Bakыnыn Qurtuluшu
45
həzrətlərinin şərəfinə şərbətnuş olub sürətli alqışlarla izhari-məsərrət
və şadyanlıq etdilər.
Həqiqət, bu böyük məclisdə hamının, xüsusilə Bakı əhlinin olma-
zın dərd, möhnət, bəla və zillət çəkdiklər və olmazın həqarətlərə düçar
olduqları ağarmış saç-saqqallarından, solğun çöhrələrindən, məhzun
gözlərindən bəlli olan üzlərində bu axşam o qədər bəxtiyarlıq və
bundan irəli gələrək o dərəcə şükr və səna əlaməti
peyda idi ki, keçmiş
qara günlərin fəna təsirləri bu gün nail olduğumuz ağ günlərin
müqbilində unudulmaq üzrə olduğu aydın və aşkar idi!
Yox! Fəna təsirləri unudulur, fəqət o təsirləri buraxan qara günlər
unudulmaz: onları unutmaq üçün ya filosof olmalıdır, ya laübalı!..
Nə qərib təsadüf:
Təqribən bir il bundan əvvəl, bu gün ay-ulduzlu Türk bayrağı
ilə bəzədilmiş bu salonda bolşevik Suxarçev, Nikolay Romanova
məxsus bir zalım hakim vəziyyətini alaraq, hüquq siyasəti və insaniy-
yətləri xüsusunda ağız açmağa “cürət” edən Bakı müsəlmanlarını təh-
did yolu ilə “Bakıda daşı daş üstə qoymaram!” – deyə meydan açırdı.
Buna qarşı olaraq
Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə
yoldaşımız: “Əlbəttə! Biz azadlıq yolunda mübarizə edirik, nəticədə
bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar! Fəqət əmin olun,
müvəqqəti qələbə sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!” –
deyə gələcəkdən xəbər vermişdi. Bu axşam Rəsulzadə cənabları öz
səlis nitqində bu fəqərəni yada salıb qanlı və həqşəkən Suxarçevlərin
mühazirə oxuduğu bu meydanda bu gün daimi və əzmli bir Türk zəfə-
rinin bayram edilməsinə işarə ilə haqq sözün haqq yerinə düşməyin-
dən ötrü razılıq etdi.
Yox! Əgər Suxarçev bu axşam klub salonuna bədnəzər yetirib bu
al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitləri, bu cəsur
əsgərləri, bu bəxtiyar çöhrələri görsə idi, hədəsinin nə qədər gülünc və
əbəs olduğunu özü də etirafa məcbur olardı.
Rəsulzadə nitqinə davam edərək, - siyasi üfüqdə qara buludlar gö-
rünən kimidir, lakin bu qara buludlara qarşı Nurularımızın zülmətqo-
van nuru var, - dedikdə bütün məclis əhli ayağa qalxıb Paşa həzrətləri-
ni xüsusi bir təzimlə alqışlamağa başladılar.
Bir ildən bəri əziz qonağımız və keçirdiyimiz qara günlərə bizimlə
bərabər şərik olan Rövşəni bəy həzrətlərinin bəliğ nitqi o qədər yanıqlı
və o qədər atəşli idi ki, həzəratın üzərində böyük bir təsir buraxdı: əqi-