On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə50/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

 
99 
Söz uzandı və günün bir hissəsi bu məsələnin müzakirəsi ilə keçdi. Imam 
(ə)  öz  adının  yanından  bu  kəlmənin  pozulmasına  razı  olmadı.  Müaviyə  ilə 
əvvəldən  sirdaş  olan  və  ilk  günlərdən  Imam  (ə)-la  dostluq  pərdəsi  altında 
onun  əleyhinə  işləyən  Əşəs  ibni  Qeys  israrla  bu  ləqəbin  götürülməsinə 
çalışırdı. Bu çəkişmələrdə Imam (ə) "Hüdeybiyyə" sülhünün acı xatirələrini 
qeyd edib buyurdu: Hüdeybiyyədə Peyğəmbər (s)-in katibi mən idim. Bizim 
tərəfdə  Rəsulullah,  müşriklərin  tərəfində  isə  Süheyl  ibni  Əmr  dayanmışdı. 
Mən  sülh  müqavləsini  bu  şəkildə  tənzim  etdim:  "Bu,  Allahın  Rəsulu 
Mühəmmədlə Süheyl ibni Əmr arasında olan sülh müqaviləsidir." Amma 
müşriklərin nümayəndəsi Peyğəmbərə dedi:–Mən "Rəsulullah" kəlməsi ola-
ola onu heç vaxt  imzalamaram.  Mən sənin  doğrudan da  Allah Peyğəmbəri 
olduğunu  bilsəydim,  səninlə  heç  vaxt  vuruşmazdım.  Allahın  peyğəmbəri 
olduğun  halda  səni  təvafdan  saxlasam,  zülmkarlardan  olaram.  Yaz  ki, 
"Mühəmməd ibni Əbdüllah", mən də qəbul edim."  Bu vaxt  Peyğəmbər (s) 
mənə  buyurdu:  "Əli,  mən  həm  Allahın  Peyğəmbəri,  həm  də  Əbdüllahın 
oğluyam.  "Rəsulullah"  ləqəbini  adımın  yanından  silməklə  mənim  risalətim 
aradan  getməz."  Bəli,  o  gün  müşriklər  Rəsulullah  ləqəbini  onun  adının 
yanından  pozmaq  üçün  mənə  çox  təzyiq  göstərdilər.  O  gün  Peyğəmbər 
müşriklər  üçün  sülhnamə  yazmışdı,  bu  gün  də  mən  onların  (müşriklərin) 
övladları üçün yazıram. Mənim yolum elə Peyğəmbərin yoludur. 
Əmr As qəzəblənib Əli (ə)-a dedi:–Sübhanəllah! Biz mömin olduğumuz 
halda bizi kafirlərə və müsəlmanların düşmənlərinə oxşatdın! 
Imam (ə) buyurdu: Elə bir gün olmuşdurmu ki, sən kafirlərin himayəçisi 
və  müsəlmanların  düşməni  olmayasan?!  Sən  elə  səni  doğan  anana 
oxşayırsan! 
Bu  sözləri  eşidən  Əmr  As  məclisdən  durub  dedi:–Allaha  and  olsun, 
bundan sonra heç vaxt səninlə bir məclisdə oturmaram! 
Imam  (ə)-ın  "dostlarının"  Əmirəl-möminin  ləqəbinin  o  həzrətin  adının 
yanından  silinməsi  üçün  təzyiq  göstərmələri  o  həzrətin  məzlumiyyətində 
yeni səhifələr açdı.
1
 
Lakin  bunun  müqabilində  Imam  (ə)-ın  sədaqətli  dostlarından  bir  qrupu 
qılınclarını  siyirmiş  halda  o  həzrətin  hüzuruna  gəlib  dedilər:  Əmr  ver,  icra 
edək! 
Osman ibni Hənif onlara nəsihət verib dedi:–Hüdeybiyyə sülhündə mən 
də var idim. Biz də Peyğəmbər (s)-in yolu ilə gedirik.
2
 
Imam  (ə)  buyurdu:  Hüdeybiyyədə  Peyğəmbər  (s)  bu  hadisəni  mənə 
xəbər  verib  buyurmuşdu:  "Belə  bir  gün  sənin  üçün  də  vardır;  sən  də 
məcburiyyət qarşısında qalaraq belə bir iş görəcəksən." 
SÜLH MÜQAVILƏSININ MƏTNI 
Tərəflər  arasındakı  bu  münaqişə  Imam  (ə)-ın  öz  sözünü  geri  götürərək 
Peyğəmbər (s)-in  yolunu seçməsi ilə sona çatdı. Əli (ə) öz mübarək adının 
                                              
1
  "Əl-imamətu  vəs-siyasət";  "Əxbarut-tival",  səh.149;  "Tarixi-Yəqubi",  2-ci  cild, 
səh.189; "Nəhcül-bəlağə"nin şərhi , (Ibni əbil-Hədid), 2-ci cild, səh.232 
2
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.112 


