On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə15/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

 
29 
gözəl  təsir  qoyacaqdı.  Eyni  halda  Imam  (ə)-ın  ordusunun  əksəriyyətini 
aralarında  qəbilə  başçıları  olan  iraqlılar  təşkil  etdiyindən  onların 
vəfadarlıqları olmadan yüz min nəfərlik bir ordu yaratmaq mümkün deyildi. 
Amma Imam (ə) əvvəlcə mühacir və ənsarla ona görə məşvərət etmişdi ki, o 
həzrətin  hökumətinin  bünövrəsini  qoyanlar  məhz  onlar  sayılırdı  və  bütün 
müsəlmanların  diqqət  mərkəzində  idilər.  Onların  nəzərlərini  cəlb  etmədən 
iraqlıları da cəlb etmək mümkün olmayacaqdı. 
IMAM (Ə)-IN NITQI 
Imam  (ə)  Səhlin  irəli  sürdüyü  təklifdən  sonra  xüsusi  müşavirəni  böyük 
bir  iclasa  döndərdi,  camaatın  əksəriyyətinin  iştirak  etdiyi  həmin  iclasda 
minbərə çıxdı və uca səslə buyurdu:–Allah düşmənlərinə tərəf hərəkət edin! 
Quran və sünnə düşmənlərinə tərəf, "Əhzab"ın tör-töküntülərinə, mühacir və 
ənsarın qatillərinə tərəf hərəkət edin! 
Bəni-Fəzar qəbiləsindən Ərbəd adlı bir nəfər ayağa qalxıb dedi:–Bizi öz 
din qardaşlarımızla döyüşmək üçün Şama göndərmək istəyirsən? Elə bundan 
qabaq  bizi  Bəsrəyə  göndərdin  və  bəsrəli  qardaşlarımızla  vuruşduq.  Allaha 
and olsun, bu dəfə belə bir işə girişməyəcəyik! 
Bu vaxt Malik Əştər ayağa qalxıb dedi:–Bu kimdir? 
Söz  onun  ağzından  çıxan  kimi  hamının  baxışları  o  kişiyə  dikildi.  O, 
camaatın  hücum  etməsindən  qorxub  qaçmağa  başladı  və  bazarda  gizləndi. 
Qəzəblənmiş  camaat  onu  təqib  etməyə  başladı.  Onu  tapıb  ölənə  qədər 
döydülər. Onun ölüm xəbəri Əli (ə)-a çatanda çox narahat oldu, çünki, onun 
cəzası  faciəli  şəkildə  öldürülmək  deyildi.  Islamın  ədalət  qanunları  onun 
qatilinin  tapılmasını  tələb  edirdi.  Nəhayət  məlum  oldu  ki,  onu  "Həmdan" 
qəbiləsinin  adamları  ilə  bir  dəstə  başqa  adam  öldürmüşdür,  müəyyən  bir 
şəxs  onun  qatili  deyil.  Imam  (ə)  buyurdu:  "Bu  "kor"  qətldir  və  qatili 
məlum deyildir. Onun diyəsi beytül-maldan verilməlidir."
1
 
MALIK ƏŞTƏRIN ÇIXIŞI 
Bu gözlənilməz hadisə Imam (ə)-ı bərk narahat etdi. Onun qan bahasının 
ödənilməsinə  dair  göstəriş  verməsinə  baxmayaraq,  narahatçılıq  izləri  yenə 
də onun üzündə görünürdü. Buna görə də Imam (ə)-ın səmimi dostu Malik 
Əştər  ayağa  qalxıb  Allaha  həmd-səna  etdi  və  dedi:  "Bu  bədbəxt  və  xainin 
dediyi  sözlər  səni  məyus  etməsin.  Gördüyün  bu  böyük  dəstə  sənin  yolunu 
gedənlərdir. Onlar səndən başqa heç nə istəmirlər. Əgər bizi düşmənə tərəf 
göndərmək istəyirsənsə, göndər. Allaha and olsun, hər kəs ölümdən qorxsa, 
ondan  nicat  tapmaz.  Heç  kəs,  əcəli  çatmamış  ölməz.  Allahın,  Quranın, 
sünnənin  düşmənləri  və  ənsarla mühacirin qatilləri adlandırdığın  adamlarla 
necə  vuruşmaya  bilərik?!  Halbuki  onların  bir  dəstəsi  dünən  (Bəsrədə  baş 
verən 
hadisəyə 
işarədir) 
müsəlmanlara 
qarşı 
çıxaraq, 
Allahı 
qəzəbləndirmişlər. Yer üzü onların yaramaz əməlləri ilə zülmətə dönmüşdür. 
Onlar  axirətdə  onlara  nəsib  olacaq  şeyləri  bu  dünyanın  cüzi  mal-dövlətinə 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.94-95 


 
30 
sataraq əldən vermişlər. 
Imam  (ə)  Malikin  sözlərini  dinlədikdən  sonra  üzünü  camaata  tutub 
buyurdu:–Bu yol ümumi bir yoldur, haqqın qarşısında hamı bərabərdir. Hər 
kəs  cəmiyyət  üçün  öz  rəyi  əsasında  müəyyən  bir  xeyirxahlıq  etsə,  Allah 
onun  əvəzini  onun  niyyətinə  uyğun  olaraq  verəcəkdir.  Fəzari  qəbiləsindən 
olan kişinin gördüyü iş keçib getdi.
1
 
Bu sözü dedikdən sonra minbərdən düşüb evə getdi. 
IMAM  (Ə)-IN  ORDUSUNDA  MÜAVIYƏNIN  NÜFUZ 
ETMIŞ CASUSLARI 
Hərbi  hissələrə  casuslar  göndərib  nüfuz  etmək,  ordu  sərkərdələrini  və 
tanınmış şəxsiyyətləri ələ almaq qüdrətli dövlətlərin öz müxalifləri əleyhinə 
seçdikləri  qədim  üsullardan  biridir.  Müaviyə  bu  məkrli  siyasətdə  öz 
dövründə  misilsiz  idi.  Bəzilərinin  nəzərində  siyasət  hər  hansı  yolla–istər 
qanuni  olsun,  istərsə  də  qeyri-qanuni–məqsədə  çatmaqdır.  Onların 
məntiqində məqsəd və hədəfə çatmaq vasitəni doğruldur. Müaviyənin zahiri 
mövqeyini  Əli  (ə)-dan  üstün  sayan  sadəlövh  adamlar  Imam  (ə)-ı  siyasət 
qanunlarını  bilməməklə  təqsirləndirib  ki,  siyasi  işlərdə  Müaviyənin  Əlidən 
daha  bacarıqlı  və  qabiliyyətli  olmasını  deyirdilər.  Buna  görə  də  Imam  (ə) 
islamın  düzgün  siyasət  üsullarından  xəbərsiz  olan  bu  kimi  şəxsləri  tənqid 
edərək  buyurdu:–"Allaha  and  olsun,  Müaviyə  heç  də  məndən  siyasətcil 
deyildir.  Lakin  o  hiylə  işlədib  günah  edir.  Əgər  hiyləgərliyin  pisliyi 
olmasaydı, onda mən hamıdan siyasətcil olardım. Lakin hər bir hiylə bir 
növ  günahdır,  hər  bir  günah  bir  növ  küfrdür.  Qiyamət  günü  hər  bir 
hiyləgərin xüsusi bir bayrağı vardır ki, onunla tanınacaq."
2
 
 Sözümüz  dəlil-sübutsuz  olmasın  deyə,  Müaviyənin  Imam  (ə)-ın 
ordusuna casus  göndərməkdə seçdiyi  üsullardan bir nümunəni qeyd  edirik: 
Imam  (ə)-ın  Müaviyə  ilə  müharibə  etməyə  dair  minbərdəki  çıxışının 
yaratdığı  əks-səda  və  həyəcan  vəsfedilməz  dərəcədə  idi.  Belə  ki, 
Müaviyənin  casusu  Ərbəd  Imam  (ə)-a  etiraz  etdiyinə  görə  qəzəblənmiş 
camaatın zərbələri altında elə əzişdirilib  öldürüldü ki,  qatilinin  kim olduğu 
belə məlum olmadı.
3
 
Bu mənzərəni  müşahidə edən digər  casuslar öz  hesablarını apardılar və 
Əli  (ə)-ın  qərarını  pozmaq  üçün  başqa  bir  yol  seçdilər.  Onlar,  bəlkə  Imam 
(ə)-ı  müharibənin  acınacaqlı  aqibətindən  və  müharibənin  kimin  xeyrinə 
qurtaracağından  xəbərdar  edərək  qorxuda  biləcəklərini  təsəvvür  edirdilər. 
Buna görə də Əbəs qəbiləsindən Əbdüllah, Təmim qəbiləsindən isə Hənzələ 
adlı  iki  casus  Imam  (ə)-ın  dostları  arasında  fikir  ayrılığı  salmaq  və  təfriqə 
yaratmaq  üçün  "nəsihət  və  xeyirxahlıq"  pərdəsi  altında  işlərini  davam 
etdirmək  qərarına  gəldilər,  hər  biri  öz  qəbiləsindən  bir  dəstəni  özləri  ilə 
həmrəy  edib  Imam  (ə)-ın  yanına  getdilər.  Əvvəlcə  Hənzələ  ayağa  qalxıb 
dedi:  "Biz  tam  xeyirxahlıq  niyyəti  ilə  gəlmişik.  Bizim  sözümüzü  qəbul 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.95 
2
 "Nəhcül-bəlağə, (Əbdühün şərhi), 195-ci xütbə 
3
 "Vəqətu-Siffeyn", səh.94 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə