NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
31 
İSTANBULDAN XARİCİ İŞLƏR NAZİRİ 
M. HACİNSKİYƏ GÖNDƏRDİYİ MƏKTUBDAN 
 
6 avqust 1918 
“Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Məsələ 
çox qaranlıq idi. İndi hər şey ötdü, onlar mənə ümid verdilər. Mən al-
man səfiri Berneffoltla görüşdüm. Bakının neytral olması barədə xə-
bəri Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim. Hər ehtimala 
qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Və almanlar bolşevikləri tam 
narazı  salmaq  istəmirlər.  Lakin  nə  olursa-olsun  siz  Bakını 
almalısınız. Qoy hər kəs fakt qarşısında qalsın. Əgər bu baş tutarsa, iş 
tamam başqa xarakter alar” (71, s. 79-80). 
 
 
 
 


 
Nяsiman Yaqublu 
 
 
32 
 
 
FƏTƏLİ XAN XOYSKİ 
 
(Azərbaycan Nazirlər Şurasının sədri,  
Daxili İşlər Naziri) 
 
Qafqaz  İslam  Ordusu  Koman-
danı, sədaqətli  Nuru  Paşa Həzrətlə-
rinə! 
 
 
 
afqaz  Müsəlman  Or-
dusunun 
komandanı 
Nuru Paşaya! Xoşbəx-
təm ki, xalqın adından 
Siz  əlahəzrətlərinə,  xeyirxah  türk    or-
dularına və Azərbaycan paytaxtını düşməndən azad edən inanılmış cə-
sur əsgərlərə təşəkkürümüzü çatdırıram” (3). 
 
Heyəti-vukala rəisi Fətəli xan 
“Azərbaycan” qəzeti, 3 oktyabr 1918, N5 
 
 
ŞƏRQ ORDULARI QRUPU KOMANDANI 
XƏLİL PAŞA HƏZRƏTLƏRİNƏ! 
 
 “Bakının,  Azərbaycanın  istiqlalını,  səadətini  iqtisadən  və  siyasə-
təntəmin edəcək və türk aləminin ikinci bir İstanbulu olmağa layiq bir 
mərkəzin  türkün  cəngavər,  namuslu  övladlarının  qəhrəmanə  hücum-
ları sayəsində düşmənlərindən xilası münasibətilə Zati-aliyi-həmiyyət-
pərvəranələrini ən səmimianə bir surətdə təbrik edirəm!” (3). 
Heyəti-vukala rəisi Fətəli xan 
Azərbaycan” qəzeti, 3 oktyabr, N5 
 
“Q 


 
Bakыnыn Qurtuluшu 
 
 
33 
NƏSİB BƏY YUSİFBƏYLİ 
(Azərbaycan Nazirlər Şurasının sədri, Maarif naziri) 
 
 
AZƏRBAYCAN 
GƏNCLƏRİNƏ 
 
us dövlət cilovunun dev-
rilib süni hüdudundan tə-
bii  hüdudu  dairəsinə  sı-
xışdığı  əsnada  həyati-
milliyəmizə  qəsd  etmiş  olan  Romanov 
sülaləsinin qurduğu tələlər və əsrlərdən 
bəri gördüyü tədbirlər və  yürütdüyü si-
yasət nəticəsində bu kimi təhlükəli dəqiqələrdə öz həyat və namusunu 
təmin  və  mühafizəyə  yeganə  mədar  olacaq  hər  cür  vəsait  və  tərbiyə 
alətindən Rusiyada yaşayan 30 milyona yaxın türklərdən başqa heç bir 
millət yox idi. Və bu 30 milyon arasında ən ağır vəziyyətdə olanlardan 
biri  də  heç  şübhə  yoxdur  ki,  biz  Azərbaycan  türkləri  idik.  Bununla 
bərabər  bu  gün  Rusiyada  sakin  türk  və  islamların  ən  məsud  və  ən 
kamranı  yenə  biz  Azəri  türkləriyik.  Səbəbi  meydanda:  son  sistem 
silahlarla  müsəlləh düşmənlə hər tərəfdən əhatə olunduğumuz əsnada 
türk  dünyasının  yeganə  hamisi  və  türk-islam  birliyinin  ən  böyük 
nikahbanı  olaraq  öz  qardaşlarının  xilası  uğrunda  ən  bərgüzidə 
övladının  fədayi  amadə  olduğunu  bifel  isbat  edən  ən  cəsur  əsgəri, 
fatehlərin,  yavuzların  əhfadi  olan  türk  qəhrəmanları,  türk  əsgəri 
sərdarlığına behəqqi-layiq nəcib Nuru Paşa və müavinləri başda olaraq 
qardaşlıq  əllərini  bizə  uzatdılar  və  sevgili  vətənimizi  xain  və  zalım 
düşmənlərdən xilas ilə bizi bu günkü şanlı günləri görməyə müvəffəq 
etdilər. 
Ey cəsur Türk qəhrəmanları! Sizə layiq bir söz vardır ki, onu 
da Bakının alınması münasibətilə Nuru Paşa həzrətlərinə Baş və-
kilimiz yazmışdır. Ondan daha münasib bir təbir tapmadığımdan 
onu mən də təkrar edirəm və zənn edirəm ki, üç kəlmədən ibarət 
olan bu cümləni Azərbaycan durduqca hər bir azərbaycanlı türk 
qəlbində yaşayacaq və təkrar edəcəkdir: 
Millət Sizə minnətdardır. 



 
Nяsiman Yaqublu 
 
 
34 
İndi Sizə, ey Azərbaycan dəliqanlıları, sizə müraciət edirəm. Üzə-
rinizdə  nə  qədər  böyük  və  ağır  vəzifə  olduğunu  bilirsinizmi,  artıq 
meydanda  heç  bir  bəhanə  qalmadı.  Vətənimiz  düşməndən  xilas  oldu 
və olur. Silah istəyirsiniz, qardaşlarınız sizin üçün təbrik edir, top istə-
yirsiniz  hazır,  digər  ləvazimat  istəyirsiniz  hazır,  hərbi  məktəb 
istəyirsiniz  hazır,  müəllimlər  və  zabitlər  istəyirsiniz  o  da  hazır,  para, 
iaşə, əlbəsə, fişəng zavodları, daha sənə nə lazım isə hamısı hazır. O 
halda  artıq  nə  düşünürsünüz,  haydı  yavrularım,  haydı  silah  başına. 
Baxsana  ədib  şəhirin  Əlibəy  Hüseynzadə  bir  neçə  həftə  əvvəl  olmuş 
bir məclisdə nə demişdi: “Ey azərbaycanlılar! Siz bir bahadırsınız ki, 
inşallah  tez  bir  zamanda  bir  əlinizə  Osmanlı    dövlətini  alıb,  o  biri 
əlinizə  Türküstanı  götürəcəksiniz.  Hər  ikisini  yüksəldib  öz  başınıza 
tac qoyacaqsınız”. İndi vəzifəni anlayırsanmı, oğlum. Haydı, silah ba-
şına. Üç aya qədər səndən 100 min əsgər istərəm və görəcəyəm. Haydı 
övladlarım, düşmən dörd gözlə fürsət axtarır, bir şey edə bilməyəcək-
lər  –  deyə  düşünür,  sənin  istiqlaliyyətini  qəbul  etmək  istəmir,  sənin 
paytaxtına göz dikir. Varsınlar qəbul etməsinlər! Sən işində ol! Silaha 
sarıl! 100 min qəhrəman omuz-omuza versin, Tanrı uludur. 
Varsın,  düşünsünlər;  istədikləri  kimi  düşünsünlər,  yalnız  söylən-
məsinlər. Söylərlər isə tariximizi varaqlaram və bir çox göz çıxaracaq 
barmaqlar  buluram.  Ta  əski  zamanlardan  başlaram...  Miladi  İsadan 
530  sənə  əvvəl  sənin  vətənin  olan  Qafqaziyada  böyük  müharibə  və 
qələbədən  sonra  kainatın  ən  böyük  qan  tökücülərindən  məşhur  Key-
xosrovun    başını  öz  əli  ilə  kəsib,  qanla  dolu  bir  qabın  içərisinə 
atıb”Ömrün  olalı  qan  içməkdən  doymadın,  indi  doy”  –  deyən  böyük 
türk qadın xanlarından “Tomris Xanı” göstərim. Miladdan 310 il əvvəl 
məşhur Çin səddini aşıb Çinin yarısını öz istilasına keçirən türk “Tom-
ris” qaanı göstərirəm.  V əsrin ortalarında Fransanın içərilərinə, Reyn 
çayına qədər irəliləmiş Balamir və Atilla kimi dünyaca məşhur xanları 
göstərirəm. 
Qara  dənizdən  bəhri-mühiti-kəbirə  qədər  mümtədd  bir  imperator-
luq  təşkil  edən  Çingiz  xanımızı  göstərirəm.  Dünyanı  lərzəyə  salan 
Teymur  xanımızı  göstərirəm.  Və  ya  Sivrinə  bayrağını  rəmz  edən 
Süleyman Sultanımızı göstərirəm. Soruşaq onlardan: nə üçün dünyaya 
sahib  olan  türklər  indi  öz  mülklərinə  malik  olmasınlar.  Nə  üçün 
şansız, şərəfsiz, tarixsiz, mazisiz millətlərin istiqlaliyyətə haqları olsun 
ki,  dünyaya  ağalıq  etmiş  nəcib,  şanlı,  şərəfli,  mazili,  istiqlallı  türk 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə