Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   ...   9   10   11   12   13   14   15   16   17

Jurnal satış üçün nəzərdə tutulmayıb. Kimsə 

maddi "təşəkkür" etmək istəyirsə göstərilən 

xidmətlərdən istifadə edərək

ödəniş edə bilər.



CARD TO CARD

PAYPAL


Tərcümə

Feyza Əlimuradova



Derek Cianfrance:

Atalar və oğullar haqqında



55

"The Place 

beyond the 

Pines” (“Şam 

ağacları altında 

yer”) filminin 

rejissoru Ryan 

Gosling, Bradley 

Cooper və Eva 

Mendes iş, filmin 

ideyasının 

yaranması, şəxsi 

atalıq təcrübəsi 

və tamaşaçıların 

filmə reaksiyası 

barədə.


56

    –  “Şam  ağacları  altında  yer”  –  miras 

haqqında  bir  hekayədir,  dünyaya  gələrkən 

bizə verilən və bizdən övladlarımıza ötürülən 

miras.  Etdiyimiz  seçimlərin  gələcək  nəslə 

göstərə  biləcəyi  təsir  barədə;  ataların 

günahlarının  oğulların  taleyinə  etdiyi  təsir 

barədə bir filmdir.

     Ailə əhvalatları məni həmişə cəlb edir. İlk 

filmim olan “Qardaşlıq telləri” ("Brother Tied") 

qardaşlar  barədə,  “Mavi  Valentin”  ("Blue 

Valentine”)  ərlər  və  arvadlar  haqqındadır. 

“Şam  ağacları  altında  yer”  isə  atalar  və 

oğullardan  bəhs  edir.  Mənə  elə  gəlir  ki, 

kinoteatr sirləri bölüşə biləcəyimiz, ən tənha 

guşədə olub bizi əks etdirən qəhrəmanların 

evinə və yataq otaqlarına baxa biləcəyimiz, 

onların həyatının dərin intim anlarının şahidi 

ola biləcəyimiz bir yerdir.

  “Mavi  Valentin”  filmində  cütlüyün 

münasibətinin  intim  anlarına  mikroskop 

altında  baxılırdısa,  “Şam  ağacları  altında 

yer”-də 

mən 


böyüdücü 

genişlikdə 

münasibətin  daha  geniş  palitrasını  əhatə 

etməyə çalışmışam. Filmdə üç süjet xətti var 

– körpə oğlu uğrunda cinayət işləməyə risk 

edən  motosikletçi  kaskadyor;  öz  daxili 

düşmənləri  ilə  mübarizə  aparmaq  əvəzinə, 

korrupsiyaya  qarşı  polis  bölməsinə  işə 

düzələn  yeni  ambisiyalı  polis  və  bir-biri  ilə 

qarşı-qarşıya gələrək keçmişin problemlərini 

həll  etməli  olan  iki  yeniyetmə  məktəbli 

haqqında. Hər üç hekayə eyni nəticəyə gəlib 

çıxır.



57

    –  Gəlin,  Rayan  Qoslinqin  ifa  etdiyi  Lyukun 

hekayəsi ilə başlayaq.

      –  Bir  neçə  il  əvvəl  Rayanla  "Mavi  Valentin"  filminin 

ssenarisi üzərində işləyən zaman söhbət onun motosiklet 

ilə  bank  soyması  barədə  fantaziyalarından  düşdü.  Mən 

təəccüblə – "Sən yəqin ki, zarafat edirsən. Mən elə bu cür 

süjet  xətti  olan  film  ssenarisi  yazıram,"  –  dedim. 

Təxəyyülümüz eyni istiqamətdə hərəkət edirdi. Bu, bizim 

bu  filmi  yaratmalı  olduğumuzun  bir  tale  olduğunu 

açıq-aşkar dərk etdiyimiz anlardan biri idi. Lyuk qaranlıq 

keçmişi  olan  bir  oğlandır.  O  çox  şey  görüb,  çox  şey 

yaşayıb, dəfələrlə zədə alıb, bədəni yaralarla örtülməsə 

də,  keçirdiyi  bütün  ağrı-acını  göstərən  döymələrlə 

doludur. Digər tərəfdən isə onun görünüşündə mistik bir 

cəhət  var.  O,  “Şangri-La”  tipli  qız  qruplarının  oxuduğu 

mahnılardakı 60-cı illərin oğlanlarına oxşayır. Onun sanki 

iki siması var: daxili büsbütün yaralarla, zədələrlə doludur, 

xaricdən isə ağ saçları, döymələri, əzələli qolları, bədəni 

ilə xarizmatik bir obraz yaradıb. O sanki balaca qəfəsdəki 

böyük pişikdir – əzab çəkmiş və təhlükəlidir, ancaq onu 

əhliləşdirmək mümkünsüzdür. 

          Qəhrəmanımız  həyatının  müəyyən  mərhələsində 

ölkəni şəhər-şəhər gəzərək, fərqli qızlarla görüşərək, bir 

ürək yanğısından digərinə keçərək motosikleti ilə təhlükəli 

tryuklar  həyata  keçirir.  Bir  dəfə  o,  bir  il  əvvəl  olduğu 

Skenektadi şəhərciyinə qayıdır və xəbər tutur ki, vaxtilə 

sevgi münasibəti yaşadığı Romina adlı qızın uşağı olub. 

Uşağın onu, onun da uşağı gördüyü an Lyukun həyatını 

birdəfəlik dəyişir. O, – əvvəlki həyatının pis vərdişləri ilə 

korlanmış biri, – ondan dünyaya gələn, nifrət, kinizm və 

keçmişin ləkələrindən məhrum bu saf varlığı görür. Körpə 

o  qədər  məsumdur  ki,  o,  sanki  uşağı  qucağında  hiss 

etmir. Bax, elə bu məqamda onun həyatı məna qazanır. 

Ancaq o, atalıq bacarıqlarından məhrumdur. Bəzən çox 

təhlükəli olan sevginin gücü altında o əzilir. Uşağın anası 

Romina  (Eva  Mendes)  heç  cür  rahatlıq  tapmır.  O,  bu 

adamı sevir. Ancaq eyni zamanda Lyukun necə təhlükəli 

biri olduğunu anlayır. Və o, sevgi ilə təhlükəszilik, oğlu ilə 

onun atası arasında seçim etmək məcburiyyətində qalır.

            İkinci  süjet  xətti  Bredli  Kuperin  ifasında  Eyverinin 

hekayəsindən  bəhs  edir.  Mən  Alfred  Hiçkokun  “Psixo” 

("Psycho") filmini həmişə çox bəyənmişəm, Canet Lidən 

Toni  Perkinsə  olan  virtuoz  keçiddən  ötrü  ürəyim  gedib. 

Bunu öz işlərimdə təkrar etmək istəmişəm. 



Qəhrəmanlarının  hərəkətlərinin  həqiqi  nəticələri  olan  film  çəkmək. 

Eyveri uşaqlıqdan düzgün həll yolunu görmək və seçmək qabiliyyətinə 

malik bir oğlan olub; o, sanki həqiqi bir rol modelidir. Həmişə nümunəvi 

keyfiyyətləri ilə seçilib, yaxşı dostdur, öz çevrəsində məşhurdur, ədalətli, 

vicdanlı,  etibarlı,  güclü,  yüksək  IQ-yə  malik  bir  oğlandır.  Kiçik  əyalət 

şəhərinin  hörmətli  sakinlərinin  ailəsində  anadan  olub:  atası  rayonda 

məşhur hakimdir. Həyat yolunda qarşılaşdığı, taleyinin kəsişdiyi hər kəs 

– atası, məktəb sevgisi, hamı elə zənn edir ki, o, məhz atasının ardınca 

gedərək  onun  sənətini  davam  etdirəcəkdir. Ancaq  Eyverinin  öz  taleyi 

barədə  başqa  xəyalları  var.  Müstəqil  şəkildə  həyatını  tam  başdan 

qurmaq üçün o, atasının istəyinin əksinə, hüquq təhsilini atır. Biz ilk dəfə 

Eyverini ekranda görəndə o, artıq 28 yaşlı polis işçisidir. Təcrübəsizliyi 

səbəbindən  Eyveri  ilk  səhvini  edir.  Bu,  haqqında  danışmağa  cəsarət 

etmədiyi zəhərli utanc hissini yaradır. Bizim onu ilk gördüyümüz an o, 

yanlış  olduğunu  tamamilə  dərk  edərək  həmin  səhvinin  günahını 

yaşayırdı.  Eyni  zamanda  cəmiyyət  onu  qəhrəman  hesab  edir.  Bunun 

təsiri ilə o, yalanının günahı və öz peşəsinin insanlarına uyuşmayan bir 

cəhətə görə daha çox utanc hissi keçirir. Bu daxili münaqişə, həmçinin 

iş yerində korrupsiya məsələsi ilə bağlı konflikt həyat yoldaşı və azyaşlı 

oğlu ilə münasibətlərinin korlanmasına səbəb olur. Belə olanda o, seçim 

etmək məcburiyyətində qalır: ya onu narahat edən daxili düşmənləri ilə 

mübarizə aparmalı, ya da gücünü onu real həyatda əhatə edənlərə qarşı 

yönəltməlidir. O, yaxşı insan olmaq üçün yaxşı əməllər etməyə başlayır. 

Ancaq  faciə  də  elə  məhz  bundan  ibarət  olur,  o,  daxili  əzablarından 

qurtulmaq  üçün  başqalarının  problemlərini  həll  edərək  öz  ağrılarını 

unutmaq istəyir. Nəticədə isə bu ona daha da pis təsir edir.



      –  Əsas  qəhrəmanların  qarşıdurmalarından,  Qosling  və 

Kuperin bu obrazlar üzrə işlərindən bəhs edin.

      – Hər ikisinin bu filmdəki ifalarını təkcə aktyorluq kəlməsi ilə ifadə 

etmək mümkünsüzdür. Bu əsl əməkdaşlıq idi. Onlar öz qəhrəmanlarının 

xarakterlərini,  süjet  xəttini,  replikalarını  anlamaq  və  inkişaf  etdirməyə 

ustalıqla  müvəffəq  oldular.  Hər  ikisi  də  qəhrəmanlarımın  ekranda 

göstərmək  istədiyim  ruhlarının  ən  dərin,  gizli  guşələrinə  belə  nüfuz 

etməyə  cəsarət  edə  bildilər.  İkisi  də  çox  çalışqandır,  öz  obrazları 

üzərində çox diqqətlə işləməyə və ümumi işimizin tələb etdiyi hər şeyi 

etməyə hazırdırlar. Rayan təkcə kinoda deyil, həyatda da çox yaraşıqlı 

və  xarizmatik  xarici  görünüşə  malikdir.  O,  təbiətən  çox  maraqlıdır  və 

ekranda çox ahəngdar görünür. Onda ətrafındakıları daha yaxşı olmağa 

sövq edəcək nəsə xüsusi bir cəhət var. O, əsl sehrbazdır. Mən ondan 

çox  yeni  şey  öyrəndim  və  səmimi  olaraq  hesab  edirəm  ki,  onunla 

işlədiyim  üçün  çox  şanslıyam.  Rayanda  olduğu  kimi,  Bredli  ilə  də  ilk 

görüşdəcə  ondakı  eyni  xarizmanı  hiss  etdim.  Seçimimin  qərar 

arqumenti Bredlinin fantastik çalışqanlığı oldu. 



58


Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə