Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   9   10   11   12   13   14   15   16   17

(Mir Bağır) – Propaqanda filmləri?

(İqbal  Məmmədəliyev)  –  Bəli,  onlar  propaqanda  filmləri  idi  və  həm  də 

kinoteatrlarda bədii filmlərdən əvvəl göstərilirdi. Haradasa 15-20 dəqiqəlik 

xronometrajla,  sonunda  da  pafoslu  ismarıclar  verilirdi  və  ardından  qısa 

vaxt ərzində babin dəyişilirdi, camaat da, nəhayət, izləməyə gəldiyi filmi 

seyr  edirdi.  O  dövrlər  həm  də  sənaye-quruculuq  dövrləri  idi  və  bu  kimi 

kinojurnalları nümayiş etdirmək üçün dolayısıyla bədii film seanslarından 

istifadə  olunurdu.  Çünki  heç  kim  sənədli  filmə  görə  bilet  alıb  kinozala 

girmək  istəməzdi.  Sənədli  filmin  cazibədar  mövzuları  və  üslubu 

olmadığından onu kinoseansda məcburi “yedizdirmək” əlacı qalırdı. Bu da, 

haradasa, sənədli filmləri arxa planda saxlayırdı. Həmçinin tamaşaçı da 

seçici deyildi, ac idi. Çünki televiziyalar o qədər də inkişaf etmədiyindən, bir 

çox filmlərin yeganə nümayiş yeri kinoteatr idi. Bügünkü dünya tamaşaçısı 

artıq propaqanda filmlərindən doymuş, seçim edə bilən tamaşaçıdır. Bu 

gün  tarixinə,  keçmişinə  qayıtmaq,  məlumatlar  əldə  etmək  istəyən  yeni 

kütlə yetişir. Çünki dünya 2000-ci ildən bəri informasiya dövrünü yaşayır. 

Sənədli filmin də informasiya yükü bədii filmdən çox olduğundan, son illər 

sənədli filmlərin çəkisinin artmasını bununla bağlamaq olar.

Azərbaycan sənədli film tarixinə gəldikdə isə bum dövrünü elə bizim nəsillə 

bağlamaq olar.

(Mir Bağır) – 90-ların sonu 2000-lərin əvvəli?

(İqbal Məmmədəliyev) – Bəli. 1995-ci illərdən 2010-cu illərə qədər. 

O dövrdə sənədli film istehsal edən böyük qurumlar var idi. Elə özüm işlədiyim Lider 

TV-nin  “Azərbaycan  Redaksiyası”nda  təxminən  500-ə  yaxın  sənədli  film  çəkildi. 

Onların içərisində kifayət qədər tutarlı, sanballı sənədli filmlər də oldu. İndiki rejissorlar 

o dövrdə çəkilən sənədli filmlərin əksəriyyətini müasir xronika kimi istifadə edirlər.

(Mir Bağır) – Tahir müəllim, sizin fikirləriniz də maraqlıdır.

(Tahir  Əliyev)  –  Bədii  filmlərin,  xüsusən  də  bizim  olmayan  filmlərin  o  dövrlərdə 

sevilməsinə, baxılmasına bir həsəd hissi var idi. Biz oradakı həyatı yaşamaq istəyirdik, 

amma  yaşaya  bilmirdik,  oradakı  qəhrəmanlar  kimi  olmaq  istəyirdik,  amma  Sovet 

İttifaqında  bu  cür  ola  bilmirdik,  alınmırdı.  Bu  gün  isə  bunlarla  heç  kimi 

təəccübləndirmək, heyran etmək mümkün deyil. Kim nə istəyir edir. Sənədli filmə isə 

cəmiyyətimizin  bir  az  aclığı  var.  Yaxşı,  işlənməmiş  mövzular  var.  Biz  həm  də  bu 

filmlərin təbliğində zəifik. İndi bunu televiziyaların günahı kimi qələmə versək, bu da 

düz  çıxmaz.  Misal  üçün,  biz  film  çəkdik.  Mən  də  baş  rolda  oynayırdım  –  “Əbədi 

ezamiyyət”. Baxmayan qalmadı. Niyə?

46



47

(Mir Bağır) – Çünki bütün telekanallarda nümayiş olundu.

(Tahir Əliyev) – Ay sağ ol. Televiziyaların rolu böyük oldu. Deməli, xalq sənədli filmi 

sevir  də.  Yaxşı  mövzu  olanda  sənədli  filmi  sevəcəklər.  Həm  də  sənədli  film  bizim 

özümüzü göstərir deyə insanlara maraqlıdır. Mən hətta bədii kitab oxuyanda belə, o, 

çox  vaxt  mənim  beynimdə  sənədli  film  kimi  canlanır.  Baxmayaraq  ki,  bu,  onun 

təxəyyülünün  məhsuludur,  ya  da  görüb  yazıb.  Sonra  onun  əsasında  bədii  filmi 

görəndə isə mənə qurama gəlir.



(Mir Bağır) – Hər bədii əsərin əsasında bir az sənədlilikdən, ya da real hadisələrin 

motivlərindən istifadə olunur, çox güman ki.



(Tahir Əliyev) – Düzdür, o da var. Amma bəzən elə şeylər də oxuyuram ki, bunun real 

həyatda baş verməyi qeyri-mümkün görünür. Bir şey də var ki, sənədli film sənədlər 

üzərindədir. İsa Hüseynovun bir sözü var e, “Mən necə deyirəmsə, elə də yaz. Sadə, 

xalq  dilində”.  O  sadə  xalq  dili  ki  var,  o,  Azərbaycan  sənədli  kinosudur.  Sənədli 

kinomuz, sözün əsl mənasında, xalq üçün çəkilir. Amma yenə deyirəm, televiziyalar bir 

az qısqancdırlar sənədli filmlərə. Özləri də demək olar ki, istehsal etmirlər. Sən mənə 

son illərdə istehsal olunmuş bir bədii-televiziya filmi göstərə bilərsənmi? “Ad günü”, 

“Mən  mahnı  qoşuram”,  “Nəğmə  dərsi”,  ya  da Tofiq  İsmayılovun  yaradıcılığının  çox 

hissəsi televiziyanın sifarişi ilə istehsal olunmuş filmlərdir.

(Mir Bağır) – Yeri gəlmişkən, sözünüzə qüvvət. Bundan öncəki sayımız, seriallar və 

televiziya  istehsalı  olan  filmlərə  həsr  olunmuşdu  və  orada  bu  mövzulara  geniş  yer 

vermişdik. Adicə  birini  misal  gətirim  ki,  HBO  televiziya  şirkəti  dünyanın  hazırda  ən 

böyük şirkətlərindən biridir. Və nəyin hesabına? Özünün istehsal etdiyi televiziya və 

bədii  filmlərə  görə.  Yəni  hazırda  tv  istehsalı  olan  məhsullar  dünyada  böyük  kino 

şirkətlərinin istehsal etdiyi filmlərlə baş-başa qoya bilirlər.



(Tahir Əliyev) – Elə sənin bayaq saydığın o festivallarda yer tutan sənədli filmlərin 

əksəriyyəti televiziya istehsalı, ya da dəstəyi ilə çəkilən sənədli filmlərdir. Bizdə də bir 

neçə il bundan əvvələ qədər televiziyalara vəsait ayırırdılar, amma onlar nə çəkdilər? 

Heç kəsə maraqlı olmayan seriallar. Düzdür, bu, televiziyaların öz işidir, amma edə 

bilərdilər ki, silsilə sənədli seriallar da hazırlasınlar, lakin eləmədilər. Ya da hökmən 

deyil  ki,  sənədli  olardı.  Tarixi,  mətbəx  mövzularından  kənar,  yəni  maarifləndirici 

seriallar  da  çəkmək  olardı.  Sən  bilirsən  ki,  Azərbaycan  gənci  Osmanlı  tarixini 

Azərbaycan tarixindən yaxşı bilir?...



(Mir Bağır) – Elə olmalıdır da.

(Tahir Əliyev) – Niyə?

(Mir Bağır) – Bütün günü o mövzuda türk seriallarına baxırlar.

(Tahir Əliyev) – İndi Azərbaycan tarixi mövzusunda bizim bir dənə serialın adını de 

mənə.



Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə