On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə11/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

 
21 
edirdilər. Onlar Məkkə-Mədinədə nüfuzlu və hörmətli şəxslər idilər. Onların 
nəzər-diqqətini cəlb etmək üçün Məkkə və Mədinə kimi iki böyük şəhərdə 
müxalifət  dalğası  yaratmaq  lazım  idi.  "Şura  mərkəzi"  hesab  olunan  bu  iki 
şəhər islam xəlifəsi seçməkdə çox mühüm rola malik idi. Lakin bu şəxslər, 
Müaviyəyə  aldanıb  onun  əlini  sıxacaq  qədər  ağılsız  deyildilər.  Məhz  buna 
görə  Səd  Vəqqas  və  Məhəmməd  ibni  Məsləmə  da  eynilə  Əbdüllah  ibni 
Ömər kimi cavab verdilər. 
Nəsr  ibni  Müzahim  "Vəqətu  Siffeyn"  kitabında  Müaviyənin  Əbdüllah 
ibni  Ömərə  yazdığı  başqa  bir  məktubdan  da  söhbət  açmışdır.  Müaviyə  o 
məktubda  Əbdüllahı  Imam  (ə)-la  müxalifət  etməklə  təqsirləndirərək  onun 
qəlbində  müxalifət  toxumu  səpmək  istəmişdir.  O  yazmışdı:  "Mən  xilafəti 
özüm  üçün  yox,  sənin  üçün  istəyirəm.  Əgər  sən  də  qəbul  etməsən,  onda 
xilafət  məsələsi  müsəlmanların  şurasında  müzakirə  olunmalıdır."  Ömərin 
oğlunun sadəlövh adam olmasına baxmayaraq Müaviyənin mənfur niyyətini 
başa  düşdü  və  ona  belə  yazdı:  "Yazmısan  ki,  mən  Əliyə  irad  tutmuşam. 
Canıma and olsun, mən hara, Əlinin imanı, hicrəti, Rəsuli-Əkrəmin yanında 
olan  məqam  və  mənziləti,  onun  müşriklər  qarşısındakı  sarsılmaz  iradəsi 
hara!  Mənim  ona  tərəfdar  olmamağımın  səbəbi  bu  idi  ki,  bu  hadisə 
barəsində  Peyğəmbərdən  bir  söz  gəlib  çatmamışdır.  Buna  görə  də  iki 
tərəfdən birinə meyl etməkdən çəkindim."
1
 
MÜAVIYƏNIN SƏD VƏQQASA MƏKTUBU 
Müaviyə  Iranın  fatehi  Səd  Vəqqasa  belə  bir  məktub  yazdı:  "Osmana 
kömək etmək üçün camaat arasında ən ləyaqətli şəxslər Qüreyşin şurası idi. 
Onlar  Osmanı  seçdilər  və  başqalarından  irəli  keçirtdilər.  Təlhə  və  Zübeyr 
ona köməyə tələsdilər. Onlar şurada sənin həmkarların və islamda da sənin 
kimi  idilər.  Ümmül-möminin  (Ayişə)  də  onun  köməyinə  tələsdi.  Onların 
bəyəndikləri  şeyləri  pis  saymaq  və  qəbul  etdikləri  şeyi  rədd  etmək  sənə 
yaraşmaz! Biz gərək xilafəti şuraya qaytaraq."
2
 
SƏD VƏQQASIN CAVABI 
"Ömər  ibni  Xəttab  elə  adamları  şuraya  daxil  etdi  ki,  xilafət  onlar  üçün 
caiz idi. Biz bir nəfərin xilafətinə razı olmasaq, o, xilafətə layiq ola bilməz. 
Əgər bizim fəzilətimiz varsa, Əlidə də o fəzilət var, hətta Əlidə olan çoxlu 
fəzilətlər  bizdə  yoxdur.  Əgər  Təlhə  və  Zübeyr  öz  evlərində  otursaydılar, 
daha yaxşı olardı. Allah Ümmül-möminini, tutduğu işinə görə bağışlasın!"
3
 
Müaviyə öz məktubunda şuranın digər üzvlərində olan fəzilətlərdən daha 
yaxşılarının  üçüncü  xəlifədə  olmasını  sübut  etməyə  çalışmışdı,  lakin  Səd 
Vəqqas  onu  qəbul  etmədi,  onun  rəhbərliyini  və  qabağa  düşməsini  şura 
üzvlərinin razılığı ilə şərtləndirdi, Təlhə və Zübeyri də tənqid etdi. 
                                              
1
 "Vəqətu Siffeyn", səh.72-73 
2
 "Vəqətu Siffeyn", səh.74; "Əl-imamətu vəs-siyasət", -ci cild, səh.90 
3
 "Vəqətu-Siffeyn", səh.75-77; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.90 


 
22 
MÜAVIYƏNIN  MƏHƏMMƏD  IBNI  MƏSLƏMƏYƏ 
MƏKTUBU 
Müaviyə  bu  məktubda  onu  "ənsarın  süvari  cəngavəri"  adlandırmış  və 
axırda belə yazmışdı: "Sənin tayfan olan ənsar Allaha itaətsizlik göstərərək 
Osmanı  xar  etmişdir.  Allah  qiyamət  günü  səndən  və  onlardan  sual 
edəcəkdir." 
Məhəmməd  ibni  Məsləmə  cavabda  Müaviyənin  məktub  yazmaqda 
məqsədini  izah  edir  və  deyir:  "Sən  dünyadan  başqa  bir  şey  istəmirsən  və 
tamahdan  başqa  bir  şeyə  tabe  deyilsən.  Osmanın  ölümündən  sonra  onu 
müdafiə  edirsən,  halbuki  onun  sağlığında  onu  xar  etdin  və  ona  kömək 
etmədin."
1
 
MÜAVIYƏNIN  MƏKTUBLARININ  MƏZMUNU  VƏ 
ONUN FIKIRLƏRI 
Müaviyənin yazdığı məktubların məzmunları tam mənada təhrikedici idi. 
Onu yazan çalışırdı ki, qarşı tərəfin ən incə insani duyğularına toxunmaqla 
onları  Əli  (ə)-la  müxalifətə  qaldırsın.  Məsələn,  Ömərin  oğlunu  xilafətə 
təşviq edirdi, çünki o, şuranın naziri idi. Səd Vəqqas da altı nəfərlik şuranın 
üzvü  və  həm  də  Təlhə  ilə  Zübeyrin  tayı  idi.  Müaviyə  onun  şurada  üzv 
olmasını  xatırladıb  Təlhə  və  Zübeyrin  yolunu  getməyə  dəvət  edirdi. 
Məhəmməd  ibni  Məsləməni  "ənsarın  süvari  cəngavəri  və  mühacirləri 
səfərbər  edən"  adlandırır  və  onlara  öz  keçmiş  əməllərini,  yəni  Osmana 
kömək  göstərmədiklərini  xatırlatmaqla  artıq  qiyam  edib  ona  kömək 
etmələrinin vaxtı çatdığını deyirdi. 
Bu  məktubların  hamısı  göstərirdi  ki,  Müaviyənin  islam  cəmiyyətinin 
nizam-intizamını  və  ictimai  asayişi  pozmaqdan  və  cəmiyyəti  Əli  (ə)-ın 
əleyhinə təhrik etməkdən başqa bir o məqsədi  yoxdu. Hətta onun Osmanın 
qəyyumu olmasını fərz etsək belə, yenə də bir müsəlmanın intiqamını almaq 
üçün  bütün  müsəlmanları  bir-birinin  canına  salmaq  heç  bir  əsasla  yozula 
bilməzdi. 
Müaviyə xəlifənin şura tərəfindən seçilməsinə israr edirdi. Ömərin təşkil 
etdiyi  şuranın  üzvlərinin  sayı  altı  nəfərdən  çox  deyildi.  Əgər  şuranın  rəyi 
həlledici rola malik idisə, onda mühacir və ənsarın rəyi daha da çox həlledici 
rola malik olacaqdı. Hamı bilirdi ki, Imam (ə) mühacir və ənsar tərəfindən 
xilafət  məqamına  seçilmişdir  və  o  həzrət  öz  evində  oturduğu  vaxt  camaat 
onun evinə hücum edib onu israrla məscidə apardılar, sonra da onunla beyət 
etdilər.  Bir  neçə  nəfərdən  başqa  heç  kəs  onunla  beyət  etməkdən  imtina 
etmədi.  Bundan  əlavə,  əgər  mühacir  və  ənsarın  Osmana  kömək  etmədiyi 
irad  tutulurdusa,  Müaviyənin  özü  də  ona  kömək  etməmişdi.  Halbuki 
Osmanın  evi  uzun  müddət  mühasirədə  qaldığı  zaman  Müaviyə  bu 
mühasirədən tam xəbərdar idi və öz ixtiyarında olan canlı qüvvə ilə xəlifəyə 
kömək edə bilərdi, lakin xəlifəyə kömək etmədi, onun qanının tökülməsinə 
tamaşa etdi. Osmanın özü şəxsən Şam əhalisinə və onun hakimi Müaviyəyə 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.74-77; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.90 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə