33
adi bir oyuncaq kukla kimi baxırdı. O, Ceyni müxtəlif yollarla iynələyirdi. Bunların mənasını
Ceyn heç də həmişə başa düşmürdü, ona aydın olan tək şey Serjin dəyişməyən səs tonu
idi.
Sevgi səhnələrinin birində kinayə ilə Serj onun qulağına pıçıldayır: “Əzizim, fransızsa
bir söz belə bilmədiyiniz halda nə üçün fransız filminə çəkilirsiniz?” Ceynin rəngi dərhal
ağarır və o, mətni qarışdırır. Yazıq Grimbl bu cütlüklə nə edəcəyini bilmirdi. Ağlına gələn tək
şey guya ssenarini müzakirə etmək üçün onları restorana dəvət etmək idi. Özü isə görüşə
getməyəcəkdi, qoy Serj ilə Ceyn birlikdə yemək yesinlər, söhbət eləsinlər və bəlkə bu yolla
onların münasibəti isinər. Sevgi intriqasının yaranması da istisna deyildi, təbii ki.
Kifayət qədər vodevil bir hiylə idi, ancaq nəticəsi gözləniləndən də artıq oldu. Kim bilir
necə, ancaq onlar elə ilk gecədəcə ortaq dil tapdılar. Əgər Ceyn fransızca bilmirdisə, Serjin
də ingiliscəsi yaxşı deyildisə, onların nə haqqında danışdıqlarını təxmin etmək çətindir.
Ancaq nəticə olaraq Ceyn başa düşdü ki, ilk baxışdan ona özündən razı və abırsız kimi
görünən Serj, əslində yeniyetmə bir oğlan kimi çox utancaq, qəlbi yaralı və sanki çox tənha
idi. Gensbur da öz növbəsində başa düşdü ki, çox qadındansa bir qadınla yaşamaq heç də
pis olmazdı. Hətta daha yaxşı olardı.
34
Parisin 7-ci rayonunda ev almaq xəbərini eşidən dostları
birmənalı şəkildə şərh bildirdilər ki, Serj balaca ingilis qızına aşiq
olub və bu dəfə deyəsən işlər ciddidir. Əks halda şəxsi ev onun
nəyinə gərəkdir ki! 40 yaşına kimi o, valideynləri ilə yaşayırdı, öz
rəqfiqələri ilə isə əfsanəvi 314 nömrəli otel otağında görüşürdü.
Hətta müvəqqəti olaraq bu otaqda görüşmələrini belə Ceyn
kəskin bir şəkildə rədd etmişdi. Həmin ilk gecə Serj onu
“Parisyen” otelinə apardığı günü çox gözəl xatırlayırdı. Xidmətçi
Serjə müraciətlə demişdi: "Cənab Gensbur, xanımla
birlikdəsiniz? O zaman həmişəki kimi 314 nömrəli otaq”. Ceyn
hədsiz dərəcədə hirslənmiş, ancaq gecənin bir yarısı yeni tanış
olduğu biri ilə otelə gəlmişdisə, belə bir situasiyada etiraz
etməyin yersiz olduğunu anlamışdı. Yaxşı ki, həmin gün onlar
arasında heç nə baş vermədi. Ceyn hamam otağından çıxanda
Serj artıq yatmışdı. Növbəti gün isə o, Ceyni dostu Petula
Klarkın evinə gətirmişdi. Bu da Serjin onu indiyə qədər
həyatında olan digər qadınlardan fərqləndirdiyinin daha bir
göstəricisi idi.
Onun Ceynlə münasibətinin xüsusi olduğunu hamı hiss
edirdi, ancaq heç kim düşünmürdü ki, bu münasibət 12 il davam
edəcək. Bunun üçün olduqca çox səbəblər var idi. Məsələn,
Gensburun ailə həyatına uyuşmayan pis vərdişləri. 40 yaşında
olan insan üçün isə vərdişlərindən əl çəkmək asan deyil.
Bundan başqa, aralarında 20 yaş fərq var idi, təbii ki, 40 yaşlı
insanla 20 yaşlı insanın həyatdan istədikləri də fərqli olur.
Aralarındakı dil bariyeri də güclü səbəb idi. Ən nəhayət, Ceyn
asanlıqla daha cavan və yaraşıqlı birini tapa bilərdi. Serji də
deyəsən ən çox narahat edən bu idi. “Sloqan” filminin çəkilişləri
bitdikdən sonra Ceyn yaraşıqlı Delonla birlikdə “La Piscine”
(“Hovuz”) filmində çəkilmək üçün dəvət aldı. Bu vaxt Serj – ciddi
yetişkən kişi, bütün günü çəkiliş meydançasının ətrafında gəzişirdi. Bəli, o qısqanırdı!
Qorxurdu ki, Delon onun balaca Ceynini oğurlayacaq.
“Siz qızlar, gözəl olan hər şey üçün acgözlük edirsiniz. Başa düşmürsünüz ki, eybəcərlik
gözəllikdən daha əhəmiyyətlidir və daha uzun müddət davam edir. 20-30 il sonra Delon
kompotun içindəki armud kimi bürüşəcək, acınacaqlı və eybəcər olacaqdır. Mən isə elə
olduğum kimi qalacağam, çünki bundan daha betəri olmur.”
Bir dəfə Gensbur möhtəşəm bir limuzin kirayəyə götürür və çəkiliş meydançasına Ceyni
qarşılamağa gedir. Onlar üstüaçıq limuzində şampan şərabı içə-içə gedirdilər, arxalarınca
isə öz “Range Rover”-ində Delon tələsirdi. “Ora bax, o, qəzəbli milçəyə oxşayır,” – Delona
işarə edərək Gensbur deyir. Şair olduğu üçün o, sözün təsir gücünü çox gözəl bilirdi.
Birlikdə olduqları ilk il onlar, demək olar ki, heç ayrılmadılar. Gensbur hətta öz karyerasını
da düşünmürdü. Onlar cəmiyyət arasına çıxır, birlikdə müasir klub və restoranları gəzirdilər.
Gensbur ictimaiyyət arasında olmağı sevirdi, çünki insanlar tərəfindən tanınmaq onu
məmnun edirdi, ancaq bütün gücü ilə bunun tam əksini nümayiş etdirirdi. Onun xasiyyəti bu
cəhətdən Ceynə də təsir edirdi. O, Serjin şəxsi stilisti olmağa çalışırdı, ona nələrsə alır,
onun üçün saç düzümü fikirləşib tapırdı. Ceyn hesab edirdi ki, onun bu cəhdlərinə qarşı
35
Serj hədsiz dərəcədə diqqətsizlik göstərir.
Ancaq Gensbur qətiyyətlə onun iradlarını
rədd edirdi: “40 yaşımda balaca bir qızla
münasibətə girib onunla ailə qurmağa
hazırlaşmağımın özü belə axmaqlıqdır.
Ancaq sənin qoca canavardan mülayim bir
pişik düzəltmək cəhdlərin isə tamamilə
gülüncdür”. Qısacası, onun öz xarici
görünüşünə bu cür laqeyd yanaşması da
sadəcə nümayiş, göstəriş xətrinə idi.
Yaxası açıq köynəklər, cırıq cinslər, boş
boyun ətrafına dolanmış qalstuk və üç gün
qırxılmamış saqqallı simasi ilə (yeri
gəlmişkən, bunu elə Gensbur dəbə
gətirmişdi) o, çox yaxşı düşünülmüş bir
solçu imici yaratmışdı – mövcud sistemə
nifrət edir, ancaq ondan çox yaxşı istifadə
etməyi bacarırdı. Elə buna görə
ayaqqabıları piton dərisindən olurdu,
şalvarının cibindən brilliant işləməli
podsiqar sallanırdı. Ceynə də tez-tez çox
bahalı və gözəl əşyalar, hədiyyələr alırdı.
"Daha yaxşı olar ki, mənə bir mahnı
hədiyyə edəsən,” – bir dəfə Ceyn ondan
xahiş edir. Və Serj ona özünün ən gözəl və
ən dürüst sevgi mahnısı olan "Je t'aime…
moi non plus" (“Mən səni sevirəm... Mən də
yox”) mahnısını həsr edir. Əslində bu
mahnını Serj Ceynlə tanış olmazdan yarım
il əvvəl Bricit Bardoya ithafən yazmışdı.
Mahnının dörddə bir hissəsi ehtiraslı qadın
iniltilərindən ibarət idi, qalanı isə sevişmə
barədə açıq-saçıq bir mətn idi.
Serj və Bardo hətta birlikdə səslərini də
yazdırmışdılar, ancaq Bricit qəfil utanaraq
bu mahnının onun üçün çox açıq-saçıq
olduğunu əsas gətirərək Gensburu mahnını
yazdırmaq fikrindən daşındıra bilmişdi.
1969-cu ildə isə Bardonun partiyasını Ceyn
oxuyur. Sanki üzünü yastığa sıxmış kimi
boğuq və zəif səsi ilə “Mən səni sevirəm” –
deyir, “ Mən də səni yox”, – xırıltılı, dumanlı
səsi ilə Serj cavab verirdi. Bu eyni zamanda
həm çox gözəl, həm də təhqiredici
səslənirdi. Vəziyyət o həddə gəlib çatdı ki,
hətta bəzi Avropa ölkələrində mahnıya
qadağa qoyulmuş, Roma Papası ictimai
formada öz narazılığını bildirmişdi. Əsasən
belə hallarda baş verdiyi kimi, bu da çox əla
reklam oldu. Disk bir neçə milyon tirajla
satıldı. Gensbur birdən-birə diskləri ən çox
satılan musiqiçiyə çevrildi. Onun keçmiş
uğuru indiki ilə müqayisəyə belə gəlməzdi.
Jurnalların üz qabığı üçün şəkillər, qəzet,
radio və televiziya üçün müsahibələr. Və
qaçılmaz sual: “Niyə “mən də yox”? Bu nə
mənaya gəlir, cənab Gensbur?” – “ Bu, o
deməkdir ki, xoşbəxtlik məndən qaçmamış
mən ondan qaçmağa üstünlük verirəm.”
Ola bilər, o zamanlar Ceyn fransızcanı
bu ifadənin mənasını onu narahat edəcək
dərəcədə anlamaq həddində bilmirdi. Və
yaxud bunu sadəcə zəhlətökən jurnalistlərə
verilən adi bir cavab kimi qəbul edirdi. Həm
də onların gündəlik yaşantıları Serjin
xoşbəxtlikdən qaçmaq istəyində olduğunu
göstərmirdi. Hətta tam əksinə, elə
görünürdü ki, Serj özünü hazırkı həyatında
xoşbəxt hiss edir. Hətta daha az içməyə
başlamışdı. Əvvələr onun adi günü “Pastis
51” arağı ilə başlayır (özünün ikiqat
dozasına görə, o, bu içkini “yüz iki”
adlandırırdı) və digər qarışıq içkilərlə
davam edirdi. Serj həmişə alkoqolu
yaradıcılıq üçün yeganə stimul verən qüvvə
hesab edirdi, ancaq indi onun stimul vericisi
balaca həyat yoldaşı idi. O, demək olar ki,
daha digər müğənnilər üçün mahnı
yazmırdı. Əgər dünyaya nəsə demək,
anlatmaq istəyirdisə, o zaman Ceynə
mahnı həsr edirdi və ya film çəkirdi. Onlar
tez-tez Londona gedirdilər. Ceyn onu öz
valideynləri və qardaşı Endryu ilə tanış
elədi, Serj hamıda çox gözəl təəssürat
yaratmağı bacardı. Xüsusilə də, Fransa
heyranı və poeziya vurğunu olan anasında:
bəs necə, fransız kürəkən, özü də şair düz
qapıya gəlmişdi. Serjin valideynləri də
Ceyni sevdilər. Təkcə ona görə ki, o,
oğullarının yanında idi. Ceynin ilk nikahdan
olan qızı Keyti qayınanası öz nəvəsi kimi
qəbul elədi, əzizlədi. Bir sözlə, onlar normal
ailə
həyatına
başladılar.
Yeganə
çatışmazlıq daha çox uşağın olmaması idi.