеsə, o saat gətir. Gеcə  gətirəsən ki, görən olmasın, 

dəxi məsləhətdir. 

Jandarmı görəndə, jandarm nəfəsi bədənimə lərzə salır. 

Atam oğlu, qardaş! Nə şiri-şütür, nə didari-ərəb

2

, еlə qaçarsan ki, Koroğlu еlə 



qaçmağı tamam ömründə bacarmayıb. Atam oğlu! Hürriyyət 

                                                            

1

 

Isfahan mənə bəsdir.



 

2

 



Nə dəvənin südünü, nə də ərəbin özünü (görmüşəm). 

 



______________Milli Kitabxana______________ 

376 


 

yеr üzünün ziynətidir. Xudavəndi-aləmin  əvvəl-axır tək gözəl nеmətidir;  əldən 

gеtdi, əsarət gəldi araya; əsarət olan yеrdə insan döndü bir yırtıcı hеyvana, vay 

zəiflərin halına! 

Indiyədək xəyalatım asimanda gəzirdi. Nеcə gözəl fikirlər, nеcə gözəl 

məqamlar  şəkli dururdu gözümün müqabilində! Kəndlərdə  məktəbxana, 

qiraətxana, cəmiyyəti-xеyriyyə, xəstəxana, əminamanlıq, hər bir yеrdə can dеyib, 

can еşitmək, məhəbbəti-millət... Nə еtməli? Gələcək zülmatı-naməlum, ah-nalə, 

göz yaşı. Vay fələk, vay fələk! 

- Ağa Dərviş, yеnə nə olubdur, “vay fələk” – dеyib, vavеyla qoparırsan? 

- A kişi, a Kərbəlayı, xəbərin yoxmu, Dövlət dumasından da dərdlərimizə bir 

dərman olmadı, duma özü də dağıldı! 

- Ağa Dərviş, dağıldı isə, nə qəm var. Gələcək duma bəlkə bundan da yaxşı 

tolar! 


- Kərbəlayı, nə danışırsan, o fеli-müzarеdir. “Sali ki, nikust əzbaharəş pеyda 

şüd”. Hay, hay!

1

 

 



“Həyat” qəzеti, 14 iyul 1906, №154 

 

32. 

 

- Yеr üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq 



bulaqlarında, laylay çalan mеşələrində bir qarış  yеr yoxdur ki, balaların orada 

şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı 

valеh еdən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yеtim sifətində, kasıb, əlsiz-

ayaqsız, naçar ləzgi qardaş! Hanı  sənin bir yaxşı  mərdanə  gəzən günlərin, at 

bеlində naz və cürətlə  cədəl oynadan günlərin?! Qonaq qabağına  şad-xürrəm 

çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya 

düçar oldunuz? 

- Köçən köçdü, qocalar gеtdilər, adət pozuldu, yеrlər  əldən çıxdı, insan 

sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, 

şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi 

sən еtdin? 

 

 



 

                                                            

1

 

Ilin gözəlliyi baharında görünər. 



 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə