On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə10/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

 
19 
onların  hərəkət  etməsi  ilə  razılaşmır  və  buyururdu:  "Mənim  nümayəndəm 
Cəririn  Şamda  olduğu  halda  hazırlıq  əmrinin  verilməsi  sülh  yollarını  Şam 
əhalisinin üzünə bağlayar, əgər bu məsələ ilə əlaqədar xeyir niyyətləri olsa, 
bu  da  aradan  gedər.  Mən  Cərirə  məktub  yazıb  orada  qalma  müddətini 
məhdudlaşdırmışam.  Əgər  yubansa,  onda  ya  aldanmış,  ya  da  öz  imamı  ilə 
müxalifət etmişdir. Mən bu işdə bir qədər təmkinlə hərəkət etmək istəyirəm. 
Əlbəttə,  bu  işin  tədriclə  hazırlaşmağa  heç  bir  maneəsi  yoxdur.  Belə  ki, 
hazırlıq olmadığı təqdirdə hərəkət elan edilsə, işə xələl yetirilər.
1
 
IMAM  (Ə)-IN  YANINDA  CƏRIRIN  MÜQƏSSIR 
SAYILMASI 
Bu  qədər  yubandıqdan  sonra  Cərir  ümidsiz  halda  Imam  (ə)-ın  yanına 
qayıtdı. Malik Əştər Imam (ə)-ın hüzurunda onu sorğu-suala çəkdi. Onların 
arasında kəskin söhbətlər oldu. Bu söhbətlərin bəzilərini qeyd edirik. 
Malik:–Ey  Imam,  əgər  onun  əvəzinə  məni  göndərsəydin,  işi  lazımınca 
yerinə yetirərdim. Bu kişi ümid qapılarını bizim üzümüzə bağladı. Keçmişdə 
Bəni-Üməyyə qəbiləsi Həmdana hakim seçməklə onun dinini aldılar. Onun 
yerin  üzərində  yol  getməyə  belə  ləyaqəti  yoxdur.  Indi  də  Şamdan  qayıdıb 
bizi  onların  gücü  ilə  qorxudur.  Əgər  icazə  versəniz,  onu  və  onun 
həmfikirlərini, məsələ tam aydınlaşana qədər həbs edim! 
Cərir:–Kaş  mənim  yerimə  sən  gedib  bir  daha  geri  qayıtmayaydın,  ya 
Əmr As,  ya  Zilkəla,  ya  da Hövşəb  Zizülm səni  öldürərdi, çünki  onlar səni 
Osmanın qatillərindən hesab edirlər. 
Malik  Əştər:–Əgər  mən  getsəydim,  onların  qarşısında  aciz  qalmazdım. 
Mən  Müaviyəni  bir  yola  dəvət  edər  və  ona  fikirləşməyə  belə  macal 
verməzdim. 
Cərir:–Hələ ki, yol açıqdır. Get! 
Malik:–Iş-işdən  keçəndən  və  hadisə  Müaviyənin  xeyrinə  qurtarandan 
sonramı?!
2
 
Malikin  güclü  məntiqi  var  idi  və  Cərir  onun  yerli  tənqidləri  qarşısında 
düzgün  cavab  tapa  bilməzdi.  Siyasətdə  uduzmuş  belə  bir  şəxsə  layiq  olan 
şey  qəsdən,  yaxud  bilməyərəkdən  etdiyi  səhvinə  etiraf  edərək  üzr 
istəməkdir.  Lakin  o,  Malikin  tənqidləri  qarşısında  müqavimət  göstərdi, 
yavaş-yavaş  Imam  (ə)-dan  uzaqlaşıb  Fəratın  sahilində  yerləşən  "Fərqisya" 
məntəqəsinə sığındı. 
Əgər Cərir o vaxta qədər yaramaz bir iş görməmişdisə, onda onun təqsiri 
bağışlana  bilərdi.  Lakin  onun  sonrakı  işi  qanunsuz  idi.  Onun  Əli  (ə)-ı  tərk 
edib uzaq bir məntəqədə yaşaması Imamın hökumətinə qarşı etiraz əlaməti 
idi.  Bundan  əlavə,  Cəririn  işdən  uzaqlaşması  nəticəsində  qəbilə  təəssübləri 
öz  işini  gördü:  onun  qəbiləsindən  cəmisi  19  nəfər  Imam  (ə)-a  qoşulub 
Siffeynə tərəf hərəkət etdi.
3
 
                                              
1
 "Nəhcül-bəlağə" (Əbdüh), 42-ci xütbə 
2
  "Nəhcül-bəlağə"nin  şərhi,  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.114-115;  "Vəqətu 
Siffeyn", səh.60 
3
 "Vəqətu Siffeyn", səh.60-61 


 
20 
MÜAVIYƏNIN  ISLAMI  ŞƏXSIYYƏTLƏRƏ  YAZDIĞI 
MƏKTUBLAR 
Müaviyə Siffeynə doğru hərəkət  etməmişdən qabaq Əmr  Asa dedi:–Üç 
nəfərə məktub yazıb onları Əlinin əleyhinə qaldırmaq istəyirəm. Bu üç nəfər 
Əbdüllah ibni Ömər, Səd ibni Vəqqas və Məhəmməd ibni Məsləmədir." 
Müaviyənin  müşaviri  onun  fikrini  bəyənmədi  və  dedi:–Bu  üç  nəfər  ya 
Əlinin tərəfdarıdır, bu halda sənin məktubun onları Əlinin yolunda daha da 
möhkəmlədəcək;  ya  Osmanın  tərəfdarıdır  ki,  belə  olduqda  onların 
möhkəmliyinə bir şey əlavə olunmayacaq və əgər bitərəf olsalar, sən onların 
nəzərində heç də Əlidən etimadlı deyilsən. Beləliklə sənin məktubun onlara 
heç bir təsir etməyəcək."
1
 
Müaviyə  onun  sözlərini  qəbul  etmədi.  Həm  özünün,  həm  də  Əmr  Asın 
imzası  ilə  Əbdüllah  ibni  Ömərə  belə  bir  məktub  yazdı:  "Həqiqətlər  bizdən 
gizli  olsa  da,  səndən  heç  vaxt  gizli  olmaz.  Osmanı  Əli  öldürdü,  dəlili  də 
budur ki, onun qatillərinə aman vermişdir. Biz Quranın hökmü ilə Osmanın 
intiqamını  almaq–qatillərdən  qisas  almaq  istəyirik.  Əgər  Əli  qatilləri  bizə 
təhvil versə, ondan əl çəkib sonra xilafət məsələsini Ömər ibni Xəttab kimi 
şura  şəklində  müsəlmanların  ixtiyarına  verərik.  Biz  heç  vaxt  xilafəti 
istəməmişik və istəmirik də. Biz səndən istəyirik ki, ayağa qalxıb bu yolda 
bizə  kömək  edəsən.  Əgər  biz  sizinlə  müttəfiq  olsaq  Əli  qorxub  geri 
çəkiləcək."
2
 
ƏBDÜLLAH IBNI ÖMƏRIN CAVABI 
"...  Canıma  and  olsun,  sizin  hər  ikiniz  bəsirəti  əldən  vermisiniz,  heç 
biriniz həqiqəti görmürsünüz. Siz hadisəyə uzaqdan baxırsınız. Məktubunuz 
şübhələnənlərin şübhəsini daha da artırır. Axı siz xilafətdən nə istəyirsiniz?! 
Müaviyə, sən azad edilmiş şəxslərdən–tüləqadansan. Əmr As, sən də etimad 
göstəriləcək  bir  adam  deyilsən.  Bu  işdən  əl  çəkin,  çünki  mənim  və  sizin 
köməyiniz yoxdur."
3
 
Onun  Müaviyəyə  yazdığı  cavab  Əmr  Asın  uzaqgörənliyini  sübut  edib 
Müaviyənin  hələlik  bu köhnə rəqibin səviyyəsinə çatmadığını aydınlaşdırır 
və  göstərir  ki,  Müaviyə  bəzi  siyasi  məsələlərdə  malik  olduğu  üstünlüklə 
belə,  (məsələn,  o,  müxalif  tərəfin  sözünü  açıq  ürəklə  dinləyirdi,  əgər  ona 
tərəf  gəlsəydilər  olub-keçənləri  unudar,  güzəştə  gedərdi,  əgər  müzakirədə 
çıxış yolu tapmasaydı, dərhal sözü dəyişər, söhbətin mövzusunu başqa yerə 
yönəldərdi) hələ də insanları dəqiq tanıya bilmirdi. 
BU 
MƏKTUBLARI 
YAZMAQDA 
MÜAVIYƏNIN 
MƏQSƏDI 
Müaviyənin  bu  məktubları  yazmaqda  əsas  məqsədi  bitərəf  şəxslərin 
nəzər-diqqətini cəlb etmək idi. Bu şəxslər nə tərəfdarlıq, nə də müxalifətçilik 
                                              
1
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.88-89 
2
 "Vəqətu Siffeyn", səh.63; "Əl-imamətu vəs-siyasət", səh.89 
3
 "Vəqətu Siffeyn", səh.36; "Əl-imamətu vəs-siyasət", səh.89-90 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə