20
Az keçmiş valideynlər gəldilər. Hal-əhval
tutdular. Evə dərin sükut çökmüşdü. Toxumağı
nənəsindən öyrənən Nazlı göy və ağ yun
saplardan küçüyə arxalıq toxuyurdu ki, qışda
üşüməsin, rahat gəzməyə çıxara bilsin. Anar
internetdə eşələnirdi. Küçük böyükləri görüb
ürəkləndi, xaltasını ağzına alıb Anarın qarşı-
sında dayandı, gəzmək istədiyini bildirdi. Anar
da küçüyü bəhanə edib həyətə düşdü. İnter-
netdə yeni tanış olduğu qızla görüşəcəkdi.
Evlərinin qarşısı Malakan bağı idi. Görüşmək
üçün bundan gözəl fürsəti ələ düşməzdi. Qız
gəlib çıxdı, tək deyildi, iri ovçarkası yanında
şəstlə, saymazyana Anara yaxınlaşdı. Küçük
dartınmağa başladı, indi xalta taxmağına peş-
man olmuşdu. Ovçarkayla oynamaq istəyirdi.
Qaçmaq, tullanmaq, azadlığın dadına baxmaq
istəyirdi. Yaşıl yarpaqlar pıçıldayırdı, quşlar
səs-səsə verib onu çağırırdılar. Hər şey, hətta
torpaqdakı qara böcək də maraqlı və qəribə idi.
Anarın ağzı söhbətə qarışmışdı, dünya
gözünə görünmürdü. Maraqları uyğun olma-
dığına görə küçüyün atılıb-düşməsinə əhəmiy-
21
yət vermirdi. Kim məcbur etmişdi ona küçük
alsınlar? Öz ayaqlarını güclə sürüyür, itə necə
baxsın? Hamısı Nazlının günahıdır, hər dəfə
ata-anasının başını yeni cəfəngiyatla doldurur.
Bir dəfə balıq aldırdı, baxa bilmədi, öldülər,
ikinci dəfə tutuquşu aldırdı, o da getdi işinə.
Gündə bir hoqqa çıxarır.
Söhbət etməyə söz tapmayanda ayrıldılar,
hərə öz evinə getdi. Küçük gəzintidən məmnun
qalmadı. Sahibinin onu xaltadan azad edib, baş-
qa itlər kimi oynamağa buraxmadığının səbə-
bini anlamırdı. Nə üçün Anar ona qarşı say-
ğısızdır, hər dəfə qanını qaraldır? Qəhərlənib
divanın yanındakı xalçaya çöməldi, məlul-mə-
lul başını pəncəsinin üstünə qoydu. Həmin ax-
şam iştahadan kəsildi. Nazlı düşündü ki, yəqin
gəzməkdən usanıb. Yorulmasaydı, arxalığı
geydirib yoxlayardı əynində, görsün necə qalır.
Səhər açıldı, valideynlər işə gedirdilər, qa-
pının aralı qaldıdığını görən küçük canlandı,
azadlıq eşqi dov gəldi. Həyət ona bərli-bəzəkli
güllərdən, yaşıl yarpaqlardan don geyinmiş
oyun meydanı kimi görünürdü. Xalta onu bo-
22
ğurdu, azadlığını əlindən alırdı. Bu dəm onu
sevən, əzizləyən Nazlı da gözünə görünmürdü.
Yalnız bu zindandan qaçmaq, özünə yeni dost-
lar tapmaq, atılıb-düşmək, istədiyi qədər həyət-
bacada sülənmək, küçədən keçənlərə yalman-
maqdı arzusu.
Şirin xəyalların sonluğunu düşünmədən
pilləkənlərlə düşən qonşuları diksindirə-diksin-
dirə bir göz qırpımında küçəyə atıldı. Arxasına
baxmadan xeyli qaçdı, qaçdı, təngnəfəs oldu.
Yorulub yavaşıdı. Maşınların siqnalları, vıyıl-
tıları onu təşvişə saldı. Bəs hanı onun kimi kü-
çüklər, itlər? Ətrafda bir-iki pişik, evlərin həyət-
lərində zibil qutularının yanında siçovuldan
başqa heç nə görmədi. Get-gedə həyəcan qəl-
bini çulğadı. Səhərdir, işə gedən insanlar tələs-
diklərindən küçüyün yiyəsiz olduğunu sezmə-
dilər, sanki həyətdə doğulmuş ata-anası kimi
sadə həyət iti idi.
– Off, nə qələt edib evdən qaçdım. Nazlı,
haradasan?
Həyəcandan kəsik-kəsik zingildəməyə başladı.
“Evə qayıtsam, bir daha xaltanı boynumdan
23
çıxarmayacağam. Anar, o eybəcər məxluq da nə
qədər danışır-danışsın, şıltaqlıq etməyəcəyəm”.
Bir neçə gün o həyətdə, bu həyətdə zibil
qutularının yanına qısılıb yatdı. Kiçik olduğun-
dan ona dəyib-dolaşan yoxdu. Dünyanın işi
belədir, ovçarka olsaydı, nə tez oğurlayıb evə
aparar, çimizdirib, yanlarında yer salardılar.
Hələ yeməyini demirəm. Küçük iki gündə bö-
yümüşdü, hər şeyin qədrini bilir, ürəyində gö-
tür-qoy edirdi. Həyətdən küçəyə boylandı, bi-
nanın başına dolandı, aclıqdan gözü qaralırdı.
Axı pişik deyildi, hündür dəmir yeşiklərə at-
lansın, nəsə tapıb yesin, bir tikə çörəyə görə
özünü şirin göstərib zingildəsin. Cins itdi, qü-
rurlu idi, belə yaltaqlığı sahibi istisna olmaqla
əsla özünə sığışdırmazdı. Birdən xaltasını gör-
dü, sevincək yüyürüb boğazını dəmir halqaya
keçirtdi. Uzaqdan görünən qızı Nazlı bilib se-
vinclə hürməyə başladı.
– Nazlı, Nazlı, mənəm, sənin sevimli kü-
çüyün!
Qız ona baxmadan keçib getdi. Dartındı, yox,
deyəsən ilişib. Dartındıqca boğazı sıxılırdı.
Gözləri qaralırdı. Boğulurdu…
24
Səhər Nazlı məktəbə gedirdi, əvvəllər bu
küçədən keçməzdi, ayaqları çəkib onu buraya
gətirdi. Gözü köhnə dalandakı zibil yeşiklərinə
sataşdı, dəhşətə gəldi. Sevimli küçüyü tapıl-
mışdı, amma heyvanın yarıaçıq gözlərində
iztirab donmuşdu, yay kimi dartılmış bədənin-
dən hiss olunurdu qurtulmağa çox çalışıb, ba-
carmayıb. Görünür, qisməti belə imiş, həyat
eşqi ilə aşıb-daşan oynaq, şən küçük iztirablar
içində, ürəyi nisgilli o dünyalıq olmuşdu.
25
BANKOMAT
Axır vaxtlar ev-iş qayğıları Rübabə xanımı
yaman üzmüşdü. Yenə qarşıdan bayram gəlir,
həm də anasının ad günü olacaq, bacılarına, iki
yaşlı bacısı qızına, anasına hədiyyə almalıdır.
Fikrində hədiyyələrin smetasını tuturdu, üstəlik
evə bazarlıq etmək lazımdı. Qayğıkeş atası, əri
yoxdur, bacısının əri fərsizin biridir. Şöbədə
dostluq etdiyi, həmdəm bildiyi, çox vaxt dərdini-
sərini etibar etdiyi Məlahətə yaxınlaşdı:
– Günorta yeməkdən sonra gəzməyə çıxanda
bankomata gedək? Bilmirəm evdəkilərə nə
alım? Maaş da yetərli deyil.
– Rübabə xanım, nəyi nəzərdə tutursunuz,
kimə nə almaq istəyirsiniz?
– Guya bilmirsən, qarşıdan Novruz bayramı
gəlir, həm də anamın ad günüdür. Bacılarıma,
bacım qızına, anama hədiyyə almalıyam. Hə-
mişə hədiyyə alıb onları sevindirirəm.
– Ananızı başa düşdüm, iki yaşlı uşaq nə
bilir hədiyyə nədir? Siz tək qadınsınız, bəlkə
Dostları ilə paylaş: |