Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə29/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   60

 
61 
nəsnə və olayları yaranır. Hər nəsnə Mütləq Varlığın bir bilintisidir, zühurudur. Bu zühur Allahın iç 
gizlilərini ona görə göstərəmmir ki, o gizlilərin hər biri sonsuz sirdir, nəsnə sonsuzu göstərsə, nəsnə yox, 
sonsuz sirr olar. Deməli, Allah nəsnəni «bir addım» irəli çıxarıb, onda Öz gizlilərini göstərsə, nəsnə həməncə 
gizli olar, deməli, çıxdığı addımı geri qaytarar. Yəni «bir addım qabağa çıxıb» gizlini göstərən yox, gizlinin 
özü olur. Gizli olmaq isə Tanrının Özündə qalmaqdır, deməli, onda nəsnə qabağa da çıxmır, yaranmır, 
zühur baş vermir. Bir sözlə, nəsnə gizlilərin zühurudursa, gizlilərin özünü göstərmir, gizlini dolayı bildirir, 
gizliyə eyham vurur. 
 
Sirr nə vaxtsa açılacaq sirdirsə,  
Heç əvvəldən yaranmayıb sirr kimi. (Kamal Abdulla) 
 
Ortaçağda bu sözlər yazılsaydı, yəqin «nəyə görə Allahın sirrləri təcəllidə (parlayıb saçılmaqda) 
bilinmir?» sualına cavab üçün deyilən sözlər olardı. 
 
 
Dünya Allahın yaradıcılığı kimi 
 
Təkrar edək. Sufizmə görə, Allahın mahiyyəti, Özü elədir ki, O, zühur etməlidir. 
Niyə? 
Ona görə ki, əgər Allah-təala (yəni uca Allah) bütün yaxşılıqlara Öz ucalığı, sonsuzluğu sayəsində 
yiyədirsə, deməli, bu yaxşılıqlardan biri olan təcəlli etmək istəyinə də malik olmalıdır. Özünü bildirmək isə 
yaradıcılıqdır. Deməli, Allah Yaradıcılıq adlanan yaxşılığa sahibdirsə, Özünü bildirməlidir ki, yaradıcılığı 
olsun. 
Qurani-kərimdə Allah deyir: «Mən cinləri və insanları ancaq Mənə qulluq etmək üçün yaratdım». Bu 
ayənin açımı dürlü ola bilər. Biri də odur ki, yaradılanların Allaha qulluğu ondadır ki, onlarla Yaradan Öz 
yaradıcılıq istəyini gerçəkləşdirir. 
 
 
Dünyanın qatları 
 
Sufizmə görə, Allah yaradıcılığının sonucları belə düzlənir: 
 
İlk zühur 
 
Bütün aləmin, bütün nəsnə, olay soylarının necə olmasının surətini, görkünü, planını, anlayışını özünə 
yığmış dünyanın anaproyekti olan Ağıldır (neoplatoniklərin «Nus» anlayışını yada salın). 
 
Sonrakı zühur 
 
Bir pillə aşağıdakı zühur. Mələkut aləmidir. Burada mücərrəd, yəni təkcədən uzaq ruhlar, nəfslər , yəni 
ruh istəkləri yaranır. Sufilər varlığın Mələkut mərtəbəsinə Qüvvət aləmi də deyirlər. Ona görə qüvvət 
deyirlər ki, qüvvət hərəkətlə bağlıdır, hərəkətsə ruhların başlıca əlaməti, tanıdıcısıdır. 
Ancaq Mələkut qatında hərəkət, devikmə hələ nəsnəsizdir, maddəsizdir. Təmiz hərəkətdir. 
 
Mülk aləmi 
 
Bu, bizə duyularımızdan bilinən nəsnələr aləmidir. Ruhların hərəkəti burada nəsnələri yaradır, 
devikdirir, hərəkətə gətirir.  


 
62 
 
Sufilər üçmərtəbəli aləmə böyük aləm, insana isə kiçik aləm deyirdilər. Belə hesab edirdilər ki, kiçik aləm 
öz quruluşunda böyük aləmin quruluşunu təkrar edir. Yəni mikrokosm (kiçik aləm) makrokosmun (böyük 
aləmin) şəkli olur. İnsanın varlığı da kainat kimi eyni cür üç qata bölünür: 
 
Ağıl 
Ruh 
Bədən, cisim 
 
İslam mədəniyyətinə Məhəmməd peyğəmbərdən deyim qalıb: - «Özünü anlayıb-bilsən, Allahı da bilmiş 
olarsan». Bu sözün hikmətinə varaq. İnsan öz gövdəsinin (cisminin) ruhu tərəfindən necə idarə 
olunduğunu, yönəldiyini dərindən anlayır. Sonra anlayır ki, ağıl biliyi verir, nəyi etməyi bilmək əsasında 
ruh gövdəni davrandırır. Və nəhayət, insan ağlının, usunun sayəsində Allaha üz tuta bilər, özündəki bütün 
Doğruların, Gerçəklərin ondan gəldiyini anlaya bilər. 
Beləliklə, insan özünə baxanda və anlayanda ki, özü ağılın (usun) yönəltdiyi ruhun yönəltməsi ilə 
gövdənin yönəlməsidir, bilir ki, Aləm Allahdan zühur etmiş Ağılın yönəltdiyi ruhun yönətimi ilə yönəldilən 
cisim və hadisələrin düzümüdür. 
 
 
Sufizm ruhun dünya mərtəbələrində səyahəti  
haqqında 
 
Görmək çətin deyil ki, Sufizm «insanda nələr var?» sualına cavab vermək üçün insanda ağıl-ruh-gövdə 
qatlarını seçib, göstərir. 
İndi yeni sual çıxır: bu qatların birgəliyindən törəmiş insan aləmlə, insanlarla necə olmalıdır, Allaha necə 
baxmalıdır? 
Biz üç sualı verdik və Sufizmin onlara necə cavab verməsindən təsəvvüfdə insan problemini bir az da 
olsa, çözmüş olarıq. 
Təsəvvüfə görə, aləmdə nə varsa, hamısını içəridən qut bürüyüb. Allahdan zühur edən Ruh cisimlər 
aləmini bürüyərək onların necə olmasında iştirak edir. Hər şey Allahın uzaqdan-uzağa da olsa, dolayı da 
olsa, yaradıcılığının sonucu olduğu üçün hər şey Tanrıya şəhadət (tanıq), ayət (işarə) olur. Hər şey öz dili ilə 
Onu öyür, mədh edir və deyir ki, O var, O üstümüzdədir. 
Sufilərə görə, ruh yaşamaq bacarığıdır. Deməli, aləmdə nəyi ruh atırsa, onun olumu da ölümə çevrilir 
(ruh hərəkətverici, hərəkətetdiricidirsə, yaşamaq da hərəkətdir). 
Qut dürlülənərək (növlərə budaqlanaraq) aləmə paylanır. Məsələn, ruh-i cəmadi (cəmad qeyri-üzvi 
maddədir) cansızlara aid ruhdur və o, cansız cisimlərə öz görünüşünü, biçimini, nəliyini saxlamaq 
bacarığını verir. Ruhi-nəbati, yəni bitkilərin ruhu, bitkilərə nəbati özəlliyi saxlamaq, nəsillərini törətmək 
bacarığını verir. Ruhi-heyvanat, yəni canlıların («heyvan» əslində canlı deməkdir) ruhu isə əsasən özünü 
yeritmək, gəzdirmək bacarığı ilə xarakterizə olunur. Və ruhun Yer üzərində ən yüksək soyu insan ruhudur 
ki, o da ağılla bağlıdır. 
İnsan ata-anadan törəyib. Ata-anada isə uşaq törədən toxumlar onların yedikləri, içdikləri cansızlardan, 
bitkilərdən, heyvanlardan yaranıb. Deməli, insanın gövdəsi, bədəni «bu» görünüşə düşməzdən öncə 
qırıntıları ilə dağınıq halda cansızlar, bitkilər, heyvanlar aləminə səpələnibmiş. Bu aləmlərin əsasında dörd 
ünsür (hava, su, od, torpaq) və dörd təbiət (soyuq, nəm, isti, quru) durur. Yəni, məsələn, torpağın soyuqluq 
vasitəsi ilə suya birləşməsi bir maddəni yaradır, torpağın istilik vasitəsilə suya birləşməsi isə başqa 
nəsnəlliyi törədir. 
Sonra, Yer üzündəki bu dörd ünsürün və dörd təbiətin əsasında Göy çevrələrinin (fələklərin) hərlənməsi 
durur. Deyək nə mənada. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə