7
mə"nada türk tarixçilərinin Azərbaycanın tədqiq olunan dövrünün müxtəlif problemləri haqqındakı fikirləri
fərqlənir.
Problemin türk tarixşünaslığındakı fikir ayrılıqları isə tarixçilərin o dövrün türk tarixində həlledici rol
oynamış siyasi dairələrə münasibəti və onların ictimai həyatda tutduqları mövqeyi ilə müəyyən olunur.
TTQ-nun yaradılmasından sonra Azərbaycan tarixinin tədqiqinə maraq artmışdı. 1932-ci ildə
Azərbaycan tədqiqatçısı Ə.Cəfəroğlunun rəhbərliyi ilə "Azərbaycan yurd bilgisi" jurnalı nəşr olunmağa
başlandı. Bu jurnalda F.Köprülünün
37
,
[10-11]
Z.V.Toğanın'
8
, Ə.Cəfəroğlunun
39
Azərbaycanın orta əsrlər
taprıxınə dair məqalələri çap edildi.
Problemin türk tarixşünaslığında tədqiqi əsrimizin 20-cı illərində yox dərəcəsində idi. Yalnız Rza Nurun
12 cildlik əsəri istisna təşkil edir. O, əsərinin 4-cü cildində Qaraqoyunlularla Ağqoyunlular haqqında müxtəsər
məlumat verməklə kıfayətlənmişdir
40
. 30-cu illərin əvvəllərində Əli Kəmalinin
41
, sonra isə Əbdürrəhim Şərif
bəyin
42
əsərlərində Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinin bəzi məsələləri tədqiq olunmuşdu. Türk
tarixşünaslığında problem ilk dəfə İ.H.Uzunçarşılının monoqrafiyasında
43
xüsusi tədqiqat obyekti kimi
araşdırılmışdır. İ.H.Uzunçarşılı ilkin qaynaqlara istinad edərək Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
ictimai-sıyasi tarixinin canlı mənzərəsini yaratmışdır. İ.H.Uzunçarşılının bu əsəri problemin türk
tarixşünaslığında tədqiqi sahəsində ilk nümunə olmuş və sonrakı araşdırmalar üçün mühüm rol oynamışdır.
40-cı illərin əvvəllərində M.X.Yınancın problemlə bağlı olan əsərləri nəşr olundu.
44
M.X.Yınanc
ağqoyunlulara həsr edilmiş tədqiqatında ilkin qaynaqlara əsaslanaraq ağqoyunluların
mənşəyi problemi, onların
Azərbaycanda və Şərqi Anadoluda məskunlaşması tarixi, dövlətin yaranması, onun qonşu dövlətlərlə
münasibətləri haqqında dəyərli fikirlər irəli sürmüşdür. M.X.Yınanc Qaraqoyunlu dövlətinin Cahanşah dövrünü
də geniş şəkildə tədqiq etmişdir. O, bu əsərlərində ilk dəfə olaraq Qaraqoyunlu və Ağqoyunlu dövrünün
mənbəyi olan Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə" əsərindən geniş surətdə istifadə etmişdir. Bu
mənbəyə əsaslanan müəllif bir çox tarixi gerçəklikləri aydınlaşdırmışdır.
Z.V.Toğan 1946-cı ildə nəşr olunmuş "Ümumi türk tarixinə giriş"
45
adlı əsərində Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərinin siyasi tarixinə xüsusi diqqət yetirmişdir. 40-cı illərin sonunda və 50-ci illərdə
F.Sumerin problemlə bağlı olan elmi məqalələri çap olunmağa başladı.
46
Bu əsərlərdə əsas diqqət
qaraqoyunlulara və ümumiyyətlə Oğuz tayfalarına
[11-12]
verilmişdir. 50-ci illərin əvvəllərində F.Kırzıoğlunun
nəşr etdirdiyi əsərlərdə
47
də Qaraqoyunlu və Ağqoyunlu tayfalarının mənşəyi, onların Azərbaycanda
məskunlaşması, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi tarixinin bəzi məsələləri tədqiq olunmuşdur.
50-60-cı illərin türk tarixşünaslığı problemin işıqlandırılması baxımından çox zəngindir. Bu illərdə
tədqiq olunan dövrün müxtəlif məsələləri haqqında S.Tanselin
48
, A.S.Ərzininin
49
, Y.Öztunanın
50
, Ş.Turanın
51
,
F.Sumerin
52
, O.Turanın
53
və B.S.Baykalın
54
əsərləri çap olundu. Bu əsərlərin əksəriyyətində Ağqoyunlu-
Osmanlı münasibətlərinə daha geniş yer verilmişdir. Səlahəddin Tansel Fateh Sultan Mehmedin siyasi və hərbi
fəaliyyətinə həsr edilmiş monoqrafiyasında Osmanlı mənbələrinə istinad edərək Ağqoyunlu-Osmanlı
münasibətlərini birtərəfli qaydada şərh etmiş və osmanlıların Şərqdə yeritdiyi istilaçılıq siyasətinə haqq
qazandırmışdır. F.Sümer Qaraqoyunlulara dair əsərində Qaraqoyunlu dövlətinin yaranmasında əsas rol oynamış
Qaraqoyunlu tayfalarının mənşəyi, onların Azərbaycanın və Şərqi Anadolunun siyasi tarixində oynadığı rolu və
dövlətin siyasi tarixinin Cahanşah hakimiyyətinə qədərki dövrünü ətraflı şəkildə işıqlandırmışdır.
70-80-cı illərdə öyrənilən problemin müxtəlif tərəfləri ilə bağlı olaraq əsərlərin nəşr işi davam etdirildi.
O.Turanın
55
, M.Ərəndilin
56
, F.Sumerin
57
, Y.Yucelin
58
, İ.Barmaqsızoğlunun
59
, İsmayıl Akanın
60
, Ə.Çayın
61
,
K.Gürünün
62
əsərlərində tədqiq olunan dövrün müxtəlif məsələləri işıqlandırılmışdır. F.Sümer yenidən
ağqoyunlularla bağlı olan mövzuya qayıtmış və bir neçə məqaləsini nəşr etdirmişdir. İsmayıl Akanın Qara-
qoyunlu-Teymuri münasibətlərinə aid olan araşdırmaları da maraq doğurur. Yuxarıda adları çəkilmiş bütün
tarixçilərin problemlə bağh olan başlıca fikirləri monoqrafiyanın fəsillərində ətraflı şəkildə araşdırılacaqdır.
Son illərdə də Türkiyə tarixşünaslığında problemin müxtəlif tərəflərilə bağlı olan əsərlər nəşr
edilmişdir.°
3
[12-13]
İqtibas gətirilmiş mənbə və ədəbiyyat.
1.Zeynəddinbin bin Həmdullah Qəzvini. Zeyl-e tarix-e qozide. Fars dilindən tərcümə,müqəddimə,qeydlər
və göstəricilər M.D. Kazımov və V.Z.Piriyevindir. Bakı, 1990.
2. Nizameddin Şami. Zafername. Farscadan tercüme. Hecati Luqal Ankara, 1987; Nizameddin Şami.
Zafername. Türk dilindən tərcümə edəni akad. Z.M.Bünyadov, Bakı, 1992.
3. Şərəfəddin Əli Yəzdi. Zəfərname, fars dilindən tərcümə, ön söz və qeydlər V.Z.Piriyevindir, Bakı, 1996.
4. Fasix Xavafi. Mudjmali fasixi. Perevod, predislovie, primecaniya i ukazateli D.Yusufovoy - Taşkent, 1980.
5.Obdürrəzaq Səmərqəndi. Mətləüs-sə"deyn və məcməül-bohrcyn. Farstacik dilindən tərcümə, giriş və izahh
lüğətler A.Urinbayevindir. - Taşkent, 1969.