On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə42/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

 
83 
ilə  tutuşdu,  bu  çarpışmada  Kisan  qətlə  yetirildi.  Əbu  Süfyanın  qulamı  öz 
qələbəsindən  qürrələnərək  qılıncını  siyirib  Imam  (ə)-a  tərəf  gəldi.  Lakin  o 
həzrət bir göz qırpımında əllərini onun zirehinə atdı, onu özünə tərəf çəkdi, 
sonra göyə qaldırıb elə möhkəm yerə çırpdı ki, çiyni və qolları sındı. Sonra 
onu  buraxdı.  Bu  vaxt  Imam  (ə)-ın  oğlanları–Hüseyn  və  Məhəmməd 
Hənəfiyyə qılıncla onun nəfəsini kəsdilər, sonra Imam (ə)-ın yanına gəldilər. 
Imam  (ə)  üzünü  öz  sevimli  oğlu  Həsənə  tutub  dedi:–Nə  üçün  qardaşların 
kimi onun qətlində iştirak etmədin? 
Imam Həsən (ə) cavab verdi: O iki qardaşım kifayət idi. 
Zeyd  ibni  Vəhəb  əlavə  edir:  Imam  (ə)  Şam  ordusuna  yaxınlaşdıqca, 
sürətini daha da artırırdı. Həzrət Müctəba (ə) Müaviyənin ordusunun Imam 
(ə)-ı  mühasirəyə  alaraq  onun  həyatını  təhlükə  altına  salacaqlarından 
qorxaraq  o  həzrətə  dedi:–Bir  az  dayan,  Rəbiə  qəbiləsindən  olan  fədakar 
dostların sənə çatsınlar. 
Imam (ə) cavab verdi: Sənin atan üçün müəyyən olunmuş bir gün vardır 
ki,  (ömrü)  ondan  o  yana  keçməz:  nə  dayanmaq  onu  gecikdirər,  nə  də 
düşmənə  tərəf  irəliləmək  onu  irəli  atar.  Özü  ölümün  pişvazına  getməkdən, 
yaxud ölümün ona tərəf gəlməsindən atanın heç bir qorxusu yoxdur.
1
 
Əbu Ishaq deyir: Siffeyn günlərindən birində Imam (ə) əlində balaca bir 
nizə tutmuşdu, öz sərkərdələrindən olan Səid ibni Qeysin yanından keçəndə 
o, Imam (ə)-a dedi:–"Qorxmursan?! Düşmənə bu qədər yaxınlaşdığın halda 
səni  öldürə  bilərlər!"  Imam  (ə)  buyurdu:  "Elə  bir  adam  yoxdur  ki,  onun 
üçün  Allah  tərəfindən  mühafizəçilər  olmasın.  (Bu  mühafizəçilər)  onu 
quyunun dibinə düşməkdən, divar altında qalmaqdan, yaxud ona bir zərər 
yetişməsindən qoruyurlar. Ilahi hökm gəlib çatdıqda onu buraxarlar və o, 
taleyin çox yaxınlığında qərar tutar."
2
 
2-MÜAVIYƏNIN QULAMI HƏRISIN ÖLDÜRÜLMƏSI 
Şam  qoşununda  ən  güclü  pəhləvan  Müaviyənin  qulamı  Həris  idi.  O, 
hərdən  Müaviyənin  paltarlarını  geyib  döyüşə  girişir  və  bundan  xəbərsiz 
olanlar  döyüşənin  Müaviyənin  özü  olduğunu  güman  edirdilər.  Bir  gün 
Müaviyə  onu  çağırıb  dedi:–Əli  ilə  döyüşdən  çəkin,  amma  öz  nizənlə  kimi 
istəsən, nişan al. 
O,  Əmr  Asın  yanına  gedib  Müaviyənin  sözlərini  ona  söylədi.  Əmr  As 
(hər  niyyətlə  olursa-olsun)  Müaviyənin  fikrini  səhv  hesab  edib  dedi:–Əgər 
sən Qüreyşdən olsaydın, Müaviyə istəyərdi ki, Əlini sən öldürəsən, amma o 
belə  bir  iftixarın  Qüreyşdən  qeyrisinə  nəsib  olmasını  istəmir.  Əgər  əlinə 
fürsət düşsə, Əliyə də hücum et. 
Təsadüfən həmin gün Imam (ə) öz süvari qoşununun qarşısında meydana 
gəldi.  Həris  Əmr  Asın  sözlərinin  təsiri  altında  Imam  (ə)-ı  mübarizəyə 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.198-200;  "Vəqətu-
Siffeyn", səh.248-250; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151-152; "Tarixi-Təbəri", 3-
cü cild, 6-cı hissə, səh.10-11 
2
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.119;  "Vəqətu-Siffeyn", 
səh.250 


 
84 
çağırdı.  Imam  (ə)  rəcəz  oxuyandan  sonra  irəli  çıxdı  və  döyüşə  başladı,  elə 
ilk  anlarda  onu  bir  zərbə  ilə  iki  yerə  böldü.  Bu  xəbər  Müaviyəyə  çatanda 
həddindən  artıq  təsirləndi  və  onu  aldatdığına  görə  Əmr  Ası  məzəmmət 
edərək bir şer oxudu. O şerin iki beytinin tərcüməsi belədir: 
"Həris,  ey  məğlub  olmuş  qəhrəman!  Məgər  bilmirdin  ki,  Əli  bütün 
qəhrəmanlara qalibdir?! 
Elə bir qəhrəman tapılmadı ki, Əli ilə mübarizəyə girişəndə (Əli) onu 
öldürməsin." 
Hərisin ölümü Müaviyənin qoşununda qəzəblə yanaşı olan qorxu dalğası 
yaratdı. Əmr ibni Həsin adlı başqa bir pəhləvan Əli (ə)-dan onun intiqamını 
almaq üçün meydana girdi, lakin hələ o həzrətlə qarşılaşmamış Imam (ə)-ın 
ordusundan olan Səid ibni Qeysin əli ilə öldürüldü.
1
 
3-IMAM (Ə) MÜAVIYƏNI MÜBARIZƏYƏ ÇAĞIRIR 
Bir gün Imam (ə) meydana gəlib iki qoşunun arasında dayandı, axırıncı 
dəfə  olaraq  höccəti  Müaviyəyə  tamam  etmək  istədi.  Imam  (ə)  buyurdu:–
Müaviyə, Müaviyə, Müaviyə! 
Müaviyə  özünün  xüsusi  məmurlarına  dedi:–Qabağa  gedin  və  onun 
məqsədinin nə olduğunu öyrənin. 
Məmurlar:–Nə deyirsən, ey Əbu Talibin oğlu? 
Imam (ə):–Ona bir kəlmə sözüm var. 
Məmurlar Müaviyəyə dedilər:–Əli sənin özünlə danışmaq istəyir. 
Müaviyə  Əmr  Asla  birlikdə  meydana  gəldi  və  Imam  (ə)-ın  qarşısında 
dayandılar.  Imam  (ə)  Əmr  Asa  məhəl  qoymadan  Müaviyəyə  dedi:–Vay 
olsun  sənə!  Nə  üçün  camaat  bizə  görə  bir-birini  qırır?  Yaxşı  olar  ki, 
meydana  gələsən,  bir-birimizlə  vuruşaq,  hansımız  qələbə  çalsaq,  o  da 
rəhbərliyi əlinə alsın. 
Müaviyə Əmr Asa dedi:–Bu barədə nə fikirləşirsən? 
Əmr  As:–Əli  insafla  danışır.  Əgər  (qorxub)  qayıtsan,  bu  sənin  özün  və 
nəslin üçün heç vaxt yuyulmayan bir ar olacaqdır. 
Müaviyə:–Əmr  As!  Mən  sənə  heç  vaxt  aldanmaram.  Hər  kəs  Əli  ilə 
döyüşə girişsə, sözsüz yer onun qanı ilə doyar. 
Bunu  deyib  öz  qoşunlarına  tərəf  qayıtdılar.  Imam  (ə)  da  gülümsəyib  öz 
yerinə  qayıtdı.  Müaviyə  Əmr  Asa  dedi:–Sən  nə  qədər  də  axmaq  adamsan! 
Zənnimcə sənin verdiyin təklif ciddi deyil, zarafatla qarışıq idi.
2
 
ŞƏHID ÖVLADININ ŞÜCAƏTI 
Haşim Mərqal bacarıqlı və şücaətli sərkərdələrdən biri idi. Belə ki, hamı 
onun  islami  fəthlərdəki  parlaq  xidmətlərini  bilirdi.  Onun  şəhid  olması  ilə 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.215-216;  "Vəqətu-
Siffeyn", səh.272-273; "Əl-əxbarüt-tival", səh.671 
2
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.217-218;  "Vəqətu-
Siffeyn",  səh.274-275;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.158;  "Tarixi-Təbəri",  3-cü 
cild, 6-cı hissə, səh.23 "Əl-əxbarüt-tival", səh.176-177 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə