15
III Köməkçi:
Nənəm a şişək qoyun,
Yunu bir
döşək qoyun,
Süd,qaymağı bol elə
Qırıldı uşaq, qoyun.
I Köməkçi:
Canım a saçaq qoyun,
Bərədən qaçaq qoyun,
Sənə yaman baxanın,
Gözünə bıçaq, qoyun.
II Köməkçi:
Nənəm a qızıl qoyun,
Yollara düzül qoyun,
Kəsilməsin damazlıq,
Ömr elə yüz il, qoyun.
III Köməkçi:
Canım a kürdü qoyun
Otladı durdu qoyun,
Ay qaranlıq gecədə.
Görübdü qurdu qoyun.
II aparıcı:
Uşaqlar, qoy bu və buna bənzər
nəğmələr dodaqlarda çiçək
açsın. Dosta səsimiz, ünümüz çatsın, xalqa şanımız yetsin,
torpağa ancaq halallıq toxumu səpək,
təbiətin müqəddəsliyinə
ehtiram göstərək. Çünki, yurdumuz bahar yurdu, odlar diyarıdır.
Onun insanlarına Vətən məhəbbətini mübarizliyi, mətinliyi,
zəhmətə bağlılığı, torpağı
əkib-becərməyi, nəğməkar, şən, şux
olmağı Novruz ənənələri öyrədibdir. Əməyə, həyata, təbiətə,
insanlara məhəbbət rəmzi olan Novruz – bahar bayramı
müstəqil Azərbaycanı yeni həyat tərzinə uyğun təzə mütərəqqi
xüsusiyyətlərlə
daha da zənginləşdirir, yeni məna və məzmun
kəsb edir.
II aparıcı:
Milli varlığımızın və ulu babalarımızın mənəvi aləminin
zənginliyini ən incə çalarlarınadək
nümayiş etdirən bu el
bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu
gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır.
Onun hazırda respublikamızın
hər bir güşəsində böyük ruh
yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət
müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı,
sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti
qazanmışdır.
Qoy Novruzun qədəmləri uğurlu, ayağı sayalı
olsun, xalqımıza möhkəm birlik, elimizə-obamıza dinclik, əmin-
amanlıq, bolluq, səadət, xoşbəxtlik və firavanlıq gətirsin!
Bayramınız mübarək uşaqlar