 
100 
"Əmirəl-möminin"  ləqəbi  olmadan  yazılmasına  razılıq  verdi.  Beləliklə, 
müqavilənin yazılması davam etdi. Onun ən mühüm maddələri aşağıdakılar 
idi: 
1-Tərəflər  razılaşdı  ki,  Quranın  hökmünü  qəbul  etsinlər,  onun 
göstərişlərindəki  hüdudlardan  kənara  çıxmasınlar,  Qurandan  başqa  heç  nə 
onları  birləşdirməsin  və  ixtilaflı  məsələlərdə  əvvəldən  axıra  kimi  Quranı 
özlərinə hakim seçsinlər. 
2-Əli  və  onun  tərəfdarları  Əbdüllah  ibni  Qeysi  (Əbu  Musa  Əşərini), 
Müaviyə və onun tərəfdarları isə Əmr Ası özlərinə hakim seçsinlər. 
3-Hər iki nəfərdən Allahın Öz bəndəsindən əhd-peyman aldığı ən yüksək 
səviyyədə  əhd-peyman  alındı  ki,  Allahın  Kitabını  özlərinə  yolgöstərən 
seçsinlər,  Onun  hökmünü  bildikləri  vaxt  ondan  kənara  çıxmasınlar, 
bilmədikləri  vaxt  Peyğəmbər  (s)-in  sirə  və  sünnəsini  əsas  götürsünlər, 
ixtilafa  yol  verməsinlər,  həvayi-nəfsə  tabe  olmasınlar  və  şübhəli  işlərə 
qarışmasınlar. 
4-Əbdüllah  ibni  Qeyslə  Əmr  Asın  hər  biri  öz  rəhbərindən  ilahi  bir 
peyman  aldılar  ki,  onların  Kitab  və  Peyğəmbər  sünnəsi  əsasında  olacaq 
qəzavətlərinə  razı  olsunlar.  Onların  malı,  canı  və  namusu  hər  iki  tərəf 
haqdan çıxmayıncaya qədər toxunulmazdır. 
5-Əgər  qazilərdən  biri  öz  vəzifəsini  yerinə  yetirməzdən  qabaq  ölsə, 
həmin  tərəfin  rəhbəri  qabaqkı  şərtlərlə  yenidən  adil  bir  şəxsi  onun  yerinə 
seçə bilər. Əgər  rəhbərlərdən biri qəzavət  yerinə  yetirilməzdən qabaq ölsə, 
tabeçiləri onun yerinə bir nəfər seçə bilərlər. 
6-Hər  iki  hakimdən  əhd-peyman  alındı  ki,  bu  yolda  ciddi  səy  etməkdə 
heç  nəyi  əsirgəməsinlər,  nahaq  hökm  verməsinlər.  Əgər  öz  əhd-
peymanlarına əməl etməsələr, ümmət hər ikisinin qəzavətindən bezarlıq elan 
etsin, bu halda artıq onların qarşısında heç bir iltizam yoxdur. 
Bu müqaviləyə əməl etmək bütün əmirlərə, qazilərə və ümmətə vacibdir. 
Bundan  sonra,  o  əhd-peymanın  müddəti  qurtarana  kimi  camaatın  mal,  can 
və  namusları  əmin-amanlıqdadır.  Silahlar  yerə  qoyulmalı,  yollarda 
təhlükəsizlik bərqərar edilməlidir. Bu barədə həmin məclisdə hazır olanlarla 
qaiblər arasında heç bir fərq yoxdur. 
7-Hər  iki  qazi  Iraqla  Şam  arasında  yerləşən  bir  məntəqədə  düşərgə 
salmalı,  onların  istədiklərindən  başqa  heç  kim  orada  olmamalıdır.  Onlara 
mübarək Ramazan ayının axırına kimi möhlət verilir, bu müddətdə qəzavət 
işini  sona  çatdırmalıdırlar,  istəsələr  ondan  tez  də  qəzavət  edə,  yaxud  həcc 
mövsümünə qədər uzada bilərlər. 
8-Əgər  hər  iki  qazi  Allahın  Kitabı  və  Peyğəmbərin  sünnəsinə  müvafiq 
şəkildə  qəzavət  etməsələr,  müsəlmanlar  müharibəni  davam  etdirəcəklər  və 
bu halda artıq tərəflər arasındakı müqavilə ləğv olunacaq, heç bir əhdnamə 
mövcud  olmayacaqdır.  Islam  ümmətinə  vacibdir  ki,  bu  əhdnamədə 
yazılanlara  əməl  etsinlər,  hamılıqla  zorakılıq  etmək,  yaxud  əhdnaməni 
pozmaq istəyənlərin qarşısında vahid bir ümmət olsunlar.
1
 
                                              
1
  "Əl-əxbarüt-tival",  səh.195;  "Tarixi-Təbəri",  3-cü  cild,  6-cı  hissə,səh.29; 
"Murucuz-zəhəb", 2-ci cild, səh.403 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə