On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə16/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

 
31 
edəcəyinə ümidvarıq. Sizin barənizdəki fikrimiz budur ki, bu kişi (Müaviyə) 
ilə  barışıq  yaratmağa  çalışasınız  və  onlarla  vuruşmaq  üçün  tələsməyəsiniz. 
Allaha  and  olsun,  bu  qoşunlar  qarşılaşanda  hansının  qələbə  çalacağını, 
hansının isə məğlub olacağını heç kim bilmir. 
Sonra  Əbdüllah  ayağa  qalxıb  Hənzələnin  dediyi  sözləri  təkrar  elədi, 
onlarla birlikdə gələnlər də onların sözlərini təsdiq etdilər. Imam (ə) Allaha 
həmd-səna etdikdən sonra buyurdu:–Allah-Taala bəndələrin varisi, yeddi qat 
yerləri və göyləri yaradandır. Hamımız Ona tərəf qayıdacağıq. O, rəhbərliyi 
hər kəsə istəsə, verər və hər kəsdən də istəsə, alar. Hər kəsi istəsə əzizləyər, 
hər kəsi  də istəsə zəlil  edər. Düşmənə  arxa çevirmək, zahirdə qalib,  yaxud 
məğlub  olsalar  belə  azğınların  və  günahkarların  işidir.  Allaha  and  olsun, 
mən  elə  adamların  sözlərini  eşidərəm  ki,  onlar  heç  vaxt  yaxşılığı  (mərufu) 
tanımaq, pisliyi (münkəri) inkar etmək istəməmişlər.
1
 
Imam  (ə)  bu  sözlərlə  özlərini  camaat  arasında  gizlədən  və  düşmənlərin 
tərəfindən danışan bu iki casusun mənfur niyyətini ifşa edərək, aşkar şəkildə 
buyurdu  ki,  Müaviyə  ilə  müharibə  aparmaq  əmr  be  məruf  və  nəhy  əz 
münkərin  bir  qismidir,  heç  bir  müsəlman  onun  vacib  və  zəruri  olduğunu 
inkar  edə  bilməz,  eləcə  də  Müaviyə  ilə  müharibə  etməyin  qarşısını  almaq 
istəyənlər əməli olaraq islamın bu iki həyati prinsipini ayaq altına salırlar. 
HƏQIQƏTLƏR AŞKAR OLUR 
Əmirəl-möminin  Əli  (ə)-ın  sözləri  ilə  həqiqət  aşkar  oldu,  o  iki  nəfərin 
bəd  niyyətləri  həmin  məclisdə  ifşa  olundu.  Müəqqəl  Riyahi  ayağa  qalxıb 
dedi:  Bunlar  xeyirxahlıq  məqsədləri  ilə  deyil,  səni  aldatmaq  üçün  bura 
gəlmişlər. Onlardan uzaq ol, çünki onlar sənin ən qatı düşmənlərindir. 
Malik  adlı  başqa  birisi  ayağa  qalxıb  dedi:  Hənzələnin  Müaviyə  ilə 
əlaqəsi var. Icazə ver müharibə qurtarana kimi onları həbs edək. 
Əbəs  qəbiləsindən  olan  Əyyaş  və  Qaid  ayağa  qalxıb  dedilər:  Çatan 
xəbərlərə  görə  Əbdüllah  Müaviyə  ilə  sirdaşdır  və  onların  arasında  gizli 
məktublaşma  gedir.  Ya  siz  onu  müharibə  qurtarana  kimi  həbs  edin,  ya  da 
icazə verin, biz həbs edək. 
Bu dörd nəfərin ifşaçılıqlarından sonra casuslar əl-ayağa düşüb dedilər: 
Sizə  kömək  etmək,  özünüzün  və  düşmənlərinizin  barəsindəki  fikirlərini 
demək istəyənlərin mükafatı elə budurmu? 
Imam  (ə)  onlara  belə  cavab  verdi:  Allah  mənimlə  sizin  aranızda 
hakimdir,  mən  sizi  Ona  tapşırıram,  Ondan  da  kömək  istəyirəm.  Hər  kəs 
istəsə gedə bilər. 
Bundan  sonra  camaat  dağılışdı.  Çox  keçmədən  Hənzələ  ilə  Təmim 
qəbiləsi  arasında  dava-dalaş  düşdü.  Hər  iki  casus  Iraqdan  Şama  qaçıb 
Müaviyəyə qoşuldular. Hənzələnin etdiyi xəyanətə görə Imam (ə) əmr etdi 
ki, onun evini viran etsinlər ki, başqaları üçün ibrət dərsi olsun.
2
 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.175;  "Vəqətu-
Siffeyn", səh.96 
2
  "Vəqətu-Siffeyn",  səh.97;  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  -ci  cild, 
səh.176 


 
32 
INTIZAR, YOXSA HƏRƏKƏT?! 
Imam  (ə)-ın  bütün  sərkərdələri  və  o  həzrətin  tutduğu  yolunun  aşiqləri 
Müaviyəni  aradan  götürməyin  vacibliyində  yekdil  fikirdə  idilər.  Lakin 
Əbdüllah  ibni  Məsud  kimi  bir  neçə  səhabənin  xüsusi  nəzəri  var  idi. 
(Gələcəkdə onların da nəzərlərini qeyd edəcəyik.) 
Imam  (ə)-ın  etimadlı  və  sadiq  dostlarından  olan  Ədi  ibni  Hatəm,  Zeyd 
ibni  Hüseyn  kimilər  bu  məsələni  məktublaşma  və  müzakirə  yolu  ilə  həll 
etmək  üçün  vaxtı  bir  az  da  təxirə  salmaq  istəyirdilər.  Buna  görə  də  Ədi 
Imam  (ə)-a  dedi:  Əgər  məsləhət  görürsünüzsə,  bir  az  səbir  edin  və  onlara 
möhlət  verin,  qoy  məktublar  çatsın  və  sizin  nümayəndələriniz  onlarla 
müzakirə etsinlər. Əgər haqq sözü qəbul etsələr, hidayət olunarlar. Bu halda 
sülh  hər  iki  tərəf  üçün  yaxşıdır.  Amma  əgər  öz  inadkarlıqlarını  davam 
etdirsələr, onda bizi onlara tərəf göndər. 
Amma  onların  müqabilində  Əli  (ə)-ın  əksər  sərkərdələri  sürətlə  Şama 
tərəf hərəkət etmək istəyirdilər. Onlardan Yəzid ibni Qeys, Zeyd ibni Nəzr, 
Əbdüllah ibni Bədil və Əmr ibni Həmiq (bu ikisi böyük səhabələrdən idilər), 
Hücr  ibni  Ədi,  (məşhur  tabelərdən)  daha  çox  israr  edir  və  öz  fikirlərini 
bildirəndə elə məsələləri açıqlayırdılar ki, onların fikirlərinin düzgün olduğu 
məlum olurdu. Məsələn, Əbdüllah ibni Bədil deyirdi ki, onlar iki əsasa görə 
bizimlə vuruşmaq istəyirlər: 
1-Onlar  müsəlmanların  arasında  ədalət  və  bərabərliyin  bərqərar 
olunmasını  istəmirlər,  mənsəbdə  və  beytül-malda  ayrı-seçkiliyin  qorunub 
saxlanmasına  çalışırlar.  Əllərində  olan  məqamı,  mənsəbi,  ələ  gətirdikləri 
şeyləri itirmək istəmirlər. 
2-Müaviyə  Əli  (ə)-a  necə  beyət  edə  bilərdi,  halbuki,  Imam  "Bədr" 
döyüşündə  bir  gündə  onun  qardaşını,  dayısını  və  babasını  öldürmüşdü. 
Allaha  and  olsun,  nizələr  onların  başında  sınmamış,  qılınclar  başlarını 
parçalamamış,  polad  əmudlar  beyinlərini  silkələməmiş  təslim  olacaqlarını 
əsla güman eləmirəm. 
Əbdüllahın gətirdiyi dəlillərə diqqət yetirməklə aydın olur ki, hərəkətdə 
hər növ təxir düşmənin xeyrinə, Imam (ə)-ın zərərinədir. Buna görə də Imam 
(ə)-ın dostlarından olan Yəzid Ərci dedi: Mübarizə əhli tənbəlliyə və qəflətə 
yol  verməz,  əldə  edilən  qələbəni  heç  vaxt  itirməz  və  qələbə  barəsində  "bu 
gün-sabah" edərək məsələni təxirə salmazlar.
1
 
QƏZƏBLƏNƏNDƏ SƏBIRLI OLMAQ 
Bu zaman Imam (ə)-a xəbər çatdı ki, böyük səhabə Əmr ibni Həmiq və 
Hücr ibni Ədi Şam  əhalisini lənətləmiş, onlara qarşı bizarlıq elan etmişlər. 
Imam (ə) bir nəfərə göstəriş verdi ki, onları bu işdən çəkindirsin. Onlar bu 
xəbərdarlığı  eşitdikdə  Imam  (ə)-ın  hüzuruna  gəlib  dedilər:–Nə  üçün  bu  işi 
görməyə icazə vermirsən? Məgər onlar batil əhli deyildirmi?! 
Imam  (ə)  buyurdu:–Elədir,  amma  sizin  lənət  yağdıran  və  söyüş  söyən 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.98-102; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü 
cild, səh.177 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə