On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə34/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

 
67 
düşməni onların ətrafından qovdu. Onlar Maliki gördükdə sevindilər, dərhal 
Imam (ə)-ın vəziyyətini soruşdular. O həzrətin salamat olduğunu və ordunun 
sol  cinahında  vuruşduğunu  eşitdikdə,  Allaha  şükür  etdilər.  Bu  zaman 
Əbdüllah özünün azsaylı qoşunu ilə irəliləmək və Müaviyənin keşikçilərini 
öldürəndən  sonra  onun  özünü  tutmaq  üçün  israr  edirdi.  Lakin  Malik  ona 
xəbər göndərdi ki, irəli getməsin, elə olduğu yerdə dayanıb, özünü müdafiə 
etsin.
1
 
Əbdüllah  ildırım  sürətli  bir  hücumla  keşikçiləri  darmadağın  edib 
Müaviyəyə çata biləcəyini təsəvvür edirdi. Buna görə də hər iki əlində qılınc 
olan  halda  öz  köməkçiləri  ilə  hücuma  başladı.  Qarşısına  çıxan  hər  kəsi  bir 
zərbə  ilə  yerə  sərirdi.  Nəhayət  o  qədər  irəlilədi  ki,  Müaviyə  öz  yerini 
dəyişməyə  məcbur  oldu.  Əbdüllahın  bu  hücumdakı  maraqlı  işlərindən  biri 
hücum  edəndə  "Ya  ləsarati  Osman"  deyərək  Osmanın  intiqamını  almaq 
barədə şüar verməsi idi. Məqsədi də öz qardaşı Osman idi ki, elə bu döyüşdə 
öldürülmüşdü.  Lakin  düşmənlər  başqa  cür  başa  düşür  və  heyrətdə  donub 
qalmışdılar:  Əbdüllahın  camaatı  xəlifə  Osmanın  intiqamını  almağa 
çağırması necə mümkün ola bilərdi?! 
Nəhayət,  Müaviyə  öz  canına  ciddi  şəkildə  təhlükə  hiss  etdi  və  sağ 
cinahın  sərkərdəsi  Həbib  ibni  Məsləməyə  bir  neçə  dəfə  xəbər  göndərdi  ki, 
onun  köməyinə  çatsın.  Lakin  Həbibin  səyləri  heç  bir  nəticə  vermədi:  o, 
Əbdüllahı  geri  qaytara  bilmədi.  Onunla  Müaviyənin  xeyməsi  arasında  çox 
məsafə yox idi. Müaviyə çarəsiz qalıb keşikçilərə əmr verdi ki, daş atmaqla 
onunla  döyüşə  girişsinlər.  Onlar  Əbdüllahın  azsaylı  qoşununa  daş  atmaqla 
hücum etdilər. Əbdüllah yaralandı və torpağa düşdü.
2
 
Müaviyə  qəti  bir  təhlükədən  xilas  olduğu  üçün  çox  sevindi,  onun 
cəsədinin üstünə gəldi. Müaviyənin yaxın adamlarından olan Əbdüllah ibni 
Amir  öz  əmmaməsini  Əbdüllahın  üzünə  sərdi  və  ona  rəhmət  göndərdi. 
Müaviyə onun üzünü açmağa israr edirdi, lakin Əbdüllah ibni Amir bu işdən 
imtina  edirdi,  çünki  aralarında  qədimdən  dostluq  var  idi.  Müaviyə  onun 
burun-qulağını  kəsməyəcəyinə  dair  söz  verdikdən  sonra,  Imam  (ə)-ın 
şücaətli  sərkərdəsinin  üzünü  görə  bildi.  Gözü  Əbdüllaha  sataşanda  dedi:–
Allaha and olsun ki, bu onların böyüyüdür! Ilahi, məni qalan iki qəhrəmana–
Əştər Nəxəi və Əşəs Kindiyə–qalib et!"
3
 
Sonra  Əbdüllah  kimi  misilsiz  qəhrəmanın  şücaət  və  qəhrəmanlığı 
barəsində Ədi ibni Hatəmin şerini oxudu. O şerin ilk beyti belədir: 
"Cəngavər o kəsdir ki, əgər müharibə ona diş qıcırtsa, o da elə etsin, 
əgər qol çırmasa, o da qolunu çırmasın."
4
 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.196; "Kamil" (Ibni Əsir), 
3-cü cild, səh.151-152 
2
 "Vəqətu-Siffeyn", səh.242-246 
3
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.153-154;  "Vəqətu-Siffeyn",  səh.246;  "Tarixi-
Təbəri",  3-cü  cild,  səh.13-16;  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.398;  "Şərhi-Nəhcül-
bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.197 
4
 Yenə orada 


 
68 
MÜHARIBƏNIN 
"LEYLƏTUL-HƏRIR"Ə 
QƏDƏR 
DAVAM ETMƏSI 
Iki qoşun arasında əsil döyüşlər 38-ci ilin səfər ayının birində başlandı və 
ayın  on  üçündə  günortaya  qədər  davam  etdi.  Tarixçilər  o  ayın  ortancıl 
gecəsini  "Leylətül-hərir"  adlandırırlar.  "Hərir"  ərəb  dilində  itin  ulamasına 
deyilir,  çünki  o  gecə  Müaviyənin  əsgərləri  aldıqları  ağır  zərbələrə  görə  it 
kimi  ulayırdılar.  Müaviyənin  və  əməvilərin  hökumətinin  tamamilə  məhv 
edilməsinə az qalırdı, amma bu zaman Əmr As hiylə işlədərək Imam (ə)-ın 
qoşununda  ixtilaf  yaratdı  və  beləliklə  həlledici  anlarda  döyüşü  dayandırdı. 
Nəhayət, ayın on yeddisində, cümə günü hadisə "həkəmiyyət"lə nəticələndi 
və  müharibənin  müvəqqəti  olaraq  dayandırılması  elan  olundu.  Tarixçilər 
Siffeyn hadisələrini ayın onuna kimi tərtiblə, ardıcıl yazmışlar, lakin ondan 
sonrakı hadisələrin arasındakı bağlılığı itirmişlər.
1
 
Indi  "Leylətül-Hərir"  günü  günortaya  qədərki  vaxt  ərzində  baş  verən 
hadisələri qeyd edirik. 
AYIN ONUNDA BAŞ VERƏN HADISƏLƏR 
Səfər  ayının  onu  günəş  üfüqü  yarıb  öz  nurunu  qan  gölünə  dönmüş 
Siffeyn  çölünə  saçdı.  Imam  (ə)-ın  vurğunları  və  şəhadət  aşiqləri–Rəbiə 
qəbiləsi  o  həzrəti  göz  bəbəyi  kimi  qoruyurdular.  Onların  sərkərdələrindən 
biri ayağa durub dedi:–"Kim ölümə beyət əli verib öz canını Allaha satar?!" 
Bu  vaxt  yeddi  min  nəfər  ayağa  qalxdı  və  öz  sərkərdələri  ilə  yenidən 
beyət  etdilər,  üstəlik  dedilər  ki,  Müaviyənin  xeyməsinə  daxil  olana  qədər 
irəliləyəcək,  arxaya  da  baxmayacaqlar.  Onların  nə  qədər  iman  aşiq 
olduqlarını bilmək üçün onlardan birinin dediyi sözü qeyd etmək kifayətdir: 
"Əgər sizdən axırıncı bir kişi sağ qala-qala Əliyə zərər yetişsə, ərəblər içində 
üzünüz olmayacaq!" 
Müaviyə  onların  rəşadət  və  şücaətini  görəndə  ixtiyarsız  olaraq  onları 
tərifləməyə başladı və belə bir şer oxudu: 
"Əgər desən ki, Rəbiə qəbiləsi meydana arxa çevirdi
Gözlənilmədən  onların  yığcam  dəstələrini  dağ  kimi  döyüşən  halda 
görəcəksən."
2
 
SAĞ CINAHIN YENIDƏN BƏRPA EDILMƏSI 
Rəbiə qəbiləsinin göstərdiyi rəşadətlə müqayisədə Müzər qəbiləsi zəiflik 
göstərdi.  Imam  (ə)-ın  ordusunun  sol  cinahı,  onun  sərkərdəsi  Əbdüllah  ibni 
Bədilin  öldürüldüyünə  və  Müzər  qəbiləsinin  meydandan  qaçmasına  görə 
məğlubiyyətə  uğradı,  bundan  sonra  o  cinahın  döyüşçüləri  Imam  (ə)-ın 
sərkərdəlik  etdiyi  mərkəzi  cinaha  qoşuldular.  Imam  (ə)  sağ  cinahı  yenidən 
bərpa etmək üçün Səhl ibni Hənifi ona sərkərdə təyin etdi, lakin şamlıların 
Həbib  ibni  Məsləmənin  rəhbərliyi  ilə  olan  sel  kimi  hücumları  təzə  təyin 
olunmuş sərkərdəyə mövcud vəziyyəti nizama salmaq üçün imkan vermədi. 
                                              
1
 "Murucuz-zəhəb", 2-ci cild, səh.387-390 
2
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.4 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə