On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə41/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

 
81 
Əbu  Nuh:–Yeganə  olan  Allaha  and  olsun  ki,  o  bizimlədir  və  sizə  qarşı 
vuruşmağa hazırdır. 
Əmr As:–O bizimlə vuruşmağa hazırdır?! 
Əbu  Nuh:–Bəli!  Allaha  and  olsun,  o,  Cəməl  müharibəsində  mənə 
demişdi  ki,  biz  Cəməl  əshabına  qələbə  çalacağıq.  Dünən  də  dedi  ki,  əgər 
şamlılar  bizə  hücum  etsələr  və  bizi  Hicrə  qovsalar,  yenə  də  döyüşdən  əl 
çəkməyəcəyik.  Çünki  bizim  haqq,  onların  isə  batil  yolda,  bizim 
öldürülənlərimizin cənnətdə, onlarınkının isə cəhənnəmdə olduğunu bilirik. 
Əmr As:–Bir iş görə bilərsənmi ki, Əmmarla görüşüm? 
Əbu Nuh:–Bilmirəm, lakin çalışaram ki, görüş baş tutsun. 
Bu  sözü  deyib  onlardan  ayrıldı  və  Imam  (ə)-ın  qoşununa,  Əmmarın 
olduğu  yerə  getdi,  hadisəni  əvvəldən-axıra  kimi  Əmmara  söylədi.  Sonra 
əlavə  etdi  ki,  başda  Əmr  As  olmaqla  on  iki  nəfərlik  bir  dəstə  onunla 
görüşmək  istəyir.  Əmmar  görüş  üçün  hazırlığını  bildirdi.  Sonra  hamısı 
süvaridən ibarət olan bir dəstə Imam (ə)-ın qoşununun axır tərəfinə hərəkət 
etdi. Ovf ibni Bişr Əmmarın dəstəsindən ayrıldı, şamlılara yaxınlaşıb "Əmr 
As haradadır?" - deyə ucadan səsləndi. Dedilər ki, buradadır. Ovf Əmmarın 
olduğu yeri göstərdi. Əmr As Əmmara dedi ki, Şam ordusuna tərəf hərəkət 
etsin.  Ovf  cavab  verdi  ki,  o,  sizin  məkr  və  hiylələrinizdən  amanda  deyil! 
Axırda qərara aldılar ki, hər ikisi iki xəttin arasında müzakirəyə başlasınlar 
(hər ikisini də bir qrup döyüşçü müşayiət edirdi). Hər iki dəstə razılaşdıqları 
nöqtəyə çəkildilər, lakin ehtiyatı əldən vermədilər, atdan enən vaxt  əllərini 
qılıncların dəstəyində saxladılar. Əmr As Əmmarı görəndə ucadan kəlmeyi-
şəhadəti deməyə başladı. Bu yolla o, özünün islama məhəbbətini göstərmək 
istəyirdi.  Lakin  Əmmar  onun  bu  işinə  aldanmadı  və  nərə  çəkib  dedi:–Sus! 
Sən Peyğəmbər (s)-in sağlığında da, ondan sonra da onu tərk etdin, indi necə 
onun risalətinə şəhadət verirsən?! 
Əmr  As  həyasızcasına  dedi:–Əmmar,  biz  bu  məsələ  üçün  gəlməmişik. 
Mən  səni  bu  qoşun  içində  ən  sadiq  adam  hesab  edirəm.  Hamımızın 
Allahımız,  qibləmiz,  kitabımız  bir  olduğu  halda  nə  üçün  bizimlə 
vuruşduğunuzu bilmək istəyirəm! 
Əmmar qısa söhbətdən sonra dedi:–Peyğəmbər (s) mənə xəbər vermişdir 
ki,  mən  əhd-peyman  pozanlarla  və  haqdan  azanlarla  döyüşəcəyəm.  Əhd-
peyman pozanlarla vuruşdum. Siz də haqdan azanlarsınız. Amma bilmirəm 
ki, dindən çıxanlarla görüşə biləcəyəm, ya yox. Ey qoca, sən Peyğəmbər (s)-
in Əli barəsində belə buyurduğunu bilirsənmi: "Mən kimin mövlasıyamsa, 
Əli  də  onun  mövlasıdır.  Ilahi,  onu  sevəni  sev,  onunla  düşmən  olana 
düşmən ol!" 
Bu müzakirələr Osmanın qətli  ilə əlaqədar söhbətdən sonra  yekunlaşdı. 
Sonra bir-birindən aralanıb öz yerlərinə qayıtdılar.
1
 
Bu  görüşdən  aydın  oldu  ki,  Əmr  As  Əmmarın  Imam  (ə)-ın  qoşununda 
olub-olmamasını  bilmək  istəmirdi.  Çünki  o  Əli  (ə)-ın  sərkərdələrini  yaxşı 
tanıyırdı.  Buna  görə  də  Əmmarın  məntiqi  dəlilləri  qarşısında  təslim  olmaq 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.16-22; "Vəqətu-Siffeyn", 
səh.332-336  


 
82 
əvəzinə,  yersiz  mübahisələrə  başlayıb  hay-küy  saldı,  Osmanın  qətli 
məsələsini  ortaya  atdı  ki,  bu  işdə  əli  olduğunu  onun  da  boynuna  qoysun, 
beləliklə də xəbərsiz şamlıları qiyama vadar etsin. Əlbəttə, Müaviyə və Əmr 
Asın bəxti onda gətirdi ki, Zulkəla Əmmardan qabaq qətlə yetirildi. Çünki, 
əgər  o  Əmmardan  sonra  sağ  qalsaydı,  onda  Əmr  As  puç  və  əsassız 
bəhanələrlə  onu  bir  daha  aldada  bilməyəcək,  bu  da  Müaviyə  və  Əmr  As 
üçün  böyük  bir  çətinlik  törədəcəkdi.  Buna  görə  də  Zulkəlanın 
öldürülməsindən  və  Əmmarın  şəhadətindən  sonra  Əmr  As  Müaviyəyə 
dedi:–Mən bilmirəm bunların hansının ölümünə sevinim: Zulkəlanın,  yoxsa 
Əmmarın? Allaha and olsun, əgər Zulkəla qalsaydı, bütün Şam əhlini Əlinin 
tərəfinə qaytaracaqdı!
1
 
SIFFEYN 
MÜHARIBƏSINDƏ 
IMAM 
(Ə)-IN 
GÖSTƏRDIYI QƏHRƏMANLIQLAR 
Imam  (ə) bütün  qoşunların baş komandanı  idi. O, Əmr As və Müaviyə 
kimi  deyildi  ki,  ən  təhlükəsiz  bir  yerdə,  xeymənin  içində  otursun,  ordu 
qəhrəmanlarından  ibarət  bir  qrup  onun  mühafizəsini  öz  öhdəsinə  alsın  və 
təhlükə  hiss  etdikdə  qaçsın.  O  həzrət  qoşunun  müxtəlif  bölmələrinə  baş 
vurmaqla  özünün  sərkərdəlik  vəzifəsini  ifa  edir,  ən  çətin  anlarda  lap  ön 
cəbhədə vuruşurdu. Ağır hücumlarda qələbə onun mübarək və qüdrətli əlləri 
ilə nəsib olurdu. Biz o həzrətin rəşadətlərindən bir neçəsini nümunə olaraq 
burada qeyd  edirik.  (Bunlar tarix kitablarında, o cümlədən  Ibni  Müzahimin 
"Vəqətü-Siffeyn"  və  Təbərinin  "Tarix"  kitabında  ətraflı  şəkildə  qeyd 
olunmuşdur.) 
1-IMAM (Ə) YAĞIŞ KIMI YAĞAN OXLAR ALTINDA 
Imam  (ə)-ın  qoşununun  sağ  cinahının  sərkərdəsi  Əbdüllah  ibni  Bədilin 
öldürülməsi  ilə  bu  cinahın  vəziyyəti  çox  gərginləşdi  və  qoşunda  çaxnaşma 
yarandı.  Müaviyə  Həbib  ibni  Məsləməni  göndərdi  ki,  o  cinahın  sağ 
qalanlarını darmadağın etsin. Səhl ibni Hənif də Imam (ə)-ın qoşununun bu 
hissəsini nizama salmaq barədə o həzrətdən göstəriş aldı, lakin bu səylər heç 
bir  müsbət  nəticə  vermədi.  Sağ  cinahın  dağınıq  vəziyyətdə  olan  dəstələri 
Imam (ə)-ın rəhbərlik etdiyi mərkəzi cinaha qoşuldular. 
Tarix  Rəbiə  və  Cübn  qəbilələrinin  bu  ağır  şəraitdə  göstərdiyi  igidlik, 
Müzər qəbiləsinin isə zəiflik və süstlüyündən xəbər verir. Imam (ə) belə bir 
ağır şəraitdə irəli çıxdı və şəxsən döyüşə girdi. Siffeyn müharibəsində xəbər 
aparıb-gətirən Zeyd ibni Vəhəb deyir: "Imam (ə)-ı yağış kimi yağan oxların 
altında  görürdüm.  Düşmənin  yağdırdığı  oxlar  ona  dəymir,  çiyni  ilə 
boynunun  arasından  uçub  keçirdi.  Imam  (ə)-ın  oğlanları  düşmənin  yağış 
kimi  yağdırdığı  oxlar  altında  o  həzrətə  zərər  dəyəcəyindən  qorxurdular. 
Buna  görə  də  sipər  kimi  Imam  (ə)-ın  ətrafını  tutdular.  Lakin  Imam  (ə) 
onların  istəklərinin  əksinə  olaraq  irəliləyib  düşməni  geri  qovurdu.  Birdən 
Imam (ə)-ın qarşısında onun öz qulamı Kisan Əbu Süfyanın qulamı Əhmər 
                                              
1
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.137 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə