On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə46/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   42   43   44   45   46   47   48   49   ...   81

 
91 
xidmət əməvilərə doğrudan da yenidən həyat verdi. Şam ordusunun əsgərləri 
Əmr  Asın  göstərişi  ilə  Quranları  nizələrin  başına  keçirib  öz  sıralarını 
Quranla  bəzədilər.  Böyük  Dəməşq  Quranını  on  nəfər  nizə  ucunda 
götürmüşdü.  Bu  vaxt  hamısı  bir  səslə  deyirdilər:  "Bizimlə  sizin  aranızda 
hakim Allahın Kitabıdır." 
Iraqlıların qulaqları bu səslərə doğru yönəldi, gözləri nizələrin başlarına 
dikildi.  Şam  ordusundan  yalnız  ürəkyandıran  fəryad  və  şüarlar  eşidilirdi. 
Hamılıqla  deyirdilər:  "Ey  ərəblər,  öz  arvadlarınız  və  qızlarınız  naminə 
Allaha baxın! Allahı, yalnız Allahı öz dininizdə nəzərdə tutun! Şamlılardan 
başqa  kim  onun  sərhədlərinə  keşik  çəkəcək?!  Iraq  əhalisindən  başqa  kim 
Iraqın  sərhədlərini  qoruyacaq?  Romalılarla,  türklərlə  və  kafirlərlə  cihad 
etmək üçün kim qalacaqdır?!"
1
 
 Quranların  ruhoxşayan  mənzərəsi,  ürəkyandıran  nalələr  Imam  (ə)-ın 
əsgərlərinin  çoxunun  ağlını  əlindən  alaraq,  onları  heyrətə  və  dəhşətə  saldı. 
Bir  neçə  dəqiqə  bundan  əvvəl  iftixarlı  qələbənin  astanasında  yerləşən 
cəngavərlər ovsunlanmış kimi, öz yerlərində mıxlanıb qaldılar. Lakin Malik 
Əştər, Ədi ibni Hatəm, Əmr ibni Həmiq kimi igidlər hiylənin mahiyyətindən 
agah  idilər  və  bilirdilər  ki,  düşmənin  müqavimət  göstərməyə  qüdrəti 
olmadığına  və  məhv  olma  ərəfəsində  qaldıqlarına  görə  özlərini  yalnız  bu 
yolla xilas etmək istəyirlər. Halbuki onlar heç vaxt Qurana baş əyməmişdilər 
və əymək də istəmirdilər. Buna görə də Ədi ibni Hatəm Imam (ə)-a dedi:–
Batil  ordusunun  heç  vaxt  haqq  ilə  qarşılaşmaq  qüdrəti  yoxdur.  Hər  iki 
tərəfdən  çoxlu  ölüb-yaralananlar  olmuşdur.  Bizdə  qalanlar  onlardan 
qüvvətlidirlər. Şamlıların nalələrinə qulaq asma. Biz sənə tabeyik. 
Malik  Əştər  dedi:–Müaviyənin  canişini  yoxdur,  lakin  sənin  canişinin 
vardır.  Onun  əsgərləri  varsa  da,  sənin  əsgərlərində  olan  səbir  onlarda 
yoxdur. Dəmiri dəmirlə döy və Allahdan kömək istə. 
Üçüncüsü  dedi:–Ya  Əli,  biz  təəssüb  üzündən  deyil,  Allah  xatirinə  sənə 
kömək edirik... Hal-hazırda haqq özünün son nöqtəsinə çatmışdır. Sən olan 
yerdə bizim sözümüz yoxdur.
2
 
Lakin  özünü  Imam  (ə)-ın  dostları  cərgəsinə  salan  və  elə  ilk  gündən 
etibarən  müəmmalı  şəkildə  hərəkət  edən  və  Müaviyə  ilə  olan  əlaqəsi 
müəyyən qədər aşkar olan Əşəs ibni Qeys Imam (ə)-a dedi:–Onların sözünə 
cavab  ver,  çünki  sən  onlara  cavab  verməkdə  hamıdan  layiqlisən.  Camaat 
yaşamaq istəyir, müharibə yox! 
Imam  (ə)  onun  mənfur  niyyətindən  agah  idi,  buyurdu:–Bu  barədə 
fikirləşmək lazımdır!
3
 
Müaviyə Imam (ə)-ın əsgərlərinin dini hislərini təhrik etmək üçün Əmr 
                                              
1
  "Tarixi-Təbəri",  3-cü  cild,  səh.26;  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.400;  "Əl-
əxbarut-tival",  səh.188;  "Vəqətu-Siffeyn",  səh.481;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild, 
səh.160 
2
  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.401;  "Əl-imamətu  vəs-siyasət",  1-ci  cild, 
səh.108; "Vəqətu-Siffeyn", səh.482 
3
  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.401;  "Əl-imamətu  vəs-siyasət",  1-ci  cild, 
səh.109; "Vəqətu-Siffeyn", səh.482 


 
92 
Asın oğlu Əbdüllaha (o dövrdəki "müqəddəs"lərdən biri idi) fərman verdi ki
iki  qoşunun  arasında  dayanıb  onları  Allahın  Kitabının  qəzavətinə  dəvət 
etsin.  O,  iki  qoşunun  ortasında  durub  dedi:–"Camaat,  bu  müharibə  din 
uğrundadırsa, onda hər iki tərəf öz müxalifinə höccəti tamam etmişdir; yox 
əgər dünya üçündürsə, onda yenə də hər iki tərəf həddi keçmişdir. Biz sizi 
Allahın  Kitabının  hökmünə  dəvət  edirik.  Əgər  siz  dəvət  etsəydiniz,  biz 
hömkən qəbul edərdik. Fürsəti qənimət sayın!" 
Bu şüarlar pərakəndə şəkildə olan şamlıları və sadəlövh iraqlıları aldatdı. 
Böyük bir dəstə Imam (ə)-ın yanına gəlib dedi ki, onların dəvətlərini qəbul 
etsin. Imam (ə) bu həssas anlarda aldananlara haqqı başa salmaq üçün dedi:–
"Ey  Allahın  bəndələri!  Allahın  Kitabına  dəvəti  qəbul  etməkdə  mən  hər 
kəsdən  layiqliyəm,  lakin  Müaviyə,  Əmr  As,  ibni  Əbu-Müeyt,  Həbib  ibni 
Məsləmə  və  ibni  Əbu-Sərh  din  əhli,  Quran  əhli  deyildirlər.  Mən  onları 
sizdən  yaxşı  tanıyıram.  Mən  uşaqlıqdan  indiyə  qədər  daim  onlarla 
rastlaşmışam.  Onlar  uşaqlıqda  uşaqların,  böyüyəndə  də  kişilərin  ən  pisi 
idilər. Allaha and olsun, onlar Quranları tanıdıqları və onlara əməl etmək 
üçün  qaldırmamışlar,  bu  iş  sadəcə  olaraq  bir  hiylə  və  məkrdir.  Ey Allah 
bəndələri,  başlarınızı  və  qollarınızı  mənim  ixtiyarımda  qoyun;  haqq  qəti 
nəticəyə çatmış, zalımların kökünün kəsilməsinə bir şey qalmamışdır." 
Sadiq köməkçilər Imam (ə)-ın tərəfini saxladıqları halda gözlənilmədən 
zirehli  paltar  geymiş,  alınları  səcdədən  qabar  bağlamış  və  əllərində  qılınc 
tutmuş iyirmi min əsgər döyüş meydanını tərk edib sərkərdənin qərargahına 
gəldilər.
1
  Başda  Müsər  ibni  Fədəki,  Zeyd  ibni  Həsin  və  bəzi  iraqlı  qarilər 
rəhbərlik olmaqla (onlar sonralar xəvaricin başçıları oldular) gəlib Imam (ə)-
ın qarşısında dayandılar və o həzrətə "Ya Əmirəl-möminin" deyil, "Ya Əli" 
deyə  xitab  edərək  tam  ədəbsizliklə  dedilər:  "Onların  dəvətini  qəbul  et,  əks 
halda  Osman  ibni  Əffanı  öldürdüyümüz  kimi,  səni  də  öldürəcəyik!  Allaha 
and olsun, əgər onların dəvətini qəbul etməsən səni öldürərik!" 
Dünənə qədər qeydsiz-şərtsiz itaət olunan bir rəhbərin işi bu gün o yerə 
çatmışdı  ki,  ona  təslim  olmağa  və  zorla  sülh  qəbul  etməsinə  dair  əmr 
verirdilər! Imam (ə) onlara belə cavab verdi: "Allahın Kitabına dəvət edən, o 
kitabın dəvətini qəbul edən ilk şəxs mənəm. Sizi Allahın Kitabından başqa 
bir şeyə dəvət etmək mənə caiz deyildir. Mən onlarla ona görə vuruşuram ki, 
onlar Quranın hökmünə qulaq asmırlar. Onlar Allaha qarşı itaətsizlik etmiş, 
Onun  əhdini  pozmuş  və  kitabını  kənara  qoymuşlar.  Bilin  ki,  onlar  sizi 
aldatmışlar! Onlar Qurana əməl etmək istəmirlər." 
Imam  (ə)-ın  məntiqi  və  dəlil  əsasında  olan  sözləri  onlara  azacıq  belə, 
təsir  etmədi.  Zamanın  keçməsi  də  göstərdi  ki,  onlar  tələsən,  həqiqəti  dərk 
etməyən və nadan adamlar idilər və şamlıların boş şüarlarına qapılmışdılar. 
Imam  (ə)  onlara  nə  qədər  nəsihət  verirdisə  də,  xeyri  olmurdu;  onlar  öz 
inadkarlıqlardan əl çəkmir, israrla deyirdilər ki, gərək Malikin döyüşdən geri 
qayıtmasına əmr verəsən. 
Döyüş çağında bir ordu üçün ikitirəlik və ixtilafdan daha ziyanlı bir şey 
                                              
1
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.161;  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.401; 
"Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.27; "Vəqətu-Siffeyn", səh.489  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə