36
Ancaq bu da problem olmadı. Birlikdə yaşadıqları üçüncü ildə, daha dəqiq 21 iyun 1971-ci
ildə Şarlotta dünyaya gəldi.
Müsahibələrinin birində Ceyn belə xatırlayırdı: "Serj heç vaxt Keyt və Şarlottanı
bir-birindən ayırmırdı. Hər iki qızla eyni cür dəliliklər edir, hər ikisinə royalda ifa etməyi
öyrədirdi. Hətta uşaqlar arasında olan mübahisələr çox vaxt Keytin xeyrinə həll olunurdu.
Ancaq mən hərdən onun Şarlottaya dikilən baxışlarını tuta bilirdim. Bu baxışda o qədər
qürur, o qədər sevgi var idi ki, ürəyim sıxılırdı. O, Keytə heç vaxt bu cür baxmırdı. Bu da
təbii idi”. Əlbəttə, bu təbii idi! Onların arasında qəfil mübahisələrin başlamasının səbəbi
də, təbii ki, Şarlotta deyildi. Bir dəfə yeni bir qalmaqaldan sonra Ceyn özünü Sena çayına
atdı. İndi o, nə baş verdiyini heç xatırlamırdı, ancaq belə şeylər, demək olar, hər gün baş
verirdi. Bəlkə o daha Ceyni sevmirdi? Ancaq Gensburun ən yaxın dostu Eten Dao bu
versiyanı qəti şəkildə rədd edirdi: “Hətta 5-ci, 10-cu evlilik ildönümlərində belə o, Ceyni elə
əvvəlki kimi sevirdi. Ancaq bu sevgi onun üçün az idi. Ona bütün Fransanın, daha böyük
– bütün insanlığın sevgisi hava kimi, su kimi lazım idi. Yalnız bununla bütün ömrü boyu
Serjin sevgi romanı davam edə bilərdi”. Bəli, əslində həqiqətə çox oxşayırdı bu deyilənlər.
Ceyn heç vaxt Gensbura öz sevgisində şübhələnməyə əsas vermirdi. O, çox tezliklə
yaxşı olan hər şeyə öyrəşdiyi kimi, ona da öyrəşdi. Sevirdi, bəlkə əvvəlkindən heç də az
olmayaraq, ancaq daha sakit şəkildə. Bu, alternativ enişlər və yoxuşlarla dolu olan
qasırğalı bir sevgi romanı idi. Gensbur sahiblənmənin pik nöqtəsindən qara melonxoliya
ilə əvəzlənən qızğın qısqanclıq mərhələsinə keçmişdi. O, təlxəklik edir, elə oyunlar
çıxardırdı ki, hətta ən müasir düşüncəli cəmiyyət belə bunu normal qəbul edə bilməzdi.
Bütün bunlar hamısı bir məqsədlə edilirdi: yenidən diqqətləri öz üzərinə çəkə bilmək. Məhz
bu istək – antisemistdən tutmuş desantliklərə qədər hər kəsin xoşuna gəlmək istəyi –
yəhudi Gensburu nazi-rok stillində bütöv bir albom çıxartmağa və “Marsiliyoza”nı gülünc
bir şəkildə yenidən ifa etməyə həvəsləndirdi.
Yəhudilər yazılı formada Serjdən şikayətlənirdilər, hərbçilər onu döymək üçün
konsertlərinə soxulurdular. Ancaq görürsünüz, laqeyd qalmadılar.
37
Daha kim qalmışdı təsir etmədiyi? Cinsi azlıqlar?
Onlar üçün də yetkinlik yaşına çatmayanların
sevgisi haqqında olan “Histoire de Melody
Nelson” (“Nelson haqqında ballada”) diski, bir də
Şopen və qızı Şarlottadan ilhamlanaraq yazdığı
“Lemon Incest” (“Limonlu ensest”) mahnısı var idi.
Bir müddət sonra çəkildiyi eyniadlı film o dərəcədə
açıq-saçıq idi ki, hətta çoxları inanırdı ki, bunun
arxasında doğrudan da nəsə var. Serj
tənqidçilərin məqalələrini bir qalib siması ilə, eyni
zamanda qəzəblənərək oxuyurdu. Özünü qalib
hesab edirdi, ona görə ki, yenə onun haqqında
yazmışdılar. Əsəbləşirdi ki, ona görə ki, bu
yazarlar onu əxlaqsız bir manyak kimi təsvir
edirdilər. Qeyri-adekvat dəyərləndirilmə onu çox
əzirdi.
“Sadəcə
onun
daxili
azadlığı
ətrafdakılarınkından qat-qat çox idi,” – bu sözləri
ölümündən sonra onun haqqında Ceyn
söyləyəcəkdir. Gensbur həyatda olarkən Ceyn
daha çox susardı, səbr edərdi. Ona görə yox ki,
onun səbri digər qadınlarınkından çox idi. Sadəcə
hər ikisi işləri ilə məşğul idilər. Ceyn də an azı Serj
qədər məşhur və pərəstiş olunan idi. Ona görə
münasibətlərini aydınlaşdırmağa belə, onların
vaxtları yox idi. Ancaq təbii ki, hər şey baş verə
bilərdi. Hətta davalar. Serj sərxoş olanda inadkar
olurdu. Sərxoş isə o, demək olar ki, həmişə
olurdu. Xüsusilə, Serj “Dronit de reponse”
tele-şousunda aparıcılıq etdiyi dönəmdə vəziyyət
daha da pisləşdi. Bu şou üçün o, cənab Hayd
personajı tipində xüsusi Gensbar ləqəbini
seçmişdi və efirdə hər cür axmaqlıq, biabırçı
hərəkətlər edərək özünü homoseksual kimi
“Xoşbəxtlik? Mən bunu
müəyyən edə biləcək
vəziyyətdə deyiləm.
Ona görə xoşbəxtlik
axtarmıram və ona
inanmıram.”
38
göstərirdi. Gensbarın çıxışları Ceyni dəli edirdi,
ona nifrət edirdi.
Ancaq o, Serji hələ də sevirdi. Bəs niyə onu
tərk etdi? Daha nə baş verməli idi ki, o, birdəfəlik
uşaqlarını da götürüb otelə köçməli idi? Xüsusi
heç nə. Sadəcə bütün bu baş verənlər günlərin
bir günü onun səbrinin son damlasını da tükətdi.
O başa düşdü ki, artıq ərinin iyrənc çıxışlarından
yorulub, onun iki uşağı var və onlara görə
məsuliyyət daşıyır. Gözlənilənlərin tam tərsi
olaraq, Serj onun gedişini çox sakit qarşıladı.
Deyəsən, o bunu ayrılıq kimi yox, sadəcə
yerdəyişmə olaraq qəbul edirdi. Müəyyən
mənada elə bu cür də idi. Onlar görüşməyə
davam edir, musiqi, uşaqlar haqqında söhbət
edirdilər. Serj ona həmişə bahalı və gözəl
hədiyyələr alırdı. Hətta bir dəfə ona “Porşe”
hədiyyə etdi. Ancaq Ceyn birdən çəkinərək,
hədiyyəni qəbul etmək istəməyib dedi: “Heç
bilmirəm, bu hədiyyəni qəbul etməyim nə
dərəcədə düzgün olar? Mən axı hamiləliyimin
6-cı ayındayam. Uşağın atasının adı Jak
Duayondur, o rejissordur. Biz bir yerdə
yaşayacağıq...” Yalnız bu zaman Serj başa düşdü
ki, bu artıq sondur.
Hər şeyin sonuna isə hələ düz 10 il qalırdı. Bu
müddət ərzində o, general Paulsun 19 yaşlı qızı
ilə evlənməyi, ondan dünyaya gələn bir oğul atası
olmağı və Ceyn üçün çoxlu-çoxlu mahnılar
yazmağı bacardı. Sonuncu və ən qəmli “Amour
des feintes” (“Ölümcül sevgi”) mahnısını isə
ölümünə 3 ay qalmış yazıb bitirmişdi Serj.
Dostları ilə paylaş: |