74
sahiblərini qorusun, onları mətin və sabit qədəm etsin."
1
Imam (ə)-a xəbər verdilər ki, bu qəbilənin başçılarından olan Xalid ibni
Müəmmər Müaviyə ilə gizli əlaqə yaratmış və onların arasında məktublaşma
başlanmışdır. Imam (ə) dərhal onu və Rəbiə qəbiləsinin sair başçılarını
çağırıb dedi:–"E Rəbiə qəbiləsi! Siz mənim dəvətimə "ləbbeyk" deyənlər və
mənim köməkçilərimsiniz. Mənə xəbər çatıb ki, sizin dostlarınızdan biri
Müaviyə ilə məktublaşir. (Sonra üzünü Xalidə tutub dedi:) Sənin barəndə
eşitdiyim söz düz olsa, səni bağışlayıb aman verirəm, bu şərtlə ki, Hicaza,
Iraqa, yaxud Müaviyənin hakimiyyət dairəsində olmayan hər hansı bir yerə
gedib orada yaşayasan. Əgər sənin barəndə deyilənlər yalan olsa, bizim
yanar qəlblərimizi, arxayınlıq verən andlarınla sərinləşdir."
O elə oradaca and içərək heç vaxt belə bir işin olmadığını dedi. Onun
dostları dedilər ki, əgər bu xəbər düz olsa, səni öldürəcəyik. Onların içində
Ziyad ibni Həfsə Imam (ə)-a dedi:–"Xalidin and içdiyinə görə onun
etimadını
ələ gətir ki, sənə xəyanət etməsin."
2
Mövcud məlumatlar göstərir ki, o, Müaviyənin Əli (ə)-ın ordusundakı
casuslarından idi. Qələbənin yaxın olduğu, hətta Müaviyənin özünün belə,
ələ keçəcəyi anlarda Xalid geri çəkilmək əmri verir, sonra isə öz əməlinə bir
bəhanə gətirirdi. Bu barədə aşağıdakı hadisəni qeyd edirik:
Imam (ə)-ın qoşununun sol cinahını təşkil edən Rəbiə qəbiləsinin
sərkərdəsi Əbdüllah Ibni Abbas idi. Bu cinah Şam ordusunun sağ cinahı ilə
qarşı-qarşıya idi. (Şam ordusunun sağ cinahına Şamın ən nüfuzlu adamları
olan Zulkəla Hümeyri və Übeydullah ibni Ömər rəhbərlik edirdi.) Zulkəla və
Übeydullahın rəhbərlik etdiyi Hümeyr qəbiləsinin süvariləri və piyada
qoşunu Imam (ə)-ın ordusunun sol cinahına hücuma keçdi, lakin irəliləyə
bilmədilər. Ikinci hücumdan əvvəl Übeydullah ibni Ömər qoşunun
qarşısında dayanıb dedi:–"Osmanı bax bu iraqlılar öldürmüşdür! Əgər onları
məğlub etsəniz, onun intiqamını alar, Əlini məhv edərsiniz!"
Bu hücumda da Rəbiə qəbiləsi xas bir təmkinlə müdafiə olundular, bir-
iki zəif adamdan başqa heç kəs geri çəkilmədi. Imam (ə)-ın ordusunda
itibaxışlı adamlar dedilər ki, Xalid əsgərlərin bəzilərini geri çəkilməyə vadar
etmək istəyirdi, lakin onların təmkin və müqavimətini gördükdə dərhal
onlara tərəf qayıtdı və öz əməlinə bəhanə gətirməyə başlayıb dedi:–"Geri
qayıtmaqda məqsədim bu idi ki, fərariləri sizə tərəf qaytaram."
3
Ibni Əbil-Hədid yazır: "Kəlbi və Vaqidi kimi tarixçilər inanırlar ki, o
ikinci hücumda qəsdən geri çəkilməyə dair fərman vermişdi ki, Imamın sol
cinahdakı qoşununu məğlubiyyətə düçar etsin. Çünki Müaviyə Xalidə söz
vermişdi ki, əgər Imama qalib gəlsə, Xorasanın hakimiyyətini ona
verəcəkdir."
4
1
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.225-226; "Tarixi-Təbəri",
3-cü cild, səh.18-19
2
Yenə orada
3
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.156; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə,
səh.19
4
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.228