Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

Müsahibə

Şahin Xəlil

17AN:

39

Cavid


Təvəkkül

Cavid  Təvəkkül  oğlu  Əhmədov  24  iyun 

1974-cü  ildə  Tərtərdə  anadan  olub.  Orta 

məktəbi  Mingəçevirdə  oxuyub.  Tatarıstan 

Turizm  Akademiyasının 

prodüserlik 

fakültəsinin 

məzunudur. 

Rüstəm 

İbrahimbəyovun 



Beynəlxalq 

Kino 


Məktəbində rejissorluq təhsili alıb. 2011-ci 

ildə 


Azərbaycan 

Respublikasının 

prezidenti tərəfidən tərəqqi medalı ilə təltif 

olunmuşdu.  “Cavad  Xan”  filmi  haqqında 

hazırlanmış  “Cavad  Xan  -  Filmin  Filmi” 

silsilə televiziya filmlərinin Azarkeş (2008), 

100000  AZN  (film,  2009),  Sovqat  (film, 

2009), Əzizim Fellini (film, 2010), Səhərə 

inan...  (film,  2011),  Dərs  (filmi,  2015), 

Döngələr (teleserial, 2012) rejissorudur.




40

– Necə təqdim olunmağı sevirsiniz?

– Cavid Təvəkkül... Necə var elə, Cavid Təvəkkül.



– Kinoda yeriniz?

– Kinoda öz yerimi tutmaq üçün çox əlləşmişəm, çox çalışmışam. Məni həmişə 

düşündürən elə bu sual olub. Görəsən kinoda yerim var? Bilmirəm. Mən deyə 

bilmərəm.  Bunu  kino  tənqidçiləri  ilə  bərabər  tamaşaçılar  deyə  bilər,  amma 

gizlətmirəm, özümü ön sıralarda görmək istərdim.

– Qazandıqlarınız itirdiklərinizə dəyib?

–  32  yaşında  tanıdım  özümü,  o  yaşda  ağlım  kəsməyə  başladı,  kino  adlı  bir 

dünyayla  tanış  oldum  və  elə  o  vaxtan  da  itirməyə,  qazanmağa  başladım. 

Düşünürəm ki, bu yarıbayarıyadır.



– İmkanınız olsa, ilk nəyi dəyişərdiniz?

–  Əgər  sənətdən  soruşursunuzsa,  deyim  ki,  dəyişiləsi  çox  şey  var;  məsələn, 

sənətə baxışı dəyişərdim. İlk vaxtlarda çox dərinə gedirdim. Hər şeydə simvol 

axtarırdım, işarələrə inanırdım, sözaltı, sətiraltı mənalarla danışmaq istəyirdim, 

məşhur rejissorların filmlərinə baxıb mən də kinoda filosofluq etmək istəyirdim, 

düşünürdüm ki, kino elə belə olmalıdır, amma indi başqa cür düşünürəm. Bu 

yaxınlarda  Sevdanın  bir  cümləsi  bütün  düşündüklərimi  təsdiqlədi,  elə  bil 

ürəyimdən xəbər verdi: Özümə sual verdim ki, kino nədir? Heç nə.

Əgər həyatımı deyirsinizsə,düşünmədən deyirəm, gəncliyimi dəyişərdim.

– Nədən və ya kimlərdən qorxursunuz?

– Gecikməkdən qorxuram. Tələsirəm son zamanlar... Belə çıxır ki, zamandan 

qorxuram.  Konkret  deyə  bilmərəm  kimdən  qorxuram,  amma  qorxduğum 

adamlar  var.  Çoxdur...  Çalışıram  onlardan  uzaq  gəzim.  Əslinə  qalanda 

insanların hamısından qorxmaq lazımdır.

– Lent, yoxsa rəqəmsal?

– Hələ ki, rəqəmsal, amma lent arzusundayam, təbii.



– Arzusunda olduğunuz filmə baxmısınızmı?

– Dəfələrlə baxdığım filmlərin içində həmin filmə bənzərləri var, "Forest Qamp", 

“The Truman Show” ("Truman şousu"), “Big fish” ("İri balıq"), amma arzusunda 

olduğum  filmə  heç  vaxt  baxa  bilməyəcəyəm,  təəssüf  edirəm. Adamı  incidən 

budur.



41

– Kino hansı dövrünü yaşayır?

–  Kino  dövrsüz  yaşayır,  sonsuz  yaşayır.  Onun  dövrü  ən 

qədim  insanlarla  daşların  üzərində  başladı,  Lyumyer 

qardaşlarının sayəsində texniki gücünü alıb geniş tamaşaçı 

qarşısına çıxdı və hələ də yaşayır. Fikrimcə, hələ elə bir film 

gəlməyib  ki,  dövrü  dəyişsin.  Son  neçə  ildə  məni 

təəccübləndirən  3  film  var:  "Avatar",  “La  piel  que  habito” 

("Yaşadığım  dəri")  və  “Life  of  Pi”  ("P-nin  həyatı").  Mən  bu 

filmlərdən  sonra  başqa  şeylər  gözləyirdim  sənətkarlardan, 

amma...


–  "Səndən  rejissor  olmaz,  sən  insanları  tanımırsan,"  – 

deyilir "Əzizim Fellini"də. Yəni sizi yanıldan insanlar 

olmayıb?

– Bu cümləni mənə xalq artistlərimizdən biri demişdi və mən 

də  filmə  saldım  (gülümsəyir).  Sağ  olsaydı,  adını  çəkərdim. 

Allah rəhmət eləsin. Bəlkə də rəhmətlik düz deyib, məndən 

rejissor  heç  olmadı...  Həyatda  çox  yanılmışam,  lap  çox  və 

bunlar  hamısı  32  yaşımdan  sonra  oldu,  ağlım  kəsəndən 

sonra.  Ona  qədər  məndə  yanılırdılar,  ondan  sonra  mən 

yanılmağa  başladım.  Əvəz,  əvəz  dünyasıdır.  Deyim  ki, 

yaşadıqca da yanılacağam. Niyə? Çünki nağıllara inanıram...

– Azadlıq nədən başlayır?

–  Azadlıq  sənə  verilən  imkanlardan  başlayır.  Dörd  divar 

arasında  da  azad  olanlar  var. Azadlıq  yaratdığın  əsərdən, 

çəkdiyin  tablodan,  yazdığın  pyesdən  başlayır,  təki  imkan 

olsun, imkan versinlər...

–  Bir  çox  rejissorlar  öz  filmlərinin  bəzilərindən 

sonradan utanıblar. Utandığınız filminiz var?

– Utanmaq bir az sərt olar, amma düşünürəm ki, indi həmin 

filmləri  çəksəydim,  başqa  cür  işləyərdim.  Məncə, 

çəkdiklərindən  utanmaq  lazım  deyil,  sadəcə  buraxdığın 

səhvləri görmək və nəticə çıxarmaq lazımdır. Rejissorun hər 

filmi onun inkişafına xidmət edir, məncə, burada utanılacaq 

bir şey yoxdur.

– Stolüstü kitabınız (bədii ədəbiyyat) hansıdır?

– Markes..."Yüz ilin tənhalığı".




–  Hansı  yerli  filmi  (filmləri)  dünya  tamaşaçısı 

mütləq izləməlidir?

– Konkret olaraq "Şərikli çörək" filmini deyə bilərəm. O 

ki,  qaldı  müasir  filmlərimizə,  məncə,  dünyaya 

çıxarmağa bir neçə film var.



–  Tarkovski  müsahibələrinin  birində  "Mənə  ən 

çox  həmkarlarımın  bir-birinə  qarşı  anlamsız  kini, 

paxıllığı,  nifrəti  əzab  verir,"  –  demişdi.  Cavid 

Təvəkkül nədən əzab çəkir?

–  Bütün  varlığımla  hörmət  etdiyim  bu  adam  başını 

xarab  eləyib  də  dünyanın  da,  bizimkilərin  də 

(gülümsəyir).  Yox,  mənə  əzab  verən  başqa  səbəblər 

var;  məsələn,  niyə  istədiyimi  çəkmirəm?  Mənim  üçün 

əzab  budur,  fırçan  var,  amma  rənglər  yoxdur;  qələm 

var,  kağız  tapa  bilmirsən”  ssenarin  var,  amma... 

Həmkarların  bir-birlərinə  kini,  paxıllığı,  nifrəti,  vallah, 

mənə  maraqlı  deyil.  Mənim  çox  hörmət  etdiyim, 

dəyərləndirdiyim  həmkarlarım  var  ki,  yeri  gələndə 

onlardan  məsləhət  alıram  və  onların  hər  bir  uğuruna 

sevinirəm...



– Həyatınız hansı filmə bənzəyir?

–  Məncə,  belə  bir  film  yoxdur,  ya  da  mən  hələ 

baxmamışam o filmə...

–  Ölmədən  öncə  mütləq  izlənməli  olan  5  film 

hansıdır?

–  Beş  film  azdır,  ölmədən  öncə  baxılası  çox  film  var. 

Konkret istəyirsinizsə, deyim: "Amarcord", "Le Charme 

discret  de  la  bourgeoisie"  (“Burjuaziyanın  təvazökar 

cazibədarlığı”),  "À  bout  de  souffle"  (“Təngnəfəs”), 

"Dodesukaden"  və  "Otto  mezzo"  (“Səkkiz  yarım”). 

Siyahını çox fikirləşmədən doldurdum.

– Sonluq necə olmalıdır? 

– "Irréversible" filminin 01:30:27-ci dəqiqəsindəki kimi. 

Ümumiyyətlə,  mənim  üçün  ideal  variant  məntiqli  və 

xoşbəxt  sonluqdur,  amma  neynəmək  olar  ki,  həmişə 

belə olmur...

42



Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə