Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə30/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

 
63 
Dörd ünsürlə dörd təbiətin dürlü birləşməsi üçün hərəkət gərəkdir. Hərəkətin olmasının şərti isə zaman 
davamlılığıdır: zaman keçmişi, indini, gələcəyi verir, hərəkət isə keçmişdən gələcəyə gedən davamlılıqda 
sürüb-gedir. Keçmişsiz, indisiz, gələcəksiz davamlılıq, sürəklik yoxdur. Davamlılıq yoxdursa, hərəkət də 
yoxdur.  
Bəs, nəyə görə fələklər Yer üzünə zamanı verir? 
Zamanın əsasında gecə ilə gündüzün biri-birini əvəz etməsi durur. Gecə ilə gündüzün biri-birini əvəz 
etməsi Günəşin, Ayın batıb-çıxması nəticəsində olur. Aristoteldən sonra sufilər də belə hesab edirdilər ki, 
Yer üzünə ən yaxın fələk Ayın «sancıldığı» fələkdir. O, Yerin həndəvərndə fırlandıqca gecə-gündüz, zaman 
əmələ gəlir. Zaman isə Yerdə hərəkətin şərtidir. 
Deməli, insanın yaranış baxımından kökü gedib çıxır Dörd ünsürlə dörd təbiətə, oradansa fələklərə. Özü 
də Günəş fələyindən sonra daha yeddi fələk (Müştəri, Ütarid və s. fələkləri) gəlir. Deməli, insanın kökü də 
doqquz fələyəcən gedib çatır. 
Fələklər Məlaküt aləmi ilə, Qüvvət aləmi ilə, yəni ruh aləmi ilə hərəkətə gətirilir. Deməli, insanın kökü 
fələklərdən gedib çıxır Ruh aləminə, oradan gedib çıxır dünyanın ideyası olan Ağıla, oradan da Bircəyə 
(Allaha). 
Ona görə də sufilər insanın yaranışına eniş deyirdilər. Yəni insan Allahdan onun mərtəbə-mərtəbə 
düzülən zühurları ilə enə-enə yaranıb. 
Dünyanı və özlərini belə gördükləri üçün, hər şeydə Allahın təzahürünü (bilintisini), hər şeydə Ruhun 
iştirakını gördükləri üçün sufilərin çevrələrindəki dünyaya çox sevgili, heyran, məhrəm münasibətləri 
vardı. Onlar namaza duranda qabaqca duracaqları yeri öpürdülər və namazdan sonra da «çox sağ ol» üçün 
həmin yeri öpürdülər. Bununla ayaq basdıqları yeri incitdikləri üçün üzr istəyirdilər. Qaşığı əllərinə alanda 
sapını öpürdülər, süfrəni öpüb otururdular. Yeriyəndə belə torpağı incitməkdən çəkinərək yeriyirdilər. Bu 
davranışları ilə sufilər İslam dünyaduyumuna yüksək ekoloji mədəniyyət gətirirdilər. 
İndi gəlin, Sufizmdə insanın necə olmasını anlamaq üçün bir anlıq sufi kimi özümüzü duyaq. 
Gözünüzün qabağına gətirin ki, ota, ağaca, gülə, qayalara, suya nəvazişlə, sevinə-sevinə, sevə-sevə 
baxırsınız. Hər zərrədən sizin üçün Uca Tanrıya bir qapı açılır. Özünüzə baxın və içinizdən gedib-çıxın dörd 
ünsürə, dörd təbiətə, oradan fələklərə, oradan dünya Ruhuna və daha yuxarıbir şerini də yada salmaq olar: 
 
Sıxılarsan, yığılarsan yay kimi, 
 
Sıxılarsan, çəkilərsən özünə,- 
 
çəkilərsən özündən də o yana; 
Evindən, eşiyindən, 
Dünənindən, keçmişindən, 
Bələyindən, beşiyindən, 
Lap ananın bətnindən də o yana, 
Lap atandan da, babandan da o yana, 
Lap elindən, obandan da o yana, 
Bu dünyanın ayına,  
ulduzunacan, 
Lap Allahın özünəcən 
 
 
 
sıxılarsan, çəkilərsən özünə< 
 
 
Sufilərin təbiəti necə qavramalarını duymaq üçün öz üzərində kiçik bir məşq aparın. Ürəyiniz 
qısılanda, dünyadan küsəndə, əsəbi bir gərginlik duyanda sevinclə yayılın Təbiətə, fələklərə, Dünya 
Ruhuna, hətta bacarsanız Allaha, görəcəksiniz ki, ruhunuza dinclik gəlir, xeyirxah olursunuz< Sufi 
günlərinin çoxunu belə keçirirdi. 
 


 
64 
 
İslam dünyaduyumunda sirrə sevgi və təsəvvüf (Sufizm)  
əhlinin psixolojisi 
 
İslam dünyaduyumunda «gizli və üzə çıxanlar» məsələsi çox önəmli yer tutur. Artıq, Allahla kainatın 
ilişgisində gizlinin təcəlli etməsi, parlayıb-bilinməsi var. Özü də təcəlli, zühur arxayınçılıq gətirmir, zühur 
sirlərin bolluğunu bildirib, maraq, anlamaq vəcdi yaradır. 
İslam, ən çox isə təsəvvüf, sirlərə bayğın dünyaduyumudur. Yəqin heç bir din, fəlsəfi-dini axtarış, - bəlkə 
də əl-kimyanı, yəhudi kabbalasını çıxmaq şərti ilə, - təsəvvüf qədər gizlilərin aşiqi deyildi.  
Buddizm bu eşqə əzabların səbəblərindən biri deyərdi. Sufi isə bu eşqdən əzab çəkmir, çünki gizlilər 
Allahın sirlərini andırır və Allahın varlığına, Yüksək, Sonsuz Bacarığına tanıq (şəhadət) verir. Çünki varlıq 
sirlərlə dolu, dolğun olanda Allahın adına yaraşır. 
Sirlər, gizlilər bolluğuna inam, eşq, maraq təsəvvüfdə insana elə bir psixoloji, elə bir şakər (azar deməyə 
dilimiz gəlmədi) verirdi ki, bunu başqa fəlsəfi-dini cərəyanlarda görmək çətindir. Təsəvvüf əhlinin özü 
əcaib, qəribə adamlar idi, adi kişilərin cızığından çıxırdılar, nəsnələrdə, olaylarda, onlar arasındakı 
əlaqələrdə heyranedici, ürəyi uçunduran, adamı gülməkdən öldürən və ya mat qoyan əcaibliklər, 
ağlasığmazlıqlar görürdülər. 
İnsan necə olmalıdır? İnsan sirləri axtaran, paradokslardan həzz alan olmalıdır. Qavrayışını bunun üçün 
acgöz etməlidir. İnsan qəribə sirlərə tamarzı olmalıdır. Əcaibliklərə, sirr dünyasının paradokslarına ideya 
axtarışları, ağılın «yerişi» ilə çatmaq olar< Onun üçün də Sufizm bu yoldan özünü əsirgəmirdi. 
Sirlərə, gizlilərə məsəllərlə, qəribə işarələrlə, sezgilərlə (intuisiya ilə) də çıxmaq olar. Təsəvvüf bu yolun 
da yolçusu idi. 
Məhəmməd peyğəmbər demişdi: «İslamda rahiblik yoxdur». Xristian rahibliyində bədənə əziyyət 
vermək, bədəndən İblis oylağı kimi öc (intiqam) almaq xüsusi yer tuturdu. Allaha özünü həsr etmişin belə 
etməsini İslam rəva görmürdü. Dünyanın o biri tayında Budda da insana bunu rəva görməmişdi. Hind 
rişiləri (zahidləri) Hinduizmin göstərişi ilə özlərini cismən üzürdülər. Budda isə bu yolu tutandan sonra 
bunda heç bir mənəvi xeyir görməmişdi. Onun üçün də davamçılarına orta yolu buyurmuşdu, yəni nə 
canüzücü zahidliyi, nə də cismin qulu olmağı məsləhət görmüşdü. 
Təsəvvüf də bu orta yolu tuturdu, ancaq onda cismaniliyə, bədənə sayğı daha çox, daha qayğılı idi. Sufi 
zahidlik edə bilərdi, ancaq tamahın, Allahı unutmağın qarşısını almaq dərəcəsində. Hər halda sufi 
təriqətlərinin çoxu belə idi. Bədənə bu normal ilişgi qaldığı üçün də təsəvvüf əhli gərəkəndə, əcaiblik tələb 
edəndə bədənə də qulluq edə bilərdilər. 
 
 
Təsəvvüfdə sirli əcaibliklər və qəribə düşüncələrə,  
davranışlara sevgi 
 
Bəzi sufi təriqətləri ideya axtarışlarında əcaiblik üçün hətta Quranı da, dini simvolları da «tərsə-məzhəb» 
çevirirdilər. İçki içən və ya bədənə qulluq edən Bektaşi dərvişi saxta arsızlıq və sarsaqlıqla küfrlə inamı, 
sağaltmaqla pintiliyi qovuşuqda tuturdu. Məsələn belə bir olay: 
 
Bektaşi dərvişlərindən biri camini boş görüb, içəri keçir, başlayır rakısını içməyə. Birisi bunu pəncərədən 
görüb, ona sarı tüpürür: 
 
- Tfu, utanmaz hərif. 
 
Bundan Bektaşi bərk qızır: 
 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə