On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə12/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

 
23 
məktub yazaraq onlardan kömək istəmişdi. 
Müaviyə bu məktublara etinasız yanaşdı və xəlifəyə azacıq belə kömək 
etmədi,  amma  onun  qətlə  yetirilməsindən  sonra  intiqam  almaq  fikrinə 
düşdü! 
Bəzi  tarixçilər  Osmanın  evinin  arada  uzun  fasilə  olmaqla  iki  dəfə 
mühasirəyə  alındığını  qeyd  etmişlər.  Bu  fasiləni  bəziləri  doqquz  gün, 
bəziləri  iki  ay  on  gün,  bəziləri  qırx  gün,  bəziləri  isə  bir  aydan  çox  qeyd 
etmişlar. Buna görə də Osmanın mühasirəyə alınması xəbərinin Müaviyəyə 
çatmaması və onun bu hadisədən tamamilə xəbərsiz olmasına çox az ehtimal 
verilir. 
ŞAMDA ÇIXIŞ 
Bəziləri  gündəlik qiymətlə bir tikə  çörək  yeyərək  yaltaqlar,  güclülər və 
varlıların xoşları gələn söz deyib, haqqı nahaq kimi qiymətləndirirlər, lakin 
tarixdə  elə  alicənab  adamlarla  rastlaşırıq  ki,  həqiqəti  heç  nəyə  dəyişmir  və 
onların dili hətiqətdən başqa bir şey söyləmir. 
Mədinə və Şam arasında, iki dağ arasındakı bir məntəqədə yaşayan Təyy 
qəbiləsi  başda  Ədi  ibni  Hatəm  olmaqla  hamılıqla  Əli  (ə)-a  məhəbbət 
bəsləyirdi.  Ədi  Əli  (ə)-ın  hüzuruna  gəlib  dedi:  Bizim  qəbilədən  Xəfaf  adlı 
bir nəfər öz əmioğlusu Habisi görmək üçün Şama gedir. O güclü xətib, gözəl 
söz  ustası  və  şairdir.  Icazə  versəydiniz  ona  deyərdim  ki,  Müaviyə  ilə 
görüşsün,  sizin  Mədinədə  və  Iraqda  olan  mövqeyinizi  şərh  etməklə 
Müaviyənin və şamlıların iradəsini sarsıtsın. 
Imam  (ə)  bu  təkliflə  razılaşdı.  Xəfaf  Şama  yola  düşdü,  öz  əmioğlusu 
Habisin yanına getdi və ona dedi ki, Osman qətlə yetiriləndə mən Mədinədə 
idim,  sonra  Əli  (ə)-ın  qoşunu  ilə  birgə  Mədinədən  Kufəyə  getmişdim, 
vəziyyətdən  tamamilə  xəbərdaram.  Söhbət  o  yerə  çatdı  ki,  sonrakı  gün 
Müaviyənin  yanına  gedib  onu  həqiqətdən  agah  etməli  oldular.  Sabahı  gün 
birlikdə  Müaviyənin  yanına  getdilər.  Habis  öz  əmioğlusunu  təqdim  edib 
dedi  ki,  o,  Osmanın  qətlə  yetirildiyi  vaxt  orada  imiş,  sonra  Əli  ilə  Kufəyə 
gəlmişdir. Oranın vəziyyəti barədə verdiyi xəbərlərə tam əmin ola bilərsən. 
Müaviyə  Xəfafa  dedi:–Osmanın  qətli  ilə  nəticələnən  hadisəni  bizə 
aydınlaşdır. 
Xəfaf  Osmanın  qətl  hadisəsini  qısa  cümlələrlə  belə  söylədi:  Məkşuh 
dəstə  ilə  onu  (Osmanı)  mühasirəyə  aldı,  Həkim  adlı  bir  nəfər  hücum 
fərmanını  verdi  və  Məhəmməd  ibni  Əbu-Bəkrlə  Əmmar  Osmanı  qətlə 
yetirdilər. Ədi ibni Hatəm, Əştər Nəxəi və Əmr ibni Həməc bu hadisədə çox 
fəal idilər, Təlhə və Zübeyr də qətl işində mühüm rol oynayırdılar. Bu qrup 
içərisində ən pak adam Əlidir. Onun Osmanın qətlində heç bir rolu olmayıb. 
Müaviyə dedi:–Sonra nə oldu? 
Xəfaf  dedi:–Osmanın  qətlindən  sonra  hələ  onun  cənazəsi  dəfn 
olunmamışdı ki, camaat Əliyə tərəf elə axışdı ki, başmaqlar arada itib-batdı, 
əbalar çiyinlərdən yerə düşdü, qocalar ayaq altında qaldılar. Hamı Əli ilə bir 
Imam və rəhbər olaraq beyət etdi. Təlhə və Zübeyr əhd-peymanı pozduqda 
o, mühacir və ənsarla birlikdə hərəkətə başladı. Bu hərəkət Səd ibni Malik, 
Əbdüllah  ibni  Ömər  və  Məhəmməd  ibni  Məsləməyə  ağır  gəldiyi  üçün  hər 


 
24 
üçü kənara çəkildi. Lakin başqaları kömək etdiyi üçün bu üç nəfərə ehtiyac 
duyulmadı. 
Imam  Təyy  məntəqəsinə  çatdıqda  bizim  qəbilədən  bir  dəstə  adam  ona 
qoşuldu.  Yolda  Təlhə  və  Zübeyrin  Bəsrəyə  getməsini  öyrəndi  və  bir  dəstə 
adamı  Kufəyə  göndərdi.  Kufəlilər  də  o  həzrətin  dəvətini  qəbul  edərək 
Bəsrəyə  tərəf  yola  düşdülər.  Bəsrədə  baş  verən  müharibədə  şəhər  onun 
ixtiyarına  keçdi.  Sonra  Kufəyə  yola  düşdü.  Bu  şəhərdə  səs-küy  başlandı, 
qoca-cavan,  uşaq-böyük–bütün  əhali  onu  qarşıladı.  Hal-hazırda  Əli 
Kufədədir və Şamı fəth etməkdən başqa bir fikri yoxdur. 
Xəfafın  sözləri  sona  çatdıqda  Müaviyənin  canına  üşütmə  düşdü.  Habis 
Müaviyəyə dedi:–Əmioğlum Xəfaf mahir bir şairdir. O, müzakirə etdiyimiz 
hadisələr barəsində mənim üçün bir şer oxuyaraq mənim Osman barədə olan 
fikrimi tamamilə dəyişdirmiş, Əlinin əzəmətindən mənə anlatmışdır. 
Müaviyə həmin şerləri onun üçün də oxumasını istədi. Xəfaf çox dolğun 
mənalı  və  dərin  məzmunlu  şerlərini  oxudu,  şeri  dinlədikdən  sonra 
Müaviyənin  halı  pozuldu  və  Habisə  dedi:–Çox  güman  ki,  bu  kişi  Əlinin 
casusudur. Tez onu Şamdan çıxart! 
Amma  sonradan  onu  bir  daha  öz  yanına  çağırıb,  camaatın  ümumi 
vəziyyəti  barədə  məlumat  verməsini  istədi.  O,  vəziyyəti  və  baş  vermiş 
əhvalatları  daha  geniş  şəkildə  ona  söylədi.  Müaviyə  onun  dahiliyi  və 
qabiliyyəti önündə heyrətləndi.
1
 
SƏHABƏ ÖVLADLARINDAN KÖMƏK ISTƏMƏK 
Imam  (ə)  təqva,  pərhizkarlıq,  islam  yolunda  müşriklərə  qarşı  mübarizə 
kimi  məsələlərdə  xalq  arasında  misilsiz  mövqeyə  malik  idi.  Müaviyə  xalq 
arasında  hörmət  qazanmaq  üçün  Peyğəmbər  (s)-in  bəzi  səhabələrini  və 
onların övladlarını öz ətrafına yığmağa çalışırdı. O, Übeydullah ibni Ömərin 
Əli  (ə)-ın  ədalətindən  qaçaraq  Şama  gəlməsindən  xəbər  tutan  kimi 
sevincindən  yerə-göyə  sığmırdı.  (Übeydullah  ibni  Ömər  Hürmüzanı 
öldürdüyünə  görə  Əli  (ə)  ondan  qisas  almaq  istəyirdi).
2
  Buna  görə  də  öz 
müşaviri Əmr As ilə əlaqə yaradıb, Übeydullahın gəlişini ona təbrik dedi və 
elə təsəvvür etdi ki, onun kimi adamları öz başına yığmaqla Şam mülkünü 
əlində saxlaya bilər.
3
 
Hər  ikisi  qərara  aldılar  ki,  Übeydullahı  çağırsınlar,  minbərə  çıxıb  Əli 
barəsində nalayiq sözlər deməsini ondan xahiş etsinlər. Übeydullah məscidə 
daxil  olanda  Müaviyə  ona  dedi:–Qardaşoğlu,  sənin  adın  atan  Ömər  ibni 
Xəttabın adı ilə eynidir. Ayıq ol və var-gücünlə danış. Sən camaat arasında 
mötəbər bir şəxsiyyət sayılırsan. Minbərə çıxıb Əlini söy və camaata de ki, 
Osmanı Əli öldürmüşdür. 
Əli  (ə)-ın  yüksək  əzəmət  və  məqamını  azaltmaq  üçün  hətta  xəlifələrin 
oğlanlarını belə çirkin və yaramaz işlərə vadar edən, yaramaz əməl və fitnə 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  1-ci  cild,  səh.110-122;  səh. 
"Vəqətu-Siffeyn", səh.64-66 
2
 "Kamil" (Ibni Əsir) 3-cild, səh.40; "Tarixi-Təbəri", 5-ci bölmə, səh.41-42 
3
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.92 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə