8
gəlişi ilə hər bir evə sevinc, ruzi bərəkət gətirir. Canlanan təbiət
sanki qış libasını atıb daha əlvan,göz
oxşayan bir geyimə
bürünür. Təzəcə qarı əriməyə başlayan dağ yamaclarında, qarın
altından baş qaldıran novruzgülü, bənövşə, ağ, qırmızı, sarı
rəngli adı bilinməyən güllər, soyuq ölkələrdən dəstə-dəstə uçub
gələn qaranquşlar baharın müjdəçilərindən hesab olunur.
I aparıcı:
Bahar bayramının əsas atributları çərşənbələrdir. Bu çərşənbələr
7 olmaqla ilk 3 çərşənbə yalançı sayılır və belə sıralanır.
Hər bir çərşənbəni - su, od, yel, torpaq çərşənbəsini bir
oxucu təmsil edir.
I oxucu (Su çərşənbəsi) : Üç oğru çərşənbədən sonra özünü yetirən su çərşənbəsi
sanki yazın tumurcuğudur. Həm inama, həmdə təbii əsasa görə
yazın ilk oyanışı sudan başlayır. Dağları dərələri bürüyən qarın
canına isinti gəlir. Bu çərşənbədə sübh tezdən suyun qırağına
gəlib dua edən, qəlbində niyyət tutan,dərdini suya danışan insan
yüngülləşir. Su elə müqəddəsdir ki axır çərşənbə çaylar dayanıb
axmır,ağaclar baş əyib alnını suya söykəyir.
Qışda sülhü buz ilən...
Yazda salar dava su.
Dillənməyir söz ilən.
Çəkir ağlar nəva su.
II oxucu (Od çərşənbəsi):Novruzun ikinci çərşənbəsi Od-atəş çərşənbəsi sayılır.
Od
yerə nəfəs verir,isidir,qışda donmuş torpaqların donunu
açır. Od çərşənbəsindədə su çərşənbəsindəki kimi tonqal
qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. Uşaqlar,
böyüklər, qızlar, oğlanlar tonqal ətrafında
halay vuraraq, rəqs
edər, mahnı oxuyar, “ağırlığım uğurluğum odda yansın”
deyərək tonqal ətrafından tullanarlar. Su kimi od da insanları
təmizə çıxarıb, şaxtadan qorumuş, ölməyə qoymamışdır.
III oxucu:
Yel çərşənbəsi – su, od və torpağın bir-biri ilə dil tapması
havanı yaratdı. Bu həyat amillərindəndir. İnsan bir neçə gün
susuz yaşaya bilər, torpaqdan ayrılıb təyyarələrdə havaya qalxa
bilər, lakin 1 neçə dəqiqə havasız yaşaya bilməz. İnanclara görə
Yel baba ilə Əkinçi baba qardaş imişlər. Bahar gələndə onlar
tarlanı birlikdə əkərmişlər. Bundan sonra tarladakı bütün işlərə
Əkinçi baba cavabdeh imiş. O,
məhsula su verər, ot-alaqdan
təmizləyər, becərər, yetişəndə də biçib xırmana gətirərmiş. Arpa
buğdanın dənini küləşdən ayırmaq isə Yel babanın işi imiş. Bir
kərə yenə adamlar arpa buğdanı döyüb gözləyirlər ki, Yel baba
9
gəlib onu sovursun. Amma Yel baba gəlib çıxmır ki, çıxmır.
Səbri tükənmiş adamlar taxılı özləri sovurmağa başlayır və
Yel baba,amana gəl,
Dolanıb xırmana gəl,
Bir bəhanə yoxdursa
Xəlbirə, samana gəl
A Yel baba, Yel baba
Saman sənin, dən mənim
Ləçəyi mindər-mindər
Yonunu döndərmirsən
Mehini bizə göndər
A Yel baba, Yel baba
deyə oxuyarmışlar. Elə bu vaxt gəlib xırmana
yetişən Yel baba
eşitdiyi sözlərdən inciyib geri dönür. Adamlar öz əməllərindən
peşman olurlar. Hamı Yel babanı səsləyir və oxuyurlar:
A Yel baba,Yel baba
Qurban sənə gəl baba!
Taxılımız yerdə qaldı
A Yel baba,Yel baba...
Bu nəğmə Yel babanın xoşuna gəlir. Geri qayıdıb xırmandakı
buğdanı arpanı sovurub, samandan ayırır.
IV oxucu:
Torpaq çərşənbəsində inanca görə su ilə odun torpağa
qovuşması torpağın canını açır, torpağı yumşaldır. İnsanın,
bütün canlı varlıqların həyatında su və odla yanaşı, torpağın da
çox böyük əhəmiyyəti danılmazdır. Su ana, od atadırsa
torpaq
varlığın özüdür.
I aparıcı:
Beləcə Novruz adət, ənənə və mərasimlərində məntiqi olmayan
heç nə yoxdur. Sanki bütün pisliklər suda batmış, odda yanmış,
küləklə sovrulmuş, torpaqda çürümüşdür. Ədəbiyyatımızın bir
çox janrlarında bahar fəsli daha çox müraciət edilən
mövzulardandır. Aşıq ədəbiyyatı
nümayəndələrindən Qurbani,
Abbas Tufarqanlı, Xəstə Qasım, Qaracaoğlan, Aşıq Alı, Aşıq
Hüseyn Aşıq Musa, Aşıq Ələsgər və başqalarını göstərmək olar.
Aşıq Şakirin “Bahar fəsli yaz ayları gələndə”şeri oxucunun dilindən
söylənilir.
10
II aparıcı:
Böyük Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”,
Balaş Azəroğlunun “Əziz gün” şerində də Novruz bayramı və
onun adətləri öz poetik əksini tapmışdır.
Səhnəyə oxucular daxil olur.
I oxucu:
Dostları ilə paylaş: