Nяsiman Yaqublu
24
O Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah!
Ey Bakı,
sən qorxma, gəldin, gələli,
Səninçin atıldıq daim irəli!
Sağ
qalanlar annələrə təsəlli,
Şəhidlərin
ruhu gülər, Bismillah!
(25, s. 147-148)
Xilaskar Türk əsgərlərinin Bakıya gəlişi hamını sevindirirdi. Türk-
lərin gəlişinə şerlər yazılır, mahnılar qoşulurdu. Tanınmış şair Abdulla
Şaiqin yazdığı intizar və məhəbbət dolu misralar türklərin gəlişini
gözləyən minlərlə azərbaycanlının ürəyindən idi:
“Neçin böylə gecikdin!
Sənsiz qəlbim qırıq, sönük,
Çeynənmiş, xırdalanmış.
Ömür şüşəm
daşa dəymiş,
Həyatım parçalanmış...
...Başqasını istəməm də, ey türk,
Tez gəl, sən gəl, sən!” (20, s. 551-552)
Bakının azad edilməsi münasibəti ilə Noyabr ayının 10-da Yay
klubunun zalında Nuru Paşanın şərəfinə böyük bir ziyafət verildi. Ta-
nınmış bəstəkar və jurnalist Üzeyir Hacıbəyli bu münasibətlə yazırdı:
“Nuru Paşa həzrətlərinin salona vürudu əsnasında musiqi orkestri tə-
rənnümə başlayaraq, məclis əhli ehtiramla Paşa həzrətlərini səmimiy-
yətlə salamladılar, hər kəs badə əlində miz başında özünəməxsus olan
yerini tutub ziyafət başlandı. Yemək əsnasında Baş nazirimiz Fətəli
Xan Xoyski həzrətləri birinci olaraq bəlağətli bir nitq söyləyərək,
Azərbaycan türklərinin əsarət bəndindən xilası səadətinə nail olması
yolunda tökülən Osmanlı Türk qanına işarə ilə “Bu qan və bu qan tö-
külən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirdən çıxmaz” bu-
yurdu. Azərbaycan türklərinin təşəkkürlərini Paşa həzrətlərinə bildirib
qədəh qaldırdı. O halda bütün həzərat ayağa duraraq müzəffər və şan-
lı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbətnuş olub sürətli al-
qışlarla izhari məsərrət və şadyanalıq etdilər...” (30).
Bakыnыn Qurtuluшu
25
Ü. Hacıbəyli ziyafət məclisində Azərbaycan Milli Şurasının sədri
Məhəmməd Əmin Rəsulzadənin də çıxışının alqışlarla qarşılandığını
qeyd edirdi: “Rəsulzadə nitqinə davam edərək, - siyasi üfüqdə qara
buludlar görünən kimidir, lakin bu qara buludlara qarşı Nurularımızın
zülmətqovan nuru vardır, - dedikdə bütün məclis əhli ayağa qalxıb Pa-
şa həzrətlərini xüsusi bir təzimlə alqışlamağa başladılar” (30).
Məclisdə çıxış edən Ə. Ağaoğlu isə bu sözləri söyləmişdi: “Mən
Bakını İstanbulda və İstanbulu Bakıda görüb özümü o qədər bəxtiyar
görürəm ki, daha ölsəm o qədər də qəmim yoxdur, dünyadan kam al-
mış kimiyəm” (30).
Ü. Hacıbəyli yazırdı: “Bu qədər nitq və alqışlara cavab olaraq Nu-
ru Paşa həzrətləri gözəl İstanbul şivəsi ilə ruhumuza ləzzət verən və
məzmunca qəlbimizi bir çox əndişələrdən təmiz etməklə bəlağətli və
səlis nitqi ilə məclis əhlini şərəfyab və minnətdar etdi” (30).
Ziyafət məclisində tanınmış tədqiqatçı Salman Mümtaz Nuru Pa-
şaya ithaf etdiyi “Öyün, millət” şerini oxudu:
Ziyasız,
rus zülmündən o yüksək
Ruhun ölmüşdü,
Tökürdü şişəyə hərdəm, şərabi-nab
Tək qanın.
Qızıl gül tək açıl, gül,
Gör ki, türkün şanlı ordusu,
Rövnəq ərşə nəsib etmiş
Böyük Osmanlı ünvanını (20, s. 548).
Tanınmış aktyor
Abbas Mirzə Şərifzadə isə Osmanlı generalları-
na məxsus geyimdə zala daxil olub, Ənvər Paşanın qiyafəsində mono-
loq söylədi: “Ey qəhrəman türklərin igid balaları! Siz şanlı türk övlad-
ları olduğunuzu Bakının qurtuluşuna varmaqla sübut etdiniz...” (59).
Ziyafətdə Baş Nazir Fətəli Xan Xoyski “Ədirnənin fəthi” əsəri-
nin müəllifi, gənc dramaturq Cəfər Cabbarlını Nuru Paşaya təq-
dim etmişdi.
Qeyd edək ki, böyük dramaturq Cəfər Cabbarlı 1919-cu ildə Bakı-
nın Qurtuluşunun bir illik yubileyi münasibəti ilə “Bakı müharibəsi”
pyesini yazmış və bu əsər həmin ilin sentyabrın 16-da Abbas Mirzə
Şərifzadənin rəhbərliyi və iştirakı ilə tamaşaya qoyulmuşdu.