Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   9   10   11   12   13   14   15   16   17

kölgə  salmamaq,  onu  kiçiltməmək  üçün  buna  göz  yumuruq,  dolayısıyla  da  yalan 

danışırıq. Bu, həm də müasir Azərbaycan tamaşaçısının düşüncə, təfəkkürü ilə bağlı 

olan bir şeydir. Yəni tamaşaçı da bunu istəyir. Arada Tahirlə çəkdiyimiz qəhrəmanlar 

haqqında söhbət edəndə deyirik ki, bunun bir bu cəhəti də var idi, məsələn, şorgöz idi, 

məişət  pozğunu  və  s. Amma  biz  bunu  verə  bilmirik  sənədli  filmdə.  Çünki  fikirlərdə 

ideallaşan və ya ideallaşdırmaq istədiyimiz şəxs haqqında bu kimi xüsusiyyətləri açıq 

göstərmək və səsləndirmək birmənalı qarşılanmır.

(Mir Bağır) – Amma qərb kinosunda belə mövzulara maraq daha çoxdur sanki. Elə 7 

dəfə  “Tur  De  Frans”-ın  qalibi  olmuş Armstronq  haqqında  çox  yaxşı  “Armstronqun 

yalanı” adlı sənədli film var. Orada hamının qəhərmanı olan Armstronqun sonradan 

hansı yalanlarla bu zirvəyə çıxdığı açılır və hətta qəhrəman özü bunu etiraf edir sonda.



(Tahir  Əliyev)  –  Dərd  orasındadır  ki,  bədii  filmimizdə  də  bu  problem  var.  Yəni 

qəhrəmanları həddən artıq ideallaşdırırıq.



(İqbal Məmmədəliyev) – Biz xalq olaraq hələ inkişaf etməkdəyik. Ona görə də film 

çəkərkən,  xüsusən  də  tarixi  şəxsiyyətlərimizi,  daha  çox  tanıtım  xarakterli,  müsbət 

yönlərini  göstərməliyik  ki,  müasir  gənclər  onlar  barəsində  müsbət  təmayüllü 

düşünsünlər. Ən gözəl rejissor Allahdır. Onun dramaturgiyası ilə ömür sürürük. Gah 

müsbət  oluruq,  gah  da  mənfi.  Ramiz  Rövşən  demişkən,  ən  gözəl  şeir,  yazılmamış 

şeirdir. Elə mövzular var ki, onları bu gün ucuz qiymətə çəkib satmamalıyıq.



(Mir Bağır) – Yəni deyirsiniz, tamaşaçı da hazır deyil.

(İqbal  Məmmədəliyev)  –  Ay  sağ  ol.  Əgər  sənədli  filmdə  hər  şeyi  olduğu  kimi 

göstərsək,  çəksək,  bizi  Şirməmməd  Hüseynov  kimi  topa  tutarlar.  Ona  görə  nə 

eləmişiksə  –  pis-yaxşı  –  onun  da  qiymətini  gələcək  nəsillər  ya  verəcək,  ya  da 

verməyəcək.



(Mir Bağır) – Maraqlı söhbət alındı, məncə. Hər ikinizə böyük təşəkkürlər.

50


Tərcümə

Şahin Xəlil



Jan Švankmajer

sürrealizm dahisi ilə

müsahibə

51

Sənət kinosunun bir çox usta rejissorları var 

ki, adları kino tarixinə əbədi yazılıb. 

Onlardan biri də çexiyalı "Sehrbaz" ləqəbli 

Yan Şvankmayerdir. Rejissorun bütün 

filmləri sürrealizm üzərində cərəyan edir və 

o, öz tərzinə sadiq qalan tək-tük rejissordan 

biridir. Şvankmayerin "Poleno" filmi 

haqqında "Druqoe kino" (“Другое кино”) 

dərgisinə verdiyi müsahibəni təqdim edirik.



52

– "Poleno"-nun yaranmasını sivilizasiyanı məhv 

etməyimizin cəzası olduğunu deyirsiniz. Müasir 

sivilizasiyanın başlıca çatışmazlığı nədir: onun 

praqmatik olması, ya irrosianallıqdan imtina etmə? 

Bəs sivilizasiyanı alternativ yolla necə inkişaf 

etdirmək olar?

– Mən heç vaxt bu cür açıq fikirlər deməmişəm. 

"Poleno" təxəyyül məhsulu olan bir filmdir. Bildiyiniz 

kimi, təxəyyül məhsulu olan bütün filmlər çoxmənalı və 

çoxşaxəli filmlərdir. "Poleno" da həmçinin. İstəmirəm ki, 

film haqda təkcə bir fikir yürüdülsün, film bir şəkildə 

qəbul edilsin ki, doğru interpretasiya budur. "Poleno" 

təkcə uşaqların və dəlilərin gördüyü, bizim görə 

bilmədiyimiz bir şey də ola bilər. Mən həqiqətən hesab 

edirəm ki, sivilizasiyamızın başlıca defekti onun 

utilitarizmidir – o, cəmiyyətdə layiqli yerini ala bilmədi 

ki, insan da irrasionallıq qazansın. Bunun nəticəsi olan 

qazanılmayan irrasionallıq yer üzərində absurdizm 

şəklində meydana gəlir. Bununla da Markuza (Herbert 

Marcuse) görə, "birölçülü insan" yaranır, onun tək 

ideologiyası pul olur, dünya ilə yeganə bağlılığı isə – 

praqmatizm. Əlbəttə, başqa inkişaf yolları da var və hər 

zaman olacaqdır. Buna sübut kimi, xristianlıq və lap elə 

atlantik sivilizasiyaları məhv edib, yenidən yaradan 

dünyəvi sivilizasiyaları misal göstərmək olar. Mövcud 

sivilizasiya haqda təbii şəkildə yaranmış və ya müasiri 

olaraq danışmaq gülməlidir. Bu sivilizasiyanın keçmişi 

qəddarlıq və qanlarla doludur. Onun əsasında əzablı 

repressiyalar və nifrət doğuran qarışıqlıqlar var. Məncə, 

bu sivilizasiya mərhəmətə layiq deyil. Əgər xoşbəxtliyin 

insan üçün həyatda əsas dəyər olması ilə razılaşsaq, 

insanlıq sivilizasiya yoluna qədəm qoymaqla ən böyük 

səhvi edib, bu səhv onlara həyatları bahasına başa 

gələcək. Hər zaman bir qayda işləyib: öz sivilizasiyanı 

yaşamış birinin yeni sivilizasiyada tumurcuqları var. 

Artıq onları axtarmağın vaxtı gəlib.



53

– Rasional sivilizasiya ilə irrasional qüvvələrin mübarizəsində

ailə üzvlərindən hər birinin qurbana çevrildiyi məqamda, 

süpürgəçi birinin cəngavərə çevrilib, vəhşi üzərində 

qalibiyyətini filmin konteksti olaraq necə anlamaq olar? Niyə 

məhz o, xilaskara çevrildi?

– Mən axı dedim, istəmirəm ki, film haqqında yeganə "doğruluq" 

fikri yaransın. Bir də ki, süpürgəçinin Polenonun yeni qurbanına 

çevrilməyəcəyinə niyə bu qədər əminsiniz?



– "Alisa" filminiz haqqında demişdiniz ki, bu, nağıl yox, 

yuxudur, çünki nağıldan fərqli olaraq tərbiyələndirməkdən 

məhrumdur. Demək olarmı ki, yuxudan didaktizmə keçid sizin 

baxışlarınızın dəyişib, konservant birinə çevrildiyinizdən xəbər 

verir?

– Erbenin (Karel Erben) nağılı didaktikdir: o, sözün hər mənasında, 

uşaqlara acgöz olmamağı öyrədir. Amma biz bilirik ki, xalq nağılları 

qədim miflərin məhsuludur. Mənə miflər vacibdir, Erbenin didaktikliyi 

yox. Məncə, "Faust", "Adəm və Həvva" mifləri də "Poleno"nun 

mifləri hesab edilə bilər.



– Demişdiniz ki, "Sürrealizm romantizm dövründən bu yana 

bənzəri olmayan böyük macəradır". Bu macəraların məntiqli 

sonluğu varmı? 21-ci əsrdə yolunuzu davam etdirə biləcək 

layiqli davamçılar görürsünüz?

– Bilmirəm, "məntiqli son" deyəndə nəyi nəzərdə tutursunuz. 

Məncə, romantizm dövründəki bütün romantizm məhv oldu, yox 

oldu. Amma bu heç də onların böyüklüyünə kölgə salmır. 

Sürrealizm də 20-ci əsrin romantizmi kimi dünyanı dəyişmək istədi 

(Karl Marks), həyatı dəyişmək istədi (Artur Rembo). Dünya 

həqiqətən dəyişdi. Amma pisliyə doğru. O tamam ayrı, 

sürrealistlərin arzulamadığı bir səmtə üz tutdu. Sürrealizm dünyanı 

ondan təsirlənənlər vasitəsi ilə dəyişir. Sürrealizm 20-ci əsrin ikinci 

yarısında sənətdə total dəyişikliklər etdi, paradoksal olaraq 

sürrealizm buna çalışmırdı. Amma yenə də düşünürəm ki, 

sürrealistlər – artıq indi azalan təbəqə böyük rol oynayır: bütün 

dünyada yeni, bir zamanlar bizim kimi mövcud sivilizasiyadan 

narazı olan, alternativlər axtaran gənclər var. Sürrealizm yeni 

romantizm formalaşmayana qədər mövcud olacaq. 21-ci əsrin 

romantizmi.




Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə