79
cəzalandırırsa, bax gör sənin niyyətin nədir!
Sonra Əli (ə)-ın köməkçiləri onun ətrafını tutmuş halda dedi:–Ilahi! Sən
bilirsən ki, əgər Sənin razılığın özümü bu dəryaya atmağımda olsa, onda
özümü ora ataram. Əgər bilsəm ki, Sənin razılığın qılıncın ucunu qarnıma
dayandırıb, onun üstündə iki qat olmağımda və kürəyimdən çıxmağındadır,
onda elə belə də edəcəyəm. Ilahi, mən bilirəm və Sən də məni agah etmisən
ki, bu gün Səni hər şeydən artıq razı salan şey yalnız bu qoşuna qarşı cihad
etməkdir. Əgər bundan başqa da bir iş Sənin razılığına səbəb olsaydı, elə
onu da edərdim.
1
ƏMMARIN IMAM (Ə)-IN QOŞUNUNDA OLMASININ
DÜŞMƏN TƏRƏFƏ QOYDUĞU TƏSIRI
Əmmarın şəxsiyyəti və inqilabi xidmətləri şamlılara gizli deyildi.
Peyğəmbər (s)-in onun barəsində buyurduğu sözlər hər yerə yayılmışdı.
Şamlılar üçün müəyyən qədər gizli qalan şey Əmmarın Imam (ə)-ın
qoşununda olub-olmaması idi. Onun Imam (ə)-ın qoşununda iştirak etməsi
xəbəri Şam ordusunun içərisində yayıldıqda Müaviyənin zəhərli
təbliğatlarına aldananlar bu məsələni araşdırmağı qərara aldılar. Bu fikrə
düşənlərdən biri Yəmənin tanınmış şəxsiyyəti Zulkəla idi ki, Hümeyr
qəbilələrini Müaviyənin qoşununa səfərbər etməkdə böyük rol oynamışdı.
Amma indi haqqın nuru onun qəlbinə saçılmışdı, həqiqəti tapmaq istəyirdi.
O, bu məqsədlə Hümeyr qəbiləsinin başçılarından biri və Kufədə yaşayan
Əbu Nuh ilə əlaqə yaratmağı qərara aldı (o, Imam (ə)-ın qoşununda idi).
Zülkəla özünü cəbhənin ön sıralarına yetirdi və uca səslə dedi:–Hümeyr
qəbiləsinin Kəla şaxəsindən olan Əbu Nuh ilə danışmaq istəyirəm!
Əbu Nuh bu sözləri eşidib irəli çıxdı və dedi:–Sən kimsən? Özünü
təqdim et!
Zülkəla:–Mən Zulkəlayam.
Xahiş edirəm ki, mənim yanıma gələsən.
Əbu Nuh:–Sizə tərəf təklikdə gəlməkdən Allaha sığınıram, amma öz
dəstəmlə gələ bilərəm.
Zulkəla:–Sən Allahın və Onun Rəsulunun pənahındasan, Zulkəla da sənə
aman vermişdir! Mən mühüm bir məsələ barəsində səninlə danışmaq
istəyirəm. Gəl, iki qoşunun arasında danışaq.
Onların hər biri öz qoşunundan ayrılıb ortada müzakirəyə başladılar.
Zulkəla:–Mən keçmişdə (Ömər ibni Xəttabın hakimiyyəti dövründə)
Əmr Asdan bir hədis eşitdiyimə görə səni çağırdım.
Əbu Nuh:–Hansı hədisi?
Zulkəla:–Əmr As o vaxt demişdi ki, Rəsulullahın belə buyurduğunu
eşitdim:
"Şam və Iraq əhli bir-biri ilə vuruşacaqdır, haqq rəhbərlik və
hidayət bir tərəfdədir, Əmmar da elə onlarla birlikdə, həmin tərəfdədir."
Əbu Nuh:–Allaha and
olsun ki, Əmmar bizimlədir!
Zulkəla:–Bizimlə vuruşmaqda tam ciddidirmi?
1
"Vəqətu-Siffeyn", səh.320; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.157; "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.21