Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

36

Ancaq bu da problem olmadı. Birlikdə yaşadıqları üçüncü ildə, daha dəqiq 21 iyun 1971-ci 

ildə Şarlotta dünyaya gəldi.

        Müsahibələrinin  birində  Ceyn  belə  xatırlayırdı:  "Serj  heç  vaxt  Keyt  və  Şarlottanı 

bir-birindən ayırmırdı. Hər iki qızla eyni cür dəliliklər edir, hər ikisinə royalda ifa etməyi 

öyrədirdi. Hətta uşaqlar arasında olan mübahisələr çox vaxt Keytin xeyrinə həll olunurdu. 

Ancaq mən hərdən onun Şarlottaya dikilən baxışlarını tuta bilirdim. Bu baxışda o qədər 

qürur, o qədər sevgi var idi ki, ürəyim sıxılırdı. O, Keytə heç vaxt bu cür baxmırdı. Bu da 

təbii idi”. Əlbəttə, bu təbii idi! Onların arasında qəfil mübahisələrin başlamasının səbəbi 

də, təbii ki, Şarlotta deyildi. Bir dəfə yeni bir qalmaqaldan sonra Ceyn özünü Sena çayına 

atdı. İndi o, nə baş verdiyini heç xatırlamırdı, ancaq belə şeylər, demək olar, hər gün baş 

verirdi.  Bəlkə  o  daha  Ceyni  sevmirdi? Ancaq  Gensburun  ən  yaxın  dostu  Eten  Dao  bu 

versiyanı qəti şəkildə rədd edirdi: “Hətta 5-ci, 10-cu evlilik ildönümlərində belə o, Ceyni elə 

əvvəlki kimi sevirdi. Ancaq bu sevgi onun üçün az idi. Ona bütün Fransanın, daha böyük 

– bütün insanlığın sevgisi hava kimi, su kimi lazım idi. Yalnız bununla bütün ömrü boyu 

Serjin sevgi romanı davam edə bilərdi”. Bəli, əslində həqiqətə çox oxşayırdı bu deyilənlər.

      Ceyn heç vaxt Gensbura öz sevgisində şübhələnməyə əsas vermirdi. O, çox tezliklə 

yaxşı olan hər şeyə öyrəşdiyi kimi, ona da öyrəşdi. Sevirdi, bəlkə əvvəlkindən heç də az 

olmayaraq,  ancaq  daha  sakit  şəkildə.  Bu,  alternativ  enişlər  və  yoxuşlarla  dolu  olan 

qasırğalı bir sevgi romanı idi. Gensbur sahiblənmənin pik nöqtəsindən qara melonxoliya 

ilə  əvəzlənən  qızğın  qısqanclıq  mərhələsinə  keçmişdi.  O,  təlxəklik  edir,  elə  oyunlar 

çıxardırdı ki, hətta ən müasir düşüncəli cəmiyyət belə bunu normal qəbul edə bilməzdi. 

Bütün bunlar hamısı bir məqsədlə edilirdi: yenidən diqqətləri öz üzərinə çəkə bilmək. Məhz 

bu  istək  –  antisemistdən  tutmuş  desantliklərə  qədər  hər  kəsin  xoşuna  gəlmək  istəyi  – 

yəhudi Gensburu nazi-rok stillində bütöv bir albom çıxartmağa və “Marsiliyoza”nı gülünc 

bir şəkildə yenidən ifa etməyə həvəsləndirdi.

      Yəhudilər  yazılı  formada  Serjdən  şikayətlənirdilər,  hərbçilər  onu  döymək  üçün 

konsertlərinə soxulurdular. Ancaq görürsünüz, laqeyd qalmadılar. 




37

Daha kim qalmışdı təsir etmədiyi? Cinsi azlıqlar? 

Onlar  üçün  də  yetkinlik  yaşına  çatmayanların 

sevgisi  haqqında  olan  “Histoire  de  Melody 

Nelson” (“Nelson haqqında ballada”) diski, bir də 

Şopen  və  qızı  Şarlottadan  ilhamlanaraq  yazdığı 

“Lemon Incest” (“Limonlu ensest”) mahnısı var idi. 

Bir müddət sonra çəkildiyi eyniadlı film o dərəcədə 

açıq-saçıq  idi  ki,  hətta  çoxları  inanırdı  ki,  bunun 

arxasında  doğrudan  da  nəsə  var.  Serj 

tənqidçilərin məqalələrini bir qalib siması ilə, eyni 

zamanda  qəzəblənərək  oxuyurdu.  Özünü  qalib 

hesab  edirdi,  ona  görə  ki,  yenə  onun  haqqında 

yazmışdılar.  Əsəbləşirdi  ki,  ona  görə  ki,  bu 

yazarlar  onu  əxlaqsız  bir  manyak  kimi  təsvir 

edirdilər.  Qeyri-adekvat  dəyərləndirilmə  onu  çox 

əzirdi. 

“Sadəcə 


onun 

daxili 


azadlığı 

ətrafdakılarınkından qat-qat çox idi,” – bu sözləri 

ölümündən  sonra  onun  haqqında  Ceyn 

söyləyəcəkdir.  Gensbur  həyatda  olarkən  Ceyn 

daha çox susardı, səbr edərdi. Ona görə yox ki, 

onun səbri digər qadınlarınkından çox idi. Sadəcə 

hər ikisi işləri ilə məşğul idilər. Ceyn də an azı Serj 

qədər  məşhur  və  pərəstiş  olunan  idi.  Ona  görə 

münasibətlərini  aydınlaşdırmağa  belə,  onların 

vaxtları yox idi. Ancaq təbii ki, hər şey baş verə 

bilərdi. Hətta davalar. Serj sərxoş olanda inadkar 

olurdu.  Sərxoş  isə  o,  demək  olar  ki,  həmişə 

olurdu.  Xüsusilə,  Serj  “Dronit  de  reponse” 

tele-şousunda aparıcılıq etdiyi dönəmdə vəziyyət 

daha  da  pisləşdi.  Bu  şou  üçün  o,  cənab  Hayd 

personajı  tipində  xüsusi  Gensbar  ləqəbini 

seçmişdi  və  efirdə  hər  cür  axmaqlıq,  biabırçı 

hərəkətlər edərək özünü homoseksual kimi



“Xoşbəxtlik? Mən bunu 

müəyyən edə biləcək 

vəziyyətdə deyiləm. 

Ona görə xoşbəxtlik 

axtarmıram və ona 

inanmıram.”


38

göstərirdi.  Gensbarın  çıxışları  Ceyni  dəli  edirdi, 

ona nifrət edirdi.

       Ancaq o, Serji hələ də sevirdi. Bəs niyə onu 

tərk etdi? Daha nə baş verməli idi ki, o, birdəfəlik 

uşaqlarını  da  götürüb  otelə  köçməli  idi?  Xüsusi 

heç nə. Sadəcə bütün bu baş verənlər günlərin 

bir günü onun səbrinin son damlasını da tükətdi. 

O başa düşdü ki, artıq ərinin iyrənc çıxışlarından 

yorulub,  onun  iki  uşağı  var  və  onlara  görə 

məsuliyyət  daşıyır.  Gözlənilənlərin  tam  tərsi 

olaraq, Serj onun gedişini çox sakit qarşıladı.

Deyəsən,  o  bunu  ayrılıq  kimi  yox,  sadəcə 

yerdəyişmə  olaraq  qəbul  edirdi.  Müəyyən 

mənada  elə  bu  cür  də  idi.  Onlar  görüşməyə 

davam  edir,  musiqi,  uşaqlar  haqqında  söhbət 

edirdilər.  Serj  ona  həmişə  bahalı  və  gözəl 

hədiyyələr  alırdı.  Hətta  bir  dəfə  ona  “Porşe” 

hədiyyə  etdi.  Ancaq  Ceyn  birdən  çəkinərək, 

hədiyyəni  qəbul  etmək  istəməyib  dedi:  “Heç 

bilmirəm,  bu  hədiyyəni  qəbul  etməyim  nə 

dərəcədə  düzgün  olar?  Mən  axı  hamiləliyimin 

6-cı  ayındayam.  Uşağın  atasının  adı  Jak 

Duayondur,  o  rejissordur.  Biz  bir  yerdə 

yaşayacağıq...” Yalnız bu zaman Serj başa düşdü 

ki, bu artıq sondur.

       Hər şeyin sonuna isə hələ düz 10 il qalırdı. Bu 

müddət ərzində o, general Paulsun 19 yaşlı qızı 

ilə evlənməyi, ondan dünyaya gələn bir oğul atası 

olmağı  və  Ceyn  üçün  çoxlu-çoxlu  mahnılar 

yazmağı bacardı. Sonuncu və ən qəmli “Amour 

des  feintes”  (“Ölümcül  sevgi”)  mahnısını  isə  

ölümünə 3 ay qalmış yazıb bitirmişdi Serj.



Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə