NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
35 
millətimizin  istiqlala  haqqı  olmasın?!  Başqalarını  idarə  etməyi,  həm 
də insancasına idarə etməyi bilən türk milləti kimi bir millət dünyada 
tapılmadığı  halda,  nə  üçün  öz-özünü  idarə  etməyə  həsəd  edirsiniz? 
Bax XIV əsrin əvvəllərində Rusiyada hökmran olan Adil xanlarımız-
dan Özbək xanın əmrini dinlə: “Böyük və bülənd olunan Allah-təala-
nın mərhəməti, iradə və qüvvətli əmri ilə mən Özbək özümün təsəvvü-
rümdə olan cümlə böyük, həm orta, həm kiçik  knyazlar ki, cümlə və-
zirlər,  əmirlər  və  dəftərçi  və  basqaq  və  bazuçi  ilcilər  ki  və  hər  bir 
hökm yürkən tərəflərin xəlqlərinə fərman edəmən: nəsari və qeyriləri-
nin cümlə ruhaniləri, popları, rahibləri, kənisələr və ibadət ürünləri və 
işbu kənisədə ibadət ürünlərinə təxsis edilən  mülklər vəqflər  cümləsi 
xəracdan  və  miri  işlərinin  cümləsindən  məafdır.  Bularqa  heç  bir  qul 
tikəzəcək olmasın. Çünki bular Allah üçün hazırlanqanlar, bular bizgə 
və  biznin  ailəmizgə  dua  qılsınlar.  Əgər  bizə  və  bularqa  təərrüz  edib 
bulardan bir nərsə alacaq bulsa ondan üç misli tulatulur. Əgər birə və 
bularnı əza edəcək olsa, Allahının qəhri ona bulsun! 
Yazıldı  qoyun  jilində,  göz  fəslindən  birinci  ayının  dördüncü  gü-
nündə”. 
Bu  fərmanı  bizi  türklüyümüz  və  islamlığımız  üçün  məhv  et-
mək fikrində olanların gözünə soxar və söylərəm ki, dünyada ya-
şamaq haqqı, istiqlaliyyət haqqı bizdədir. Çünki insaf bizdə, alicə-
nablıq bizdə, mərhəmət bizdə, cəsarət bizdədir. Elə isə nə üçün biz 
məhv  olaq  və  siz  qalasınız?  İştə  təkrar  edirəm,  övladlarım!  Türk 
ordusu  bizim  üçün  cənnət  qapılarını  açmışdır,  oraya  vasil  olmaq 
üçün dəstə-dəstə toplanın, yüz  min, iki yüz  min toplanın, evinizi, 
kəndinizi, şəhərinizi, paytaxtınızı, Azərbaycanınızı, türk ellərinizi, 
islam  məmləkətlərinizi  mühafizə  üçün  köksünüzü  sipər  edin.  O 
vaxt bizim istiqlaliyyətimizi tanımayan tanısın. 
Haydı, oğullarım, haydı silah başına! (3) 
 
01 sentyabr 1918. 
“Azərbaycan” qəzeti, pəncşənbə  
26 zilhiccə (oktyabr) sənə 1336, 1918, №5. 
 
 
 


 
Nяsiman Yaqublu 
 
 
36 
 
ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV: 
(Azərbaycan Parlamentinin sədri) 
 
 
aşa  həzrətləri,  biz  öz 
müttəfiqimiz  və  hima-
yəçimiz  olan  Türkiyə-
yə  Azərbaycanı  müstə-
qil  görmək  istədiyinə  görə  Sizin  şəxsi-
nizdə necə təşəkkür etməyə söz tapa bil-
mirəm.  Bu  məsələnin  həllindən  bizim 
bütün  gələcəyimiz  asılıdır:  Azərbaycan 
türklərinin bu dünyada mövcud olub-ol-
mamağı asılıdır. 
Türk sərkərdə və əsgərlərinin, dövlə-
timizin  paytaxtı  olan  Bakının  azad 
edilməsi  uğrunda  apardığı  və  uğurla  ba-
şa çatdırdığı qəhrəmanlıq mübarizəsi bizi Azərbaycanın müstəqilliyinin 
təminatına həmişəlik olaraq inandırır və arxayın edir. Bu mənada biz indi 
sakit ola bilərik” (95, s. 5).  
 
İstanbulda diplomatik söhbətlər. 
Bakı, 1995. 
 
MƏHƏMMƏD HƏSƏN HACINSKİ: 
(Azərbaycanın Xarici İşlər Naziri) 
 
iz  fikrimizi  müəy-
yənləşdirmişik.  On-
lar  (yəni  Türklər) 
yalnız  müstəqil  Azərbaycan  hökuməti-
nin  qurulmasını  istəyirlər.  Onlar  bizim 
işlərimizə qarışmaq istəmirlər” (69, s. 82).  
 
 
 
“P 
“B 


 
Bakыnыn Qurtuluшu 
 
 
37 
 
HƏSƏN  BƏY AĞAYEV: 
(Azərbaycan Parlamenti sədrinin  müavini) 
 
öhtərəm deputatlar! 
Bu  günkü  bayramın  nə 
qədər  şərəfli,  nə  qədər 
tarixi  olduğunu  hər  kəs 
düşünür  və  anlayır.  Bu  bayram  münasibətilə 
Türklük  və  İslamlıq  yolunda  şəhid  düşən türk 
igidlərini  yad  etmək  üçün  rica  edirəm  ki, 
cümləniz qiyam edəsiniz (hamısı ayağa qalxır). 
Möhtərəm  əfəndilər!  Bu  gün  düz  bir  ildir 
ki,  Azərbaycanın  milli  mərkəzi  hesab  olunan 
Bakı düşmənlər əlindən, zalımlar əlindən xilas 
olmuşdur.  Bizim  qəvi  (sağlam)  vücudumuzu 
təşrih  (kəsmək)  və  bədənimizi  parçalamaq 
istəyən  və  hüdudumuzu  çeynəmək  istəyən 
düşmənlər keçən il martdan başlayaraq ta Kürdəmir stansiyasından igid 
türklər  tərəfindən  qovulub    Bakıya  soxulmuşlar  və  sonra  dənizə 
tökülüblər. 
Beləliklə ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını alıb 
bizə  vermişdilər.  Mayın  28-də  istiqlalımız  elan  edilmişdir.  Sentyabrən 
15-də isə haqq yerinə varmış, Bakı istirdad edilmişdir (geri qaytarılmışdır). 
Əfəndilər! Can bahasilə türklük və islamlıq uğrunda şəhid vermişlər, 
vətənimizi xilas edən türk igidlərini yad etmək ilə bərabər onu da  əlavə 
edirəm  ki,  biz  azəri  türkləri  böyük  qardaşımız  olan  türklərin  canfəda-
lıqlarını heç bir vaxt unutmayacağıq və çətinliklə qan bahasına alınmış və 
bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi əhd edib, hər şeydən mü-
qəddəs tutaraq əqsayi (gələcək) muradımıza nail olacağıq. Bu gün azəri 
cəmiyyəti-xeyriyyəsi  türk  şəhidlərinin  adına  əbədi  bir  nişangah  qoyur. 
Rica  edirəm  saat  11-də  bulvarda    keçiriləcək  rəsmi  keçiddən  sonra  qə-
birstana buyurub tədbirlərimizdə iştirak edəsiniz. 
 
Azərbaycan Parlamentinin  
təntənəli iclasındakı çıxışı 
15 Sentyabr 1919.   
Az. RDTA, sr. 895, səh. 1, iş 142, 6.1-4.  
 
 



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə