Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   9   10   11   12   13   14   15   16   17

Tərcümə

Şahin Xəlil



Martin Skorsesenin

qızı Françeskaya

yazdığı məktub

43

      Əziz Françeska!

     Mən sənə bu məktubu gələcək 

üçün yazıram. Mən ona öz 

dünyamın linzasından baxıram. 

Onun mərkəzi sayılan kino 

linzası ilə.

     Son bir neçə ildə anlamışam 

ki, mənim böyüdüyüm və hələ lap 

kiçik yaşlarında sənə izlətdiyim 

filmlərin ideyası öz-özlərini 

tükədəcəklər. Mən çəkilmiş filmlər 

haqda danışmıram, çəkiləcək 

filmlərdən danışıram.

     Mən çarəsiz görünmək 

istəmirəm. Bu sözləri də məğlub 

biri kimi yazmıram. Əksinə, 

məncə, bizi işıqlı və ümid dolu 

gələcək gözləyir. Biz həmişə 

bilmişik ki, filmlər biznes məqsədi 

güdür, sənət kinosu isə bu 

biznesə zidd olduğu üçün yoluna 

davam edir. Bizim – 60-70-ci 

illərdə başlayanların – bu haqda 

heç bir illüziyası yox idi. Bilirdik ki

sevdiyimiz şeyləri qorumaq üçün 

bizi əziyyətlər gözləyir. 



44

Həmçinin onu da bilirdik ki, qarşıda kifayət qədər ağır mərhələlərdən keçməliyik. 

Haradasa anlayırdıq ki, bir gün elə zamanla qarşılaşacağıq ki, kino sənayesində 

hər narahat və gözlənilməz bir elementdən istifadə minimuma endiriləcək və ya 

ümumiyyətlə  istifadədən  çıxarılacaq.  Elementlərdən  ən  gözlənilməz  olanı 

hansıdır? Həqiqi kino və onunla məşğul olan insanlar.

              Məndən öncə deyilən, yazılan fikirləri təkrar etmək istəmirəm. Mənə kino 

istehsalının ümumi trendlərindən istisnalar toxuna bilir – Wes Anderson, Richard 

Linklater, David Fincher, Alexandre Payne, Coen qardaşları, James Gray, Paul 

Thomas Anderson  dahiyanə  filmlər  çəkirlər.  Paul  (Thomas Anderson)  "Master" 

filmini  nəinki  70  mm  lentə  çəkib,  o,  filmi  elə  bu  formatda  da  bir  neçə  şəhərdə 

nümayiş  etdirib.  Kinoya  biganə  olmayan  hər  kəs  buna  görə  ona  minnətdar 

olmalıdır.

              Məni  həmçinin  dünyanın  hər  yerində,  Fransada,  Cənubi  Koreyada, 

İngiltərədə, Yaponiyada, Afrikada kino çəkən müəllif rejissorlar da həvəsləndirir. 

Bu mürəkkəb olsa belə, onlar film çəkməyə davam edirlər. Düşünmürəm ki, indi 

kino biznesilə sənət kinosunun kəsişdiyini desəm, pessimist olaram. Audiovizual 

əyləncə  və  bizə  kino  kimi  məlum  olan  şey  –  dəyişən  kadrlar,  müxtəlif 

istiqamətlərdə  hərəkət  edən  uydurma  qəhrəmanlar.  Çox  güman  ki,  gələcəkdə 

bizim kinematoqrafiya bildiyimiz şeyi siz gedikcə daha az halda böyük ekranlarda, 

daha  çox  isə  onlayn  platformalarda,  kiçik  monitorlarda,  ağıla  gəlməyəcək  yeni 

texnologiyalarda izləyəcəksiniz.

             Bəs gələcək niyə ümidlərlə doludur? Çünki bütün kino tarixi ərzində ilk 

dəfə, bizim sənətdə artıq çox az büdcəyə də filmlər çəkmək mümkündür. Mən 

gənc  olarkən  belə  şey  mümkün  deyildi. Az  büdcəli  film  qayda  deyil,  qaydadan 

kənar hesab edilirdi. Artıq vəziyyət dəyişib. Sən hər kəsin ala biləcəyi kameralar 

vasitəsi ilə gözəl görüntülər yarada bilərsən. Sən səs yaza bilərsən. Sən montaj, 

rəng  korreksiyasını  evdən  çıxmadan  edə  bilərsən.  Bunların  hər  biri  artıq 

əlçatandır.  Texnologiya  və  onun  qət  etdiyi  uzun  yol  kinematoqrafiyada  inqilabi 

dəyişiklər  etdi. Amma  bir  vacib  şeyi  də  unutmaq  olmaz:  alətlər  kino  yaratmır. 

Kinonu insanlar yaradır. Sən kamera götürüb çəkməyə başlayarsan, sonra isə bu 

materialları Final Cut Pro vasitəsi ilə montaj edə bilərsən. Amma sizə lazım olan 

filmi çəkmək tamam başqa bir şeydir. Bu işdə asan yol yoxdur.

                Əgər mənim dostum, müəllimim John Cassavetes bu gün sağ olsaydı, 

o,  sözsüz  ki,  yeni  alətlərdən  istifadə  edərdi. Amma  dediyi  sözləri  yenə  təkrar 

edərdi: siz gərək özünüzü tamamilə işə həsr edəsiniz, özünüzü bütövlüklə ona 

təslim  edəsiniz,  əvvəldən  sizi  yaratmaq  istədiyiniz  filmə  ilhamlandıran  qığılcımı 

qoruya biləsiniz. Həyatınız bahasına qoruya biləsiniz... Gələcəkdə yenə yeni bir 

maneə  ilə  üzləşəcəksiniz:  filminiz  üzərində  nəzarəti  itirib,  onun  sizdən 

uzaqlaşmağını.

                Mən təkcə kinodan danışmıram. Asan yol heç yerdə yoxdur. Demirəm 

ki, hər şey mürəkkəb olmalıdır. Mən deyirəm ki, səni ilhamlandıran səs, öz səsin 

olmalıdır – bu, daxili işıq, protestantların dediyi kimi, "Quakers"-dir.

                 Bu sənsən. Bu həqiqətdir.

                 Sevgilərlə, sənin atan.



Müsahibə

Mir Bağır



Sənədli kino 

sənəti

45

Planlaşdırılmayan  görüşlər,  işlər  bir  az  spontan 

alınsa  da,  əslində  öz  səmimiyyəti  və  fərqliliyi  ilə 

başqa  zövq  verir.  Elə  mənim  müsahiblərimlə 

görüşüm  və  söhbətim  kimi.  İqbal  müəllimlə  çoxdan 

şəxsi  tanışlığımız,  filmlər  mövzusunda  uzun 

söhbətlərimiz olsa da, Tahir bəylə yalnız qiyabi tanış 

idim.  Hər  ikisinin  çoxlu  sayda  və  kifayət  qədər  də 

yaxşı sənədli filmlər  çəkdiyini bilib, mənim üçün də 

böyük  maraq  kəsb  edən    bu  mövzuda  bir  söhbət 

etsək, nə yaxşı olar, deyə düşündüm. Sağ olsunlar, 

onlar  da  razılaşdı  və  heç  bir  öncədən  hazırlanmış 

suallar  və  cavablar  olmadan  hər  üçümüzə  doğma 

olan mövzuda belə bir söhbət alındı.



(Mir Bağır) – Apardığım müşahidələrdən belə nəticəyə gəlirəm ki, son dövrlər sənədli 

filmin kinematoqrafiyadakı yeri kifayət qədər böyüyüb. Bildiyim qədər isə bu həmişə 

belə olmayıb. Baxmayaraq ki, kinonun başlanğıcı elə sənədli filmlərdir. Amma sənədli 

film  öz  intibahını  sanki  son  20-30  ildə  yaşayır.  Elə  götürək,  “Farenheit  9/11”-in 

Kanndakı  qalibiyyətini,  ya  da  bir  neçə  həftə  öncə  Rosinin  “Dənizdəki  alov” 

(“Fuocoammare”) sənədli filminin Berlində “Qızıl ayı” almasını. Rosi özünün digər bir 

sənədli filmi “Sacro Grai” ilə bir neçə il öncə Venesiyanın da qalibi olmuşdu. Sənədli 

kinonun bir nömrəli festivallarda qalibiyyəti, ya da bədii kinoda öz sözünü demiş Zaydl, 

Venders, Tsay Min-Lyan, Verner Herçoq və onlarla digər rejissorun ara-sıra sənədli 

filmlərə müraciət etməsi də bu müşahidəmi haradasa təsdiqləyir.

Azərbaycan  sənədli  film  külliyatına  100-ə  yaxın  sənədli  filmlə  öz  töhvəsini  vermiş 

rejissorlar olaraq, sizin bu istiqamətdə fikirləriniz çox maraqlıdır.



(İqbal Məmmədəliyev) – Deyirsən ki, sənədli filmlər bədii filmlərdən həmişə geri qalıb 

o dövrlərdə. Bu, həqiqətən də belə olub. Sovet Azərbaycanında sənədli film tipində 

çəkilən “Ordenli Azərbaycan” və “Sovet Azərbaycanı” jurnalları var idi.



Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə