Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Quyuya buraxılan qoruyucu kəmərin sementləməsinin hesablanması



Yüklə 0,54 Mb.
səhifə41/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   37   38   39   40   41   42   43   44   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Quyuya buraxılan qoruyucu kəmərin sementləməsinin hesablanması
Neft və qaz quyularının sementlənməsi qazımada aparılan mürəkkəb proseslərdən biridir. Sementləmə prosesini aparmaqdan əvvəl sementləmə aparılacaq intervaldakı lay dəstələrinin geoloji xassələri, istifadə olunacaq sement materialının xüsusiyyətləri, tamponaj aparılacaq texnikanın texniki imkanları (inkişaf səviyyəsi), sement məhlulu hazırlamaq üçün istifadə olunacaq texniki suyun tərkibi, sementləmə prosesinin təhlükəsiz başa çatdırılması üçün məhlulun reoloji göstəriciləri, tutuşma vaxtını tənzimləyən kimyəvi reagentlərin keyfiyyəti, miqdarını və sementləmə aparılan qazıma qurğusunun sementləmə aparılmasına hazırlığını müəyyən etməlidir.

Quyularda sementləmə aparılmaqdan əvvəl quyu lüləsində geofiziki ölçü işləri apararaq quyunun əyrilik parametrləri, temperaturu, kahlıq dərəcəsi, layların geoloji xüsusiyyətləri və quyu dibindəki hidrostatik təzyiqin qiyməti müəyyənləşdirilməlidir.

Yuxarıda göstərilənlər əvvəlcə laboratoriya şəraitində nəzərə almaqla seçilmiş sement növünün analizindən başlayır.

Analiz edilən sement məhlulunun keyfiyyəti elə olmalıdır ki, sement məhlulunun tutuşma başlanğıcının vaxtı sementlənmənin aparılmaına sərf olunan vaxtdan 25% çox olsun. Sementləməni təhlükəsiz aparmaq üçün sement məhluluna qatışdırılması lazımi olan kimyəvi reagentlər hesablanaraq sementləmə aparılacaq buruğa aparılmalıdır.

Sementləmənin hesabatını aparmaq üçün aşağıdakılar təyin olunmalıdır:

1)quyu lüləsi qazılan baltanın diametri;

2)quyuya buraxılan qoryucu kəmərin diametri və buraxılma dərinliyi;

3)quyuya buraxılmış qoruyucu kəmərin arxasında sementin qalxma hündürlüyü və qoryucu kəmərin içərisində qalan sement stəkanının hündürlüyü;

4)quyu lüləsinin kahlıq ölçüsünün quyu lüləsinə nisbətinin faizi;

5)bufer mayesinin həcmi və sıxlığı;

6)sement məhlulunun sıxlığı;

7)qazıma məhlulunun sıxlığı; quyuya buraxılmış axırıncı qoruyucu kəmərin uzunluğu və diametri.

Hesabat aşağıdakı ardıcıllıqla aparılır:

1.Sement məhlulu ilə doldurulan həcmin hesablanması



(10, 4)

Burada, K – quyu lüləsindəki kahlar nəticəsində quyu diametrinin artmasını nəzərə alan əmsal; - quyu lüləsinin diametri; - quyu lüləsini buraxılan kəmərin diametri; – sementin qalxma hündürlüyü; h – kəmərin içərisində qalmış sementin hündürlüyüdür.

2.Tələb olunan sement məhlulunun hazırlanması üçün lazım olan quru sementin miqdarı

G3=K1Vsqs (10, 5)

Burada, K1 – quru sementin yüklənilməsi və sement qatışdıran maşınlara doldurulması zamanı əmələ gələn sementin itirmə əmsalıdır; K=1,05-1.15 qəbul edilir; qs - 1 m3 sement məhlulunu tələb olunan sıxlıqda hazırlamaq üçün lazım olan quru sementin miqdarıdır.

(10, 6)

Burada, m – su-sement nisbəti amilidir. Təmiz sement üçün m=0,5.

Quru sementin sıxlığını, məlum s/s nisbəti bilindikdən sonra sement məhlulunun sıxlığı

(10, 7)

Burada, – quru sementin sıxlığıdır;



– texniki suyun sıxlığıdır.

3.Sement məhlulunu hazırlamaq üçün tələb olunan texniki suyun

Vsu=Gsmk2 (10,8)

Burada, k2 =1,1 qəbul olunur ki, bu da texniki su itkisini nəzərə alan əmsaldır.

4.Basıcı mayenin həcmi

(10,9)

Burada, =1,03-1,05 qazıma məhlulunda olan hava qabarcıqlarını nəzərə alan əmsaldır.

5.Sementləmənin sonunda sementləyici aqreqatlarda yaranan maksimal təzyiq

Pmax=P1+P2 (10, 10)

Burada, P1 – sementləmənin sonunda sement məhlulu ilə basıcı mayenin sıxlıqları fərqindən yaranan hidravliki müqavimətləri dəf edən təzyiqdir;

P2 – borularda kəmər arxasındakı sahədə vəaqreqatların atqı xəttindən hidravliki müqavimətləri dəf edən təzyiqdir.

P1 aşağıdakı kimi hesablanır:

P1=H-hbu-hb (10, 11)

P2 hesablanması çox mürəkkəb olduğundan çox halda bunun hesablanması Şişenko-Baklanovun empirik düsturu ilə təyin edilir.

Dərinliyi 2000 m qədər olan quyularda

P2=0,01H+8 kqs/sm2 (10, 12)

Dərinliyi 2000 m-dən çox olan quyulsrda

P2=0,01H+16 kqs/sm2 (10, 13)

6.Sementləmə dərin quyularda aparılması zamanı sementləmə prosesini aza vaxtda başa çatdırmaq və həlqəvi fəzadakı kahlarda olan qazıma məhlulunu sement məhlulu ilə yaxşı sıxışdıraraq çıxarılması üçün ən vacib şərtlərdən biri sement məhlulunun həlqəvi fəzadakı qalxma sürətinin artması tələb olunur. Bunun üçün qoruyucu kəmər quyu dibinə buraxıldıqdan sonra quyuda aparılan yuma zamanı nasosların məhsuldarlığını hissə-hissə artırılaraq qazıma məhlulunun həlqəvi fəzadakı qalxma sürəti konduktorun sementlənməsində 1,5 m/san, aralıq qoruyucu kəmərlərinin sementlənməsində isə sement məhlulunun həlqəvi fəzadakı qalxma sürəti isə 1,7-1,8 m/san saxlamaq tələb olunur.

Sement məhlulunun həlqəvi fəzadakı qalxma sürəti seçildikdən sonra sementləməni aparmaq üçün tələb olunan sementləyici aqreqatların sayını müəyyən etmək lazımdır.

Sementləmənin başlanğıcında proses aqreqatların ən yüksək sürətində (adətən IV sürətlə) aparıldığından, mayenin tələb olunan sürətini təmin etmək üçün tələb olunan sementləyici aqreqatların sayı aşağıdakı kimi təyin edilir:



(10, 14)

Burada, – sementləyici aqreatın IV sürətindəki məhsuldarlığıdır.

7.Sementləmənin aparılmasına lazım olan vaxtın təyin edilməsi

ts=tsh+tb+t (10, 15)

burada, tsh – sement məhlulunun sement qataqlarında hazırlanaraq quyuya vurulma vaxtıdır;

tb – basqı mayenin quyuya vurulmasına sərf olunan vaxtdır;

t – sementləmə tıxacının quyuya buraxılmasına və sementləyici aqreqatlarının atqı xətlərindəki sement məhlulunun kənara yuyulmasına sərf olunan vaxtdır.

Sementləmə aparılanda 2SQH-20 tipli qataqlardan və sementləyici aqreqatlar SA-320M, həmçinin SQH-20 sement qatıcısının hazır sement məhlulunun verimi 0,6-2,0 m3/dəq olur. Bu sement qatığı 20 ton quru sement götürülür.

Hesabat nəticəsində təyin edilmiş quru sementin miqdarı bir qatağın götürdüyü sementin miqdarına bölməklə qataqların sayı müəyyən edilir.

(10, 16)

Burada, – bir sement qatağın götürdüyü quru sementin ( miqdarıdır.

Sement məhlulunun hazırlanaraq quyuya vurulma vaxtı aşağıdakı kimi təyin edilir:

(10, 17)

Sement məhlulunu quyuya vurduqdan və sement tıxacını sement məhlulunun yuxarısı ilə quyuya vurduqdan sonra basıcı mayenin quyuya vurulmasını sementləyici SA-400A ilə aparılır. SA-400A tipli areqatın texniki göstəriciləri cədvəldəki kimidir.

Cədvəl 10.3



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə